Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3958/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə haqqı, dəymiş zərər və digər xərclər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2634/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə haqqı, dəymiş zərər və digər xərclər” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi; müqavilə bağlandığı tarixdən (xx.xx.2020) müqaviləyə xitam verildiyi tarixədək (xx.xx.2020) icarə müqavilələri ilə müəyyən edilmiş icarə haqlarının cəmi – 9500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi; xx.xx.2020-ci il tarixdən icarə sahələrinin icarəyə verənə təhvil veriləcəyi tarixədək olan müddət üçün icarə haqlarının aylıq olaraq hər bir icarə sahəsi üzrə 2500 manat məbləğində hesablanmaqla, ümumi olaraq aylıq 5000 manat olmaqla hesablanması və tutularaq İddiaçı ödənilməsi; iddiaçı tərəfindən vəkil xidmətlərindən istifadə və digər məhkəmə xərclərinin ödənilməsi üçün çəkilmiş 500 manat məbləğində xərc və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2634/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ünvan 2 ünvanında ümumi sahəsi 101.4 m2 olan yarımzirzəmi və ümumi sahəsi 92.4 m2 olan birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin icra müqavilələrinin xx.xx.2020-ci il tarixdən ləğv edilməsi, müqavilənin bağlandığı tarixdən müqavilə ləğv edildiyi tarixədək ödənilməmiş icarə haqqının əvəzi olaraq 6000 (altı min) manat, iddiaçıya icarə haqqına görə dəymiş zərərin əvəzi olaraq 1600 (min altı yüz) manat, iddiaçı tərəfindən ödənilmiş kommunal xərclərin əvəzi olaraq 86.53 manat (səksən altı manat əlli üç qəpik) olmaqla, cəmi 7686.53 manat (yeddi min altı yüz səksən altı manat əlli üç qəpik) Cavabdeh alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2634/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərərk qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, məhkəməyə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən xx xxxx 2021-ci il tarixli, 2(010)-2634/2020 saylı məktub daxil olmuşdur və məktubda qeyd edilmişdir ki, İddiaçı nümayəndəsinın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2634/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün qeyd olunan mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi xahiş olmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “icarə haqqı, dəymiş zərər və digər xərclər” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3958/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3958/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver