Məhkəmə qərarları › İş №2(103)-3967/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3967/2021

12.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3967/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunduğunu hesab edən X11 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10nə qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(004)-4397/2019 saylı qərardadından Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı daşınmaz əmlakın miras kütləsinə daxil edilməsi və s. tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanında X5 miras qalmış fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 1 ünvanında X5 miras qalmış fərdi yaşayış evinin 1/24 hissəsinə Cavabdeh1, 1/48 hissəsinə Cavabdeh2, 1/48 hissəsinə Cavabdeh7, 1/32 hissəsinə İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızının, 1/32 hissəsinə İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızının, 1/96 hissəsinə X4, 1/96 hissəsinə X6, 1/96 hissəsinə X3, 1/32 hissəsinə X2, 1/32 hissəsinə X7, 1/32 hissəsinə Cavabdeh3, 1/96 hissəsinə Cavabdeh4 oğlunun, 1/96 hissəsinə Cavabdeh6, 1/96 hissəsinə Cavabdeh5, 1/32 hissəsinə Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızının, 1/4 hissəsinə Cavabdeh8, 1/4 hissəsinə Cavabdeh9 və 1/6 hissəsinə İddiaçı vərəsəlik paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(004)- 4397/2019 saylı qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4397/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti MPM-nin 357-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmışdır. Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qərardaddan verilmiş şikayət məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq qətnamə ilə maraqlarına toxunduğunu sübut edə biləcək hər hansı bir əsas məhkəməyə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olan orqandır. Hazırki mübahisə üzrə məhkəmə qətnaməsi ilə miras qalmış fərdi yaşayış evinə cavabdehlərin vərəsəlik payları müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlak üzərində müəyyən edilmiş payların qeydiyyatını həyata keçirməli orqan olduğundan Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən qəbul edilmiş qətnamədən apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə istinad edərək apelyasiya şikayətini geri qaytarmış, lakin Məcəllənin 357.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə tərəfindən qeyd olunan hallar araşdırılmadan apelyasiya şikayəti geri qaytarılmışdır. Kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli və yuxarıda göstərilən hallar araşdırılaraq, münasibət bildirilməsi və yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(004)-4397/2019 saylı qərardad ləğv edilsin və Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar