Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3972/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər –Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məhəmməd qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 ASC-nə, Cavabdeh2 və 5 saylı dövlət notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 ASC-nə, Cavabdeh2 və 5 saylı dövlət notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə mülki iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilərək rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/811 nömrəli ekspert rəyi mülki iş materialları ilə birlikdə məhkəməyə daxil olmuşdur. İddiaçı2 vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə tərəfindən imzaların iddiaçılar tərəfindən imzalanmadığını sübut etmələri üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edimişdir. Lakin ekspertin gəldiyi nəticəni qanunsuz və əsassız hesab edirlər. Belə ki, məhkəməyə təqdim etdikləri nümunələrdən də açıq-aşkar görmək olar ki, ipoteka müqaviləsindəki imzalar və yazı onlar tərəfindən icra edilməmişdir. Ekspertin hansı səbəbdən belə nəticəyə gəldiyini anlaya bilmirlər. Buna görə də məhkəmədən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş təkrar məhkəmə-xətşünaslıq ekspertizanın təyin edilməsinə dair vəsatət təmin edilməmişdir. İddiaçı2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə digər Cavabdeh1 ASC arasında 2011-ci il tarixdə paylı mülkiyyətdə olan ünvan 1 mənzil 83 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsi göstərilmişdir. Bildirir ki, əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq verməmişdir, məhkəməyə təqdim etdiyi xətt və imza nümunələrində də açıq-aşkar görmək olar ki, ipoteka müqaviləsindəki xətt və imza ona aid deyil. Gözlə görünən halda ekspert tərəfindən sərbəst xətt nümunələri kimi etibarsız sənədlərə istinad edərək belə rəy verməsi düzgün deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Kollegiya şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, sözügedən qərardaddan şikayət nəzərdə tutulmadığı üçün şikayət mümkün sayılmamalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı iddiaçılar tərəfindən verilmiş təkrar məhkəmə-xətşünaslıq ekspertizanın təyin edilməsinə dair vəsatət təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından şikayətin geri qaytarılması barədədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından isə, bu halda həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından Mülki prosessual qanunvericiliyə əsasən şikayət nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1 və 395.1.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Kollegiyya hesab edir ki, təkrar məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətin rədd edilməsi işin sonrakı hərəkətinə mane olmadığından Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından şikayətin geri qaytarılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 360, 398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından şikayət mümkün sayılmasın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3972/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3972/2021
01.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver