Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3977/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Mirzə Tağızadədən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********00773) təbii qazdan istifadə ilə bağlı hesablanmış 4.406,40 manat borc silinsin. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıya aid olan ünvan üzrə cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edib. Aktda qeyd olunub ki, abonent təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edir. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın (itirilmiş qazın) əvəzi kimi iddiaçıya 4.406,40 manat borc hesablanıb. Lakin iddiaçının qazdan sayğacdankənar istifadə etdiyi müəyyən olunmur. İddiaçı belə hərəkətlərə yol vermədiyini bildirir, cavabdeh isə iddiaçının belə hərəkətlərə yol veridyini təsdiq edən sübut təqdim etməyib. İddiaçı bildirir ki, evdə yaşayış yoxdur, ev ümumiyyətlə yaşayış üçün yararlı vəziyyətdə deyil (döşəməsi və s.) yoxdur, qaz sayğacı oğurlanıb, saycadankənar qoşulma isə heç vaxt olmayıb. İddiaçı evin fotoşəkillərini məhkəməyə təqdim edib (iş v. 13-20). Fotoşəkillərdən görünür ki, ev yaşayış üçün yararlı vəziyyətdə deyil, sayğacdankənar qoşulma isə yoxdur. Bundan başqa, Xəzər RPİ 1-ci Polis Şöbəsinin təhqiqatçısının “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı qaz sayğacının oğurlanması ilə bağlı polisə müraciət edib, lakin oğurlanan sayğacın dəyərinə görə Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yaranmadığından cinayət işinin başlanmsı rədd edilib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3977/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3977/2023
16.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver