Məhkəmə qərarları › İş №2(103)-3978/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3978/2020

17.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3978/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X14 və X1 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı1, Cavabdeh1, eyni zamanda, üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Xəzər RayonMəhkəməsinin 2(003)-3499/19 saylı, 12dekabr 2019cuiltarixliqətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1, X9 və İddiaçı3 cavabdehlər Cavabdeh1, 6 saylı "SəyyarAsan xidmət" mərkəzində Notariat Kontorunun dövlət notariusu X6 və DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə X8 arasında 6 saylı “Səyyar–Asan xidmət” mərkəzində Notariat Kontorunda bağlanılmış daşınmaz əmlakın “bağışlanmasına dair xx xxxxxx 2018-ci il tarixli müqavilənin və onun əsasında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfındən sonuncunun adına verimiş xx xxxxxx 2018-ci il tarixli PX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3499/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçılar birgə apellaysiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişlər ki, ünvan 1 ünvanında yaşayırlar və həmin evdən istifadə hüquqları vardır, həmin evin cavabdeh tərəfindən özgəninkiləşdirilməsindən xəbərləri olmamış, buna razılıq verməmişlər. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyi üçün qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı3 və üçüncü şəxs G.Atamovanın nümayəndəsi və onun vəkili Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası vətəndaşının AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1951-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE 16783867 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1989-cu ildə ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri 6 saylı "Səyyar-Asan xidmət" mərkəzində Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli, 4Ə-38 nömrəli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi, 252 nömrəli evin 4 otağını evi X3 bağışlamışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylıxx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi, ev 252xüsusi mülkiyyət hüququ üzrə sahəsi 113,56 kv.m olan ev X3 məxsusdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin l3 may 20l6–cı il tarixli, 2(003)-739/20l6 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 (xx.xx.1999–cu il təvəllüdlü İddiaçı3 və xx.xx.2003- cü il təvəllüdlü X11) və X4 Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 252 saylı evə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 20l7–ci il tarixli, 2(003)-867/20l7 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 252 saylı evə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)-319/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X10, X7 və İddiaçı3 qarşı "evdən çıxarılma" tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018–ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019–cu il tarixli 2(003)-2117/2019 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İddiaçı1, X4 və İddiaçı3 xx.xx.2003-cü il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 252 saylı evdən çıxarılması qət edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təminedilməli, qətnamələğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Hazırkı mülki iş üzrə iddiaçılar 1.İddiaçı1; 2.X9; 3.İddiaçı3dır. İddiaçılar cavabdehlər sırasında aşağıdakıları qeyd etmişlər:

1. Cavabdeh1;

2. 6 saylı "SəyyarAsan xidmət" mərkəzində Notariat Kontorunun dövlət notariusu;

3. DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi; Kollegiya qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri 6 saylı "Səyyar-Asan xidmət" mərkəzində Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli, 4Ə-38 nömrəli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi, 252 nömrəli, 4 otaqlı evi X3 bağışlamışdır. Belə olan halda məlum olur ki, həmin evin hazırkı mülkiyyətçisi X5r və bağışlama müqaviləsində də tərəf odur. Buna baxmarayaq, hazırkı iddiçılar ona qarşı tələb irəli sürməmiş və onu cavabdeh göstərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Hazırkı mülki işin materialları ilə də müəyyən olunur ki, Cavabdeh1 mənzili xx xxxxxx 2018-ci il tarixdə X3 bağışladığından və hazırda o, mülkiyyətçi olmadığından iddiaçıların tələbi əsl olmayan cavabdehə, yəni Cavabdeh1 qarşı irəli sürülmüşdür. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsl olmayan cavabdehə verildiyindən rədd edilməli, iddiaçılara əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu tərəfə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, X9 və İddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər RayonMəhkəməsinin 2(003)-3499/19 saylı, 12dekabr 2019cuiltarixliqətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. İddiaçılara əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar