Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3980/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Üçüncü şəxs “xxxx” QSC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Xammal və X24 Mərkəzi “xxxx” MMC-nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” QSC-nə, Abşeron Rayon İcra və Probasiya şöbəsinə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-571/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Xammal və X24 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Xammal və X24 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə və Abşeron Rayon İcra və probasiya Şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Xammal və X24 Mərkəzi Cavabdeh ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzilin açıq hərracda satılması barədə hərracın keçirilməsi barədə yekun protokolunun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X2 və X1 müştərək qaydada “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17R000006395 nömrəli kredit razılşaması üzrə 42.440,54 (qırx iki min dörd yüz qırx dollar əlli dörd sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 11.475,07 (on bir min dörd yüz yetmiş beş dollar yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 5.347,51 (beş min üç yüz qırx yeddi dollar əlli bir sent) ABŞ dolları məbləğində cərimə borcu, 17K000000105 nömrəli kredit razılaşması üzrə isə 4.988,61 (dörd min doqquz yüz səksən səkkiz dollar altmış br sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 535,66 (beş yüz otuz beş dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 1.364,70 (bir min üç yüz altmış dörd manat yetmiş qəpik) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, hər iki razılaşma üzrə ümumilikdə 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ dolları məbləğində pul vəsaiti, məhkəməyə iddia qaldırmaq ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı “xxxx” X11 xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilin aşıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cəmi 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait hesabına borcun tam ödənilməsindən və hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsaitin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı, X2 və X3 ümumi qaydada tutulması qət edilmişdir. X7, X12, X5, X8 və X9 qarşı 42.698,90 (qırx iki min altı yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində əsas borc, 6.042,85 (altı min qırx iki manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 182,94 (bir yüz səksən iki manat doxsan dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 48.924,69 (qırx səkkiz min doqquz yüz iyirmi dörd manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun X6 alınaraq iddiaçı şəxsə ödənilməsi, tələbin X7 məxsus olan ünvan 2 ünvanda yerləşən 0,01605 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, ümumi sahəsi 133 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzildə qeydiyyatda olan cavabdehlərin və onların ailə üzvlərinin evdən çıxarılmaları, tutmanın evə yönəldilməsi, həmin mənzilin məcburi qaydada boşaldılaraq ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat müəyyən edilməklə açıq hərracda satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən məbləğlərin banka ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Apelyasiya məhkəməsinə şikayət verilsə də təmin edilməmişdir. Cəbrayıl Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən iş icra edilməsi üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icrası zamanı ona məxsus əmlak üzərində hərracın keçirilinəsi üçün Respublika Xammal və Əmtəə Birjası Cavabdehnə göndərilmişdir. Lakin Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə ona yalnız “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə edilən təklifin surəti göndərilmişdir. Qeyd edilməlidir ki, hər hansı bir tarixdə keçirilmiş hərracla bağlı xəbərdar edilməmiş və hər hansı məlumatlandırma olmamışdır. Eləcə də bilərəkdən onun iştirakı təmin edilməmiş və evin qiyməti həddindən artıq aşağı salınaraq tələbkarın özünə satılması üçün təklif məktubu göndərilmişdir. Onun hərracın yekunları barədə protokolla bağlı şikayəti iki istiqamətdədir: hərracın keçirilməsi ilə bağlı ona lazımi qaydada məlumat verilməməsi və mənzilimin qat-qat aşağı qiymətə tələbkara satılması, dolayısıyla mənimsənilməsi. Bir daha qeyd edilməlidir ki, mübahisələndirdiyi hərracın keçirilməsi ilə bağlı ona rəsmi məlumat (bildiriş) verilməyib, hərrac prosesinin gedişindən yalnız bu yaxınlarda icra şöbəsində olarkən xəbərdar olmuşdur. İcra və Probasiya Şöbəsi tərəfindən onun mənzili qiymətləndirilməmiş və birbaşa olaraq hərraca çıxarılmışdır. Nəzəriyyəyə görə, daşınmaz əmlakın qiymətləndirilməsi prosesi konkret obyektin qiymətləndirilmənin keçirildiyi yaxud onunla bağlı əməliyyatın aparılacağı vaxt mövcud şəraitə uyğun olaraq əsaslandırılmış dəyər ekvivalentinin alınmış sifariş əsasında müəyyənləşdirilməsidir. Lakin hərrac prosesini aparan Məhdud Məsuliyyətli Cəmiyyəti onun mənzilinin dəyərini bilərəkdən aşağı salaraq tələbkarın istəyini yerinə yetirmiş və əmlakı tərəbkara satmışdır. Lakin hərracı həyata keçirən Məhdud Məsuliyyətli Cəmiyyəti yuxarıda sadalanmış hallara-konkret daşınmaz əmlak obyektinin xüsusiyyətlərini, əhatəsini, hansı ərazidə yerləşməsini, sosial-iqtisadi obyektlərə yaxınlığını, torpaq sahəsi üzərində inşa edilmiş əmlakın dəyərini nəzərə almamışdır. Bununla da hesab edir ki, həmin hərrac protokolu Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə İddiaçı, cavabdeh “xxxx” MMC-nin və Abşeron Rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən “xxxx” QSC-nin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “xxxx” MMC tərəfindən AMB Holdinq MMC-yə, Muğanbank ASC-yə, X10 və Lənkəran Rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019, xx.xx.2019-cu il tarixli, 01, 01/2 nömrəli, xx.xx.2019-cu il tarixli 02 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 2(049)-422/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Lənkəran rayon, Digah kəndində yerləşən qeyri-yaşayış binası və emal sexinə (0,68 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, hərracda ******* manat ilkin, təkrar hərracda ******* manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixdə keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 76/01 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, X10 məxsus olan Lənkəran rayon, Digah kəndində yerləşən qeyri-yaşayış binası və emal sexinə (0,68 ha torpaq sahəsi ilə birlikdə) Lənkəran Rayon Məhkəməsinin 2(049)- 422/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi icra vərəqəsinin, Lənkəran Rayon İcra Şöbəsinin 2518/06 nömrəli, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və Muğanbank ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 1591 000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti ******* manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 1014 262,5 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakn alqı-satqı barədə müqaviləyə əsasən “xxxx” ASC əmlakı qəbul edərək balansına götürmüşdür. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(072)-13/2018 nömrəli icra vərəqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X2 və X1 müştərək qaydada “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17R000006395 nömrəli kredit razılşaması üzrə 42.440,54 (qırx iki min dörd yüz qırx dollar əlli dörd sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 11.475,07 (on bir min dörd yüz yetmiş beş dollar yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 5.347,51 (beş min üç yüz qırx yeddi dollar əlli bir sent) ABŞ dolları məbləğində cərimə borcu, 17K000000105 nömrəli kredit razılaşması üzrə isə 4.988,61 (dörd min doqquz yüz səksən səkkiz dollar altmış br sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 535,66 (beş yüz otuz beş dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 1.364,70 (bir min üç yüz altmış dörd manat yetmiş qəpik) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, hər iki razılaşma üzrə ümumilikdə 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ dolları məbləğində pul vəsaiti, məhkəməyə iddia qaldırmaq ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı “xxxx” QSC-nin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilin aşıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cəmi 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait hesabına borcun tam ödənilməsindən və hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsaitin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı, X2 və X3 ümumi qaydada tutulması qət edilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubunun təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(072)-13/2018 nömrəli icra vərəqəsinin icrasını təmin etmə məqsədilə tələbin girov predmeti olan İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinə yönəldilməsi 43.926,40 (üırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat qiymətə müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsi xahiş olunmuşdur. Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin açıq hərracın keçirilməsinə dair xx xxxx 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat - 15% = 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. FM Express məktub və bağlama daşınması xidmətinin 150027 nömrəli qəbzinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxx 2020ci il tarixdə məlumatlandırılmışdır. “Birja yenilikləri” qəzetinin 19-xx xxxx 2020-ci il tarixli 214 nömrəli nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin xx xxxx 2020-ci il tarixə təyin edilmiş birinci hərracı baş tutmadığından müvafiq əmlakın 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat - 15% = 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 216 nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin xx xxxx 2020-ci il tarixə təyin edilmiş birinci hərracı baş tutmadığından müvafiq əmlakın 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. FM Express məktub və bağlama daşınması xidmətinin 152241 nömrəli qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxxxx 2020-ci il tarixdə məlumatlandırılmışdır. “Atribut” qəzetinin 05-xx xxxxxxxx 2020-ci il tarixli 21 (364) nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli təklif məktubunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Atribut” qəzetinin xx xxxxxxxx 2020ci il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) manat qiymətə tələbkara təklif edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli hərracın yekunları barədə 30/05 nömrəli protokolunun təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 37.337,44 (oruz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 tərəfindən əldə edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxx 2020-ci il tarixli 02 nömrəli bildirişi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat - 15% = 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxx 2020-ci il tarixdə məlumatlandırılmışdır. “Birja yenilikləri” qəzetinin 19-xx xxxx 2020-ci il tarixli 214 nömrəli nömrəli buraxılışında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin xx xxxx 2020-ci il tarixə təyin edilmiş birinci hərracı baş tutmadığından müvafiq əmlakın 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 02 nömrəli bildirişi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat - 15% = 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 216 nömrəli buraxılışında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin xx xxxx 2020-ci il tarixə təyin edilmiş birinci hərracı baş tutmadığından müvafiq əmlakın 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxxxx 2020-ci il tarixdə məlumatlandırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, “Atribut” qəzetinin 05-xx xxxxxxxx 2020-ci il tarixli 21 (364) nömrəli buraxılışında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. Göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli təklif məktubu ilə İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Atribut” qəzetinin xx xxxxxxxx 2020-ci il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) manat qiymətə tələbkara təklif edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli hərracın yekunları barədə 30/05 nömrəli protokolu ilə İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 37.337,44 (oruz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3980/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3980/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver