Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3981/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X18 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil2, iddiaçılar İddiaçı3 və İddiaçı2, Cavabdeh1 vəkili (Cavabdeh2 vəkili və nümayəndəsi) Vəkil3 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-538/2024 saylı 15 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 355 nömrəli xx.xx.2003-cü il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı Aeroport yolunun sol fərdi yaşayış evi tikmək üçün cizgidə göstərilmiş sahədə X3 torpaq sahəsi ayrılmışdır.
2. Bülbülə qəsəbəsi İHB-nin nümayəndəliyinin xx.xx.2003-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri,Bülbülə qəsəbəsi, Bakı-Aeroport qolunun sol tərəfində yerləşən 400 kv metr sahəsi olan torpaq sahəsi X3 verilişdir.
3. Bakı şəhəri Suraxanı rayonu X10 61 saylı qərarının çıxarışından görünür ki, Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təssərüfatına yararsız torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə 0,04 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixdə X1.
4. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təssərüfatına yararsız torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.metr torpaq sahəsi xx.xx.2006-ci il tarixdə X1.
5. Azərbaycan Respublikasi Dövlət X20 Komitəsinin **********2000023 nömrəli Torpaq sahəsinin Kadastr planından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 400 m2 torpaq sahəsi ilə bağlı Kadastr planı tərtib edilərək xx.xx.2006-cı il tarixli 1366 nömrə ilə uçota alınmışdır.
6. 2341 nömrəli xx.xx.2006-cı il tarixli arayışdan görünür ki, Cavabdeh1 ailə üzvləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X7, Cavabdeh2, X5, X16, X14 ilə birlikdə Bakı şəhəri, İbrahim Məmmədov küçəsi, 11 saylı evin 3 saylı mənzilinin 5 otağında yaşayır.
7. İddiaçı1 xx.xx.2006-cı il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı-Aeroport qolunun sol tərəfində yerləşən 400 kv metr sahəsi olan torpaq sahəsinin həyat yoldaşı Cavabdeh1 Salma oğlunun adına özəlləşdirilməsinə etiraz etmir.
8. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(09)-1002/2016 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.1999-cu il tarixli nikah pozulmuşdur.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1701/2017 nömrəli 01 may 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, «Bakı-Aeroport yolunun sol tərəfində» yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində özbaşına inşa edilən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi və qarşılıqlı iddia qismən təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, «Bakı-Aeroport yolunun sol tərəfində» yerləşən 0,04 ha torpaq sahəsi ilkin iddiaçı Cavabdeh1 ilə qarşılıqlı İddiaçı1 birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməsi, birgə nikah dövründə əldə etdikləri həmin torpaq sahəsi paylı mülkiyyət hesab edilməklə 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə isə İddiaçı1 mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. 10.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7628/2017 nömrəli 25 iyul 2017-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apillyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1701/2017 saylı mülki iş üzrə qəbul etdiyi 01 may 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, İddiaçı1 cavabdeh X2 qarşı Cavabdeh1 adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən (Bakı Aeroport yolunun sol tərəfi) 0.04 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi və birgə nikah dövründə əldə etdiklərindən həmin torpaq sahəsi paylı mülkiyyət hesab edilməklə 1/5 hissəsinə Cavabdeh1, 4/5 hissəsinə isə onun mülkiyyət hüquqlarının tanınması barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
11. 22 iyun 2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanına köçürülmüşdir.
12. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 184,4 kv/m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 13.Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5954/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 qarşı “zəbt olunmuş fərdi yaşayış evinin boşaldılması və xüsusi mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma” tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. 14.xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki X4 ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 184,4 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə hədiyyə olaraq Cavabdeh2 bağışlamışdır.
15. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 184,4 kv/m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 3 ünvanlı fərdi yaşaış evinin və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlaması Müqaviləsi” etibarsız hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 16-cı döngə, 17 C nömrəli yaşayış evinə dair Cavabdeh2 adına aparılmış 14 mart 2023-cü il tarixli ********** qeydiyyat nömrəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər
17. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıların yaşadığı mübahisəli ünvan 4 ünvanlı mənzili Cavabdeh1 onların xəbəri və razılıqları olmadan xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən öz mülkiyyətinə keçirmiş, 2022-ci ilin sonunda isə "zəbt olunmuş fərdi yaşayış evinin boşaldılması və xüsusi mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma" tələbinə dair onlara qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında onlar biləndə ki, Cavabdeh1 qanunsuz olaraq mənzili mülkiyyətinə keçirmiş, belə olan halda Çıxarışın ləğvi ilə əlaqədar qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək arzusunda olduqlarını və bunun üçün məhkəmənin hazırlıq iclasının təxirə salınmasını işə baxan hakimdən xahiş etdiklərinə görə (iş 2(008)- 5954/2022) işin hazırlıq iclası təxirə salınmış, lakin növbəti hazırlıq iclasında həmin iş üzrə iddiaçı olan Cavabdeh1 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, bir neçə dəfə ona müraciət edərək mənzili ümumi paylı mülkiyyətə çevirməyi və onların uzun illər yaşadıqları həmin mənzilə qeydiyyata alınmaqlarını xahiş və tələb etsələr də, o ilk vaxtlar buna razı olmuş, lakin sonradan imtina etmişdir. İmtinadan sonra sənədləri hazırlayıb, qanunvericiliklə nəzərdə tutlmuş digər prosedur qaydalara əməl etdikdən sonra Cavabdeh1 qarşı "mənzildən istifadə hüquqlarımızın tanınması, çıxarışın ləğvi, mənzilin birgə mülkiyyət hesab edilməsinə dair" iddia tələbi ilə Sabunçu rayon məhkəməsinə müraciət etmişlər. Cavabdeh1 qarşı iddia tələbləri Sabunçu rayon məhkəməsində baxılarkən (iş 2(008)-3938/2023) hazırlıq iclası zamanı mübahisəli mənzillə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış sənədlərlə müəyyən edildi ki, onların vəsaiti hesabına tikilmiş, lakin Cavabdeh1 qanunsuz olaraq öz adına "ünvan 5 ünvanı kimi mülkiyyət hüququ ilə qeydə aldırdığı mənzilə dair uzun illərdir ki, məhkəmə mübahisəsi olduğunu nəzərə alaraq, yenə də onların razılığı və xəbəri olmadan 28 fevral 2023-cü il tarixində imzaladığı bağışlama müqaviləsinə əsasən mübahisəli mənzili və mənzilin yerləşdiyi 0,04 ha torpaq sahəsini qardaşı Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 bu illər ərzində bir gün olsun belə, mübahisəli mənzilin yerləşdiyi yerdə olmamış, alqı-satqı yolu ilə ailələri tərəfindən alınmış torpaq sahəsinə və orada tikilmiş yaşayış evlərinə heç bir aidiyyəti olmamışdır. Cavabdehlər arasında görüntü xətrinə imzalanmış bağışlama müqaviləsi onların mənzil hüquqlarının pozulmasına yönəlmiş cəhddən başqa bir şey deyil. O səbəbdən həmin müqavilə etibarsız hesab edilməli və mənzil Cavabdeh1 mülkiyyətinə qaytarılmalıdır. O, 1988-ci ildə həmin vaxtlar Ermənistan Respublikasında yaşayan Cavabdeh1 ilə ər-arvad münasibətlərinə daxil olaraq ailə qurmuş və orada yaşamağa başlamışdır. Bir qədər sonra isə onlar Ermənistandan qaçqın düşərək Bakı şəhərinə gəlmiş və ailələrinin vəsaiti hesabına ünvan 6 ünvanlı iki mərtəbəli yaşayış sahəsini almış, həmin ünvana pasport qeydiyyatına düşmüş və həmin ünvanda faktiki yaşamağa başlamışlar. Bakı şəhərində yaşadığı dövrlərdə Cavabdeh1lə birgə nikahlarından 3 uşağı anadan olmuşdur. Mənzil şəraitini yaxşılaşdırılmasına ehtiyac olduğundan onların müraciətləri əsasında Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 355 saylı Sərəncamı ilə Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış sahəsinin tikintisi məqsədi ilə ailələrinin vəsaiti hesabına alqı-satqı yolu ilə 400 kv.m. torpaq sahəsi ayrılmışdı. 2006-2007-ci illərdə Ramana qəsəbəsində yeni aldıqları torpaq sahəsində ailələrinin ümumi vəsaiti hesabına bir mərtəbəli ev tikərək, 2007-ci ildə ailəliklə həmin evə köçmüşlər. Təqribən, 2013-cü ilə qədər Cavabdeh1 də onlarla birlikdə həmin bir otaqlı mənzildə yaşamışdır. 2013-cü ildən sonra, onun davranışında dəyişiklər baş verməyə, evə gec-gec gəlməyə və qazancını onlardan gizlətməyə başlamışdır. Həmin vaxtlar birgə nikahdan olan övladları bu iş üzrə iddiaçılar böyüyüb ailə qurmaq həddinə çatmışdılar. Bir otaqlı evdə qalmaq mümkün deyildi. Cavabdeh1lə isə münasibətlər pisləşmişdi. O səbəbdən, Cavabdeh1 maddi və fiziki iştirakı olmadan banklardan götürdükləri kreditlər hesabına iki mərtəbəli ev tikmişlər. Evi tikdikləri 2015-ci və ondan sonrakı dövrlərdə Cavabdeh1 evdən birdəfəlik getdi və başqa qadınla ailə quraraq başqa ünvanda yaşadı. Üstəlik, eyni üsuldan istifadə etməklə Səbail rayonun inzibati ərazisində olan iki otaqlı mənzillərini bağışlama müqaviləsinə əsasən bacısının adına keçirmişdir. Cavabdeh1 bir müddətdən sonra, sonradan ailə qurduğu qadından ayrılmış (boşanmış) və 2-3 aydan bir onların faktiki yaşadıqları ünvana gələrək onlarla barışmağa cəhdlər etmişdir. Lakin, barışıq almmadıqda hər dəfə evdə konfliktli vəziyyət yaradaraq, hüquq mühafizə orqanlarına onun döyülməsi ilə bağlı yalan şikayətlər etmişdir. Bundan əlavə, 2017-ci ilin əvvəllərində Cavabdeh1 onlara qarşı Suraxanı rayon Məhkəməsində “torpaq sahəsindən və qeyd edilən torpaq sahəsində inşa edilən iki ədəd fərdi yaşayış evindən çıxarılmaqlarına dair" iddia qaldırmışdır. Həmin iş üzrə cavabdehlərdən biri İddiaçı1 "torpaq sahəsinə payların müəyyən edilməsinə dair" qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, ilkin iddiaçı Cavabdeh1 iddia tələbinin predmetini dəyişərək özünün mənzilə köçürülməsini istəmişdir. Baxmayaraq ki, onun həmin mənzildə yaşamasına heç kəs mane olmamışdır. İşə baxan Suraxanı rayon məhkəməsi özünün 2(010)-1701/2017 saylı qətnaməsi ilə, Cavabdeh1 mübahisəli mənzilə köçürülməsini qət etmişdir. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbini də qismən təmin edərək, mübahisəli evlərin yerləşdiyi 0,04 ha torpaq sahəsinə İddiaçı1 1/2 hissədə pay hüququnu tanmışdır. Həmin vaxtlar evlərin hüquqi statusu müəyyən edilməmişdi. Həmin qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2017-ci il tarixli 2(103)-7628/2017 saylı qətnaməsi ilə təmin edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Suraxanı rayon məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya münasibətdə (payların müəyyən edilməsi hissəsində) ləğv edildi. Belə ki, Apellyasiya Məhkəməsi hesab etdi ki, İddiaçı1 vətəndaşlığı olmayan şəxs olduğundan Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinə görə mülkiyyət hüququ ilə torpaq sahəsi əldə edə bilməz. Bununla belə, Apellyasiya Məhkəməsi torpaq sahəsinin birgə nikah dövründə əldə edildiyi qənaətinə gəldiyindən, hesab etmişdir ki, onun həmin torpaq sahəsindən daima istifadə etmək hüququ vardır və bu hüquqa kompensasiya vermək yolu ilə xitam verilə bilər. Məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, 0,04 ha mübahisəli torpaq sahəsi ailələrinin birgə vəsaiti hesabına alınmış, həmin torpaq sahəsinə hər bir ailə üzvünün hüquqları mövcuddur, torpaq sahəsində tikilmiş iki ədəd fərdi yaşayış evlərindən biri-bir otaqlı, bir mərtəbəli Cavabdeh1 ilə birlikdə tikilmiş və təqribən 2006-cı ildə ailəliklə köçərək həmin bir otaqlıda yaşamağa başlamış, 2013-cü ildən sonra isə Cavabdeh1 iştirakı olmadan ikinci yaşayış evi tərəflərindən inşa edilmişdir. İkinci ev tikilən vaxt Cavabdeh1 başqa qadınla nikah münasibətlərində olmuş, ayrıca yaşamış, həmin qadınla birgə nikahlarından bir uşaqları olmuşdur. İşin bütün bu halları yuxarıda göstərdiyi məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Torpaq sahəsinin nə vaxt, hansı məqsədlər üçün alınması, evlərin tikintisi, kimin tərəfindən tikilməsi, həmin evlərdən birincisinə nə vaxt köçmələri, daha sonra isə birinci evdə yaşaya-yaşaya ikinci evi tikməkləri, evə və torpaq sahəsinə hüquqlarının yaranması məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Mənzilə və torpaq sahəsinə hüquqlarının olmasına və bu hüquqlar barəsində Cavabdeh1 məlumatlı olmasına baxmayaraq, o qardaşı Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixində onların xəbərləri olmadan bağışlama müqaviləsi imzalayaraq, yaşadıqları evi və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsini qardaşına bağışlamaqla hüquqlarını pozmuşdur. Müqavilədə əks olunmuş tərəflərin niyyətlərini (bağışlama) əks etdirmir, görüntü xətrinə bağlanılmış, uzun illərdir ki, aralarında mübahisə olduğundan Cavabdeh1 və qardaşı tərəfindən mənzil və torpağa olan hüquqlarının pozulmasına yönəlmişdir.
18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-538/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
19. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, mülki işin materiallarından iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 hansı əsalarla cavabdehlər arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini tələb etmələri müəyyən edilmədiyinin iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4un cavabdehlərə qarşı yönəlimiş müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia tələbləri təmin edilməməlidir.
20. Həmçinin məhkəmə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7628/2017 nömrəli 25 iyul 2017-ci il tarixli qətnaməsinin müəyyən edilmiş hallarından da məlum olur ki, mübahisə predmeti olan daşınmaz əmlakı yerləşmiş olduğu torpaq sahəsi İddiaçı1 ilə Cavabdeh1 birgə nikah dövüründə əldə etmiş olduğu torpaq sahəsidir. İddiaçı hazırda Cavabdeh1 onların birgə nikah dövründə əldə etdikləri torpaq sahəsini və onun üzərində olan evin Cavabdeh1 tərəfindən qardaşı Cavabdeh2 bağışlanmasını onun hüquqlarını pozmuş olduğunu bildirərək məhkəməyə müraciət etsə də, məhkəmə qeyd etmişdir ki, mülki işin materiallarından əldə edilmiş sənədlərdən də məlum olur ki, İddiaçı1 ilə Cavabdeh1 arasında nikah xx.xx.2016-cı il tarixdən pozulmuşdur. İddiaçının daşınmaz əmlaka bu vaxtadək pay hüququ tanınmamışdır. İddiaçı1 hazırda bağışlama müqaviləsinin görünüş üçün bağlandığını bildirərək müqavilənin etibarsız olmasını məhkəmədən xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, İddiaçı1 həmin əmlaka pay hüququ tərəflər arasında bağlanmış nikah pozulduğu müddətdən 3 il ərzində tanınmadığından və müqavilənin etirsızlığı üçün əsas olmuş olar hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz.
21. Məhkəmə gəldiyi nəticəni, Mülki Prosessual Məcəllənin 337.1, 337.3 və 340.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-538/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş eyni tərəflər arasında, eyni predmet barəsində qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 2(103)-7628/2017 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, 1) torpaq birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabınaəldə olunubdur; 2) İddiaçı1 həmin torpağın ½ hissəsinə pay hüququ vardır; 3) lakin, vətəndaşlığı olmayan şəxs olduğundan mülkiyyətinə torpaq sahəsi keçirə bilməz; 4) bununla belə, həmin torpaq sahəsindən daima istifadə etmək hüququ vardır; 5) istifadə hüququna xitam verildiyi halda Cavabdeh1 kompensasiya almaq hüququna malikdir. Sabunçu Rayon Məhkəməsi MM-nin 14-cü maddəsinin tələbləri baxımından hər iki tərəf üçün 2017-ci ildən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquq və vəzifələrin mövcudluğunu nəzərə almamış və ümumiyyətlə bu hala hüquqi qiymət verməmişdir. Mübahisəli mənzildə yaşasalar da və torpaq sahəsindən daima istifadə hüququna malik olsa da, daşınmaz əmlaka sərəncam verildiyi halda, həmin əmlaklara hüququ olan şəxslərin hər birinin razılığı tələb olunduğu halda Cavabdeh1 bu tələblərə əməl etməmiş, mənzillərin özəlləşdirilməsinə dair hüquqdan təkbaşına, sui-istifadə etməklə, həmin mənzillərdə yaşayan şəxslərin xəbəri və məlumatı olmadan birgə nikah dövründə əldə etdikləri, ailə üzvlərinin hüquqları ilə yüklü olan mənzili öz adına özəlləşdirmiş, daha sonra isə, onları qanunsuz olaraq mənzil hüquqlarından məhrum etmək üçün görüntü xətrinə qardaşı Cavabdeh2 ilə bağışlama müqaviəsi imzalamışdır. Məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət vermədiyindən, qanunvericiliyin bu hissədə də tətbiqində səhvə yol vermişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsini onun pay hüququnun olmaması ilə əsaslandırmışdır. Lakin, məhkəmə nəzərə almamışdır ki, MM-nin 158.1. və 158.1.2. maddələrinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Hesab edir ki, onu iddiaçıların qanuni istifadəsində olan torpaq sahəsinin və fərdi yaşayış evinin əvvəlcə Cavabdeh1 adına keçirilməsi, daha sonra isə, uydurma əqd bağlamaqla başqa şəxsin mülkiyyətinə verilməsi əşya hüquqları pozmuşdur. Məhkəmə bu halı da nəzərə almamışdır. Cavabdeh1 ilə münasibətləri çox pisdir. Münasibətlərin pis olması yuxarıda da göstərdiyi kimi təqribən 2013-cü ildən başlamışdır. Həmin vaxtdan o ailəni tərk etmiş, başqa qadınla ailə qurmuş, həmin qadın tərəfindən də qovulduqdan sonra, geri onların yanına qayıtmış, onunla barışmağı, ailə kimi yaşamağı istəmiş, lakin barışıq əldə olunmadığından, hərdən bir yaşadıqları ünvana gələrək dava salmış, tikdiyi mənzillərdən çıxarılmaqlarına dair müxtəlif iddia tələbləri ilə məhkəmələrə müraciət etmişdir. Onun iddia tələbləri əsassız olduğundan, iddia tələblərini geri götürmüş, sonda isə xəbəri olmadan mənzili adına keçirərək, uydurma əqd əsasında qardaşına bağışlamışdır. Həqiqətdə onun niyyəti bağışlamaq yox, onları mənzildən çıxartmaq, mənzili isə özünün təkbaşına istifadəsində saxlamaq olmuşdur ki, bu hal da hal-hazırda qardaşı Cavabdeh2 adından mənzildən çıxarılmağına dair Sabunçu rayon məhkəməsinə müraciət edilməsi ilə təsdiq olunur. Bir sözlə Bakı ASAN Xidmət mərkəzində təsdiq edilmiş 28 fevral 2023-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” açıq-aşkar uydurma əqd olsa da, məhkəmə iddianı təmin etməməkdə etibarsız əqdlərə dair normaların tələblərini pozmuşdur. Cavabdeh1 və qardaşı Cavabdeh2 xx.xx.2023-cü il tarixində xəbəri və razılığı olmadan uydurma əqdi imzalamaqla yaşadığı evə və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsinə olan hüquqlarını pozmuşlar. Məhkəmə pozulmuş hüquqlarının bərpası üçün iddia tələbini təmin etmək əvəzinə, qanunsuz və əsassız qətnaməsi ilə pozulmuş hüquqlarını bərpa etməkdən imtina etmişdir. Bu zaman Suraxanı və Bakı Apellyasiya Məhkəməsinin 2017ci il tarixli qətnamələri ilə müəyyən edilmiş əşya hüquqlarına düzgün hüquqi qiymət verməmişdir. Qətnamədən görünür ki, məhkəmə işdə olan 2017-ci il tarixli məhkəmə qətnamələrini öz qətnaməsində sadalamaqla kifayətlənmiş, lakin həmin qətnamələrin iddia tələbinin əsaslılığına necə təsir etdiyinə qiymət verməmişdir. Bununla da məhkəmə qanuni qüvvədə olan məhkəmə qətnaməsinə MPM-nin 82-ci maddəsinin tələbləri baxımından qiymət verməyərək, sübutlara münasibətdə qeyri-obyektiv və qərəzli olmuşdur. Məhkəmə iclasında işin faktiki halları, bağışlama müqaviləsinin bağlanılmasında məqsədin nədən ibarət olması barədə cavabdehlərdən biri Cavabdeh1 izahat verməyə başlayarkən cavabdehlərin vəkilləri Vəkil3 və Vəkil1 qanunsuz müdaxilələrinə məruz qalmış, vəkillər tərəfindən ona izahat verməsi qadağan edilmiş və həqiqəti söyləməyə başladığına görə vəkillər tərəfindən iclas zalından qovulmuşdur. Hadisələri seyr edən hakim vəkillərin özbaşnalığına heç bir reaksiya verməmiş və bununla da işin faktiki hallarının araşdırılmasının qarşısı alımışdır. Cavabdehin iclas zalından qovulması, işin faktiki hallarının araşdırılmasına törədilən maneələr məhkəmə iclasının audio-video yazısında əksini tapmışdır. Bununla da, məhkəmə MPM-nin 174, 176.8 və 9-cu maddələrinin tələblərini pozmuşdur. Bu pozuntular isə öz növbəsində işin faktiki hallarının araşdırılmasına və düzgün qətnamənin qəbul edilməsinə mane olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sənədləri sadalamaqla kifayətlənmişdir. Uşaqlara münasibətdə hüquqlarının nədə pozulduğunu göstərməmişdir. 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, bu adamlar 2003-cü ildən orada yaşayırlar. 2007-ci ildə ehtiyacları olduğu üçün bir otaqlı mənzil tikib ora köçmüşlər. Daha sonra ataları çıxıb gedəndən sonra təqribən 2015-ci ildə həmin ikimərtəbəli ikinci evi tikiblər. Cavabdehlə Maya xanımın faktiki ər-arvad münasibətləri daha əvvəldən yaranmışdır. Əvvəllər Ermənistanda yaşayıblar, sonra oradan qaçqın düşüblər. Bir müddət Səbail rayonunun inzibati ərazisində yaşayıblar və tək özləri yox, Tanrıverdiyev ailəsindəki bacı-qardaşlar da orada olmuşlar. Ailə vəsaiti hesabına bələdiyyədən torpaq alıblar. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı olub. Amma həmin torpaq sahəsi pulsuz olmayıb. Bələdiyyə ilə aralarında alğısatqı müqaviləsi olmuşdur. Sərəncam Cavabdeh1 adına verilib, sonra özəlləşdirmə olanda hələ münasibətləri yaxşı idi deyə Maya xanımın razılığı alınaraq torpaq sahəsi onun adına özəlləşdirilir. Torpaq sahəsi ailə üçün alınmışdı. Eyni zamanda 2011-2012-ci ildən 4 sot torpağın üzərində ikinci evi tikməyə başlayırlar. Ümumiyyətlə, torpaq sahəsindən başqa heç bir mülkiyyətin çıxarışı olmamışdır. Özünün evə köçürülməsi ilə bağlı iddia qaldırdı. Halbuki onun o evə gəlib-getməyinə heçkim mane olmurdu. 2015-ci ildə o evdən çıxıb və başqa qadınla ailə həyatı qurmuşdur. Həmin qadından bir övladı da var. 2016-cı ildə Maya xanımla nikahlarına xitam verilir. 2017-ci ildə digər qadın Fəzahir bəyi qovandan sonra Fəzahir bəy geri qayıtmalı olur. Maya xanımgillə barışmaq istəyəndə razı olmurlar. Evdə olmadığı müddət ərzində uşaqlar böyüyür, bankdan kredit götürməklə, özlərinin qazancı hesabına ikinci evi tikməyə başlayırlar. 2017-ci ildə Suraxanı Rayon Məhkəməsində işə baxılan zaman artıq onun iştirakı olmadan evin damı qoyulmuşdu, sadəcə təmiri yox idi. Evin böyük oğlu evləndiyinə görə evin bir otağına onlar köçmüşdü. Onlar həmin vaxt Maya xanımın adından birgə nikah dövründə əldə olunan torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı qarşılıqlı iddia vermişdilər. Amma o vaxt hələ evlərin hüquqi statusu müəyyən olunmamışdı. Ermənistandan gəlmişdi və hələ Azərbaycan vətəndaşlığını qəbul etməmişdi. 2022-ci ilin sonlarında bu adam gəlib bunların evdən çıxarılması ilə bağlı yenidən idddia qaldırdı. Sonra niyəsə bir ya da iki iclasdan sonra qarşı tərəfin öz övladları olması səbəbindən iddiasını geri götürdü. 2023-cü ilin sonlarında yenə eyni tələblələ məhkəməyə müraciət etdi. Qarşı tərəf iddiaçıları tez-tez şantaj edirdi. Onda bildilər ki, qarşı tərəf evə dair çıxarış alıb. Hardasa 3-4 ay sonra Maya xanım və övladları Sabunçu Rayon Məhkəməsinə müraciət etdilər. Əvvəl Suraxanı, sonra Sabunçu Rayon Məhkəməsinə müraciət etməklərinin səbəbi o idi ki, həmin torpaq sahəsi əvvəl Suraxanı rayonunun ərazisi sayılırdı, lakin sonradan inzibati ərazi bölgüsünün dəyişməyi ilə Sabunçu rayonunun ərazisi sayılmağa başladı. Torpağa dair verilən çıxarış Suraxanı rayonuna aiddir, evə dair verilən çıxarış isə Sabunçu rayonuna aiddir. İddiaçılar Sabunçu Rayon Məhkəməsinə çıxarışın ləğv olunması, evin paylı mülkiyyət sayılması və hamısının evə istifadə hüququnun tanınması tələbləri ilə müraciət etdilər. Məhkəmə işə baxan vaxt bizim vəsatətimiz əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrinə sorğu göndərdi. Növbəti məhkəmə iclasında Cavabdeh1 özü bir arayış təqdim etdi. Arayışda göstərilir ki, onun adına mülkiyyət yoxdur. Niyə adına heç bir mülkiyyətin olmaması barədə sorğu göndərəndə məlum oldu ki, məhkəmə prosesi gedən vaxt evi və torpağı qardaşının adına keçirmişdir. Bu arayışdan sonra məlum oldu ki, evi və torpağı qardaşına bağışlamışdır. İddiaçı hazırda o torpaqda yaşayır və ondan istifadə edir. Bir gün belə olsun xanım oradan çıxmayıb. Xanım da, uşaqlar da, nəvələr də o torpaqda yaşayır. Sabunçu Rayon Məhkəməsi iddianın təmin edilməmə səbəbi kimi 3 illik iddia müddətinin ötürülməsini göstərir. Əsaslandırma belədir ki, nikah pozulduqdan sonra əmlakın bölünməsi üçün iddia tələbi 3 il ərzində verilməli idi. Lakin bu müddət ötürüldüyünə görə hüquq itir. Onlar əmlakın bölünməsini tələb etmir. Onlar bağışlama müqaviləsinin etibarsız sayılmasını tələb edir. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 qız apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, həmin evi zəhmətlə tikmişlər. Cavabdeh2 ümumiyyətlə evini tanımır. Fəzahirin isə evə neçə qapı qoyulduğundan xəbəri yoxdur. 27.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, evi atasının yardımı olmadan özləri tikmişlər. 28.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili (Cavabdeh2 vəkili və nümayəndəsi) Vəkil3 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək qeyd etmişdir ki, mənzilin torpaq üzərində sonradan tikilməsini təsdiq edən hər-hansı sübutlar təqdim edilməmişdir. Əqdin etibarsızlığına heç bir əsas yoxdur. Qarşı tərəf bildirir ki, guya mübahisəli mənzili qarşı tərəf tikdirdirmişdir, müvəkkili bildirir ki, qətiyyən elə bir hal olmamışdır, bir nəfər də olsa ustanın adını çəksinlər. Bildirir ki, evin içərisində usta işləyəişləyə onun əlində nə qədər videolar vardır, belə ki, ustaları o işlədir, ustaların pulunu o verir, evi o tikdirmişdir. Qarşı tərəf 2016-cı ildən bugünə qədər birgə nikah dövründə əldə olunmuş əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etməmiş, müraciət edəcəyi təqdirdiə isə 3 illik iddia müddətini istənilən halda ötürür. Qeyd edilənlərə əsasən hesab edirəm kı, apellyasiya şikayəti əsassızdır.
Apellyasiya baxışının hədləri
29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 30.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 32.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Mübahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
33.Azərbaycan Respublikasının Konstitusiyasının 60 maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 34.İnsan Hüquqlarının və X13 X6 6-cı maddəsinin, 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
35.225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
36. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 37.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 38.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 39.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 40.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 41.340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 42.340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 43.372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 44.375.2- ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 45.666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan eləmüqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
46.31.1-ci və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir 47.32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
48. 32.2-ci madəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 49.33.1, 33.2, 33.3 və 33.4-cü maddələrinə əsasəb ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncamhüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ərarvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınarəmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakıüzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam verməkbarədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd AzərbaycanRespublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 50.36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 51.36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 29 iyul 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
53. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 55.82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 56.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 57.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 58.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
59.Məhkəmə kollegiyası İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. 60.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 61.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun.
62. Bu istiqamətdə araşdırma aparan məhkəmə kollegiyası, iş materiallarına əlavə edilmiş ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh1 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı1, ilkin iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı “mənzilə köçürülməsi” tələbi barədə ilkin və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh1 qarşı “payların müəyyən edilməsi” tələbi barədə qarşılıqlı iddialara dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin çıxardığı 2(010)-1701/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının çıxardığı 2(103)-7628/2017 saylı 25 iyul 2017-ci il tarixli qətnamələri ilə müəyyən etmişdir ki, - Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(09)-1002/2016 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.1999-cu il tarixli nikah pozulmuşdur. - Tərəflər birgə nikah dövründə Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 0,04 ha torpaq sahəsini Bakı şəhər İcra Hakimiyyətinin 134 saylı xx.xx.2000-ci il tarixli sərəncamına, X10 61 saylı qərarından çıxarışa, 2640 saylı xx.xx.2006-cı il tarixli alqı-satqı aktına, 45 saylı MKİS-nin 2341saylı xx.xx.2006-cı il tarixli forma 2 arayışa, **********20000023 saylı xx.xx.2006-cı il tarixli kadastr planına əsasən xx.xx.2007-ci il tarixli kadastr planına əsasən xx.xx.2007-ci il tarixdə Cavabdeh1 mülkiyyətindədir. Əvəzli şəkildə əldə edilmiş həmin torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmişdir. - Torpaq sahəsi məhz tərəflərin birgə nikah müddətində ər-arvadın qazancı hesabına əldə edilmiş əmlak olsa da, İddiaçı1 vətəndaşlığı olmayan şəxs kimi həmin torpaq sahəsinin bir hissəsinin öz mülkiyyətinə keçirilməsini tələb etməsi qanunazidd hesab edilmişdir. Məhkəmə İddiaçı1 izah etmişdir ki, o, həmin torpaq sahəsindən daimi istifadə etmək və ya bunun əvəzində iddiaçıdan kompensasiya ödənilməsini tələb etmək hüququna malikdir. - Həmin torpaq sahəsinin üzərində inşa edilmiş və tərəflərin yaşadıqları həm birmərtəbəli, həm də ikimərtəbəli tikililərlə bağlı hüquq müəyyənedici sənədlərin olmadığını müəyyən edən məhkəmə bu tikililəri özbaşına tikili hesab etmişdir. Özbaşına tikililər birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin üzərində yerləşdiyindən Cavabdeh1 həmin tikililərə köçürülməsi qət edilmişdir. 63.Göründüyü kimi mübahisəli müqavilənin predmeti olan torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edilmiş, üzərindəki ev isə onların birgə nikah dövründə tikilmişdir. 2006-cı ildə Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 400 kv.metr sahəsi olan torpaq sahəsi Cavabdeh1 adına özəlləşdirilməsi barədə İddiaçı1 məlumatlı olması öz təsdiqini tapsa da, onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 16-cı döngə, 17C ünavnında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 2022-ci ildə xüsusi mülkiyyətinə keçirməsi ilə əlaqədar razılığının olubolmamasını iş materiallarına əsasən müəyyən etmək mümkün olmamışdır.
64. Halbuki Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, bu əmlak, ərarvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə və fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər kimi nikah pozulduqdan sonra dövlət reyestrində onlardan birinin adına qeydə alınmışdırsa, ər-arvadın ümumi əmlakı hesab edilməlidir.
65. Hazırki mülki iş üzrə müəyyən edilən halların yuxarıda qeyd edilənlərə əsasən müqayisəli təhlilini aparan kollegiya qeyd etməyi zəruri sayır ki, Cavabdeh1 ilə iddiaçı tərəfindən birgə nikahda olduqları dövrdə, ümumi vəsaitləri hesabına inşa edilmiş yaşayış sahəsinin nikah pozulduqdan sonra cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması bu əmlakın onların ümumi birgə mülkiyyətlərində olmasını istisna etmir.
66. Həmçinin nəzərə alınmalıdır ki, birgə nikah müddətində əldə olunmuş əmlakın hüquqi rejimi baxımından birgəliyi prezumpsiyası qəbul olunur. Bununla razılaşmayan tərəf həmin prezumpsiyanın əksini sübut etməlidir. Baxılan işdə də mübahisə predmeti olan fərdi yaşayış evinin tərəflərin birgə nikah müddətində inşa edilməsi müəyyən edilmişdir. Cavabdehlər bunun əksini sübut etmək məqsədilə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 67.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı1 mübahisəli torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə (vahid daşınmaz əşya) müvafiq hüquqi bağlılığı müəyyən edildiyindən, ünvan 3 ünvanlı fərdi yaşaış evinin və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair xx.xx.2023-cü ildə bağlanmış bağışlama müqaviləsinə əsasən cavabdehlər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin məzmunu onun hüquq və qanuni mənafeyinin pozulmasına şərait yaradır.
68. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu müəyyən edildiyindən onun pozulmuş hüququnun məhkəmə tərəfindən bərpa edilməsi də yolveriləndir. İddiaçı, cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır.
69. Bununla əlaqədar ilk öncə qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 33.4-cü maddəsi və Mülki Məcəllənin 225.6-cı maddəsi ər-arvadın ümumi daşınmaz əmlakı üzərində onlardan birinin sərəncam verməsi üçün digər tərəfin razılığı ilə bağlı xüsusi forma şərti – notarial qaydada təsdiq edilmiş razılıq nəzərdə tutmuşdur. Ümumi əmlaka daxil olan predmetin ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır.
70. Başqa sözlə, ər-arvadın ümumi birgə mülkiyyəti üzərində birtərəfli qaydada verilən sərəncama münasibət Mülki Məcəllənin 225.6-cı maddəsinin tələbləri baxımından olmalıdır. Həmin maddənin məzmununa görə birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.
71. İşdə olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2023-cü il tarixdə, 4Ə-466 saylı reyestrlə rəsmiləşdirilmiş ünvan 3 ünvanlı fərdi yaşaış evinin və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair bağlanmış bağışlama müqaviləsinə aid sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, mübahisələndirilən müqavilə bağlanan zaman İddiaçı1 razılığı alınmamış, notariat işinə yalnız sonuncunun Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı-Aeroport qolunun sol tərəfində yerləşən 400 kv metr sahəsi olan torpaq sahəsinin həyat yoldaşı Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiyi barədə xx.xx.2006-cı il tarixli ərizəsi əlavə edilmişdir.
72. Beləliklə, baxılan iş üzrə iddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsinin bağlanması zamanı onun razılığı tələb olunduğu təqdirdə, müqavilənin razılığı olmadan, ümumi əmlakdakı paylarına süni təsir etmək üçün bağlandığı müəyyən edilmişdir. Belə olan halda mübahisə də əqdin mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız hesab edilməlidir.
73. Düzdür, iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 340.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
74. Bununla əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə tərəfin irəli sürdüyü hüquqi əsaslandırmaya bağlı deyil. İddianın hansı hüquqi əsasa görə haqlı olduğunu müəyyənləşdirmək, əgər tələb əsaslıdırsa onu tam və ya qismən təmin etmək məhkəmənin vəzifəsidir. Məlum olduğu kimi, hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.
75. Odur ki, əsassız olması səbəbilə mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsinə dair irəli sürülmüş tələb məhkəmə tərəfindən həll edildikdə, həmin qərar iddianın mümkün hüquqi əsasları yoxlanılmaqla çıxarılmış hesab edilir. Bu səbəbdən hazırki tələbin rədd edilməsinə dair məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra eyni müqavilənin etibarsızlığına dair başqa bir hüquqi əsasla yenidən iddia qaldırılması hüquqi müəyyənlik və preyudisiallıq prinsipləri ilə uzlaşmır.
76. Yuxarıda qeyd edilən halların mövcudluğu da qanunvericiliyin müvafiq tələblərinə görə əqdi etibarsız saymaq üçün əsasdır.
77. Buna baxmayaraq birinci instansiya məhkəməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin çıxardığı 2(010)-1701/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının çıxardığı 2(103)-7628/2017 saylı 25 iyul 2017-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş və Cavabdeh1 ilə İddiaçı1 aid hissədə preyudisiya əhəmiyyətinə malik olan hallara münasibət bildirməmiş düzgün olmayan nəticəyə gəlmişdir.
78. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflərin arasındakı nikahın xx.xx.2016-cı il tarixdən pozulduğundan, iddiaçının həmin əmlaka pay hüququ tərəflər arasında bağlanmış nikah pozulduğu müddətdən 3 il ərzində tanınmadığından iddia tələbi təmin edilə bilməz.
79. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsi üç illik iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdirir. Belə ki, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.
80. Bundan başqa “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə və yaxud da məhkəməyə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə olmadığı, yəni cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmədiyi halda, məhkəmənin iddia müddətinin tətbiqi məsələsi müzakirə predmeti ola bilməz.
81. O ki qaldı hazırkı iddianın predmetinə, iddia ərizəsindən göründüyü kimi iddiaçının barəsində qətnamə çıxarılmasını xahiş etdiyi tələb birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paylarının bölünməsini ilə deyil, cavabdehlər arasında bağlanmış əqdin və ondan irəli gələn nəticələrinin etibarsız hesab edilməsi ilə bağlıdır.
82. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
83. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
84. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki,tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
85. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
86. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ləğv edilməli, X4 ilə Cavabdeh2 arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 184,4 kv/m olan fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixində bağlanmış “daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməli, müqavilənin hüquqi nəticəsi olan həmin əmlakın tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmasını təsdiq edən çıxarış ləğv edilməlidir.
87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-538/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. X4 ilə Cavabdeh2 arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 184,4 kv/m olan fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2023-cü il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilsin. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 184,4 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmasına dair çıxarış ləğv edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün 150 manat məbləğində ödənilmiş pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova