Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3986/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı vəkili X1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2128/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “17.03.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 21.02.2020-ci il tarixdə məhkəməyə müraciət edərək,Cavabdeh MMC ilə onun arasında bağlanmış 17.03.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh MMC-dən 180.000 ABŞ dolları kompensasiya tutularaq, qətnamə icra olunan gün məzənnəyə uyğun hesablanmaqla Azərbaycan manatı ilə ona ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 6 saylı Notariat kontorunda 3M-551 reyestr nömrəsi ilə təsdiq edilmiş 17.03.2018-ci il tarixli 117-M nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 23.06.2017-ci il tarixli 173 nömrəli sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 80 nömrəli evin sahəsi 98,12 kv.m olan 3 otaqlı 8 nömrəli mənzilinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş iddiaçının mülkiyyətində olan 3 otaqlı, 98,12 kv.m mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə edilməklə 117,74 kv.m əvəzinə 2,25 kv.m güzəşt etməklə, 120 kv.m Vaqif prospektinə baxan həmin müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-çizgiyə uyğun olaraq “A” blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 110,4 kv.m olan 26 nömrəli təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandıqdan dərhal sonra, yəni 18.03.2018-ci il tarixdə iddiaçıya məxsus mənzil boşaldılaraq Cavabdeh MMC-yə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri bu günədək yerinə yetirməmişdir. Belə ki, həmin müqavilənin 2.4-cü bəndində öhdəlikləri tam və vaxtında icra etmək, binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilə imzalandıqdan sonra 2 ay müddətinə tam razılıq əldə edərək, zəruri müqavilələri imzalaması cavabdehin vəzifələri kimi nəzərdə tutulmuşdur. Lakin müqavilə imzalandıqdan sonra 2 il 7 aydan artıq müddət keçməsinə baxmayaraq cavabdeh həmin öhdəlikləri yerinə yetirilməmiş və binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilələri imzalamamışdır. Bununla da cavabdeh iddiaçı ilə bağladığı 17.03.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməmişdir. 17.03.2018-ci il tarixli 117-M nömrəli müqavilə üzrə öhdəliklərin 5 gün ərzində icra edilərək binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə müvafiq müqavilələrin imzalanmasına dair iddiaçı 28.11.2019-cu il tarixli tələblə cavadehə müraciət etmişdir. Lakin həmin tələbdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və sakinlərlə qeyd edilən müqavilələri imzalamamışdır. 17.03.2018-ci il tarixli 117-M nömrəli müqavilənin 3.1ci bəndinə əsasən bu müqavilənin şərtlərinin Cavabdeh MMC (cavabdeh) tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə və ya qismən yerinə yetiriləcəyi təqdirdə, həmçinin, gələcəkdə səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada deyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdirdə, yaxud səbəbindən asılı olmayaraq “Mülkiyyətçi”yə (iddiaçıya) hazırkı müqavilədə nəzərdə tutulan şərtlər daxilində razılaşdırılmış mənzil təhvil verilmədiyi təqdirdə, “Mülkiyyətçi”yə (iddiaçıya) verilməsi nəzərdə tutulmuş 120 kvadrat metr mənzilin hər 1 kvadrat metri üçün 1.500 ABŞ dolları olmaqla həmin günün məzənnəsinə uyğun olaraq hesablanmaqla Azərbaycan manatı ilə Cavabdeh MMC (cavabdeh) tərəfindən “Mülkiyyətçi”yə (iddiaçıya) kompensasiya olaraq ödəniləcəkdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı 18.12.2019-cu il tarixli tələblə cavabdehə müraciət edərək, 180.000 ABŞ dolları kompensasiyanın ona ödənilməsini tələb etmişdir. Cavabdeh həmin tələbi bu günədək icra etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2128/2020 saylı 23 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17.03.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdehndən 180.000 (bir yüz səksən min) ABŞ dolları kompensasiyanın tutularaq, qətnamə icra olunan gün məzənnəyə uyğun hesablanmaqla Azərbaycan manatı ilə İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X4 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsi iş üzrə mübahisə predmetinin əsasını təşkil edən 17 .03.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsinə düzgün hüquqi qiymət verməmiş, müqavilədə nəzərdə tutulan bəndləri əsas hissəsini tətbiq etməkdən yayınmışdır. Məhkəmənin nəzərinə çatdırılmalıdır ki, 17.03.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsinə əsasən Cavabdeh MMC yeni tikilən binanın bünövrəsi qoyulandan 24 ay ərzində İddiaçı mənzili verməyəcəyi təqdirdə 180000 ABŞ dolları kompensasiya ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə tərəfindən ilk növbədə araşdırılmalı olan Cavabdeh MMC tərəfindən tikilməli olan binanın bünövrəsinin qoyulub-qoyulmaması, bünövtənin tikilməsindən nə qədər vaxt keçməsidir. Qeyd etmək lazımdır ki, ölkə ərazisində mövcud pandemiya səbəbi ilə Cavabdeh MMC tərəfindən tikilməli olduğu binanın bünövrəsi hələ tikilməmişdir. 17.03.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqavilə ilə öhdəliyin icrası dəqiq müəyyənləşdirilmiş, həmin müddətin axımı başlamadığı və qurtarmadığı halda məhkəmə tərəfindən tərəflərin iradəsi ilə bağlanmış müqaviləni və Mülki Məcəllənin 427-ci maddəsinin tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X4 apelyasiya şikayətindən müdafiə etdiyini bildirərək təmin edilməsini, İddiaçı vəkili X3 isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2128/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 6 saylı Notariat kontorunda 3M-551 reyestr nömrəsi ilə təsdiq edilmiş 17.03.2018-ci il tarixli 117-M nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 23.06.2017-ci il tarixli 173 nömrəli sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 80 nömrəli evin sahəsi 98,12 kv.m olan 3 otaqlı 8 nömrəli mənzilinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş iddiaçının mülkiyyətində olan 3 otaqlı, 98,12 kv.m mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə edilməklə 117,74 kv.m əvəzinə 2,25 kv.m güzəşt etməklə, 120 kv.m Vaqif prospektinə baxan həmin müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan plançizgiyə uyğun olaraq “A” blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 110,4 kv.m olan 26 nömrəli təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandıqdan dərhal sonra, yəni 18.03.2018-ci il tarixdə İddiaçı mülkiyyətindəki mənzili boşaldaraq Cavabdeh MMC-yə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri bu günədək yerinə yetirməmişdir. Belə ki, həmin müqavilənin 2.4-cü bəndində öhdəlikləri tam və vaxtında icra etmək, binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilə imzalandıqdan sonra 2 ay müddətinə tam razılıq əldə edərək, zəruri müqavilələri imzalaması, yeni tikiləcək binanın bönövrəsi qoyulduqdan sonra tikinti işlərini şərti olaraq 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə uyğun təmirsiz mənzili “Mülkiyyətçi”yə təhvil verilməsi cavabdehin vəzifələri kimi nəzərdə tutulmuşdur. Lakin müqavilə imzalandıqdan sonra 2 il 7 aydan artıq müddət keçməsinə baxmayaraq cavabdeh həmin öhdəlikləri yerinə yetirilməmiş və binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilələri imzalamamışdır. Bununla da cavabdeh iddiaçı ilə bağladığı 17.03.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməmişdir. 17.03.2018-ci il tarixli 117- M nömrəli müqavilə üzrə öhdəliklərin 5 gün ərzində icra edilərək binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə müvafiq müqavilələrin imzalanmasına dair iddiaçı 28.11.2019-cu il tarixli tələblə cavadehə müraciət etmişdir. Lakin həmin tələbdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və sakinlərlə qeyd edilən müqavilələri imzalamamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi(vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Mülki Məcəllənin 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında müqavilə bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Müqavilənin bağlanmasmından 2 il 7 aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh hazırkı vaxta kimi mənzili iddiaçıya təhvil verməmişdir. 17.03.2018-ci il tarixli 117-M nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin Cavabdeh MMC (cavabdeh) tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə və ya qismən yerinə yetiriləcəyi təqdirdə, həmçinin, gələcəkdə səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada deyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdirdə, yaxud səbəbindən asılı olmayaraq “Mülkiyyətçi”yə (iddiaçıya) hazırkı müqavilədə nəzərdə tutulan şərtlər daxilində razılaşdırılmış mənzil təhvil verilmədiyi təqdirdə, “Mülkiyyətçi”yə (iddiaçıya) verilməsi nəzərdə tutulmuş 120 kvadrat metr mənzilin hər 1 kvadrat metri üçün 1.500 ABŞ dolları olmaqla həmin günün məzənnəsinə uyğun olaraq hesablanmaqla Azərbaycan manatı ilə Cavabdeh MMC (cavabdeh) tərəfindən “Mülkiyyətçi”yə (iddiaçıya) kompensasiya olaraq ödəniləcəkdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı 18.12.2019-cu il tarixli tələblə cavabdehə müraciət edərək, 17.03.2018-ci il tarixli 117-M nömrəli müqavilənin 3.1-ci bəndinə uyğun olaraq 180.000 ABŞ dolları kompensasiyanın ona ödənilməsini tələb etmişdir. Lakin cavabdeh iddiaçının tələbini bu günədək icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki,cavabdeh şikayətində mövcud pandemiya səbəbindən binanın bünövrəsinin tikilmədiyini qeyd etsə də, məhkəmə kollegiyası qeyd edir ki, ölkədə mövcud pandemiya şəraiti ilə əlaqədar ölkədə xüsusi karantin rejimi 24 mart 2020-ci ildən tətbiq olunur. Ona görə də 17 mart 2018-ci il tarixli müqavilənin icra edilməməsini pandemiya şəraiti ilə əlaqələndirmək olmaz. Belə ki, həmin müqavilənin 2.4-cü bəndində öhdəlikləri tam və vaxtında icra etmək, binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilə imzalandıqdan sonra 2 ay müddətinə tam razılıq əldə edərək, zəruri müqavilələri imzalaması, yeni tikiləcək binanın bönövrəsi qoyulduqdan sonra tikinti işlərini şərti olaraq 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə uyğun təmirsiz mənzili “Mülkiyyətçi”yə təhvil verilməsi cavabdehin vəzifələri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2128/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2128/2020 saylı 23 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3986/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3986/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver