Məhkəmə qərarları › İş №2(103)-3989/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3989/2025

16.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3989/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X5 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-143/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 274 saylı sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.

2. 19 yanvar 2021-ci il tarixli, 1635 nömrəli icarə müqaviləsindən görünür ki, yuxarıda qeyd edilən sərəncam nəzərə alınmaqla həmin torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən Bakı şəhər İcra Hakimiyyəti Başçısı ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmışdır.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin «Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi ev 4 saylı ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına baxış keçirilərək müəyyən olunmuşdur ki, yaşayış evləri mövcud tikinti norma və qaydalara cavab vermir.

4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli 11 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8, 2 ədəd 10, 2 ədəd 14 mərtəbəli yaşayış binaları və 5 ədəd 1 mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.

5. 06.02.2024-cü il tarixli 22349 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir.

6. 27.02.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 406 manat dövlət rüsumu, 61 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yeni mənzil verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi ev 4 mənzil 30 «a» ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 67,1 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi ev 4 mənzil 30 «a» ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 67,1 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 80,52 m2 ölçüdə təmirli mənzilin 2 il müddətinə Cavabdeh1 təhvil verilməsi; boşaldılması nəzərdə tutulan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 274 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alnımış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin «Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, həmin binanın daxili həyət hissəsində yerləşən 3 ədəd kimi mərtəbəli yaşayış evinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki: «onlann iki ədədi XX əsrin əvvəllərində (yəni, 100 ildən də əvvəl) inşa olunmuşdur; yaşayış evinin girişində və fasad hissələrində suvaq və hörgü məhlulları aşınmışdır; girişlərdə və mənzillərdə qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşlardan hörülmüş divarlarda gücləndirilmə tədbirləri görülmədən müxtəlif ölçülərdə boşluqlar açılmışdır ki, bu da binanın yükdaşma qabiliyyətinin azalmasına səbəb olmuşdur; evlərin kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya sistemləri köhnəlmiş və yararsız vəziyyətdədir; evlərin ön və arxa fasad hissələrində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və faza sərtliyini xeyli zəiflətmişdir; yaşayış evləri mövcud tikinti norma və qaydalara cavab vermir. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən, Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1635 №-li xx.xx.2021-ci il tarixli «Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə» bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli 11 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8, 2 ədəd 10, 2 ədəd 14 mərtəbəli yaşayış binaları və 5 ədəd 1 mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli 274 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Hazırda Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi ev 4 ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi ev 4, 30 «a» saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh1 ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi ev 4 ünvanda yerləşən 67,10 m2 sahədən ibarət olan 30 «a» saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 80,52 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 600 manat kirayə haqqı təklif olunur. İddiaçı MMC iddiaçının mənzilinin yerləşdiyi ilə Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi binanın 150-yə yaxın sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başısının sərəncamı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılması, Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına və torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.

9. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,10 m2 olan mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; Cavabdeh1 216.000 manat məbləğində kompensasiya ödənilməklə, mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,10 m2 olan mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; Cavabdeh1 216.000 manat məbləğində kompensasiya ödənilməklə, mülkiyyət hüququna xitam verilməsi; bu mümkün olmadıqda, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,10 m2 olan mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; İddiaçı MMC tərəfindən ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,1 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın 1-ci bloku, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,7 m2 olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh1 təhvil verilməsi; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,10 m2 olan mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; Cavabdeh1 216.000 manat məbləğində kompensasiya ödənilməklə, mülkiyyət hüququna xitam verilməsi; bu mümkün olmadıqda, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,10 m2 olan mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; İddiaçı MMC tərəfindən ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,1 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın İmran Qasımov küçəsinə baxan hissəsində, 1-ci blok, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 95,7 m2 olan 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh1 təhvil verilməsi; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMCyə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 650 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-143/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi ev 4 mənzil 30 «a» ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 78,10 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,1 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın İmran Qasımov küçəsinə baxan hissəsində, 1-ci blok, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 95,7 m2 olan 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh1 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin Cavabdeh1 tərəfindən İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 650 (altı yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməssi, iddianın qalan hissədə təmin edilməməsi, 400 (dörd yüz) manat qiymətləndirmə xərcinə görə 200 (iki yüz) manatın Cavabdeh1 və 200 (iki yüz) manat hissəsinin isə İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilməsi, 300 (üç yüz) manat qiymətləndirmə xərcinin 150 (yüz əlli) manat hissəsinin Cavabdeh1 və 150 (yüz əlli) manat hissəsi isə İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, VÖEN: ********** H/h: № AZ33İBAZ**********6792716216 "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu maddələrinə, «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 169.1, 560.1, 560.2, 560.3.5.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 103.1, 119.1, 217.1, 218.1, 218.3, 220.4 -cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitunun mütəxəssisləri tərəfindən yaşadığı evin daxili və fasad hissəsinə heç bir baxış keçirilməmiş, qeyd olunan nöqsanlar aşkar edilmədən, göstərilən ərazidə 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binalarının tikintisi üçün iddiaçının arzu və istəklərinə uyğun 21 may 2020-ci il tarixli rəy tərtib olunmuşdur. Bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: rəy tərtib olunduğu dövrdə yaşadığı evin girişində və fasad hissələrində suvaq və hörgü məhlulları aşınma halları olmamışdır ki, bu da mənzilin yaşayış üçün yararsız hala düşməsi kimi qiymətləndirilməsinə əsas vermir. Mənzilin girişində və daxilində iddia ərizəsində qeyd olunan qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar olmamışdır; Bu fakt məhkəmə tərəfindən yerli baxış zamanı öz təsdiqini tapmışdır. Yaşadığı mənzilin yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşlardan hörülmüş divarlarda hər hansı boşluqlar açılmamış, əksinə əvvəllər mövcud olmuş qapı boşluqları birqat mişar daşı ilə hörülmüşdür ki, bu da mənzilə əlavə möhkəmlik vermişdir. Yaşadığı evin kommunikasiya sistemləri – elektrik, su və kanalizasiya sistemləri köhnəlməmiş və yararsız vəziyyətə düşməmişdir. Bunu kommunal xidmətləri göstərən idarələr də təsdiq edə bilər. Belə ki, kommunal sistemlərin nasazlığı ilə bağlı tərəfindən hər hansı orqana müraciət edilməmişdir. Əksinə iddiaçı tərəfindən ərazidə söküntü işləri aparılarkən bilərəkdən mənzilin kommunikasiya sistemləri sıradan çıxarılmışdır. Bununla bağlı aidiyyəti orqanlara və hüquq mühafizə orqanlarına etdiyi müraciətlər cavabsız qalmışdır. Dağıdılmış xətlər öz vəsaiti hesabına yenidən bərpa olunmuşdur. Lakin iddiaçı MMC-nin milli mənəvi dəyərlərdən uzaq olan rəhbərliyi və digər əməkdaşları mütəmadi olaraq onun və digər sakinlərin evlərinə gedən qaz xəttini sıradan çıxarır, günün axşam saatlarında elektrik xətlərini kəsərək oğurlayıb aparır, məcbur olub yeni elektrik naqilləri alıb xətləri bərpa etdirmişdir. Buna baxmayaraq bu şəxslər cəzasız qaldıqları üçün özbaşınalıqlarını davam etdirərək son dövrlərə kimi evə gələn işıq xəttinin kəsməkdə davam etmişlər. Bildirir ki, yaşadığı mənzil binanın birinci mərtəbəsində yerləşir. Mənzil şəraitinin yaxşılaşdırılması üçün evinin ön və arxa fasad hissələrində əlavə yaşayış sahələri inşa edilməmişdir. İddia ərizəsində qeyd olunan artırmalar digər binalarda aparılmışdır. Yaşadığı binanın daxili və xairici divarlarının qalınlığı 70-80 sm təşkil edir. İddiaçı tərəfindən ərazidə qazıntı işləri aparılanadək mənzildə hər hansı qüsur müəyyən edilməmişdir. Mənzili yaşayış üçün tam yararlı vəziyyətdə olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamının 1-ci bəndində qeyd olunmuşdur ki,daşınmaz əmlakın istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılığı əsasında İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün həmin MMC-yə icarə əsasında istifadəsinə verilmişdir. Təxminən 2020-ci ildə İddiaçı MMC-nin nümayəndələri yaşadığı binanın həyətinə gələrək sakinlərlə söhbətlər aparmışlar. Həmin vaxt mən onlara bildirmişdir ki, əgər yaşadığı mənzil də söküləcəksə başqa yerdə oxşar həyət evi almaq üçün ona mənzilinin dəyəri məbləğində pul verilsin. Bu yaşında binanın inşasını, istismara verilməsini gözləyə və hündürmərtəbəli binada yaşaya bilmədiyini qeyd edir. Ona bildirdilər ki, sizin bina sökülməyəcək, kommunikasiya xətlərinizə toxunulmayacaq, sadəcə binaya gələn yolun yeri dəyişdiriləcəkdir. Ərazidə inşaat işlərinə başlanılarkən heç kim danışığa gəlməmiş, mənzilin onlara satılması ilə bağlı təkliflər olmamışdır. Ünvanına məhkəmədən poçt bildirişi daxil olduqdan sonra iddiaçının evi almaq fikrində olduğunu bilmişdir. İddiaçı belə bir addım atmaqla evdən çıxdığı təqdirdə ona əvvəlcədən verilməli olan kirayə haqqının verilmə müddətini azaltmaq və evini yararsız hala saldıqdan sonra aşağı qiymətə almaq niyyəti güdmüşdür. Belə ki, evin ətrafına 6-7 metr hündürlükdə fanerdən hasar çəkdirmiş, evin işıqlanmasını və havalanmasının qarşısını almışdır. Küləkli havada həmin faner hasar qoparaq üstünə düşmüş, ona ağır xəsarətlər yetirmişdir. Amma yenə də bununla bağlı hər hansı orqana şikayət etməmişdir. Göründüyü kimi iddiaçı tərəf BŞİH-nin sərəncamında qeyd olunduğu kimi bir mülkiyyətçi kimi onunla heç bir danışıq aparmadan qanunsuz yolla varlanmaq məqsədi ilə onu mülkiyyət hüquqlarından məhrum etməyə çalışır. Yaşadığı mənzil 1 bloklu iki mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Binanın birinci mərtəbəsi ona məxsusdur. 2-ci mərtəbəsində isə digər qonşu yaşayır. Bina digər binalarla bitişik deyil. İddiaçının dediyi kimi onun inşa etdiyi binaların tikintisinə maneçilik törətmir. Belə olan halda iddiaçının hesabına varlanmağımızdan söhbət belə gedə bilməz. Əksinə layihədən də göründüyü kimi iddiaçı binanı sökərək iki mənzilin yerində 8-14 mərtəbəli çoxmənzilli bina inşa edərək varlanmaq niyyətindədir. İddiaçı tikinti işləri apararkən təhlükəsizlik qaydalarına əməl etmədiyi və binanı yararsız vəziyyətə saldığı üçün sakinlər tərəfindən aidiyyəti üzrə müraciətlər olunmuşdur. Azərbaycan Respublikadsı Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən ünvanına daxil olmuş 16 may 2023-cü il tarixli məktubdan məlum olmuşdur ki, iddiaçıya ayrılmış torpaq sahəsində icazəverici sənəd olmadan MMC tərəfindən söküntü işləri aparıldığından Agentlik tərəfindən söküntü işlərinin dayandırılması barədə “Qərar” verilmiş və “Qərar”ın surəti əraziyə nəzarətin təmin olunması məqsədilə xx.xx.2023-cü il tarixli 3-18-2/2-3239/2023 nömrəli məktubla Nəsimi Rayon İcra Hakimiyyətinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Göründüyü kimi söküntü işləri icazəverici sənədlər olmadan aparıldığı üçün dayandırılmışdır. Yəni tərəfindən tikitinin yubandırılması hallarına yol verilməmişdir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, guya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2024-cü il tarixli 3-16-16/2-10/3662 saylı məktubundan görünür ki, 2(006)-1712/2024 saylı mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasına şərait yaratmamışıq. Bu tamamilə yalnış fikirdir. Belə ki, iş üzrə ekspertlər təyin olunmuş ilkin baxışa işlərinin çox olmasını bildirərək vaxtında gəlməmiş, telefon vasitəsi ilə başqa vaxtda gələcəyini bildirmişlər. Daha sonra isə məhkəmə tərəfindən növbəti baxış vaxtı təyin edilmiş, həmin vaxtda da ekspert baxışa gəlməmiş, bu barədə məhkəməyə məlumat verilmişdir. Məhkəmədən də bildirildi ki, ekspertin telefon nömrəsinə zəng çatmır. Onlarla əlaqə saxlamaq mümkün olmadı. Belə olan halda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın keçirirlməməsinin səbəbini onunla əlaqələndirmək haqsızlıqdır. Ünvana gəlmiş "xxxx" MMC-nin nümayəndələri özlərini əvvəlcə MTK-nın əməkdaşı kimi təqdim edərək guya mənimlə danışıq aparmaq istədiklərini bildirmişlər. Lakin sonradan onların müstəqil qiymətləndirici olmala məlum olmuş, onlara mənzilə baxış keçirilməsinə şərait yaratmışdır. Məlum məsələdir ki, həmin təşkilat yüksək məbləğ qarşılığında iddiaçının mövqeyinə uyğun rəy vermişdir. Digər qiymətləndirici təşkilatın "xxxx" MMC-nin rəyi ilə "xxxx" MMCnin rəyləri arasında ziddiyətlər yaranmışdır. Buna görə də mənzilin sahəsinin hesablanmasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi xahiş olunmuşdur. Ekspertizanın təyin edilməsi ilə bağlı ilkin qərardadda Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 4, mənzil 30a ünvanında yerləşən yaşayış evinin çöl divarları daxil olmaqla faktiki olaraq ümumi sahəsi neçə kv.metr təşkil etdiyinin müəyyən edilməsi ekspertə həvalə edilsə də, sonrakı qərardadlarda mütəxəssislər qarşısında araşdırılması üçün bu sual qoyulmamış, qiymətləndirmə zamanı tikinti altı sahə nəzərə alınmamışdır. Belə ki, mənzilin daxili sahəsi faktiki olaraq 80 kv.m, tikinti altı sahəsi 45 kv.m və zirzəmi hissəsi isə 6 kv.m olmaqla ümumilikdə 131,0 kv.metr təşkil edir. İddiaçı isə 131 kv.metr əvəzinə daha aza sahə təklif etmişdir. Nəticədə faktiki sahədən az sahə təklif edilmişdir. Həmçinin mənzilin bazar dəyəri və icarə dəyəri düzgün müəyyən edilməmişdir. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına istinad edərək, Nazirlər Kabinetinin Qərarı dair xx.xx.2020-ci il tarixli qərarına istinad edərək, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov,Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş qərarın qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıdığını vurğulamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi layihə sənədlərindən də göründüyü kimi iddiaçı sökülən evlərin yerində həmin sayda deyil, daha hündürmərtəbəli bina olmaqla əlavə mənzillər inşa edir. Yəni iddiaçının məqsədi mənzillərin yerləşdiyi torpaq sahəsində hündürmərtəbəli bina inşa etməklə gəlir əldə etmək olmuşdur. Qeyd edir ki, mənzildə o və qardaşı rəsmi qeydiyyatdayıq. İş üzrə cavabdeh qardaşı Cavabdeh2 4 nəfər ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Mənzil faktiki 4 otaqdan ibarətdir. Mənzil sahəsinin bölgüsü bu ailənin yaşamasına uyğundur. Lakin iddiaçının təklif etdiyi mənzil isə 1 yataq, 1 zal, 1 mətbəx və 2 ədəd sanitar qovşaq otaqlarından ibarətdir. İddiaçının mövqeyinə və məhkəmənin gəldiyi nəticəyə görə 5 nəfər 1 yataq otağında yatmalıdır. Belə olan halda hansı mənzil şəraitinin yaxşılaşdırılmasından söhbət gedə bilər. Məhkəmə tərəfindən Qiymətləndirici təşkilatlar qarşısında mənzilin 1 kv.metrinin qiymətinin müəyyən edilməsi kimi sual qoyulması da qanunsuz və əsassızdır. Çünki bu zaman mənzilin neçə otaqdan ibarət olması, mənzilin daxili bölgüsünün səmərəliliyi, mənzilin binanın 1-ci mərtəbəsində yerləşdiyi, qanunvericiliyə uyğun olaraq təyinatının qeyri-yaşayış sahəsinə çevrilərək mənfəət əldə etmək imkanları nəzərə alınmır. Halbuki, yeni tikilən binaların 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi daha baha qiymətə satılır. Ona görə də faktiki 4 otaqlı mənzil təklif olunmalı və yaxud 4 otaqlı mənzil ala biləcəyi məbləğdə pul verilməli idi. Göründüyü kimi məhkəmənin işə yanaşma tərzi düzgün olmamış, iş üzrə düzgün araşdırma aparılmamış, nəticədə qanunla qorunun mülkiyyət hüququ pozulmuşdur. Baxmayaraq ki, icarəçi iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə nəticəyə gəlinir ki, hüquqların Dövlət reyestrində qeydə alınıb-alınmaması bizim məhkəmə sistemində əhəmiyyət kəsb etmir. Yəni məhkəmə kim güclüdür o da haqlıdır prinsipinə əsaslanıb qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən onunla heç bir danışıq aparılmadan, məsələnin həlli ilə bağlı ona hər hansı rəsmi məktubla təklif göndərilmədiyi halda iddiaçının iddia ərizəsi əsasında başlanmış mülki iş üzrə ekspertiza xərclərinin yarısının cavabdehə aid edilməsi də haqsızlıqdır. Bununla bağlı qanunvericilikdə belə bir imperativ norma mövcud deyil. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ğapellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda məhkəməyə vəsatət ünvanlayaraq artıq 75 yaşı olmasını, sağlamlığının, səhhətinin, İnvest.M Construction» MMC tərəfindən inşa edilən mənzilin tikintisinin başa çatmasını gözləməyə, həmin müddət ərzində kirayələrdə yaşamağa imkan vermədiyini qeyd edərək hesab edir ki, hazırki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza və əmlakın qiymətləndirilməsi keçirilməli və mənzilin sahəsi dəqiq hesablanmalı, bazar qiyməti düzgün müəyyən edilərək həmin məbləğ ona verilməlidir. Odur ki, mənzilin çöl divarları daxil olmaqla faktiki sahəsinin müəyyən edilməsi üçün təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini və eksperetizanın keçirilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsini, əmlakın bazar dəyərinin müəyyən ediləsinin isə “X8 və Ekspertiza Mərkzi” MMC-yə həvalə edilməsini xahiş edir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Eyni zamanda məhkəməyə ərizə ünvanlayaraq birinci instansiya məhkəməsində boşaldılaraq MMC-yə təhvil verilməli olan mənzilin binanın həyətyanı sahəsinə düşdüyündən, digər blokların inşasına uzun müddət əvvəl başlanıldığını, cavabdehə təhvil verilməli olan mənzilin yerləşdiyi binanın beton işlərinin yekunlaşdığını qeyd edir. Məhkəmə qətnaməsində 24 ay göstərilən müddətin sığortalanmış müddət olmasını, qətnamə qanuni qüvvəsini alanadək təhvil verilməsi qət olunan mənzilin cavabdehə təhvil verilməyə hazır olacağını bildirir.

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

20. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

22. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

23. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

28. Maddə 560.1 mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

29. Maddə 560.2 hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

30. Maddə 560.3.5.1 alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

31. 84.0, 84.0.1 və 84.0.2- ci maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə, yaşadıqları yaşayış sahələrindən çıxarılırlar.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də ərizəçinin üzərinə həddindən artıq yük qoyub-qoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq qeyri-mütənasib müdaxilədir.Müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktı nəzərə alınaraq tam kompensasiyanın ödənilməməsi, ərizəçinin əmlakının alınması, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyi nəzərə alınaraq qanuna zidd hesab edilmir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Hazırki halda cavabdeh qətnamədən şikayət verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə apellyasiya şikayəti həddində, iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-143/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

45. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

46. İşin hallarından görünür ki, Cavabdeh1 ona məxsus olan istifadəyə yararsız əmlakının yeni tikilmiş, müasir standartlara cavab verən binada təmirli əmlak sahəsi ilə əvəzləşdirilməsi təklif olunsa da, cavabdeh iddiaçı tərəfin qanunauyğun və ədalətli təklifi ilə razılaşmayaraq, cəmiyyətin maraqlarına cavab verən tikinti işlərinin aparılmasını yubadır. Bununla qeyd edilən ərazidə inşa edilməli əmlaklarda yaşamalı olan çoxsaylı vətəndaşların hüquqları və mənafeləri sual altına alınır. Bu səbəbdən, MTK öz üzərinə düşən vəzifələri vaxtında və tam şəkildə icra etməmək təhlükəsi ilə üzləşir.

47. Hazırki iş üzrə qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

48. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin müddəalarına və ayrılmaz hüquqlarla bağlı prinsiplərə əsasən cavabdehin xüsusi mülkiyyətində olan daşınmaz əmlakı üzərində hüquqlarının və mənafeələrinin qorunma qalxanı altında olması digər şəxslərin də eyni dərəcədə tanınan hüquqlarından üstün tutulmamalıdır. Hazırki mübahisənin predmetini cavabdehin xüsusi mülkiyyətində olan sahənin iddiaçıya təhvil verilməsi müqabilində onun yeni tikiləcək binada təmirli mənzillə təmin edilməsi və həmin yeni mənzilin təhvil veriləcəyi müddətədək yaşayış sahəsi ilə təmin olunması məqsədilə kirayə haqqının verilməsindən ibarətdir. İş üzrə mənzilin sahəsinin və kirayə haqqının müəyyən edilməsi məqsədilə təyin edilmiş qiymətləndiricinin verdiyi rəyə əsasən mənzilin sahəsi və həmin ərazidə oxşar şəraitli mənzillərin kirayə haqqları müəyyən edilərək iddiaçının tələbinin ədalətli olub-olmaması ətraflı araşdırılmışdır.

49. Kollegiya hesab edir ki, cavabdehin xüsusi mülkiyyət hüququndan irəli gələrək mənzilin əmlak verilməsi formada əvəzləşdirilməsinə etirazı iddiaçının həyata keçirdiyi tikinti və abadlaşdırma fəaliyyətinin, eyni ərazidə mülkiyyətləri ədalətli kompensasiya edilmiş digər sakinlərin yeni yaşayış sahələri ilə təminatının əsassız şəkildə qarşısını alır.

50. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın qarşılığında iddiaçının təklif etdiyi qaydada tam təmirli mənzillə təminat və müvafiq dövr üçün kirayə haqqı ödənişi ədalətli kompensasiya kimi qiymətləndirilməlidir.

51. Cavabdehin dəlilləri mənzilin sahəsinin düzgün ölçülməməsindən və iddiaçı tərəfindən ona bir kv metr sahənin bazar dəyərinin və habelə üzərinə onun bu müddət ərzində keçirdiyi mənəvi zərər də nəzərə alınmaqla ödənilməsindən ibarətdir.

52. Belə ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmasına baxmayaraq ekspertizanın aparılmamasına əsas olaraq Mərkəzin müvafiq məktubunda göstərilmişdir ki, mübahisə predmeti olan tikilinin yerləşdiyi ünvana iş üzrə iddiaçı tərəfin nümayəndəsi ilə birlikdə gedilmiş lakin, iş üzrə cavabdeh tərəf onun (cavabdehin) vəkilinin iştirak etməyəcəyi təqdirdə baxış keçirilməsinə icazə verməyəcəyini qeyd etmişdir. Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikiliyə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkan olmamışdır. Bundan sonra işin operativ həlli məqsədilə mövcud qanunvericiliyə və təcrübəyə əsasən özəl qiymətləndiriciyə müvafiq tədqiqatın aparılması həvalə edilmiş və məhkəməyə rəy təqdim edilmişdir. Cavabdehin özünün mübahisəyə münasibəti səbəbindən ilk dəfə təyin edilmiş qərardad üzrə ölçmə işlərinin aparılmamasından sonra cavabdehin özəl qiymətləndiricilər tərəfindən aparılmış ölçünün qəbul edilməməsini məhkəmə işin lüzumsuz şəkildə uzadılmasından başqa bir məna kəsb etmədiyini hesab etmişdir.

53. Cavabdeh apellyasiya şikayətində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın keçirilməməsinin səbəbinin onunla əlaqəli olmadığını bildirsə də istinad etdiyi halları təsdiq edən sübut təqdim etməmişdir. Həmçinin, özəl qiymətləndiricilər tərəfindən aparılmış ölçünü qəbul etmədiyini bildirsə də, həmin rəylərin əksini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəməyə vəsatət ünvanlayaraq təkrar məhkəmə tikinti-texniki ekspertiza və əmlakın qiymətləndirilməsinin keçirilməsini xahiş etsə də, kollegiya hesab edir ki, yuxarıda qeyd olunan xüsusatlara əsasən hazırki vəsatətin təmin edilməsi işin əhəmiyyətsiz uzadılmasına gətirib çıxarır.

54. Kollegiya cavabdehin “MTK-ların tikdiyi evlərin 6-7 ilə hazır olması, ev tikilənə qədər onun ömrü yetməyəcəyi” dəlilinə münasibətdə hesab edir ki, qeyd olunan hallar ehtimala əsaslandığından hazırki iş üzrə şikayətin təmin edilməsinə əsas vermir.

55. Kollegiya hesab edir ki, iddiaçının cavabdehə kompensasiya təklifi ilə də cavabdeh razılaşmadığı üçün məhkəmə yalnız əmlakın əmlakla əvəz edilməsini ədalətli həll yolu hesab etməklə düzgün nəticəyə gəlmişdir.

56. Kollegiya onu da qeyd edir ki, cavabdehin əmlakının sökülməsi həmin ərazidə inşası nəzərdə tutulan binanın cavabdehlə birgə digər şəxslərin də yaşayış sahəsi ilə təminatı üçün zəruri hesab edilir.

57. Odur ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi ev 4 mənzil 30 «a» ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 78,10 m2 sahədən ibarət olan mənzil boşaldılaraq İddiaçı MMCyə təhvil verilməsi; İddiaçı MMC tərəfindən ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,1 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın İmran Qasımov küçəsinə baxan hissəsində, 1-ci blok, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 95,7 m2 olan 2 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh1 təhvil verilməsi; sökülməsi nəzərdə tutulan mənzil İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 650 manat məbləğində kirayə haqqının ödənilməsinə dair gəldiyi nəticəni kollegiya qanuni və əsaslı hesab edir.

58. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

59. Qiymətlərinə xərclərinə münasibətdə kollegiya hesab edir ki, iddia qismən təmin edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 400 (dörd yüz) manat qiymətləndirmə xərcinə görə 200 (iki yüz) manat Cavabdeh1 və 200 (iki yüz) manat hissəsi isə İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməli, 300 (üç yüz) manat qiymətləndirmə xərcinin 150 (yüz əlli) manat hissəsi Cavabdeh1 və 150 (yüz əlli) manat hissəsinin isə İddiaçı MMC-dən tutularaq "xxxx" MMCnin təqdim etdiyi hesaba ödənilməlidir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

61. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-143/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar