Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3990/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “miras əmlakın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlak) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3-ın nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Bakdəmir oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “miras əmlakın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən sonuncu bu müqavilə üzrə 60 ay müddətinə 146363 (bir yüz qırx altı min üç yüz altmış üç) ABŞ dolları əmanət olaraq qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə 1 saylı əlavəyə əsasən əmanət 60 ay müddətinə aylıq 17% dərəcəsi ilə müəyyən edilmişdir. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən sonuncu bu müqavilə üzrə 78664 (yetmiş səkkiz min altı yüz altmış dörd) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “X23” müqaviləsinə əsasən X22 kart hesabı açmışdır. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 10000 (on min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 6000 (altı min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 7000 (yeddi min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 10000 (on min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 6000 (altı min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdu Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 16000 (on altı min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 7000 (yeddi min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 8000 (səkkiz min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur.
2. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.1953-cü il tarixdə Böyük Britaniya və X9 Krallığının vətəndaşı Colin Connorun **********00231 saylı hesabda 628687,05 (altı yüz iyirmi səkkiz min altı yüz səksən yeddi ABŞ dolları beş sent) ABŞ dolları, **********00704 saylı hesabda müvafiq olaraq 2397,92 (iki min üç yüz doxsan yeddi ABŞ dolları, doxsan iki sent) ABŞ dolları əmanəti mövcuddur.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, Böyük Britaniya vətəndaşı X20un Cavabdeh ASC-dəki şəxsi hesabında olan pul vəsaitinə dair Vyetnam Respublikasının vətəndaşı İddiaçı1 verilmiş vərəsəlik şəhadətnaməsinin tanınması ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət olunması, habelə həmin şəhadətnamə əsasında yeni şəhadətnamənin verilməsi qanunvericiliyin göstərilən tələblərinə zidd olması bildirilmişdir.
4. 15 oktyabr 2012-ci il tarixli sənəddən görünür ki, 100 Borough yolu, Middlesbrough, İngiltərə, TS1, 5HJ ünvanında fəaliyyət göstərən İngiltərə və Uels üzrə səlahiyyətli notarius X15 təsdiq etmişdir ki, sənədə əlavə edilmiş Noc İddiaçı1-nun qanuni müvəkkili X12 tərəfindən ona təqdim edilmişdir: 1. 08 fevral 2012-ci il tarixli Colin Connor-a məxsus ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş nüsxəsi 2. 21 sentyabr 2012-ci il tarixli Colin Connor-a məxsus vərasət 3. 17 sentyabr 2001-ci il tarixli Colin Connor və İddiaçı1 ilə əlaqədar Vyetnamda verilmiş nikah haqqında şəhadətnamə
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Böyük Briyaniya və X9 Krallığının vətəndaşı, mərhum Colin Connonın “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin depozit hesabında olan pul məbləğinin iddiaçılar, mərhumun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3-ın etibarnamə üzrə nümayəndəsi, X4 Singhə verilməsi vəzifəsinin “Bank of Baku" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılar, mərhum Böyük Britaniya və X9 Krallığının vətəndaşı olmuş Colin Connorun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı3 və İddiaçı2, Colin Connorun vəfatından sonra onun vərəsələri qismində Colin Connorun Cavabdeh ASC-də olan və onun depozit hesablarına yerləşdirdiyi məbləğlərin alınması ilə bağlı Cavabdeh ASC-nin rəhbərliyinə müraciət etmişdir. Onları Azərbaycan Respublikasında təmsil edən, İngiltərə Yüksək Məhkəməsi tərəfindən mərhumun bütün əmlakının idarə edilməsi üzrə İnzibatçı təyin olunmuş cənab X8muşdur. O, cənab Colin Connorun əmlakının idarə edilməsi üzrə İnzibatçısı qismində 23 yanvar 2019-cu il tarixdə Bank of Baku ASC-yə müraciət edərək depozit hesabında olan məbləğin götürülməsi ilə əlaqədar müraciət etmiş və xx.xx.2019-cu il tarixdə bu müraciətə imtina cavabı almışdır. Colin Connor ölkəmizdə “TTE- Petrofak” Limited şirkətinin Azərbaycan, Respublikasındakı filialında əmək fəaliyyəti göstərmiş və onun illik əmək haqqısı 109 723,23 (bir yüz doqquz min yeddi yüz iyirmi üç dollar iyirmi üç sent) ABŞ dolları təşkil etmişdir. Qeyd edir ki, X20 Azərbaycan Respublikasının dövlət büdcəsinə hər il 31 376,04 (otuz bir min üç yüz yetmiş altı dollar dörd sent) ABŞ dolları məbləğində vergi ödəmişdir. X20 13 dekabr 2008-ci il tarixində Cavabdeh ASC-nin Mərkəz Filialında “X23” Müqaviləsi bağlamış və məlumatımıza görə elə həmin ərəfələrdə ABŞ dolları ilə əmanət hesabları açmış və əmanət Müqavilələri bağlamışdır. Lakin həmin Əmanət Müqavilələri əlində olmadığından əmanət hesablarında məbləğin miqdarı barədə tam məlumata malik deyil. Amma əlində olan bəzi bank sənədlərinin surətlərinə və mərhumun əlyazması ilə Böyük Britaniya və X9 Krallığının vətəndaşı X20 25 dekabr 2011ci il tarixində dünyasını dəyişmiş və bu fakt İngiltərə və Uels İntestate orqanı tərəfindən qeydiyyata alınmışdır. 19 oktyabr 2018-ci il tarixində 100 Borough Küçəsi, Midelsbro, İngiltərə, TS1 2HJ ünvanında qeydiyyata alınmış İngiltərə və Uels üzrə fəaliyyət göstərən səlahiyyətli dövlət notariusu X16 tərəfindən X20un həyat yoldaşı, Vyetnam Sosialist Respublikasının vətəndaşı İddiaçı1 Xgoc adına Vərəsəlik haqqında Notarius Şəhadətnaməsi verilmişdir. Colin Connor ilə İddiaçı1 arasında xx.xx.2001-ci il tarixdə nigah bağlanmışdır. Onların həmin nigahdan xx.xx.1998-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 adlı övladları dünyaya gəlmişdir. X2 əsasən X20un bütün əmlakı həyat yoldaşı İddiaçı1 və övladları 14 sentyabr 2001-ci il tarixli İddiaçı2 və 01 oktyabr 1998-ci il təvəllüdlü İddiaçı3 tərəfindən qəbul edilmişdir. 30 sentyabr 2017-ci il tarixində 53D/5 X24 küçəsi, Phuon 2, Vung Tau şəhəri, Vyetnam Sosialist Respublikasında qeydiyyatda olan 01 oktyabr 1998-ci il təvəllüdlü İddiaçı3 və 14 sentyabr 2001-ci il təvəllüdlü İddiaçı2 atalarından miras qalmış əmlakları almaq və miras ilə bağlı məsələləri həll etmək üçün qanuni nümayəndə kimi anaları İddiaçı1 Ümimi Etibarnamə ilə təyin etmişlər. İddiaçıların qanun üzrə nümayəndəsi cənab Singh tərəfindən banka, Colin Connora məxsus əmanət hesabındakı məbləğlə və pulun vərəsə kimi iddiaçılar tərəfindən götürülməsi məqsədilə müraciət olunsa da bank müxtəlif bəhanələr gətirərək həmin məbləğ barədə məlumatların verilməsindən imtina etmişdir. Belə ki, Cavabdeh ASC-nin X13, xanım İddiaçı1 təmsilçisi olan İddiaçı X10 ünvanladığı 23 yanvar 2019-cu il tarixli sorğu məktubuna 8092 nömrəli, 07 may 2019-cu il tarixli cavabında göstərmişdir ki, xanım Xgocun miras əmlakı üçün müraciət edilən şəxsin həqiqi və yeganə vərəsə olması barədə şübhələri mövcuddur. Bu səbəbdən də miras əmlak üzrə səlahiyyətli şəxsin nümayəndəsi kimi çıxış etməsindən əmin olmadıqlarından müraciəti müsbət cavablandıra bilmirlər.İngiltərə qanunvericiliyi iki növ vərəsəliyi qəbul edir: qanun üzrə vərəsəlik və vəsiyyət üzrə vərəsəlik. Qanunvericiliyə müvafiq olaraq qanun üzrə vərəsəlik qaydası miras əmlakın vərəsələr arasında növbəlilik qaydasında bölünməsini aşağıdakı kimi nəzərdə tutur. -əgər, miras qoyan onunla birgə yaşamış həyat yoldaşı və ya vətəndaş tərəfdaşına malikdirsə, onda belə həyat yoldaşı (tərəfdaş) şəxsi istifadədə olan bütün daşmar obyektləri və 250 000 funt sterlinq məbləğində məcburi mirası alır. Miras əmlakın qalan hissəsi bərabər paylara bölünür - bir pay həyat yoldaşına (tərəfdaşına) keçir, 2-ci pay onun uşaqları arasında bərabər bölünür. Əgər miras əmlakın dəyəri 250000 funt sterlinqdən azdırsa, belə əmlak tam olaraq həyat yoldaşına (tərəfdaş) keçir. Əgər miras qoyanın uşaqları yoxdursa, onda əmlak həmçinin tam olaraq həyat yoldaşına (təırəfdaş) keçir. -əgər miras qoyan həyat yoldaşına (tərəfdaşına) malik deyilsə, onda əmlak bərabər hissələrlə onun uşaqları arasında bölünür. Uşaq və nəvələrinin olmaması halında, belə əmlak onun valideynlərinə, daha sonra qanunvericiliklə müəyyən olunmuş növbəlilik ardıcıllığı ilə qan qohumlarma keçir (qardaş və bacı, nənə və baba, və digərləri). Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “miras əmlakın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilərək, Böyük Briyaniya və X9 Krallığının vətəndaşı, mərhum Colin Connonın “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin depozit hesabında olan pul məbləğinin iddiaçılar, mərhumun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3-ın etibarnamə üzrə nümayəndəsi, X4 Singh-ə verilməsi vəzifəsi “Bank of Baku" ASC-nin üzərinə qoyulması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisə olunmayan tərəfi ondan ibarətdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə Colin Connor arasında müxtəlif tarixlərdə “Bank Əmanəti müqaviləsi” bağlanmışdır. Hər iki tərəf müqavilələr üzrə öz üzərilərinə öhdəliklər götürmüşdür. Həmin müqavilələr üzrə qoyulan vəsait iddiaçı tərəfindən indiyə qədər çıxarılmamış və hazırda mərhumun qanuni vərəsələri tərəfindən Cavabdeh ASC-dən tələb olunmaqdadır. Digər tərəfdən, Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1953-cü il tarixdə Böyük Britaniya və X9 Krallığının vətəndaşı Colin Connorun **********00231 saylı hesabda 628687,05 (altı yüz iyirmi səkkiz min altı yüz səksən yeddi ABŞ dolları beş sent) ABŞ dolları, **********00704 saylı hesabda müvafiq olaraq 2397,92 (iki min üç yüz doxsan yeddi ABŞ dolları, doxsan iki sent) ABŞ dolları əmanəti mövcuddur. Tərəflər qeyd olunan məbləğləri mübahisələndirməmişlər.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsi, Mülki Məcəllənin 944.1, 946.1, 953, 1133.1, 1133.2, 1146, 1243, 1246, 1274, 1321.1, 1321.2, 1321.3-cü maddələri, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” xx.xx.1961-ci il tarixli Konvensiyaya, “Beynəlxalq Xüsusi Hüquq haqqında” Qanunun 17.1, 17.2, 17.3, 18, 29.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayonMəhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-50/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür. Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Qanunvericilikdə “xarici dövlətlərin digər aktları” dedikdə, hansı aktların nəzərdə tutulması qeyd edilməmişdir. X12 tərəfindən vərəsəlik işi ilə bağlı bir sıra sənədlər müvafiq dövlətin məhkəmə orqanı tərəfindən təqdim edilmişdir. Həmin sənədlərin birində isə birbaşa şəkildə onun məhkəmə tərəfindən təsdiq edilməyən surətinin (tərcümədə nüsxəsi kimi qeyd edilib) hüquqi əhəmiyyətə malik olmadığı qeyd edilmişdir. Bu baxımdan belə qənaətə gəlir ki, xarici dövlətlərin məhkəmə orqanları tərəfindən qəbul edilmiş istənilən akt (o cümlədən vərəsəlik işi ilə bağlı) Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmalıdır. Digər tərəfdən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən, əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır. Həmin qanun əsasında qəbul edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda isə qeyd edilir ki, əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlakın qorunması ilə, habelə bu cür əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hərəkətlər "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bu Təlimatda ifadə olunmuş qaydalar üzrə aparılır. Təlimatda həmçinin qeyd edilir ki, notariuslar Azərbaycan Respublikasının miras əmlakın mühafizəsi haqqında normalar ehtiva edən beynəlxalq müqavilə bağladığı xarici dövlətin vətəndaşının ölümü haqqında məlumat aldıqda, müvafiq müqaviləni rəhbər tutaraq, ölənin Azərbaycan Respublikasının ərazisində əmlakı olduğu hallarda miras əmlakın qorunması üçün lazımi tədbirlər görür, miras əmlakın miqdarını və dəyərini müəyyən edir, vərəsələri aşkar edir, vəsiyyətnamənin olub-olmadığını yoxlayır. Qeyd edilənlər əsasında hesab edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində təsbit edilmiş “əcnəbinin ölümündən sonra AzərbaycanRespublikasının ərazisində qalmış əmlakına vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır” müddəası bu məsələlərin məhz yuxarıda qeyd edilən Təlimata uyğun olaraq həll edilməsini və vərəsəlik hüququ barədə şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində olan notariuslar tərəfindən verilməli olmasını nəzərdə tutur. Bu halda ölmüş şəxsin yaşadığı ölkədə onun mirasına dair vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi əhəmiyyət kəsb etmir. Bununla bağlı mövqelərini əsaslandıran digər səbəb ondan ibarətdir ki, təqdim edilmiş xarici dövlətdə rəsmiləşdirilmiş vərəsəlik şəhadətnaməsindən miras əmlakın dəqiq miqdarı və konkret olaraq Cavabdeh ASC-də olan hansısa əmlaka şamil edilməsinə dair heç bir qeydə rast gəlinmir. Bu baxımdan, şəhadətnamədə qeyd edilən miras əmlakla bağlı Bankın öhdəliyini müəyyən edə bilmir. Məlum olduğu kimi, əmanətçi təxminən 10 ildən çoxdur ki, vəfat edib və o gündən də əmanət məbləği uğrunda “qızğın və gərgin mübarizə başlayıb”. Bu vəsaiti əldə etmək üçün Banka daha kimlər müraciət etməyib?! Amma həmin şəxslərin həm şübhəli davranışlarına, həmdə lazımi hüquqi əsasa malik olmadıqlarına görə onlara vəsaitin ödənilməsinə müsbət rəy verilməyib. Bu dövrdə Banka doğru-dürüst sənəd təqdim edən və bu günədək müraciət etməkdə davam edən bir nəfər vardır ki, o da C.Connorun arvadı olduğu deyilən (Banka təqdim olunan nikah haqqında şəhadətnamənin həqiqiliyinə əmin ola bilmirlər) Vyetnam Respublikasının vətəndaşı İddiaçı1 Ngoh-un (sağolub-olmadığını bilmirlər) etibarnamə (əlavə olunur) üzrə səlahiyyətli nümayəndəsi qismində çıxış edən (etibarnamənin özünün də qüvvədə olub-olmadığı dəqiqləşdirilməlidir) X12 adlı Britaniya vətəndaşı olan şəxsdir. Bu günədək Singh Bakıya (Banka) iki dəfə gəlib. Birinci dəfə Connorun bacısı ilə birlikdə, lakin öyrənəndən sonra ki, Azərbaycan Respublikası qanunvericiliyinə görə ölən şəxsin bacısı birinci növbəli vərəsə deyildir, tələb olunan sənədlərin siyahısını alaraq geri dönmüşdür, ikinci dəfə isə sənədlərlə birlikdə gəlib Banka yazılı müraciət etmişdir. Əslində ilk baxışdan Singhin davranışlarında qeyri-adi bir məqam yoxdur. Amma, həm onu Banka gətirən və daim ətrafında olan şəxslərin kimliyi və şübhəli davranışları, həmdə bir sıra digər məqamlar bankı ehtiyatlı olmağa vadar etmişdir. Belə ki: 1) İddiaçı1 Ngoh-un (C.Connorun arvadı iddia olunan şəxsin) və uşaqlarının (artıq hər ikisi yetkinlik yaşına çatıb) bu günədək Bankla yalnız Connor öldükdən sonra qısa müddətə şəxsən əlaqə qurması və təxminən son bir neçə il ərzində heç birəlaqə yaratmaması. Şübhə yaranır ki, bəlkə də həmin şəxs artıq heç həyatda yoxdur, yaxud Connor ölənədək nikaha xitam verilmişdi. Belə olduqda, İddiaçı1 Ngoh ümumiyyətlə vərəsə qismində çıxış edə bilməz; 2) İddiaçı1 Ngohun uşaqlarının C.Connorla nikahdan əvvəl doğulması. Ehtimal yaranır ki, həmin uşaqların Connora ümumiyyətlə hər hansı hüquqi bağlılıqları olmayıb. Belə olduqda, həmin şəxslər ümumiyyətlə vərəsə qismində çıxış edə bilməzlər; 3) Bu günədək Bankda C.Connora birbaşa və davamlı bank xidməti göstərən əməkdaşların dediyinə görə, C.Connor Banka daim bir dostu ilə birlikdə gəlib-gedirmiş. Həmin dostu hazırda da Bankın müştərisidir və onun dediyinə görə, Connorun Britaniyada da arvadı və uşaqları olub. Ehtimal olunur ki, onların ümumiyyətlə, Connorun Bankdakı əmanətindən xəbərləri yoxdur. Amma Singh həmin şəxslərin mövcudluğundan danışmır; 4) Singhin özünü hüquqşünas və vəkil kimi təqdim etməsi, lakin sənədlərdə mühasib şirkətinin sahibi kimi görünməsi (hüquqi bilikləri də zəifdir) və daha çox işbaz və saxtakar (məsələn, Banka son gəlişində növbəti günə Londona geri dönüş biletinin olması səbəbindən təcili və növbədənkənar qəbul olunmasını xahiş etmişdi, lakin, iki gün sonra gəlib səs-küy salaraq müraciətinin cavabının ona verilməsini tələb edirdi, halbuki, hələ müraciətini Banka təqdim edərkən ona bildirilmişdi ki, cavabın həmin müddətə verilməsi mümkün deyildir) təsiri bağışlaması; 5) Singhin tərcüməçisi kimi təqdim etdiyi şəxsin (həmin şəxs Nyukaslda X20un bacısının qonşusu olub) və həmin şəxsin qardaşı X6 əmanəti əldə etmək üçün xüsusi canfəşanlıq göstərmələri (M.Qəniyev hətta Singhdən etibarnamə alaraq (sadəcə, etibarnaməni səhvən vərəsəlik işlərinin aparılması üçün deyil, bilavasitə Singhi şəxsən təmsil etmək üçün alıb) işlə bağlı Ədliyyə Nazirliyinə müraciət etmişdir); 6) Yuxarıda göstərilən səbəblərdən mirasın təsadüfi şəxsə verilməsinin qarşısını almaq və Bankı mümkün risklərdən qorumaq məqsədilə Bank tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə müvafiq sorğularla müraciətlər edilmişdir, lakin cavablar məzmununa görə əsasən bir-birinə yaxın və qanunun mahiyyətinə, o cümlədən notariat və məhkəmə praktikasına zidd olmuşdur. Hətta bank sirrinin toxunulmazlığının təmin olunması düşüncəsi ilə sorğularda əmanətçi barədə hər hansı konkret qeyd əks olunmasa da, Ədliyyə Nazirliyinin cavabında söhbətin Connordan və İddiaçı1Ngoh-dan getdiyi konkret təsbit olunub. Təbii olaraq sual yaranır ki, Ədliyyə Nazirliyi Bankın illər əvvəl ölmüş əmanətçisini və onun arvadını haradan tanıyır?!
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Bakdəmir oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunda, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda və Mülki Məcəllədə əcnəbinin ölümündən sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məsələlər göstərilmişdir. Həmçinin, qarşı tərəfin etibarnamə müddəti keçmişdir. Qarşı tərəf etibarnamə müddət keçsə də, bütün proseslərdə iştirak etmişdir. Etibarnamə 10 oktyabr 2019-cu ildə verilmişdir. 3 il müddəti olmuşdur. Sonradan etibarnamə təqdim edilməmişdir. Yekun məhkəmə aktı da xx.xx.2023-cü ildə çıxarılmışdır. Etibarnamə olmadan qarşı tərəf iştirak etmişdir. İş materialları ilə tanış olarkən etibarnamələr olmamışdır, sonradan əlavə edilmişdir. Həmçinin, 7 il müddətdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 7 il müddətin keçməsi ilə bağlı məhkəmə araşdırma etməmişdir. Depozit məbləğinin həcmi çox böyükdür, onlarda əsaslı şüphələr yaranır. Onlar məhkəmə tapşırıqları ilə bağlı vəsatət vermişdilər, təmin edilsə də apellyasiya məhkəməsi qərardadı ləğv etmişdir. Qətnamə qəbul edilən zaman etibarnamələrin müddəti keçmişdir. Həmçinin, yeni etibarnamədə İddiaçı1 şəxsiyyət vəsiqəsinin müddəti bitmişdir. Bu kimi halların olması onlarda əsaslı şüphələr doğurur. Şahidlərlə bağlı vəsatət vermişdilər, amma məhkəmə təmin etməmişdir. Məhkəmə, yalnız iddiaçıların dəlillərinə əsaslanmışdır. Həmçinin, qarşı tərəf bizi saxtakarlıqla ittiham edir. İş materialları ilə vərəq-vərəq tanış olublar, etibarnamə olmayıb. Hətta, ümumi etibarnmənin müddəti də keçmişdir. Nə üçün 7 il sonra vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır? 7 il ərzində nə üçün alınmayıb? Onlara mərhumun vəfatından sonra kifayət qədər müraciətlər olmuşdur. Lakin, bir müddət sonra müraciətlər dayanmışdır. Qarşı tərəfin etibarnamələri ilə də tanış olmalıdırlar, bunun üçün onlara vaxt lazımdır. İddiaçı1 şəxsiyyət vəsiqəsinin müddəti bitmişdir.10 may 2021-ci ilə qədər qüvvədə olmuşdur.
14. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3-ın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında əlavə olaraq bildirir ki, işin içində olan və müvafiq qaydada apostil olunmuş Ümumi Etibarnaməyə əsasən İddiaçı1 03 dekabr 2021ci il tarixdə X10 Azərbaycan Respublikası daxilində qanunvericiliyə uyğun olaraq ona və uşaqlarına məxsus olan hər hansı mülkü pul vəsaitləri də daxil olmaqla vəsiyyət ilə və ya qanuni şəkildə qəbul etməyə və rədd etməyə icazə verilir. Hətta qeyd edilir ki, Azərbaycan Respublikası irsi mülkiyyətlər üzrə fəaliyyət göstərən istənilən bank hesablarlndakı miras mülklərindəki pul vəsaitləri bağlı tam məlumat almağı etibar edir. Bura Azərbaycan Respublikasının bütün məhkəmə instansiyaları da daxildir. Bundan başqa qeyd edilir ki, o, bütün hüquqları 3 şəxsə ötürmək hüququna malikdir və etibarnamə icra olunduğu tarixdən etibarən qüvvəyə minir və ləğv edilmədiyi təqdirdə qeyri-müəyyən müddətə qədər qüvvədə qalacaqdır. Onun səlahiyyətlərinə gəldikdə isə Sing tərəfindən ona 17 dekabr 2019-cu il tarixdə apostil olunmuş Ümumi etibarnamə verilmişdir. Həmin etibarnamənin şərtlərinə görə ona verilmiş etibarnamə imzalandığı gündən qüvvəyə minir və xitam verilənə qədər müddətsiz olaraq qüvvədədir. Bundan başqa bank öz Apellyasiya şikayətində qeyd edir ki, bank öz fəaliyyətini guya ki, qanunun aliliyi, şəffaflıq, müştəri məmnuniyyətinin ən yüksək səviyyədə təmin olunması prinsipləri əsasında qurmuşdur. Lakin həmin prinsiplərin ziddinə olaraq insanların vaxti ilə inandıqları, üz tutduqları bankın işini qiymətləndirərək öz pullarını etibar etdikləri bank hal hazırda saxtakarlıqla məşğul olaraq, şəxsin ölümündən istifadə edərək, müxtəlif bəhanələr gətirərək vərəsələrə çatacaq pul məbləğinin verilməsindən imtina edir. Azərbaycan Respbulikasının qanunvericiliyi tərəfindən banklara belə səlahiyyət verilməməsinə baxmayaraq, bank guya ki, müştərilərin əmanətlərini lazımı qaydada qoruyur və onun mənimsənilməsinə yol vermir. Halbuki bunlar müvafiq dövlət orqanlarının, həmçinin notariat orqanlarının və məhkəmələrin səlahiyyət dairəsinə aiddir. Belə ki, Notariat haqqında Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə uyğun olaraq notariusun apardığı notariat hərəkətlərdən biri miras əmlakın qorunması üçün tədbirlərin görülməsidir. Əgər banka bütün lazımi sənədlər, daxili qanunvericiliklərinə müvafiq olaraq müvafiq dövlət orqanlarının verdiyi və bundan əlavə beynəlxalq müqavilələrə mavafiq olaraq təqdim edilən sənədlər təqdim edilibsə bank öz öhdəsinə düşəni, yəni depozit məbləğini verməlidir. Yəni vərəsələrin dairəsinin müəyyənləşdirilməsi bankın səlahiyyət sferasına daxil deyil. Hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına əsasən vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyalarından kənar olduğu üçün məhkəmələrə aiddir. Mübahisə edilməyən məqam odur ki, X20 TTE-Petrofak Limited şirkətinin Azərbaycandakı nümayəndəliyində çalışmış, Cavabdeh ASC-nin müştərisi olmuş və həmin müddətdə də həmin banka böyük məbləğdə depozit yerləşdirmişdir. Bank öz şikayətində X20un bacısını, həyat yoldaşını və hətta uşaqlarının onunla bağlılığına şübhə ilə yanaşır və guya ki, onun dostunun dediyi sözə inanaraq mərhumun guya ki, başqa arvad və uşaqlarının olmasını təkid edir. Beləliklə bank ona rəsmi təqdim edilmiş sənədlərə deyil, guya ki, hansısa dostunun sözlərinə inanmağı məsləhət görür. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında vərəsələrin dairəsinin müəyyən edilməsi notariusun səlahiyyətinə deyil, məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halın banka tamamilə aidiyyatı yoxdur. Məhkəməyə təqdim olunmuş və apostil edilmiş sənədlərdə nigah haqqında şəhadətnaməyə əsasən İddiaçı1 ilə Colin Connor arasında xx.xx.2001-ci ildə nigahları qeydə alınmışdır. İngiltərə notariusu tərəfindən verilmiş və apostil olunmuş Vərəsəlik haqqında Notarius Şəhadətnaməsində X20un həyat yoldaşı kimi İddiaçı1 və övladları kimi xx.xx.1998-ci il doğum tarixli İddiaçı3 və xx.xx.2001-ci il doğum tarixli İddiaçı2 Due onun rəsmi və qanuni vərəsələri kimi göstərilmişdir. Heç bir prosessual pozuntu yoxdur. İngiltərə qanunvericiliyində həyat yoldaşını tərəfdaş kimi tanınmışdır. Yəni, tərəfdaş da vərəs kimi tanınır. Birbaşa qanunvericilikdə göstərilmişdir. Həmçinin, uşaqlar həqiqətən də X20un övladlarıdır. 250 min funt strenlig Colin Connorun həyat yoldaşı və uşaqlar arasında bölünmüşdür. Etibarnamələrin müddəti ötürülməmişdir, hamısı məhkəməyə təqdim edilmişdir. 7 il sonra vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı bildirir ki, şəhadətnamə Azərbaycan üçün alınıb. Çünki, Azərbaycanda pul məbləğinin olması barədə məlumat iddiaçılar da olmamışdır. Daha sonra məlumatları olub və müraciət ediblər. Etibarnamələr rayon məhkəməsinə təqdim edilmişdir.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.https://www.e-qanun.az/framework/46944 Maddə 953.1. Əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. Maddə 953.2. Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir. İtirilmiş adsız sənədli bank kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.
16. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” xx.xx.1961-ci il tarixli Konvensiyası
Maddə 2. Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür.
Maddə 3. İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir.
17. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 29.1. Vərəsəlik üzrə münasibətlər miras qoyanın öz vəsiyyətnaməsində vətəndaşı olduğu ölkənin hüququnu seçdiyi hallar istisna olmaqla, onun son daimi yaşadığı ölkənin hüququ ilə müəyyən edilir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, hazırkı iddiasında iddiaçılar Colin Connonın “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin depozit hesabında olan pul məbləğinin mərhumun vərəsələrinin etibarnamə üzrə nümayəndəsinə verilməsini xahiş edir.
23. İşin mübahisəsiz halı odur ki, “Bank of Baku" Açıq Səhmdar Cəmiyyəti ilə Colin Connor arasında müxtəlif tarixlərdə bank əmanəti müqaviləsi bağlanmışdır. Colin Connonın hesabında 628687,05 ABŞ dolları və 2397,92 ABŞ dolları əmanət mövcuddur.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, qətnamədən apellyasiya şikayəti verən cavabdehin dəlili ondan ibarətdir ki, miras əmlakın verilməsi barədə vərəsəlik şəhadətnaməsi Azərbaycan Respublikası ərazisində olan notariuslar tərəfindən verilməlidir, ölmüş şəxsin yaşadığı ölkədə verilmiş vərəsəlik şəhadətnaməsində “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətində olan əmanətlə bağlı məlumatlar əks etdirilməmişdir.
25. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” xx.xx.1961-ci il tarixli Konvensiyaya əsasən X17 gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Azərbaycan Respublikası Konvensiyanı xx.xx.2004-cü il tarixdə ratifikasiya etmişdir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatmı və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Buna baxmayaraq, bu Konvensiya aşağıdakılara tətbiq edilmir: a) diplomatik və ya konsulluq idarələri tərəfindən icra edilən sənədlərə; b) kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə.
26. İş materialları ilə müəyyən edilir ki, Vyetnam Sosialist Respublikasının nikah haqqında şəhadətnaməsinə əsasən İddiaçı1 ilə Colin Connor xx.xx.2001-ci il tarixdə nikahlarını bağlamışlar. xx.xx.2018-ci il tarixli vərəsəlik haqqında notarius şəhadətnaməsinə əsasən, qeydiyyata alınmış ünvanı 100 Borough Road, Middlesbrough, İngiltərə, TS1, 2HJ olan, İngiltərə və Uels üzrə fəaliyyət göstərən səlahiyyətli dövlət notariusu X15 aşağıda qeyd olunanları təsdiq etmişdir:
1. İngiltərə və Uels qanunlarına müvafiq olaraq əgər bir şəxs İngiltərə və Uelsdə yaşadığı halda vəsiyyət yazmadan dünyasının dəyişərsə, bu zaman tətbiq edilən vərəsəlik qaydası müvafiq qanunvericiliklə dəyişiklik edilən 1925-ci il Əmlakın idarə olunması haqqında aktda qeyd olunan vərəsəlik qaydalarıdır.
2. X3 təqdim edən Avropa Birliyi qaydaları Birləşmiş Krallıqda tətbiq edilmir və yalnız 17 avqust tarixində və ya bu tarixdən sonra bir şəxs vəfat etdiyi halda tətbiq edilir.
3. 25 dekabr 2011-ci il tarixində Colin Connor ölümü zamanı İngiltərə və Uels vərəsəlik qaydaları aşağıdakı kimi idi: Ölən şəxsin əmlakının və sahib olduğu mirasın ilkin 250000 avro məbləği ölən şəxsin həyat yoldaşına miras verilmişdir. Ölən şəxsin həyat yoldaşı məbləği 250000 avrodan artıq olan ölən şəxsin əmlakının yarısında ömürlük sahibkarlıq hüququna malikdir. 18 yaşların çatdıqları zaman əldə edə biləcəkləri qalan məbləğ ölən şəxsin övladlarına verilir.
4. 25 dekabr 2011-ci il tarixində dünyasını dəyişən X20un əmlakında: Mərhumun həyat yoldaşı İddiaçı1 21 sentyabr 2012-ci il tarixində X12 vasitəsilə X21 ünvanında Ali Ədliyyə Məhkəməsinin Rayon Vərəsəlik Reyestrində verilən İdarəetmə səlahiyyəti ilə onun əmlakına inzibatçı olaraq təyin edilmişdir. Vərəsəlik sənədinin surəti əlavə edilir. Yuxarıda qeyd olunan Vərəsəlik qanunlarına müvafiq olaraq əmlak aşağıdakı qaydada müəyyən edilmiş şəxslərə verilir: 1)Birinci pay-250000 avro İddiaçı1-a 2) Cao-To Ngoc qalan məbləğin yarısı üzrə ömürlük maraq sahibi olaraq qalır. 3) Qalan məbləğ mərhumun 1 oktyabr 1998-ci il təvəllüdlü İddiaçı3 və 14 sentyabr 2001ci il tarixli İddiaçı2 adlı övladlarına verilir. Əmlakla əlaqədar bütün məbləğlər onun müvəkkili vasitəsilə əmlakı üzrə inzibatçi olaraq İddiaçı1-a ödənilməlidir və onun vəzifəsi 4 (b) bəndində qeyd olunanlara müvafiq olaraq mərhumun əmlakının idarə etməkdir.
27. Göründüyü kimi, xx.xx.2018-ci il tarixli vərəsəlik haqqında notarius şəhadətnaməsinə əsasən iddiaçılar Colin Connorun əmlakı üzrə vərəsə sayılmışlar.
28. İddiaçı iddia ərizəsində göstərdiyi halları Böyük Britaniya və X1vericiliyinə uyğun olaraq tərtib edilmiş apostil, vərəsəlik şəhadətnəməsi, ümumi etibarnamə və nikah haqqında şəhadətnaməyə əsasən təsdiq etmişdir.
29. İşdə olan xx.xx.2017-ci il tarixdə verilmiş etibarnamədən müəyyən olunur ki, İddiaçı3 və İddiaçı2 anaları olan İddiaçı1-u atalarından qalan miras ilə əlaqədar olaraq onların qanuni nümayəndəsi olaraq təyin etmişlər. Eyni zamanda İddiaçı1 X12-i qanuni müvəkkili təyin etmişdir. X12 tərəfindən Vəkil iddia ərizəsini imzalamaq həvalə edilmişdir. Etibarnamə imzalanan gündən xitam verilənədək qüvvədədir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
31. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev