Məhkəmə qərarları › İş №2(103)-3990/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3990/2025

24.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3990/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı, üçüncü şəxsin Azərbaycan Respublikası Enerji X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (“Enerji X1 publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(001)-561/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətlərinə əsasən mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 17-026643 nömrəli sayğacdan qeyri - qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

2. 30 sentyabr 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

3. 30 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 7020 kub.m hesablanmışdır.

4. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 31 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

5. 31 oktyabr 2023-cü il tarixli ******* aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

6. 31 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 1260 kub.m hesablanmışdır.

7. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 04106669 saylı, 30 noyabr 2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyriqanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

8. 30 noyabr 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

9. 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 2052 kub.m hesablanmışdır.

10. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30 dekabr 2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

11. 30 dekabr 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

12. 30 dekabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 3492 kub.m hesablanmışdır.

13. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 31 yanvar 2024-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 saylı sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, təbi qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə faktı aşkar edilmişdir.

14. 31 yanvar 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyriqanuni birləşmə ləğv edilmişdir.

15. 31 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 3132 kub.m hesablanmışdır.

16. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 29 fevral 2024-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

17. 29 fevral 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyriqanuni birləşmə ləğv edilmişdir.

18. 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 3132 kub.m hesablanmışdır.

19. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2024cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

20. 29 mart 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyriqanuni birləşmə ləğv edilmişdir.

21. 29 mart 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 3132 kub.m hesablanmışdır.

22. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30 aprel 2024-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

23. 30 aprel 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyriqanuni birləşmə ləğv edilmişdir.

24. 30 aprel 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 1656 kub.m hesablanmışdır.

25. Cavabdeh İB tərəfindən istehlakçıya ünvanlanan 23 sentyabr 2024-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, istehlakçıya 13195,30 manat borc hesablanmış, 11034,58 manat son ödənilən məbləğ kimi borcdan çıxılmışdır.

26. Cavabdeh İB tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında 23 may 2024-cü il tarixində GCZ- G-4 Diafraqma tipli, GCZ0158198 nömrəli sayğac quraşdırılmışdır. Ünvanda 4 gözlü qaz pilitələri (PQ-4) (1/1), qızdırıcı radiator peçi 1(1) var.

27. Enerji X1 Publik Hüquqi Şəxsinin vətəndaş müraciətinin araşdırılmasına dair 3- 15-2-1/3-3-403/2025 saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən ünvanında 1 ədəd PQ-4 məişət tipli, 1 ədəd radiator sobası, 1 ədəd QSQ qaz qurğuları qaz xəttinə qoşulub.

28. Enerji X1 Publik Hüquqi Şəxsinin mütəxəssisi tərəfindən verilən 24 aprel 2025ci il tarixli rəydə göstərilir: 31 oktyabr 2023-cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m³ x 12 saat x 31 gün = 446.4 m³; QSQ üçün - 1,5 m³ x 12 saat x 31 gün = 558 m³; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi - 446.4 + 558 = 1004.4 m³, xx.xx.2023-cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m² x 12 saat x 30 gün = 432 m³; QSQ üçün - 1,5 m³ x 12 saat x 30 gün = 540 m³, Radiator soba-0.8 x 12 saat x 15 gün = 144 m³; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi- 432 + 540 + 144 = 1116 m³, xx.xx.2023-cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m³ x 12 saat x 30 gün = 432 m³; QSQ üçün - 1,5 m³ x 12 saat x 30 gün = 540 m³; Radiator soba-0.8 x 12 saat x 30 gün = 288 m³; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi- 432 + 540 + 288 = 1260 m³, xx.xx.2024-cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün 1,2 m³ x 12 saat x 31 gün = 446.4 m³; QSQ üçün - 1,5 m³ x 12 saat x 31 gün = 558 m³ ; Radiator soba -0.8 x 12 saat x 31 gün = 297.6 m³; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi- 446.4+558+297.6 = 1302 m³,xx.xx.2024- cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m³ x 12 saat x 29 gün = 417.6 m²; QSQ üçün - 1,5 m³ x 12 saat x 29 gün = 522 m³; Radiator soba-0.8 x 12 saat x 29 gün = 278.4 m²; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi- 417.6 + 522 + 278.4 = 1218 m³, xx.xx.2024-cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m³ x 12 saat x 29 gün = 417.6 m³; QSQ üçün - 1,5 m³ x 12 saat x 29 gün = 522 m³; Radiator soba - 0.8 x 12 saat x 29 gün = 278.4 m²; xx.xx.2023cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi417.6 + 522 + 278.4 = 1218 m³, xx.xx.2024 – cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 32 gün = 460.8 m³ ; QSQ üçün - 1,5 m³ x 12 gün = 576 m³; Radiator soba - 0.8 x 12 saat x 17 gün = 163.2 m³; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi- 460.8 + 576 + 163.2 = 1200 m³

29. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə" göstərilən il üzrə müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2023-cü il üzrə 3.380.4 m³ (1004.4 + 1116 + 1260) qaz həcminin 1200 m³i 0.12 manat ( 1200 x 0,12=144), 1300 m³- i 0,20 manat (1300 x 0,20=260), 880.4 m³- i 0.25 manat (880.4 x 0.25 = 220.1 ) cəmi 624,10 manat, 2024-cü il üzrə - 4938 m³ (1302 + 1218 + 1218 + 1200) qaz həcminin 1200 m³-i 0,12 manat ( 1200 x 0,12 ), 1300 m³- i 0, 20 manat ( 1300 x 0,20=260), 2438 m³-i 0.25 manat (2438 x 0,25 609.5), cəmi 1013,5 manat. Göstərilənləri nəzərə alaraq istehlakçının təqsirli olması sübuta yetirildiyi halda yuxarıda qeyd olunan aktlar üzrə hesablanan qaz həcminin dəyəri 1637,60 (624, 10 + 1013, 5) manat məbləğində müəyyən edilə bilər

Birinci instansiya məhkəməsində icraat

30. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istehlakçı kimi hüquqlarının bərpa edilməsi, hesablanmış 2147 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. İddia onunla əsaslandırılmışdır ki, özü Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi Birliyin TTİ ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Lakin ünvan 4vanında qeydiyyatdadır. Binəqədi rayon X7 tərəfindən 31 yanvar 2024-cü il tarixində ******* nömrəli akt tərtib edilmiş və akta əsasən mənzilin qaz sayğacına baxış keçirilməsi, təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə üçün istifadə edilməsinin aşkar edilməsi və buna görə də 2147 manat borc hesablanmışdır. Akt tərtib edilmiş və dəymiş ziyan məbləği 2147 manat göstərilmişdir. Əlavə olaraq bildirir ki, həmin ünvanda ay ərzində demək olar ki, çox yaşamır. Abonentin saldosundan da, görmək olur ki, hər ay üçün qazdan istifadə limiti və sərfiyyatı qeyd olunur. Bu səbəbdən ona qarşı tərtib olunmuş akt əsassız və qanunsuzdur. Belə ki, saldodan görünür ki, ortalama həmin sərfiyyatdan istifadə etməmişdir. Bundan əlavə sözügedən mexaniki qaz sayğacı çöldə yerləşir. Akt tərtib olunan zaman isə nə o, nə özü prosesdə iştirak etməmişdir. Hazırda 4 aya yaxındır ki, həmin evdə qazdan istifadə olunmur.

32. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(001)- 561/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq qanunsuz qoşulmaya dair 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayı da daxil olmaqla olan müddət üçün tərtib edilmiş 7 AKT-a görə Cavabdeh tərəfindən hesablanmış 2142,72 manat borcdan 1814,64 manat hissəsi İddiaçı abonent hesabından (abonent kodu: **********70000) silinməsi qət edilmişdir.

33. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən abonentə 2023cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayı da daxil olmaqla qanunsuz qoşulmaya dair hər ay akt tərtib edilmiş və bu əsasla abonentə itirilmiş qazın dəyəri kimi 2142,72 manat borc hesablanmışdır. Halbuki, həmin aktların tərtib edilməsi, qanunsuz birləşmənin ləğv edilməsinin abonentin iştirakı ilə həyata keçirilməsi, tərtib edilən aktların surətinin abonentə təqdim edilməsi və ya abonentin imzalamqdan imtina etməsi müəyyən edilmir. Bundan əlavə qanunun tələbinə görə ildə bir dəfə noyabr ayının 1-dək keçirilməli olan müayinə də qaz paylayıcı tərəfindən edilməmişdir. Hansı ki, müayinənin nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılmaması qazın verilməsinin dayandırılması üçün əsasdır. Halbuki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Eyni zamanda polisə müraciət edilməsinə baxmayaraq, istehlakçının qazın talanmasında təqsirli bilinməsi də müəyyən edilmir və cavabdeh bu barədə hər hansı sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə iddiaçının 2 dəfə qanunsuz qoşulduğunu etiraf etməyini, həmin hadisələrin eyni ayda və ya fərqli aylarda baş verməsini xatırlamadığını nəzərə alır və sübut edə bilmədiyi halları onun ziyanına şərh edərək, mütəxəssisin itirilmiş qazın həcmi ilə bağlı rəyini nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Odur ki, abonentə 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayı da daxil olmaqla olan müddət üçün qanunsuz qoşulmaya dair tərtib edilmiş 7 akta görə hesablanmış 2142,72 manat borcdan mütəxəssisin oktyabr və noyabr ayı üçün hesabladığı itirilmiş qazın həcmi (1004.4 kub.m+1116 kub.m) nəzərə alınmaqla silinməlidir. Bu isə Azərbaycan Respublikası Tarif(qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” müvafiq qərarına əsasən 328.08 (itirilmiş qazın ümumi həcmi 2120.4 kub.m olduğu nəzərə alındıqda onun 1200 kub.m 0.12 manat, qalan hissəsi isə 0.20 manatla hesablandıqda) manat təşkil edir. Beləliklə, qanunsuz qoşulmaya dair 2023-cü ilin oktyabr ayından 2024cü ilin aprel ayı da daxil olmaqla olan müddət üçün tərtib edilmiş 7 AKT-a görə cavabdeh tərəfindən hesablanmış 2142,72 manat borcdan 1814,64 (2142.72-328.08) manat hissəsi əsassız olduğundan abonentin hesabından silinməlidir .

34. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11 və 13-cü maddəsinə, “Qazdan istifadə qaydalarının” 4.1, 4.2, 4.8, 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

35. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir

36. Şikayətin dəlillərinə görə iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulmasına dair iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd etdiklərindən göründüyü kimi, sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin rədd ediməsini qət edərdi. Bildirir ki, iddiaçı uydurma izahatından başqa və əsassız iddia tələbinə qanuni don geyindirməkdən başqa hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçıya aidolan **********00000 abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı iləməişət qaz abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı iləməişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bildiririk ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bu faktdır ki, iddiaçı sayğacdan kənar təbii qazdan istifadə etmişdir. İş materiallarında olan bütün sənədlərdən (sübutlardan) göründüyü kimi, birinci instansiya məhkəməsi borcun silinməsinə dair iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, İddiaçının qeyd olunan ünvanda öz ailəsi iləbirgə yaşadığı halda və belə olan təqdirdə həmin ünvanda həmin vaxt təbii qazın talanmasına dair hansı qanunsuz hərəkətlərin həyata keçirildiyini görməyə-görməyə (bu faktdan xəbərin olmaması təbiidir), İddiaçı uydurma iddia ərizəsi, izahat əsasında, yəni həmin ünvanda yaşayış olmamış, həmin evdə yalnız elektrik avadanlıqlrdan istifadə edilmiş, təbii qazdan istifadə yalnız qış ayları edilmişdir və s. bu kimi uydurma cümlələrdən istifadə edərək məhkəmədə yalnış təsəvvür yaratmış, məhkəmə isə öz növbəsində cavabdehə dair “vətəndaş həqiqətən də aktlar yazılan 7 ay ərzində hər ay yenidən qanunsuz qaz xəttini bərpa etdiyi halda Cavabdeh İstehsalatBirliyinin qeyd olunan müddət ərzində nə hüquq mühafizə orqanlarına, nə də ki, məhkəməyə müraciət etməməsi ağlabatan mühakiməyə tabe olmur. Eyni zamanda qaz sayğacının **********70000 abonent kodu üzrə “qalıq və aktlar”a ilk “borcun” yazıldığı tarixdən 13 ay keçdikdən sonra quraşdırılmasının hər hansı qanuni və (ya) məntiqi izahı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir” kimi səhv nəticəyə gələrək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin (Mülki kollegiyanın sədri cənab R.Eyvazov tərəfindən) yurisdiksiyasına daxil olan Bakı şəhərinin rayon məhkəmələrinə ünvanladığı 17 may 2024-cü il tarixli, 3-6/2-334/224 №-li tövsiyyə xarakterli məktubunda qeyd olunur ki, “Lakin,əgər istehlakçı məhkəmə icraatı zamanı sayğaca müdaxilə etməsini və ya qaz xəttinə qanunsuz qoşulmasını etiraf edirsə, o zaman iddianın istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənn qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması əsası ilə rədd olunması prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Belə olan halda, iddia tələbinə müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi qiymət verilə bilər”. İş materiallarından, eləcə də iddiaçının (faktiki olaraq həmin evdə yaşamış və qanunsuz olaraq təbii qazdan istifadə etmiş) etiraf etmələrinə baxmayaraq, bu məsələyə birinci instansiya məhkəməsi düzgün yanaşmamış, səhv nəticəyə gəlməsi ilə nəticələnmiş və bunun yekunu olaraq da səhv və eyni zamanda əsassız və qanunsuz qətnamə qəbul edilmişdir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

38. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi.

39. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

41. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: Maddə 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir;

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

46. Cavabdeh apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunan hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddia üzrə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddianın rədd olunan hissəsində və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi

47. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

48. Apellyasiya şikayəti ümumi sözlərlə əsaslandırılmış, qətnamə ilə iddianın qismən təmin olunması nəticəsinə gəlinərkən hansı maddi və prosessual normaların pozulmasına istinad etməmiş, hesablamaların düzgün aparılmaması barədə arqument əsaslandırılmamışdır. Buna görə də şikayətin dəlilləri üzrə araşdırma aparılması mümkün deyildir.

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma və qiymətləndirmə ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür və həmçinin qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 6.5ci bəndində qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

50. Lakin işin hallarından görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, bu norma qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən tərtib edilmiş aktlardan birinin 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır

51. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

52. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(001)- 561/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(001)- 561/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar