Məhkəmə qərarları › İş №2(103)-3998/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3998/2024

24.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3998/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X16, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 MMC-yə, Bakı şəhəri 13 saylı Notariat Kontoruna və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın etibarsız hesab edilməsi, payların əlavə edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X23 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi X24 iştirakları ilə, İddiaçı cavabdehlər X16, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 MMC-yə, Bakı şəhəri 13 saylı Notariat Kontoruna və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın etibarsız hesab edilməsi, payların əlavə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1515/2023 nömrəli qətnaməsindən cavabdehlər S.A.Abbasova, Cavabdeh4, Cavabdeh4 və Cavabdeh1 MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X29 ilə Tükəzban Fətulla qızının faktiki nikahlarından Məmməd, Gülmirzə, Sara və Anaxanım adlı uşaqları doğulmuşdur.

2. X29 xx.xx.1938-ci il tarixdə ölmüş və ondan qalan miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən (bundan sonra – mübahisəli fərdi yaşayış evi) ibarət olmuşdur.

3. Oktyabr Rayon Məhkəməsinin xx.xx.1949-cu il tarixli qətnaməsi ilə mübahisəli fərdi yaşayış evi vərəsəlik qaydasında Tükəzban Fətulla qızının, X8, X3, X9 və X1 birgə mülkiyyətinə keçmiş və xx.xx.1949-cu ildə həmin əmlaka dair qeydiyyat vəsiqəsi verilmişdir.

4. Tükəzban Fətulla qızı xx.xx.1991-ci il tarixli vəsiyyətnamə ilə öləcəyi gün ona məxsus əmlakı bərabər şəkildə nəvələri X10 və X18 vəsiyyət etmişdir.

5. Tükəzban Fətulla qızı xx.xx.1997-ci il tarixdə ölmüşdür.

6. X12 xx.xx.1998-ci ildə ölmüşdür.

7. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyət hesab edilən mübahisəli fərdi yaşayış evində olan paylarının naturada bölünüb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ev bölünərək, mülkiyyətçilər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 11,2 kv.m olan 1 nömrəli otağın və 10,4 kv.m olan 12 nömrəli yardımçı sahənin, Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızına sahəsi 15 kv.m olan 2 saylı otağın və 8,8 kv.m olan 11 saylı yardımçı sahənin verilməsi, 2 və 3 saylı otaqların arasındakı arakəsmənin bərpa edilməsi, eyni zamanda cavabdeh X17 2 nömrəli otaqdan köçürülməsi qət edilmişdir. Qətnamə xx.xx.1998-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

8. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) X11 Fətulla qızından qalan miras əmlaka dair xx.xx.1998-ci il və xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)- 2878/2009 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, mübahisəli fərdi yaşayış evinə dair Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X13 adına verilmiş 2-B/İ-241 nömrəli, 6 avqust 1998-ci il tarixli və 8 yanvar 1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələrin və mübahisəli fərdi yaşayış evinə dair Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış 4 fevral 1999-cu il tarixli hüquqi qeydiyyatın ləğv edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

10. Daşınmaz əmlakın dövlət reyestrində mübahisəli fərdi yaşayış evi Tükəzban Fətulla qızının (9/45 hissə) adına xx.xx.2012-ci il tarixdə, X8 (9/45 hissə) adına xx.xx.2012-ci il tarixdə, Cavabdeh4 (9/45 hissə, 1 otaq, y/s 13,5 kv.m, k/s 8,3 kv.m) adına xx.xx.2010-cu il tarixdə, X19 (9/45 hissə, 1 otaq, y\s 11,2 kv.m, k/s 10,4 kv.m) adına xx.xx.2017-ci il tarixdə, X3 (9/45 hissə) adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

11. 31.10.2017-ci il tarixdə X16 xx.xx.1997-ci il tarixdə vəfat etmiş Tükəzban Fətulla qızına məxsus mübahisəli fərdi yaşayış evinin 9/45 hissəsindən 18/540 hissəsinə 2V-187 nömrəli məcburi paya vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Miras əmlakın qalan 36/540 hissəsindən ibarət iki məcburi payına (X6 veriləcək 18/540 hissə və X7 veriləcək 18/540 hissə) və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyd edilmişdir.

12. 31.10.2017-ci il tarixli 2V-188 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi bacısı - X20 müəyyən edilmiş və o, miras əmlakdan 3/45 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: mübahisəli fərdi yaşayış evindən mərhuma məxsus 9/45 hissədən ibarət olmuşdur. Miras əmlakın 6/45 hissəsi açıq saxlanılmışdır.

13. 31.10.2017-ci il tarixli 2V-189 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi bacısı - X20 müəyyən edilmiş və o, miras əmlakdan 6/540 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş mərhumun xx.xx.1997-ci ildə vəfat etmiş anası – Tükəzban Fətulla qızına məxsus olmuş mübahisəli fərdi yaşayış evinin 18/540 hissəsindən ibarət olmuşdur. Miras əmlakın qalan 12/540 hissəsindən ibarət (6/540, 6/540) iki payı açıq saxlanılmışdır.

14. xx.xx.2017-ci il tarixli, 2V-200 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi xx.xx.2016-cı ildə vəfat etmiş bacısı X5 xx.xx.1999-cu ildə vəfat etmiş oğlu X27 övladları Cavabdeh4 və Cavabdeh5 müəyyən edilmiş və onlar bu miras əmlakın 3/45 hissəsinə bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, X4, xx.xx.1997-ci ildə vəfat etmiş anası- Tükəzban Fətulla qızına məxsus olmuş fərdi yaşayış evinin mərhum X6 məxsus 9/45 hissəsindən ibarət olmuşdur.

15. 31.10.2017-ci il tarixdə Cavabdeh4 və Cavabdeh5 xx.xx.1997-ci il tarixdə vəfat etmiş Tükəzban Fətulla qızına məxsus mübahisəli fərdi yaşayış evinin 9/45 hissəsindən 18/540 hissəsinə 2V-201 nömrəli məcburi paya vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Miras əmlakın qalan 18/540 hissədən ibarət bir məcburi payına və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyd edilmişdir.

16. xx.xx.2017-ci il tarixli, 2V-202 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi xx.xx.2016-cı ildə vəfat etmiş bacısı - X5 xx.xx.1999-cu ildə vəfat etmiş oğlu X27 övladları Cavabdeh4 və Cavabdeh5 müəyyən edilmiş və onlar bu miras əmlakın 6/540 hissəsindən bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, X4, xx.xx.1997-ci ildə vəfat etmiş anası-Tükəzban Fətulla qızına məxsus olmuş mübahisəli fərdi yaşayış evinin 18/540 hissəsindən ibarət olmuşdur. Miras əmlakın qalan 6/540 hissəsi açıq saxlanılmışdır.

17. xx.xx.2017-ci il tarixli, 3M-445 nömrəli vərəsəlik payının bağışlanma müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2017-ci il tarixdə 2V-201 nömrəli reyestrlə rəsmiləşdirilmiş mərhum Tükəzban Fətulla qızının əmlakına dair və xx.xx.2017-ci il tarixdə 2V-200, 2V-202 nömrəli reyestrlə rəsmiləşdirilmiş mərhum X4 əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona verilmiş vərəsəlik paylarını bacısı Cavabdeh5 bağışlamışdır.

18. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi Cavabdeh4 (9/45 hissə, 1 otaq, y/s 13,5 kv.m, k/s 8,3 kv.m) adına xx.xx.2010-cu il tarixdə, X19 (9/45 hissə, 1 otaq, y/s 11,2 kv.m, k/s 10,4 kv.m) adına xx.xx.2017-ci il tarixdə, X14 (60/540 hissə) xx.xx.2017-ci il tarixdə, Cavabdeh5 (60/540 hissə) adına xx.xx.2017-ci il tarixdə, İddiaçı (17/45 hissə) adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1220/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X13 adına 31 oktyabr 2017-ci ildə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

20. Cavabdeh1 MMC (bundan sonra – MMC) Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarına uyğun olaraq Nəsimi RİHB-nın sərəncamlarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov və Sübhi Salayev küçələrinin kəsişməsində yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin sökülərək, yerində müasir tələblərə cavab verən binaların tikintisini həyata keçirmişdir.

21. Mübahisəli fərdi yaşayış evinə dair MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 97 və 98 nömrəli müqavilələr bağlanmış, MMC tərəfindən İddiaçı 12.000 manat birdəfəlik kirayə haqqı və 12.000 manat kompensasiya ödənilmişdir.

22. MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC mübahisəli fərdi yaşayış evinin söküntüsü ilə əlaqədar İddiaçı mülkiyyətində 140.74 kv.m-dən ibarət, 4 otaqlı mənzilin Dövlət Reyestrindən Çıxarışda göstərilmiş ümumi sahəsi 45% əlavə etməklə tikiləcək binanın B2 blokunda ümumi tikinti sahəsi 120.37 kv.m-dən ibarət, 2 mərtəbədə, 3 otaqlı təmirli 93 nömrəli mənzilini İddiaçı sərəncamına verməyi, mülkiyyətçiyə müvəqqəti yaşayış məqsədi üçün kirayə götürdüyü mənzilə görə yeni mənzil təhvil verilənə qədər 500 manat məbləğində vəsait ödəməyi, kirayə haqqı mənzil təhvil veriləndə 24 aylıq bir dəfəyə 12.000 manat, 12 aydan sonra kompensasiya olaraq 10.500 manat ödəməyi öhdəsinə götürmüşdür.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1695/2020 nömrəli qətnaməsinə əsasən MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli bağlanmış 97 və 98 nömrəli müqavilələr etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

24. MMC ilə İddiaçı arasında bağlanmış 344/S/D1 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 140.74 kv.m təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında MMC Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən, ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən, təmirli, 2 otaqlı, 88 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi, birdəfəlik kompensasiya qismində 8.500 manat ödəniş etməyi öhdəsinə götürmüş, müqavilə ilə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır.

25. MMC ilə İddiaçı arasında bağlanmış 345/S/D1 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 140.74 kv.m təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında MMC Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən, ümumi tikinti sahəsi 120.37 kv.m təşkil edən, təmirsiz, 3 otaqlı, 86 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi, birdəfəlik kompensasiya qismində 8.500 manat ödəniş etməyi öhdəsinə götürmüş, müqavilə ilə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

26. İddiaçı cavabdehlər X20, Cavabdeh5, Cavabdeh4, MMC, Bakı şəhəri 13 saylı Notariat Kontoru və Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra – Reyestr xidməti) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2- V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinin, həmin şəhadətnamələr əsasında verilmiş Reyestr xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, MMC tərəfindən onun payından çıxılmış 30 kv.m və yaxud onun hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

27. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr mübahisələndirilmədiyindən hazırda həmin Şəhadətnamələrin mübahisələndirilməsi zərurəti ortaya çıxmışdır. 18 ildən çox vaxt keçdikdən sonra notarius təkrar şəhadətnamə verməklə qanunvericiliyin tələblərini (“Notariat haqqında” Qanunun 59-cu maddəsini) pozmuşdur. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, sonuncu dəfə mübahisəli əmlaka dar 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş yuxarıda adlarını qeyd etdikləri vərəsəlik şəhadətnamələri əsasında (məcburi və qanun üzrə) sonuncuların adına yeni çıxarış verilmiş, çıxarış verilərkən Cavabdeh4 payı 9/45, Sara Abbasovanın payı 60/540, Cavabdeh5 payı 60/540 və onun 17/45 hissədə müəyyən edilmişdir ki, paylar düzgün hesablanmamışdır. Sözügedən çıxarış həmin etibarsız vərəsəlik şəhadətnamələri əsasında verildiyindən onun bir hissəsi hazırda etibarsız sayıldığından, eləcə də digər hissəsi də etibarsız olduğundan, yəni hər iki vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələblərinə zidd olduğundan onun əsasında verilən çıxarış da etibarsız hesab edilməlidir. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə məhz X14 və Cavabdeh5 qanunsuz verilmiş çıxarış əsasında onun mübahisəli əmlaka olan hüquqları pozulmuşdur. Belə ki, məhz məhkəmə tərəfindən sonuncu çıxarışa istinad edilməklə onun əvvəlki şərtlərlə MMC ilə bağladığı müqavilə sonuncunun iddiası əsasında etibarsız hesab edilmiş və daha sonra onunla həmin şirkət daha əlverişsiz şərtlərlə yeni müqavilə bağlanmışdır. Sara Abbasova və Cavabdeh5 həmin əmlaka paylarını qanunsuz şəhadətnamələr əsasında əldə etmişlər və onlar etibarsız olduğundan ondan onların paylarına nisbətdə MMC tərəfindən onun payı azaldığından şirkət tərəfindən onun payından çıxılmış 30 kv.m, yaxud hazırda bazar dəyəri olan 60.000 manat məbləğində pul ona geri qaytarılmalıdır.

28. Cavabdeh1 MMC iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsinə əsasən iddiaçı digər vərəsələrlə artıq mövcud olmayan əmlaka dair vərəsəlik payını mübahisələndirməklə şirkətdən əlavə sahə tələb etmişdir. Mənzilin cəmi ümumi sahəsi 113,30 kv.m təşkil etdiyi halda, mənzilin tam olaraq ümumi tikinti sahəsinin 140.74 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı notarial qaydada təqdim etdiyi ərizədə mənzilin ona məxsus olduğunu bildirmiş, bu səbəbdən həmin mənzilə dair iddiaçı ilə müqavilələr bağlanmış, fərdi yaşayış evi sökülərək yerində bina inşa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən müqavilələr etibarsız edildikdən sonra iddiaçı ilə özünün seçimi, istəyi, razılığı ilə yeni müqavilələr (xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli) bağlanmışdır. Müqavilələrin şərtlərinə görə iddiaçının mülkiyyətinə 2 mənzil verilmiş və əlavə olaraq 41.000 manat pul ödənilmişdir. Qeyd edilən faktlar müqavilələrdə öz əksini tapmış və iddiaçı həmin müqavilələri imzalamaqla bunları təsdiq etmişdir. İddiaçıya 15%-dən daha artıq sahəli 2 mənzil verilmiş və əlavə olaraq külli miqdarda pul ödənilmişdir.

29. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinin etibarsız sayılması, Reyestr xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışının İddiaçı, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 hissələrində ləğv edilməsi, MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m-in hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

30. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2- V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.

31. Məhkəmə hesab etmişdir ki, qeyd edilən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələri verilərkən notariat tərəfindən nəzərə alınmamışdır ki, qeyd edilən paya münasibətdə vəsiyyətnamə mövcud olduğu halda digər vərəsələrin qanun üzrə vərəsə ola bilməməsi və Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsi qüvvədə olduğu üçün qanunvericiliyin tələbinə görə miras mülkə dair qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də tanınmışdır. Yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə hazırkı işdə mübahisələndirilən şəhadətnamələrin etibarsızlığı barədə məsələlərə faktiki olaraq hüquqi qiymət verilmiş və Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri də etibarsız sayılmalıdır.

32. Məhkəmə həmin şəhadətnamələr əsasında Reyestr xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın ləğvi ilə bağlı tələbi üzrə qeyd etmişdir ki, sonuncu dəfə mübahisəli əmlaka dar 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş yuxarıda adlarını qeyd etdikləri vərəsəlik şəhadətnamələri əsasında (məcburi və qanun üzrə) sonuncuların adına yeni çıxarış verilərkən Cavabdeh4 payı 9/45, Sara Abbasovanın payı 60/540, Cavabdeh5 payı 60/540 və iddiaçının payının 17/45 hissədə müəyyən edilməsi düzgün olmamışdır.

33. Məhkəmə hesab etmişdir ki, sözügedən çıxarış həmin etibarsız vərəsəlik şəhadətnamələri əsasında verildiyindən onun bir hissəsi hazırda etibarsız sayıldığından, eləcə də digər hissəsi də etibarsız olduğundan, yəni hər iki (məcburi pay və qanun üzrə) vərəsəlik şəhadətnamələri qanunvericiliyin tələblərinə zidd olduğundan onun əsasında verilən çıxarış da yalnız şəhadətnamələrdə adları qeyd edilmiş şəxslərə və iddiaçıya münasibətdə olan hissələrdə ləğv edilməlidir (sözügedən çıxarışda qeyd edilən Həmidə Abasovanın payına qarşı tələb irəli sürülməmiş, o iş üzrə tərəf olmamışdır).

34. Məhkəmə iddia tələbinin MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m və yaxud onun hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırda mübahisələndirilən sözügedən çıxarış əsasında iddiaçının müqaviləsi etibarsız hesab edilərkən digər şəxslərin, yəni konkret olaraq Sara Abbasova və Cavabdeh5 pay hüquqlarının iddiaçı tərəfindən cavabdeh şirkətlə müqavilə bağlanarkən nəzərə alınmadığı və onların paylarına olan nisbətdə hüquqlarının pozulması əsas götürülmüşdür ki, sonuncuların payları nəzərə alındıqda nəticə etibarı ilə bu iddiaçının həmin çıxarışda olan payının azalmasına və cavabdeh şirkətlə bağladığı sonrakı müqavilədə olan pay hüququnun azalmasına gətirib çıxarmışdır. Belə ki, S.Abbasova və F.Abbasovanın sözügedən payının mübahisələndirilən çıxarışa əsasən müəyyən edilmişdir ki, hər birinə münasibətdə, bu pay 113,30 kv.m–in 60/540 kv.m hissəsi 12,5 kv.m təşkil etmişdir. Sara Abbasova və Cavabdeh5 hərəsinin ayrılıqda 12,5 kv.m-in cəmi 25 kv.m etmişdir ki, cavabdeh şirkətin 20% ilə verdiyi sahə də nəzərə alındıqda bu 30 kv.m təşkil etmişdir. Bu baxımdan iddianın həqiqətən S.Abbasova və F.Abbasovanın payının ümumilikdə 30 kv.m təşkil etdiyi nəzərə alındıqda həmin payın iddiaçının hesabından çıxıldığı tam təsdiqini tapmışdır. Bu mənada məhkəmə qeyd etmişdir ki, əks halda qanuni qüvvəsini almış cavabdeh şirkətin və üçüncü şəxslərin iddialarını təmin edən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli qətnaməsinin heç bir hüququ mənası və əhəmiyyəti olmazdı. Sözügedən qətnamənin əsasını məhz S.Abbasova və F.Abbasovanın ümumilikdə mübahisəli çıxarışa əsasən müəyyən edilən 30 kv.m payının nəzərə alınmalı olması və onların pozulmuş pay hüququnun bərpa edilməli olması təşkil etmişdir.

35. Həmçinin, işin faktiki halları və o cümlədən tərəflər arasında bağlanmış ilkin və sonrakı müqavilələr qarşılıqlı əlaqədə araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə MMC arasında olan sonuncu xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və 345/S/D1 nömrəli müqavilələr daha əlverişsiz şərtlərlə bağlanmış, bu da S.Abbasova və F.Abbasovanın yuxarıda göstərilən 30 kv.m payının iddiaçı ilə bağlanan hazırkı müqavilədə iddiaçının payından çıxılması hesabına həyata keçirildiyini göstərmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən həmin hissədə bildirilmişdir ki, o, yeni müqavilə bağlayarkən məhz onun payından MMC tərəfindən çıxılan 30 kv.m payın əvəzində təqdim edilən mənzillərdən birinin təmirsiz olması (hansı ki, ilkin müqavilədə hər iki mənzil təmirli təklif edilmiş), digər halda isə müvafiq şirkət tərəfindən ona ödənilməli olan kompensasiyadan imtinası hesabına razılaşmışdır. Məhkəmə həmçinin onu da nəzərə almışdır ki, qeyd edilən hala MMC tərəfindən etirazda heç bir münasibət bildirilməmişdir.

36. Məhkəmə iddiaçının tələb etdiyi 30.0 k.m payını geri qaytarılmasını mümkün hesab etmədiyindən onun hazırkı bazar dəyərinin qaytarılmasını əsaslı hesab etmişdir. Belə ki, mübahisəli ünvanın yerləşdiyi ərazi üzrə hər bir kv.m-nin bazar dəyəri hesabı ilə (2.000 manat götürüldükdə isə bu məbləğ 30.0 kv.m x 2.000= 60.000 manat) təşkil etmişdir.

37. Məhkəmə hesab etmişdir ki, Sara Abbasova və Cavabdeh5 həmin əmlaka paylarını qanunsuz şəhadətnamələr əsasında əldə etmələrinə və onların etibarsız olduğundan, hazırda cavabdeh MTK ilə iddiaçı arasında artıq həmin çıxarışlarda göstərilən sahələr üzrə müqavilələr bağlanması nəzərə alınmaqla iddiaçı onların paylarına nisbətdə MMC tərəfindən onun payının azaldığından şirkət tərəfindən onun payından çıxılmış 30 kv.m qaytarılması real olmadığından sözügedən sahənin hazırda bazar dəyəri olan 60.000 manat məbləğində pul MTK – dan geri tələb etməkdə haqlı olmuşdur.

38. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

39. Qətnamədən cavabdehlər X20, Cavabdeh5 və Cavabdeh4 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını əvvəlki məhkəmə mübahisələrinin halları ilə səhv salmış, digər məhkəmə mübahisələrinin mahiyyətinə uyğun və orada olan mübahisələrin tədqiqi zamanı tətbiq edilməli olan qanunvericiliyə uyğun qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

41. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

43. İddiaçının nümayəndəsi və vəkili Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayəti mahiyyət etibarı ilə müqavilə münasibətləri olduğunu və buna görə müqavilənin mübahisələndirilməməsi kimi dəlillərə əsaslanmışdır. Hazırkı iddia tələbi isə müqavilənin mübahisələndirilməsi ilə bağlı olmamaqla cavabdeh tərəfindən iddiaçıdan alınmış əlavə vəsaitin qaytarılması ilı bağlıdır. Bu tələbi üçün müqavilənin mübahisələndirilməsi tələb edilmir. Hazırkı mübahisənin yaranma səbəbkarı biləvasitə Cavabdeh1 MMC-dir. Belə ki, məhz X14 və Cavabdeh5 qanunsuz olaraq Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən müvafiq olaraq vərəslik şəhadətnaməli verilmiş və sonuncular həmin şəhadətnamələri əsasında çıxarış əldə etmişdir. Onlar həmin çıxarışı Cavabdeh1 MMC-yə təqdim edərək, iddia etmişdilər ki, İddiaçı onlara düşən paya münasibətdə ( bu pay isə 60/540 olmaqla ümumi 30 kvm) də müqavilə bağlamaqla onların hüquqlarını pozmuşdur.Məhz həmin çıxarışın qanuniliyini məhkəmə tərəfindən yoxlanılmasını gözləmədən dərhal Cavabdeh1 MMC iddia qaldıraraq, İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsızlığını tələb etmişdir. Məhz iş üzrə məhkəmə qərarları ilə yəni Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-850/2023 saylı qərarı ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası əsassında Sara Abbasova və Cavabdeh5 mübahisəli çıxarışda göstərilən hər birinə məxsus 60/540 hissə payları nəzərə alınmaqla onun ilkin müqaviləsi etibarsız sayılmışdır. Başqa sözlə desək, A.Məmmədlə bağlanan müqavilənin etibarsız sayılmasına Sara Abbasova və Cavabdeh5 mübahisəli çıxarışda göstərilən hər birinə məxsus 60/540 hissə paylarının olması olmuşdur. Apellyasiya şikayətində göstərilən, yəni iddiaçının müvafiq əmlaka dair guya çıxarışının olmaması səbəbi tamamilə əsassızdır. Ona görə də, hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1695/2020 saylı qətnaməsi ilə sözügedən vərəsəlik şəhadətnamələr etibarsız sayıldığından konkret olaraq iddiaçı üçün həmin müqavilənin etibarsızlığına əsas olan halda aradan qalxmışdır. Bu səbəbdən də hazırda iddiaçının hüquqları pozulmuş olduğundan və İddiaçı ilə cavabdeh şirkət arasında olan sonuncu xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli müqavilə daha əlverşsiz şərtlərlə bağlanmış, buda S.Abbasova və F.Abbasovanın yuxarıda göstərilən 30 kv.m payının İddiaçı ilə bağlanan hazırkı müqavilədə İddiaçı payından çıxılması hesabına həyata keçirildiyini göstərir ki, bu hal cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində təkzib edilə bilməmişdir. Ona görə də, hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır və iddiaçının hesabına əsasız varlanma məqsədi daşıyır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5764/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), A.N.İmanov və X.A.Mərdanova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

45. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi birinci instansiya məhkəməsinin mövqeyi ilə eynilik təşkil etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

46. Cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

47. Cavabdeh1 MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. İddiaçı kassasiya şikayətlərinə qarşı etirazlar təqdim edərək, şikayətlərin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-1202/2024 nömrəli qərarı ilə (hakimlər – A.Q.Hüseynov (məruzəçi), Ə.G. Nurməmmədov və Z.B.Babayev) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5764/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

50. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı tərəfindən vərəsəlik hüququ haqqında 2017-ci ildə verilmiş 4 şəhadətnamə mübahisələndirilmişdir.

51. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda verilmiş həmin şəhadətnamələrdən ikisi (2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli) xx.xx.1998-ci ildə ölmüş X6 xx.xx.1997-ci il tarixdə ölmüş anası Tükəzbandan keçən paya dair, digər ikisi isə (2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli) X6 xx.xx.1938-ci ildə ölmüş atasından keçən və sağlığında öz adına reyestrdə qeydə alınmış əmlak payına dair olmuşdur.

52. İlk növbədə nəzərə alınmalıdır ki, həm X12, həm də anası Tükəzban Fətulla qızı xx.xx.2000-ci ildən əvvəl öldüklərindən iddia tələbinə həmin hissədə tətbiq edilməli olan maddi hüquq normaları mirasın açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən müddəaları, o cümlədən, 528, 530, 532, 537 və 538-ci maddələri olmuşdur. Lakin işə baxmış birinci və apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün ümumiyyətlə nə qüvvədən düşmüş, nə də hazırkı Mülki Məcəllənin heç bir normasına istinad etməmişdir. Məhkəmə aktlarının məzmunundan görünür ki, məhkəmələr eyni miras əmlaklara barədə daha əvvəl verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsinə dair məhkəmə aktlarında (Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsində) ifadə edilmiş hüquqi mövqeləri MPM-in 82.3-cü maddəsinə əsasən preyudisial hesab etmişlər.

53. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, MPM-in 82.3-cü maddəsinə və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əssən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İstinad olunan maddənin məzmunundan göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar preyudisial qüvvəyə malikdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır.

54. Digər tərəfdən daha əvvəl qəbul edilmiş məhkəmə aktları ilə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı onunla əsaslandırılmışdır ki, Tükəzban Fətulla qızı sağlığında özünə məxsus əmlakı vəsiyyət etdiyi üçün və mirasın açıldığı dövrdə onun vərəsələri sırasında miras əmlakda məcburi pay almaq hüququna malik şəxslər olmadığı üçün vəsiyyətnamədə adı olmayan vərəsələrin ondan qalan miras əmlakda payları olmamışdır.

55. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə mübahisələndirilən 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli şəhadətnamələr X6 anasından keçən paya dair olduğundan həmin sənədlərin etibarsızlığı tələbi üçün eyni hüquqi dəyərləndirmə keçərli olmuşdur. Lakin belə bir hüquqi yanaşmanın 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli şəhadətnamələrə tətbiqi mümkün deyildir. Çünki həmin şəhadətnamələr X6 xx.xx.1938-ci ildə ölmüş atasından keçən və sağlığında öz adına reyestrdə qeydə alınmış əmlak payına dair olmuş və sonuncu sağlığında öz əmlakına dair vəsiyyətnamə qoymamışdır.

56. Beləliklə, vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, MPM-in 82.3-cü maddəsi səhv tətbiq edilmişdir.

57. Eyni zamanda, iddiaçı tələbinin qalan hissəsini – cavabdeh MMC-yə qarşı əmlak və ya pul tələbini şəhadətnamələrin etibarsız olduğu ilə əsaslandırdığından həmin hissədə iddiaya mahiyyəti üzrə qiymət verilməsi də tələbin birinci hissəsi üzrə gəlinən nəticənin qanuniliyindən asılıdır.

58. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır.

59. Bununla yanaşı, məhkəmə kollegiyası iddia tələbinin cavabdeh MMC-yə qarşı əmlak və ya pul tələbi hissəsinə münasibətdə onu da qeyd etməyi zərəri hesab edir ki, mülki prosessual qanunvericiliyin ümumi sübutetmə qaydasına əsasən (MPM-in 77.1-ci maddəsi) hər bir tərəf öz tələbini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir. Baxılan iş üzrə iddiaçı digər paylı mülkiyyətçilərə əsassız (qanunsuz) paylar verildiyi üçün onunla MMC arasında bağlanmış müqavilələrin etibarsız hesab edildiyini və sonradan daha əlverişsiz şərtlərlə müqavilələr bağlanaraq, payından 30 kv.m çıxıldığını bildirmişdir. Mübahisənin düzgün həlli baxımından iddia tələbinin bu hissəsinə qiymət verilərkən mübahisəli evin paylı mülkiyyətçilərinin əmlak paylarının dəyişməsinin həqiqətən də iddiaçının paylı mülkiyyətçilərdən biri kimi evin sökülməsi nəticəsində haqqı çatan kompensasiyanın azalıb-azalmadığına qiymət verilməlidir.

60. Belə ki, baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində mübahisəli evin ümumi sahəsi 113,3 kv.metr göstərilmişdir. İddiaçı həmin evin paylı mülkiyyətçilərindən biridir. xx.xx.2018-ci ildə MMC ilə müqavilələr bağlayarkən iddiaçıya mənzil sahəsi və kompensasiya 113,3 kv.m evin onun payına mütənasib hissəsinə görə deyil, mənzilin faktiki bütün sahəsinə (140,74 kv.m) görə verilmişdir. xx.xx.2018-ci ildə iddiaçı ilə MMC arasında bağlanmış müqavilələr məhkəmə qaydasında etibarsız hesab olunduqdan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı ilə yeni müqavilələr bağlanmışdır. Yeni müqavilələr də bağlanarkən iddiaçıya mənzil sahəsi və kompensasiya mənzilin bütün faktiki sahəsinə (140,74 kv.m) görə verilmişdir. Yeni müqavilələrə əsasən MMC iddiaçıya 83,84 kv.m 2 otaqlı təmirli mənzil və 8500 manat kompensasiya; 120,37 kv.m 3 otaqlı təmirsiz mənzil və 8500 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. Həmçinin birinci müqavilələrin etibarsız hesab olunmasına baxmayaraq, iddiaçıya həmin müqavilələr üzrə ödənilmiş kompensasiyaların da MMC tərəfindən geri alınmadığı işin mübahisəsiz halıdır.

61. Bu baxımdan iddiaçının MMC-yə qarşı tələbinə qiymət verilərkən, yalnız birinci müqavilələr və ikinci müqavilələr üzrə iddiaçıya verilən əmlak və pul kompensasiyalarının fərqi deyil, mübahisəli ev üzərində iddiaçının və digər mülkiyyətçilərin payları, xx.xx.2018ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin şərtləri və iş üzrə müəyyən edilmiş digər bütün diqqətəlayiq hallara məcmu şəkildə qiymət verilməlidir.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

Proses iştirakçılarının izahatları

62. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi MMC-nin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, təmirli və təmirsiz evlə bağlı qiymətlər müqavilədə öz əksini tapmışdır. 30 kv.m. sahə çıxılmayıb, iddiaçıya artıqlaması ilə verilib. Kassasiya şikayətində də hesablanma qaydası əks olunmuşdur.

63. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

64. İddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, Tükəzban onun nənəsi olub. Məmmədov Məmməd isə atasıdır. X15r. Beş nəfərə babasından miras keçib. Nənəsi vəsiyyətnamə ilə öz payını ona verib. Atasından avtomatik olaraq ona keçib. Əmisinin isə heçkimi olmadığına görə o pay bölünüb. O da məhkəməyə müraciəti əsasında 1998-ci il məhkəmə qərarı ilə ləğv olundu. 7 il sonra notariusa həmin payı qəbul etdirdilər. Digər qardaş öz payından onun xeyrinə imtina etmişdir. Birinci müqavilə bağlanılanda 10.500 manat iki dəfə olmaqla pul verilməsi nəzərdə tutulurdu. Çünki evin sahəsi çox idi və onlardan iki ədəd 120 kv.m. ev istəmişdir. Onlar isə olmadığını bildirdilər. Onlar 120 kv.m və 83 kv.m ev verə biləcəklərini bildirdilər. Bu səbəblə ona 21.000 manat kompensasiya pul verilməsi müqavilədə qeyd olundu. Hər evə görə isə 500 manat olmaqla kirayə haqqı müəyyən olundu. Bir ildən sonra bibiləri MMC-yə çıxarışı təqdim ediblər. Ondan sonra şirkətdən ona onun sahəsindən 30 kv.m çıxmalı olduqlarına dair bildiriş gəldi. O isə etiraz etmiş, onlar da kirayə haqqını verməyəcəklərini bildirmişlər. İkinci müqavilənin bağlanması ilə bağlı ona görə razılaşmışdır ki, öz vəsaiti hesabına kirayə haqqı ödəyirdi. Onlar iki şərt qoymuşlar. Bildirmişlər ki, 83 kv.m əvəzinə 50 kv.m versinlər. O isə razılaşmadığından 120 kv.m sahənin bölünməsini istəmişdir. Onlar 90 kv.m sahəli ev olmadığını bildirmişlər. Kirayə pulu verilmədiyi üçün məcbur qalıb razılaşmışdır. MMC iki ilə təhvil verməli olduğu halda mənzili 6 ilə təhvil vermişdir və kirayə haqqları yığılmışdır. Həmin 17.000 manat yığılan kirayə haqqıdır. O bildirmişdir ki, təmirsiz olaraq 30 kv.m üçün kv.m–i 1.500 manatdan onlara ödəsin və onun evlərinin sahəsi qalsın. Nə üçün əmisinin payını ondan çıxırlar? Orada nənəsinin payı 12.5 deyil, çoxdur. Əmisinin payı orada cüzidir. Müqavilə etibarsız sayıldı. Bu səbəblə ona ödənilən kirayə haqqı dayandırıldı. Ona bildirildi ki, 30 kv.m. imza çəkməsə, ona kirayə pulu verilməyəcək. 2021-ci ilədək kirayə haqqını özü ödəyirdi və artıq maddi imkanı çatmırdı. Onlar bildirirdilər ki, 84 kv.m dən 30 kv.m. çıxaraq 50 kv.m versinlər. O isə bildirmişdir ki, oranı oğluna vermişdir, 50 kv.m–də necə yaşasın? Sonda onlara təklif etmişdir ki, 30 kv.m ondan pul əvəzi çıxsınlar. Onlar razılaşdılar. Pulun hansı puldan çıxılmasını soruşduqda bildirmişdir ki, 24.000 manat təmir pulundan, 21.000 manat da kompensasiya pulundan çıxsınlar. Ümumilikdə 45.000 manat olmaqla kv.m-i 30 kv.m pulunu çıxıblar. Müqaviləni bağlayanda paylı mülkiyyətçi idi, mənzili sökməyə gələndə onların ayrı evi var idi, iddiaçının isə ayrı evi var idi. Onun evi həyət evi olub. Orada atası, nənəsi və o yaşamışlar. 1997-ci ildə ilk olaraq atası, sonra isə 40 gün ərzində nənəsi dünyasını dəyişmişdir. Bacılar orada yaşamırdı, onların öz evləri var idi. Atası ilə nənəsi dünyasını dəyişdikdən sonra məhkəməyə müraciət etmişlər. Həmin işi üzrə məhkəmə onların hərəsinə 1 otaq vermişdi. O, Cavabdeh1 MMC-yə ərizəsində imzalamışdır ki, qohumlarla arasında mübahisə olarsa özü cavabdehdir. Ərizəni yazanda cavabdehlər çıxarış almamışdılar. Ancaq qohumlar arasında söhbət gedirdi. Günahkar Cavabdeh1 MMC-dir. Çünki ondan 45.000 manat pulu MMC çıxıbdır. Mənzil 2022-ci ilin may ayında təhvil verilib. Bununla bağlı heç bir sənədə qol çəkməmişdir. Telefonuna sms gəlmişdir. Sadə riyazi hesablamadır. Birinci müqavilədən 2022-ci ilin may ayınadək 1.000 manatdan hesablandıqda ona nə qədər pul verildiyi bilinəcək.

65. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq bildirdi ki, 1998-ci ildə tarixdə iddiaçının əmisi məhkəmə qətnaməsi ilə ölmüş elan edilir. Daha sonra iddiaçının bibiləri notariusa müraciət edirlər ki, onlara həm qardaşından, həm də nənəsindən qalan əmlakla bağlı vərəsəlik şəhadətnaməsi verilsin. İddiaçı 2009-cu ildə iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə hər iki paya münasibətdə vərəsəlik şəhadətnamələrini və çıxarışı ləğv edir. Cavabdeh4 və Cavabdeh5 Anaxanımın nəvələridir. 2017-ci il şəhadətnaməsi ilə 6 şəhadətnamə verilib. Onlardan 4-ü məcburi paya görə, 2-si isə qanun üzrə vərəsəliyə görə verilib. Nəticədə çıxarışda göstərilən 60/540 və 60/540 olmaqla Fəridə ilə Saraya verilib. Onlardan ikisi ilə bağlı iddia tələbi Rəşad Həsənovun sədrliyi ilə baxılmış məhkəmə qərarı ilə təmin olunub. Nənəsindən qalan məcburi paya görə ləğv olunub və Ali Məhkəmədə qüvvədə qalıb. Onların mübahisələndirdiyi şəhadətnamələrdən 2-si məcburi paya görə, 2si isə qanun üzrə vərəsəliyə görə verilmiş şəhadətnamələrdir. Ali Məhkəmənin iş üzrə göstərişlərindən sonra bugün mübahisə olunan əmisi Gülmirzənin payına olan qanun üzrə olan iki şəhadətnamələrdir. İşin mübahisə olunmayan halı odur ki, 1997-ci ildə Tükəzban öz payına münasibətdə vəsiyyətnamə qoyub. Gülmirzədən qalan mirasla bağlı notariusun yeni qanunun normalarına istinad edərək bölgü aparması doğru deyil. Çünki Gülmirzə barəsində ölmüş elan edilməsi ilə bağlı 1998-ci il tarixli məhkəmə qətnaməsi mövcuddur. İddiaçının payı açıq saxlanılıb. Notarius həm Gülmirzənin qalan payını verib, həm də Gülmirzənin nənədən qalan pay hissəsindən də məcburi pay çıxardıb. xx.xx.2018-ci ildə iddiaçı ilə ilk iki müqavilə bağlanmışdır. Həmin müqavilələr üzrə iddiaçıya hər biri 500 manat olmaqla ümumilikdə 1.000 manat hər ay pul ödənilməli idi. Yeni müqaviləyədək olan müddəti hesabladıqda 41 ay edir. Həmin ödənilən 41.000 manat pul kirayə haqqıdır. İkinci müqavilə bağlanılan zaman tərəflər arasında razılaşma olmuşdur. İddiaçıya bildirilib ki, ikinci müqavilədə 8.500 və 8.500 manatı kirayə haqqı kimi versinlər, yerdə qalan 10.500 manat kompensasiyanın əvəzi olaraq bir evi təmirsiz versinlər. Nəticədə iddiaçıya bildirirlər ki, onun 30 kv.m payını çıxmayacaqlar. Əks halda nə üçün iddiaçı təmirli evi üçün təmirsiz evə razılaşsın? 12.500-12.500 manat 60/540 paylardır. Bu pay şəhadətnamələr əsasında yaranıb. 6 şəhadətnamənin 4-ü etibarsızdır. 1938-ci ildə ölmüş atasından keçən əmlakla bağlı 1948-ci ildə qərar olub. Orada 5 nəfərin adı var. Orada vərəsələrdən biri də Gülmirzə olub. Gülmirzənin nə vaxt ölməsi bilinmir, 1998-ci ildə məhkəmə qərarı ilə ölmüş elan edilib. Həmin dövrdə iddiaçının nənəsi, Fərid və Fəridənin anası Anaxanım sağ olub. 2000-ci ildə notarius Anaxanımı, Saraya və Aydına münasibətdə vərəsəlik verib. Açıq qalan 6 pay Aydının payıdır. Müqaviləyə 113 kv.m. kimi qol çəkib, çünki razılaşma faktiki sahələrə uyğun aparılıb. Aydının yaşadığı sahə faktiki 140 kv.m olub. Faktiki həyətyanı sahəsi isə 61 kv.m. götürülüb. Cavabdeh MMC iddiaçıya məxsus 15 kv.m sahəni X16 60/540-ın əvəzi olaraq verib. Cavabdeh MMC bildirir ki, ondan pay çıxmayıblar, əvəzində ona artıq kv.m sahə də pay veriblər. İş materiallarında X14 ərizəsi vardır. Hesab edir ki, iddiaçıya çatacaq payı MMC onun əlindən alıb. MMC razılaşmanı həyata keçirərkən iş məhkəmə mübahisəsində idi. 2019-cu ilin yanvar ayında çıxarış təqdim olunduğu üçün iddiaçıya kirayə pulunu verməyəcəkləri, kirayə pulu ilə bağlı 24.000 manatı da onlara qaytarılması barədə bildiriş göndəriblər. İddiaçı kirayə pulunun dayandırılması ilə bağlı məhkəməyə müraciət edir. MMC tələsik o payı verməməli idi, məhkəmə mübahisəsinin yekunlaşmasını gözləməli idi.

66. Cavabdeh1 MMC-nin məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəlki müqavilənin etibarsız hesab edilməsi iddiaçının mülkiyyət hüququnun olmaması ilə bağlıdır. Ləğv ediləndən sonra da yenə 140 kv.m. kimi götürmüşlər və 20% faiz olmaqla yenə də eyni kv.m. mənzil təklif etmişlər. Qarşı tərəf bildirir ki, yenidən müqavilə əlverişsiz şərtlərlə bağlanılıb. Lakin bu belə deyil. Mənzilin biri təmirsiz olub. Bu isə iddiaçının öz istəyi olmuşdur. Belə ki, təmirsiz olduğu üçün əvəzində iddiaçıya 17.000 manat pul və əlavə olaraq da əvvəlki kompensasiyalar verilib. Orada hər hansı bir sahə azaldılmasından söhbət gedə bilməz. Bu mübahisə vərəsələr arasında olan mübahisədir. Onlar əmlakın bütün sahəsi üzrə müqavilə bağlamışlar. Digər şəxslərlə olan müqavilədə də şərtlər biraz fərqli olsa da, heçkimin sahəsini azaltmamışlar. Məhkəmə müqaviləni ona görə etibarsız hesab edib ki, həmin vaxt iddiaçının mülkiyyət hüququ olmamışdır. Müqavilə əvvəlki şərtlərlə bağlanmışdır. 2018-ci il tarixli müqavilədə iddiaçının 120 kv.m evi təmirli idi. 2020ci il tarixli müqavilədə iddiaçının 120 kv.m evi təmirsizdir. 2018-ci il müaviləsində iddiaçıya hər iki mənzilə görə hər birinə 10.000 manat kompensasiya verilməsi nəzərdə tutulmuşdu. Əvvəlki müqaviləyə görə 24.000 manat ödənilib. Yeni müqavilə bağlanılanda həmin məbləğin ödənilməsi yeni müqavilədə qeyd olunub və bununla bağlı mübahisə yoxdur. 24.000 manat iddiaçıdan geri alınmayıb. Təmirsiz evin verilməsi iddiaçının öz istəyi ilə olmuşdur. İlk dəfə 120 və 84 kv.m mənzillər verilib və müqavilə üzrə kirayə haqqı olmaqla cəmi 24.000 manat iddiaçıya pul ödənilib. Hər evə görə 12.000 manat ödənilib. Sonra etibarsız sayıldıqdan sonra həmin pul qayıtmadı. Müqaviləsiz olaraq 24.000 manat iddiaçıda qaldı. Ondan sonra iddiaçıya öz istəyi ilə hər mənzilə görə 8.500 olmaqla, cəmi 17.000 manat pul kompensasiya kimi ödənildi. Onlar 17.000 manatı kompensasiya olaraq vermişlər. Kirayə haqqı ilə bağlı iddiaçının ayrıca icraatda məhkəmə mübahisəsi olmuşdur. Sarayla Anaxanıma səhv etmirsə 12,5 kv.m sahəyə görə mənzil verilib. Onu nəzərə almışlar, lakin onlar başqa yerdə digər əmlak da əvəzləşdirməyə veriblər. Hazırki iş icraatda olduğu dövrdə iddiaçı tərəf 60 kv.m həyətyanı sahə barədə heç bir şey bildirməyib. Müqavilədə yalnız evdən söhbət gedib.

67. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehlər S.A.Abbasovanın, Cavabdeh5 və Cavabdeh4 nümayəndəsi və vəkili onların apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Gülmirzəyə və Sara xanıma verilən məcburi payla bağlı hissəni mübahisələndirmirlər. Mübahisələndirilən 1949-cu ildən Gülmirzəyə şəxsən qanun üzrə atasından keçən pay hissəsidir. İddianın şəhadətnamənin cavabdehlərə qanunsuz verilməsi hissəsini qəbul etmir. 2022-ci ildə qətnamə qəbul edilib və qanuni qüvvəsini alıb. Qəbul edir ki, Gülmirzəyə məcburi pay kimi anasından qalan hissədə qanun üzrə və ya məcburi pay kimi vərəsəlik şəhadətnaməsi verilməsi doğru deyil. Mübahisələri Gülmirzənin vəfatından sonra əmələ gələn mirasa münasibətdədir. Gülmirzənin birinci dərəcəli vərəsələri olmadığı üçün miras ikinci dərəcəli vərəslərinə bacı və qardaşlarına keçib. Şikayətləri Gülmirzədən, yəni onun birinci dərəcəli vərəsələri olmadan onun qanun üzrə vərəsəlik əsasında bacılara keçən hissəsindəndir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi vərəsələrin mirasdan məhrum edilməsi mənasına gəlmir. Ola bilər ki, notarius qanunvericiliyi bilmədiyi üçün doğru tətbiq edə bilməyib, bu onun notarial hərəkətlərinin səhv olmasıdır. Lakin bu vərəsələrin mirasdan məhrum olması demək deyil.

Tətbiq edilən hüquq

68. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllə: Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 530. Aşağıdakılar vərəsə ola bilərlər: - qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; - vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrıayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Maddə 538. Miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır.

69. Hazırda qüvvədə olan Mülki Məcəllə: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

70. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

71. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

72. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

73. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

74. Hazırkı işdə apellyasiya şikayətlərinin məzmununa uyğun qətnamə iş üzrə cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

76. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.

77. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərli nəzərə alaraq aşağıdakıları qeyd edir.

78. İşə baxan birinci insansiya məhkəməsi tərəfindən vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsində tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi isə səhv tətbiq edilmişdir. Bu isə mülki-qanunvericiliyin tələblərinə əsasən qətnamənin ləğv edilməsi üçün əsasdır.

79. Məhkəmə kollegiyası qeyd edir ki, həm X12, həm də anası Tükəzban Fətulla qızı xx.xx.2000-ci ilədək vəfat etdiklərindən iddia tələbinə həmin hissədə onların öldüyü vaxt qüvvədə olan mülki qanunvericiliyin yuxarıda istinad olunan normaları tətbiq edilməlidir.

80. Kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli və 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli şəhadətnamələr X6 anasından keçən paya dair olduğundan həmin şəhadətnamələrin etibarsızlığı ilə bağlı iddia tələbi əsaslıdır.

81. Belə ki, mərhum Tükəzban Fətulla qızı xx.xx.1991-ci il tarixli vəsiyyətnamə ilə öləcəyi gün ona məxsus əmlakı bərabər şəkildə nəvələri X10 və X18 vəsiyyət etdiyindən, vəsiyyətnamə sonradan dəyişdirilmədiyindən və ya ləğv edilmədiyindən miras əmlaka (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Tükəzban Fətulla qızının payına) dair qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilərdi.

82. Qeyd olunan iddia tələbi əsaslı olduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarış X20 və Cavabdeh5 aid hissələrdə ləğv edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli “Vərəsəlik payının bağışlama müqaviləsi”nə əsasən Cavabdeh4 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış şəhadətnamə əsasında ona düşən payını bacısı Cavabdeh5 bağışlamışdır.

83. Lakin, belə hüquqi yanaşmanın iddiaçı tərəfindən mübahisələndirilən 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli şəhadətnamələrə tətbiqi mümkün deyildir. Çünki həmin şəhadətnamələr X6 xx.xx.1938-ci ildə ölmüş atasından keçən və sağlığında öz adına reyestrdə qeydə alınmış əmlak payına dair olmuş və sonuncu sağlığında öz əmlakına dair vəsiyyətnamə qoymamışdır.

84. Həmin şəhadətnamələrdən görünür ki, notarius X2 qalan miras əmlak - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən 9/45 hissəni üç hissəyə bölərək miras əmlakdan iddiaçının payına düşən 3/45 hissəni açıq saxlamışdır.

85. Kollegiya iddia tələbinin Cavabdeh1 MMC-yə qarşı hissəsinə münasibətdə qeyd edir ki, baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi 113,3 kv.metr göstərilmişdir. İddiaçı həmin evin paylı mülkiyyətçilərindən biridir.

86. xx.xx.2018-ci ildə MMC ilə müqavilələr bağlayarkən iddiaçıya mənzil sahəsi və kompensasiya 113,3 kv.m evin onun payına mütənasib hissəsinə görə deyil, mənzilin faktiki bütün sahəsinə (140,74 kv.m) görə verilmişdir. xx.xx.2018-ci ildə iddiaçı ilə MMC arasında bağlanmış müqavilələr məhkəmə qaydasında etibarsız hesab olunduqdan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı ilə yeni müqavilələr bağlanmışdır. Yeni müqavilələr də bağlanarkən iddiaçıya mənzil sahəsi və kompensasiya mənzilin bütün faktiki sahəsinə (140,74 kv.m) görə verilmişdir. Yeni müqavilələrə əsasən MMC iddiaçıya 83,84 kv.m 2 otaqlı təmirli mənzil və 8.500 manat kompensasiya; 120,37 kv.m 3 otaqlı təmirsiz mənzil və 8.500 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür.

87. İddiaçı qeyd olunan məbləğlərin kirayə haqqı olduğunu bildirsə də, xx.xx.2021ci il tarixli müqavilələrdə tərəflər belə razılığa gəlmişlər ki, müqavilələr üzrə kirayə haqqının ödənilməsi nəzərdə tutulmur.

88. Bundan başqa o da qeyd edilməlidir ki, həmin müqavilələr bağlanmamışdan öncə iddiaçı yuxarıda qeyd olunan 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli və 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli şəhadətnamələrdən məlumatlı idi.

89. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1695/2020 nömrəli qətnamədən və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4550/2020 nömrəli qərarlarından müəyyən olunur ki, hazırki iş üzrə iddiaçının da tərəf olduğu həmin mülki işdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Cavabdeh5 və Cavabdeh6 tələblərində hər birinin 06 və 29 noyabr 2017-ci il tarixlərində dövlət qeydiyyatına alınmış mübahisəli fərdi yaşayış evinə dair 60/540 hissəsinə istinad etmişlər və həmin sənədlər iş materiallarında mövcud olmuşdur.

90. Lakin buna baxmayaraq, iddiaçı həmin mübahisə yekunlaşdıqdan sonra xx.xx.2021-ci il tarixli müqavilələri MMC ilə yuxarıda qeyd olunan şərtlərlə bağlamış və hər hansı tələb irəli sürməmişdir.

91. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlinmişdir.

92. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1515/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız hesab edilməli, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarış X20 və Cavabdeh5 aid hissələrdə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1515/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli və 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız hesab edilsin. Həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarış X20 və Cavabdeh5 aid hissələrdə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar