Məhkəmə qərarları › İş №2(103)-4000/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4000/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4000/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə cavabdehlər Cavabdeh6, Cavabdeh3, Mir-X5, onların nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə Cavabdeh11 nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia üzrə Cavabdeh4 iştirakları ilə, İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X9, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Mir-X8, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, X3, X6, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28 qarşı “maddi yardım ödənilməklə mənzildən çıxarılma” barədə ilkin, Mir-X5 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Bakı şəhəri İddiaçınə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “kompensasiya ödənilməsi” barədə, Cavabdeh11 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsi” barədə, Cavabdeh26 Bakı şəhəri Yasamal rayonİcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” barədə və Cavabdeh1 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)- 5738/2019 saylı iş üzrə qəbul etdiyi 06 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11 və cavabdeh Mir-X13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “maddi yardım ödənilməklə mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzildə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X17, Cavabdeh9 və Cavabdeh10 91500 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 92000 manat maddi yardım ödənilməklə mənzildən çıxarılmaları; Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh11 55980 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 56480 manat maddi yardım ödənilməklə mənzildən çıxarılması; Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150, 15 saylı mənzilin mülkiyyətçisi Mir-X13 və Cavabdeh13 78270 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 78770 manat maddi yardım ödənilməklə mənzildən çıxarılmaları; Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzil də yaşayan Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 44550 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 45050 manat maddi yardım ödənilməklə mənzildən çıxarılmaları; Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzildə yaşayan Cavabdeh18, X7, X10, Cavabdeh21, Cavabdeh22 və Cavabdeh23 49995 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 50495 manat maddi yardım ödənilməklə mənzildən çıxarılmaları; Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzildə yaşayan Cavabdeh25, Cavabdeh26, Cavabdeh27 və Cavabdeh28 33000 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 33500 manat maddi yardım ödənilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasında binanın hər an uçma təhlükəsi ilə müşayət olunan təhlükəli vəziyyət yaranmışdır. Bakı şəhər X15 İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 nömrəli qərarı ilə həmin bina qəzalı hesab edilmiş və binada yaşayan ailələrin əksəriyyəti həmin illərdə digər mənzillərlə təmin edilmişlər. Lakin 1991-1993-cü illərdə Qarabağ hadisələri ilə bağlı köçürülmə işləri tam başa çatdırılmadığından bina 1993-cü ildə məcburi köçkünlər və yerli sakinlər tərəfindən zəbt olunmuşdur. Bina 43 mənzillidir. 37 ailə ilə könüllü alğı-satqı müqaviləsi bağlanılaraq köçürülmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövləttikinti” DLİ-nin mütəxəssislərinin 07.04.2011-ci il tarixdə tərtib etdikləri rəylə də bina və binadakı mənzillərin texniki vəziyyəti yaşayış üçün yararsız hesab edilmişdir. Sonradan Agentliyin “Azərdövləttikintilayihə” DLİ-nin mütəxəssisləri tərəfindən 17.06.2015-ci il, 07.09.2015-ci il və 03.11.2017-ci il tarixlərdə binanın texniki vəziyyəti haqqında aktlar tərtib olunmuş və istismar üçün yararsız olduğu təsdiq edilmişdir. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.02.2015-ci il tarixli, 17/17/5185-12 nömrəli dərkənarına əsaslanaraq Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi tapşırığa və təqdim etdiyi adlı siyahıya əsasən İddiaçı tərəfindən maddi yardım ödənilməklə sakinlərin köçürülməsinə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığından irəli gələn məsələlərin icrası ilə bağlı Prezidentin köməkçisinin 26.04.2019-cu il tarixli, 7/1417 saylı məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 07.05.2019-cu il tarixli, 7-214/7g saylı məktubunu nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə birdəfəlik maddi yardım ödənilməklə binanın boşaldılması qərara alınmışdır. Müstəqil qiymətləndirmə ekspertlərinin rəyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbər işçilərinin nəzarəti ilə maddi yardımın miqdarı ümumi sahəsi 20,0 kv.metrə qədər olan mənzillər üçün - 30000 manat, ümumi sahəsi 20,0 kv.metrdən çox olan mənzillərin hər kvadrat metrinə 1500 manat olmaqla, mənzil sahiblərinə hər bir mənzil üçün ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500 manat əlavə yardım edilməsi müəyyənləşdirilmişdir. Cavabdehlərlə danışıq yolu ilə onların mükiyyətçisi olduğu daşınmaz əmlakların maddi yardım verilməklə sökülməsi təklifi barədə bidirişlər göndərilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzil üçün (61.0 kv.m yaşayış sahəsi) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X17, Cavabdeh9 və Cavabdeh10 91500 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 92000 manat maddi yardım hesablanmış, lakin onlar həmin maddi yardımı qəbul etməkdən imtina etmişlər. Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzil üçün (yaşayış sahəsi 37.32 kv.m) Cavabdeh11 55980 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 56480 manat maddi yardım hesablanmış, lakin o, həmin maddi yardımı qəbul etməkdən imtina etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150, 15 saylı mənzil üçün (52.18 kv.m yaşayış sahəsi) Cavabdeh12 və Cavabdeh13 78270 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 78770 manat maddi yardım hesablanmış, lakin onlar həmin maddi yardımı qəbul etməkdən imtina etmişlər. Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzil üçün (29.7 kv.m yaşayış sahəsi) Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 44550 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 45050 manat maddi yardım hesablanmış, lakin onlar həmin maddi yardımı qəbul etməkdən imtina etmişlər. Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzil üçün (33.33 kv.m yaşayış sahəsi) Cavabdeh18, X7, X10, Cavabdeh21, Cavabdeh22 və Cavabdeh23 49995 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 50495 manat maddi yardım hesablanmış, lakin onlar həmin maddi yardımı qəbul etməkdən imtina etmişlər. Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzil üçün (22.0 kv.m yaşayış sahəsi) Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, X1 33000 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 33500 manat maddi yardım hesablanmış, lakin onlar həmin maddi yardımı qəbul etməkdən imtina etmişlər. Azərbaycan Respublikası Konstitusyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hazırda qeyd olunan binanın mövcudluğu və sakinlərərəfindən istismarı ictimai təhlükə həddindədir. Belə ki, bina qəzalı vəziyyətdədir və hər an uçaraq və insanların xəsarət alması ilə nəticələnə bilər. Həmçinin, Mir-X13 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Bakı şəhəri İddiaçınə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinəqarşı “kompensasiya ödənilməsinə dair” qarşılıqlı iddia ərizəsi verərək, cavabdehlər tərəfindən mənzilinin yerləşdiyi evin digər mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının dağıdılması, davamlı səsküy salınması və s. narahatçılığın yaradılmasının onun pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, cavabdehlərdən onun xeyrinə müştərək qaydada maddi zərərə görə 325000 manat və mənəvi zərərə görə 50000 manat məbləğində kompensasiya tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mir-X13 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə 1999-cu ildən Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 15 saylı mənzildə yaşayır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən A.Mir-Əliyeva həmin mənzilin mülkiyyətçisidir. Yaşadığı bina olduqca möhkəm və dayanıqlı olmaqla, 2000-ci ildə Bakıda olmuş zəlzələdən heç bir zərər çəkməyib, binada adi catlar belə yaranmayıb. İddiaçı idarələrarası komissiyasının onun mənzilinə dair 30.06.2005-ci il tarixli rəyinə əsasən mənzilinin otaqları quru, işıqlı, təbii hava axınlı olmaqla, konstruktiv elementləri salamat, yaşayış üçün yararlı olub. 2014- 2016-cı illərdə binanın fasad hissəsi 1-ci cavabdeh tərəfindən təmir edilib, bu zaman hətta balkonlar yeniləri ilə əvəzlənib. Təxminən 3 il əvvəl Azərbaycan Respublikası Baş Nazirinin o zamankı müavini Abid Şərifov və 1-ci cavabdehin həmin vaxt Başçısı olan İbrahim Mehdiyev binanın həyətinə gələrək, binanın vəziyyəti pis olduğundan sökülməli olduğunu bildirmişdir. Bundan sonra 1-ci cavabdehin memarları gələrək, mənzillərdə ölçü aparmış və bildirmişlər ki, mənzillərin hər kvadrat metrinə görə mülkiyyətçilərə 3000 manat kompensasiya ödəniləcək. Daha sonra Mənzil-İstismar Sahəsi mənzil mülkiyyətçilərinə bildirişlər paylamışlar. Həmin imzasız, möhürsüz bildirişlərə görə bina sakinlərinə mənzillərini tərk etməyə bir həftə vaxt verilmiş, əks təqdirdə sakinlər suyun, elektrik enerjisinin, qazın kəsiləcəyi ilə hədələnmişdir. Həmın vaxt o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevaya müraciət etdikdən sonra, bu köçürmə cəhdi saxlanılmışdır. 2017-ci ilin yazında 1-ci cavabdeh binanın yaxınlığına təmir üçün taxtaşalban gətirmişdir. Lakin 2019-cu ilin martında 1-ci cavabdehin yeni Başçısı Əziz Əzizov həyətə gələrək, binanın boşaldılmasına yeni cəhdə başlamışdır. İyul ayında MİS mənzil mülkiyyətçilərindən hər kv.metrə görə 1500 manatdan pulu alaraq, çıxıb getmələrini tələb etmişdir. Həmin ay bəzi mənzillərdə yaşayan məcburi köçkünlərlə cavabdehlər razılığa gəlmiş və demək olar ki, dərhal onların mənzillərini dağıtmışlar. Bundan sonra daha bir neçə ailəni çıxara bilmişlər. Həmin vaxtdan hər gün o və qızı, başqa sakinlər gurultulu səsküy, toz və s. dözməli olurlar. İyulun 29-da 1-ci və 2-ci cavabdehlərin başçıları, eləcə də Bakı şəhərində çoxsaylı qanunsuz söküntülərdə ad çıxarmış Zülfəli İsmayılov binaya gəlmiş, sakinlərin etirazlarına nəticə etibarilə heç bir əhəmiyyət verməmişlər. Söküntü işləri, binanın dağıdılaraq yaşayış üçün yararsız vəziyyətə çatdırılması prosesi davam edir. Yasamal rayon İcra Başçısının müavini Elçin Rzayevin ona ünvanladığı 23.09.2019-cu il tarixli, M-221-152 saylı məktubunda qeyd edilmişdir ki, 52,18 kv.m yaşayış sahəsinin hər kv.metri 1500 manat qiymətləndirilib, əlavə olaraq 500 manat köçmə haqqı ilə birlikdə ona 78770 manat maddi yardım hesablanıb. Halbuki, həmin məbləğ mənzilin bazar dəyərindən dəfələrlə azdır. “xxxx” MMC-nin 08.08.2019-cu il tarixli hesabatına əsasən onun faktiki sahəsi 55,02 kv.m olan mənzilinin bazar dəyəri 173500 manatdır. Həmin qymətləndirmə təşkilatının eyni tarixli arayışına əsasən binanın ərazisi və onun yaxınlığındakı torpağın bazar dəyəri 180000- 200000 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçünmülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum dilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə rahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Baş vermiş özbaşınalıqlar və zorakılıq onun əsəb-sinir sisteminə ciddi mənfl təsir göstərmiş və mənəvi sarsıntı keçirmişdir. Onu da vurğulayır ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun “İnsan hüquqlarının və əsas azadhqların müdafiəsi haqqında” Konvensiyanm 3, 6, 8, 13, 17, 18-ci maddələri və ona dair 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2-ci maddəsi ilə nəzərdə tutulan hüquqları da pozulmuşdur. Həmçinin, Cavabdeh11 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” qarşılıqlı iddia ərizəsi verərək, cavabdehdən onun xeyrinə mənzilinin sökülməsi ilə əlaqədar maddi ziyana görə 111960 manat və mənəvi ziyana görə 5000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh11 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən sahəsi 37.32 kv.m olan iki otaqlı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. İddiaçı başçısı Əziz Əzizov və həmin qurumun işçiləri ona məxsus mənzilə gələrək mənzilin söküləcəyini bildirmişlər. Müəyyən görüşlərdən sonra şəhərin mərkəzi küçəsində yerləşən binanın birinci mərtəbəsində yerləşən mənzilə görə kompensasiya olaraq ona cəmi 56480 manat verəcəklərini və kompensasiyanın alınıb-alınmamasından asılı olmayaraq mənzilin söküləcəyini bildirmişlər. Şəhərin mərkəzi küçəsində, həmçinin birinci mərtəbədə yerləşən 2 otaqlı mənzilin qiyməti 56480 manat ola bilməz, yəni təklif olunan maddi yardım həmin mənzilin dəyərinin az hissəsini təşkil edir. Belə olan halda İddiaçı başçısı Əziz Əzizov və digər rəhbər işçilər onun mülkiyyət hüququnu kobud şəkildə pozurlar. 2016-cı ildə insult keçirdiyindən hərəkətləri məhdudlaşıb və bu səbəbdən qızının himayəsində yaşayır. İddiaçı başçısı və qurumun işçiləri isə onun bu vəziyyətindən istifadə edərək ona qarşı kobud və qanunsuz hərəkətlər edib hüquqlarını pozurlar. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə qorunan hüquqları pozulmaqdadır. Həmçinin, Cavabdeh26 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” qarşılıqlı iddia ərizəsi verərək, ailəsi (dörd nəfər) ilə birlikdə 1993-cü ildən Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 26 saylı mənzildə yaşadığını, təklif olunan kompensasiyanın mənzilin dəyərindən dəfələrlə az olmasını, digər mənzillərdə aparılan söküntü işləri nəticəsinda maddi və mənəvi ziyana məruz qaldığını göstərmiş, cavabdeh tərəfindən mənzilinin yerləşdiyi evin digər mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının dağıdılması, davamlı səs-küy salınması və s. narahatçılığın yaradılmasının onun pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, cavabdehdən onun xeyrinə maddi zərərə görə 130000 manat və mənəvi zərərə görə 50000 manat məbləğində kompensasiya tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh1 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” qarşılıqlı iddia ərizəsi verərək, ailəsi (on nəfər) ilə birlikdə 1987-ci ildən Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 4 saylı mənzildə yaşadığını, təklif olunan kompensasiyanın mənzilin dəyərindən dəfələrlə az olmasını, digər mənzillərdə aparılan söküntü işləri nəticəsinda maddi və mənəvi ziyana məruz qaldığını göstərmiş, cavabdeh tərəfindən mənzilinin yerləşdiyi evin digər mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının dağıdılması, davamlı səs-küy salınması və s. narahatçılığın yaradılmasının onun pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyəthüquqlarının pozulması hesab edilməsi, cavabdehdən onun xeyrinə maddi zərərə görə 350000 manat və mənəvi zərərə görə 50000 manat məbləğində kompensasiya tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5738/2019 saylı iş üzrə qəbul etdiyi 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən yaşayış sahəsi 61.0 kv.m olan mənzilə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X17, Cavabdeh9 və Cavabdeh10 91500 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 92000 manat maddi yardım ödənilməklə həmin mənzildən çıxarılmaları, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən yaşayış sahəsi 37.32 kv.m olan mənzilə görə Cavabdeh11 55980 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 56480 manat maddi yardım ödənilməklə mənzildən çıxarılması, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150, 15 saylı yaşayış sahəsi 52.18 kv.m olan mənzilə görə cavabdehlər Mir- X5 və Cavabdeh13 78270 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 78770 manat maddi yardım ödənilməklə mənzildən çıxarılmaları, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən yaşayış sahəsi 29.7 kv.m olan mənzilə görə cavabdehlər Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 44550 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 45050 manat maddi yardım ödənilməklə həmin mənzildən çıxarılmaları, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən yaşayış sahəsi 33.33 kv.m olan mənzilə görə cavabdehlər Cavabdeh18, X7, X10, Cavabdeh21, Cavabdeh22 və Cavabdeh23 49995 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 50495 manat maddi yardım ödənilməklə həmin mənzildən çıxarılmaları, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən yaşayış sahəsi 22.0 kv.m olan mənzilə görə cavabdehlər Cavabdeh25, Cavabdeh26, Cavabdeh27 və Cavabdeh28 33000 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 33500 manat maddi yardım ödənilməklə həmin mənzildən çıxarılmaları, Mir-X5 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Bakı şəhəri İddiaçınə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “kompensasiya ödənilməsinə dair”, Cavabdeh11 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair”, Cavabdeh26 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” və Cavabdeh1 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” qarşılıqlı iddia ərizələrinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən Mir-X13 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Mənzil Məcəlləsinin tələblərinə düzgün qiymət verməmişdir. Həmçinin, qətnamədən Cavabdeh14, Cavabdeh15, Cavabdeh18, Cavabdeh19, X10, Cavabdeh21 birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, apellyasiya şikayətlərini yuxarıda göstərilən apellyasiya şikayətinə oxşar məzmunda əsaslandırmışlar. Qətnamədən Cavabdeh26, Cavabdeh25, Cavabdeh27, Cavabdeh28 da birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi və Cavabdeh26 qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər, apellyasiya şikayətlərini yuxarıda göstərilən apellyasiya şikayətinə oxşar məzmunda əsaslandırmışlar. Həmçinin qətnamədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X11 birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi və Cavabdeh1 qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər, apellyasiya şikayətlərini yuxarıda göstərilən apellyasiya şikayətinə oxşar məzmunda əsaslandırmışlar. X12 Petrovna da apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi və onun qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onun tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, qətnamə maddi və prosessual hüququq normalarının pozulması ilə qəbul edilmiş, kompensasiya məbləğinin real bazar qiymətlərini əks etirmədiyini vurğulamışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2175/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-219/21 saylı, 02 fevral 2021-ci il tarixli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11 və Cavabdeh12 kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2175/2020 nömrəli iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsi onlara aid hissədə ləğv edlərək, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya baxışına göndərilsmiş, cavabdeh X7 və digər cavabdehlər Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28 kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2175/2020 nömrəli iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsi onlara aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh3 və Cavabdeh12 nümayəndəsi-vəkili Vəkil1 özləri tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh12 ailəsi ilə birlikdə 1999-cu ildən Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 15 saylı mənzildə yaşayır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən A.Mir-Əliyeva həmin mənzilin mülkiyyətçisidir. Yaşadığı bina olduqca möhkəm və dayanıqlı olmaqla, 2000-ci ildə Bakıda olmuş zəlzələdən heç bir zərər çəkməyib, binada adi catlar belə yaranmayıb. İddiaçı idarələrarası komissiyasının onun mənzilinə dair 30.06.2005-ci il tarixli rəyinə əsasən mənzilinin otaqları quru, işıqlı, təbii hava axınlı olmaqla, konstruktiv elementləri salamat, yaşayış üçün yararlı olub. 2014- 2016-cı illərdə binanın fasad hissəsi 1-ci cavabdeh tərəfindən təmir edilib, bu zaman hətta balkonlar yeniləri ilə əvəzlənib. Təxminən 3 il əvvəl Azərbaycan Respublikası Baş Nazirinin o zamankı müavini Abid Şərifov və 1-ci cavabdehin həmin vaxt Başçısı olan İbrahim Mehdiyev binanın həyətinə gələrək, binanın vəziyyəti pis olduğundan sökülməli olduğunu bildirmişdir. Bundan sonra 1-ci cavabdehin memarları gələrək, mənzillərdə ölçü aparmış və bildirmişlər ki, mənzillərin hər kvadrat metrinə görə mülkiyyətçilərə 3000 manat kompensasiya ödəniləcək. Daha sonra Mənzil-İstismar Sahəsi mənzil mülkiyyətçilərinə bildirişlər paylamışlar. Həmin imzasız, möhürsüz bildirişlərə görə bina sakinlərinə mənzillərini tərk etməyə bir həftə vaxt verilmiş, əks təqdirdə sakinlər suyun, elektrik enerjisinin, qazın kəsiləcəyi ilə hədələnmişdir. Həmın vaxt o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevaya müraciət etdikdən sonra, bu köçürmə cəhdi saxlanılmışdır. 2017-ci ilin yazında 1-ci cavabdeh binanın yaxınlığına təmir üçün taxtaşalban gətirmişdir. Lakin 2019-cu ilin martında 1-ci cavabdehin yeni Başçısı Əziz Əzizov həyətə gələrək, binanın boşaldılmasına yeni cəhdə başlamışdır. İyul ayında MİS mənzil mülkiyyətçilərindən hər kv.metrə görə 1500 manatdan pulu alaraq, çıxıb getmələrini tələb etmişdir. Həmin ay bəzi mənzillərdə yaşayan məcburi köçkünlərlə cavabdehlər razılığa gəlmiş və demək olar ki, dərhal onların mənzillərini dağıtmışlar. Bundan sonra daha bir neçə ailəni çıxara bilmişlər. Həmin vaxtdan hər gün o və qızı, başqa sakinlər gurultulu səsküy, toz və s. dözməli olurlar. İyulun 29-da 1-ci və 2-ci cavabdehlərin başçıları, eləcə də Bakı şəhərində çoxsaylı qanunsuz söküntülərdə ad çıxarmış Zülfəli İsmayılov binaya gəlmiş, sakinlərin etirazlarına nəticə etibarilə heç bir əhəmiyyət verməmişlər. Söküntü işləri, binanın dağıdılaraq yaşayış üçün yararsız vəziyyətə çatdırılması prosesi davam edir. Yasamal rayon İcra Başçısının müavini Elçin Rzayevin ona ünvanladığı 23.09.2019-cu il tarixli, M-221-152 saylı məktubunda qeyd edilmişdir ki, 52,18 kv.m yaşayış sahəsinin hər kv.metri 1500 manat qiymətləndirilib, əlavə olaraq 500 manat köçmə haqqı ilə birlikdə ona 78770 manat maddi yardım hesablanıb. Halbuki, həmin məbləğ mənzilin bazar dəyərindən dəfələrlə azdır. “xxxx” MMC-nin 08.08.2019-cu il tarixli hesabatına əsasən onun faktiki sahəsi 55,02 kv.m olan mənzilinin bazar dəyəri 173500 manatdır. Həmin qymətləndirmə təşkilatının eyni tarixli arayışına əsasən binanın ərazisi və onun yaxınlığındakı torpağın bazar dəyəri 180000- 200000 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum dilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə rahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Baş vermiş özbaşınalıqlar və zorakılıq onun əsəb-sinir sisteminə ciddi mənfl təsir göstərmiş və mənəvi sarsıntı keçirmişdir. Onu da vurğulayır ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun “İnsan hüquqlarının və əsas azadhqların müdafiəsi haqqında” Konvensiyanm 3, 6, 8, 13, 17, 18-ci maddələri və ona dair 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2-ci maddəsi ilə nəzərdə tutulan hüquqları da pozulmuşdur. Məhkəmə iclasında iştirak edən digər ilkin iddia üzrə cavabdehlər yuxarıda göstərilən izahatın məzmununa uyğun izahat vermiş, yaşadığı binanın möhkəm və dayanıqlı olduğunu, qəzalı vəziyyətdə olmadığını və iddiaçı tərəfindən kompensasiya məbləği ilə razı olmadıqlarını bildirmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və digər tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına göndərərkən mövqeyini və bundan irəli gələn göstərişlərini aşağıdakı kimi şərh etmişdir: “.....Cavabdehlər, onlar verilməli olan vəsait hesabına özlərinə oxşar şəraitə uyğun yaşayış yeri seçməlidirlər. Təklif olunan vəsaitin onlara oxşar şəraitdə əmlak əldə etməyə kifayət etməsi açıq-aşkar mümkün deyil və bu məsələ ilə bağlı məhkəmənin dəyərləndirməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehlər kompensasiya verilməklə mənzili boşaltmalarına razı olduqları üçün hazırkı işdə kompensasiyanın tətbiqinin hüquqi əsasları ilə bağlı dəyərləndirmə aparılmır. Əslində mülkiyyətçilərə kompensasiyanın təklif olunması əsaslarının hüquqiliyi ilə bağlı dəyərləndirmə aparıla bilərdi. Ona görə ki, Apellyasiya Məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-cı maddəsinə istinad etmişdir. Həmin normanın analoji işlərə tətbiqi fərqli qaydalara nəzərdə tutur. Beləki, məhkəmələrin istinad etdiyi normada (Mənzil Məcəlləsinin 28-ci maddəsi) deyilir ki, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə lakin 10 gündən gec olmayaraq baxmalıdır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Göründüyü kimi Apellyasiya Məhkəməsinin tələbin qanuni əsası kimi istinad etdiyi normada evin qəzalı hesab edilməsi və bunun hüquqi nəticələri ilə bağlı fərqli qaydalar nəzərdə tutulur ki, hazırkı işdə həmin qaydalara riayət edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyətin müdafiəsi ilə bağlı təməl prinsiplər müəyyən etmişdir-Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İş materiallarında olan “xxxx” MMC-nin 08.08.2019-cu il tarixli, ƏEM/A21-780/19 saylı hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 15 saylı mənzilin bazar dəyəri 173500 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin 24.09.2019-cu il tarixli, ƏEM/S37-841/19 saylı hesabatından görünür ki, Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 4 saylı mənzilin bazar dəyəri 182600 manat müəyyən edilmişdir. Mülkiyyətçilərə məhkəmə qərarı ilə 92000 manat, 56480 manat və 78770 manat kompensasiya hesablanmışdır ki, həmin kompensasiya məbləği ilə qeyd olunan ərazidə oxşar mənzillər almağın mümkün olmadığı aşkardır və bu halın müəyyən edilməsi üçün əlavə araşdırma aparılmasına zərurət yoxdur. Ona görə mülkiyyətçilərin kassasiya şikayətləri təmin edilərək, qətnamə ləğv edilməklə mülki iş yeni məhkəmə baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə tərəflərin kompensasiya ödənilməklə mənzili tərk etmələri barədə qarşılıqlı razılığını nəzərə alaraq kompensasiya məbləğini şərtləndirən halları cavabdeh tərəfin təqdim etdiyi sübutlarla birlikdə dəyəndirməli, lazım bilərsə öz təşəbbüsü ilə əlavə sübutlar əldə edilməsini təmin etməlidir. Bu zaman mənzilin sahəsi, yerlədiyi ərazi, cavabdehlərin həmin ərazidə uzun müddət yaşamaları ilə əlaqədar yaranmış bağlılıq və.s. zəruri hallar ayrı-ayrılıqda dəyərləndirilməlidir. Cavabdehlər kompensasiyanın ödənilməsi ilə bağlı ümumiyyətlə razılığa gəlmədikləri təqdirdə kompensasiyanın təklif olunması şərtlərini nizama salan normalara uyğun olaraq (qəzalı vəziyyətdə olan evlərin hüquqi vəziyyətini tənzimləyən maddi hüquq ormalarına əsasən) araşdırma aparılaraq tələbin düzgün qanuni əsasları seçilməklə mübahisəyə hüquqi qiymət verilməlidir.”. Kassasiya instansiyasının qərarında qeyd olunanları, şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11 və cavabdeh Mir-X8 münasibətdə təmin etdiyi zaman hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Belə ki, iş materiallarında olan Bakı şəhər X15 İcraiyyə Komitəsinin “daimi komissiyanın Yasamal (keçmiş Oktyabr) rayonu üzrə yaşayış binalarının qəzalı vəziyyətdı olmasına dair qərarının təsdiq edilməsi barədə” 16.06.1989-cu il tarixli, 5/195 nömrəli qərarının surətindən və ona əlavə olunmuş sənədlərin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən qəza vəziyyətində olan binanın sakinlərinin 1 il ərzində köçürülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövləttikinti” DLİ-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş “ünvan 6 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” 07.04.2011ci il tarixli rəyin surətindən görünür ki, binanın mərtəbə arası və dam örtük konstruksiyaları, arakəsmələri, həyətə baxan şüşəbəndləri ciddi deformasiyaya uğramışdır. Taxta döşəmə və tavanların vəziyyəti qeyri-qənaətbəxşdir. D.Əliyeva küçəsi tərəfə baxan və üzərində inşa olumuş açıq eyvanların metal konstruksiyalarının korroziyaya uğraması, ağac materiallarının çürüməsi səbəbindən eyvanlar yararsız vəziyyətə düşmüşdür. Binada əvvəllər gücləndirmə işləri aparılsa da, bu tədbiriər yetərli deyildir. Bina yanğın təhlükəsizliyi tələblərinə cavab vermir. Yuxandakı fəsadların yaranmasına səbəb binanın uzun müddət əsaslı təmirsiz istismarı, onun mənəvi və fiziki cəhətdən köhnəlməsi, istismar dövrünün başa çatmasıdır. Qeyd edilənləri nəzərə alaraq, beiə nəticəyə gəimək olar ki, M.A.Əliyev küçəsi 150 saylı bina və binadakı mənzillər yaşayış üçün yararsızdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövləttikinti” DLİ-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş “ünvan 6 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında” 17.06.2015-ci il tarixli və 07.09.2015-ci il tarixli aktların surətindən görünür ki, qeyd edilən yaşayış binası 1890-cı ildə, 3 mərtəbəli, planda düzbucaqlı formalı olmaqla inşa edilmişdir. Binanın qabarit ölçüləri 60x20 metrdir. Xarici və daxili yükdaşıyan divarları 80 sm qalınlığında but daşından, daxili arakəsmə 20 sm qalınlığında çilləkəndən inşa edilmişdir. Mərtəbəarası örtükləri ağac konstruksiyalıdır. Dam örtüyü yastıdır, rüberoid materialı ilə örtülmüşdür. Mənzillərə giriş daxili həyətdən ağac konstruksiyalı pilləkənlərdən və dəhlizlərdən nəzərdə tutulmuşdur. Binanın daxili həyətinə giriş M.Əliyev və D.Əliyeva küçələrindəndir. Binanın daxili və xarici yükdaşıyan divarlarında, qapıpəncərə boşluqları üzərində və altında keçici çatlar, arakəsmə divarlarında suvaq qatının tökülməsi müşahidə olundu. Taxta tirlər üzərində qurulmuş dəhlizlər və pilləkən qəfəsəsi çürüyərək dayanıqlığını itirmiş və nəticədə yararsız hala düşmüşdür. Döşəmə konstruksiyalarında çoxlu sayda deformasiyalar mövcuddur. Sakinlər tərəfındən mərtəbəarası tirlərə dayaq məqsədilə quraşdırılmış metal tir və laylarda deformasiya müşahidə olundu. Bina yolverilməz vəziyyətdədir. İstismar üçün yararsızdır. Sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə onlar köçürülməli, ərazi hasarlanmalı və həyətə giriş-çıxış məhdudlaşdırılmalıdır. İş materiallarında olan Bakı şəhəri İddiaçı mütəxəssisləri tərəfindən tərtib olunmuş “ünvan 6 ünvanda yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında” 11.02.2016-cı il tarixli aktın surətindən görünür ki, yaşayış evinin qəzalı, köhnə tikili olmaqla yaşayış üçün tam yararsız sayılması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövləttikinti” DLİ-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş “ünvan 6 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” 03.11.2017ci il tarixli aktın surətindən görünür ki, qeyd edilən yaşayış binasına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Agentliyinin 17.03.2011-ci il tarixli, 25/00532 tapşırığına əsasən “Azərdövlətlayihə" Dövlət Baş Layihə institutu tərəfindən baxış keçirilərək müvafıq akt tərtib edilmişdir. Təkrar baxış keçirilən zaman əvvəlki göstərilənlər bir daha öztəsdiqini tapır. İş materiallarında olan ÖM seriyalı, 244165 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 15 saylı mənzil Cavabdeh12 adına xüsusi mülkiyyət kimi 15.09.2005-ci il tarixdə hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarında olan MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, 150 saylı evin, ümumi sahəsi 44,1 kv.metrdən ibarət 15 saylı mənzili Mir-X5 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 08.08.2019-cu il tarixli, ƏEM/A21-780/19 saylı hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 15 saylı mənzilin bazar dəyəri 173500 manat müəyyən edilmişdir. İş materiallarında olan ÖM seriyalı, 190521 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, 150 saylı evin, 22 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil Cavabdeh11 adına xüsusi mülkiyyət kimi 04.06.2004-cü il tarixdə hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri İddiaçı MKTB-nin 42 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 29.09.2019-cu il tarixli, 502 saylı Forma 2 saylı arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 22 kv metr sahədən ibarət 2 otaqlı mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X17, Cavabdeh9 və Cavabdeh10 qeydiyyatdadırlar. Mənzil MKTB-yə məxsusdur. Bakı şəhəri İddiaçı başçısının 01.12.2003-cü il tarixli, 744 saylı sərəncamının surətindən görünür ki, mənzilin uçotu Cavabdeh1 adına keçrilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 24.09.2019-cu il tarixli, ƏEM/S37-841/19 saylı hesabatından görünür ki, Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 4 saylı mənzilin bazar dəyəri 182600 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin köməkçisinin Azərbaycan Respublikası Maliyyə Nazirinə və Bakı şəhəri İddiaçı başçısına ünvanlanmış 26.04.2019-cu il tarixli, 7/1417 saylı məktubundan görünür ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Maliyyə Nazirliyinin 2019-cu il 15 tarixli 09/02-3-64-438 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Prezidentinə təqdim etdiyi təkliflər Prezidentə məruzə edilmiş, həmin məktuba uyğun olaraq, 17 binanın (14 yaşayış binası və 3 yataqxana) sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə təklif edilmiş aşağıdakı tədbirlərin həyata keçirilməsi Prezident tərəfindən məqbul hesab edilmişdir: Yasamal rayonunun ərazisində yerləşən (keçmiş “Sovetski” adlanan əraziyə yaxın M.Əİiyev küçəsi) bir ədəd 43 mənzilli yaşayış binasına dair: - Sahəsi 20 kvadratmetr və daha az olan 19 mənzildə yaşayan ailələrin hər birinə 30000 manat olmaqla cəmi 570000 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi; - Sahəsi 20 kvadratmetrdən çox olan 24 ədəd mənzildə yaşayan ailələrə mənzillərin ümumi sahəsinin 1 kvadratmetri üçün 1500 manat olmaqla ümumilikdə ******* manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi; - Sözügedən bina üzrə ümumilikdə 43 mənzil sahibinin hər birinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500 manat olmaqla ümumilikdə 21500 manat əlavə birdəfəlik yardım verilməsi. - Fövqəladə Hallar Nazirliyinin hesablamalarına əsasən 300000 manat məbləğində qiymətləndirilən 17 binanın söküntüsü. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi, eləcə də maddi hüquq normalarını düzgün tətbiq etməməsi səbəbindən gəlməklə, eyni zamanda qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, iddia tələbləri iddiaçının mülkiyyət hüququna müdaxilə ilə bağlı olduğundan və mülkiyyət hüququnun pozulması onun iddiasının əsas dəlilini təşkil etdiyindən, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəf olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Kollegiya hesab edir ki, iddiaçının əmlaklarının sökülərək onların yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməməkdədir. Çünkü Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Məcəllənin 203.5-ci maddəsinə görə isə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mübahisəsi gedən evin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır və ilkin iddia üzrə cavabdehlər (mülkiyyətçilər) də mülkiyyətlərinə müdaxilənin qanuni məqsəd daşımasını mübahisələndirmədən (buna etiraz etmədən) ancaq təklif olunan kompensasiya (əvəz) ilə razılaşmadıqlarını bildirmişlər (hətta onlardan dördü birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan şikayət verməmişlər). Buna görə də kollegiya, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdıracaq: mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Kollegiya xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Kollegiya hesab edir ki, hazırki işdə mülkiyyətçilərə (ilkin iddia üzrə cavabdehlərə) təklif olunan kompensasiya (əvəz) məbləğinin mülkiyyətin dəyərinə mütənasib olmadığı qənaətinə gəlmək üçün əsaslar mövcuddur və iddia tələblərinə (ilkin və qarşılıqlı) məhz bu kontekstdə qiymət verilərək müvafiq tələblərin tarazlaşdırılması təmin olunmalıdır. Belə ki, Mülkiyyətçilərə məhkəmə qərarı ilə 92000 manat, 56480 manat və 78770 manat kompensasiya hesablanmışdır ki, həmin kompensasiya məbləği ilə qeyd olunan ərazidə oxşar mənzillər almağın mümkün olmadığı aşkardır və bu halın müəyyən edilməsi üçün əlavə araşdırma aparılmasına zərurət yoxdur (Ali Məhkəmənin qərarında qeyd olunduğu kimi). İş materiallarında olan “xxxx” MMC-nin 08.08.2019-cu il tarixli, ƏEM/A21-780/19 saylı hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 15 saylı mənzilin bazar dəyəri 173500 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin 24.09.2019-cu il tarixli, ƏEM/S37-841/19 saylı hesabatından görünür ki, Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X23 küşəsi, ev 150, 4 saylı mənzilin bazar dəyəri 182600 manat müəyyən edilmişdir. Göründüyü kimi mülkiyyətçilərə təklif olan kompensasiya məbləğləri mənzillərin real qiymətində dəfələrlə azdır. Kompensasiynın dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışı predmeti olan hissədə ləğv edilməli və həmin hissədə ilkin iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası xüsusi ilə nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır (maddə 28.1). Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir (maddə 28.3). Qeyd olunanlar konteksində işin hallarını nəzərdən keçirdikdə aydın olur ki, mübahisəli binanın qəza vəziyyətində olması barədə hər hansı məhkəmə qərarı mövcud deyil. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edir ki, hazırda ilkin iddia tələbi təmin edilmədiyindən qarşılıqlı iddia tələbi üzrə araşdırılma aparılmasına lüzum yoxdur. Belə ki, iddia tələbləri bir-biri ilə bağlıdır. Cavabdehlərin mənzildən çıxarılmaları barədə tələb təmin olunsa idi bu zaman kompensasiya ödənilməsi tələbinə baxıla bilərdi. O da nəzərə alınır ki, qarşılıqlı iddiaçılar birdirirlər ki, mübahisəli ünvan keçmiş “Sovetski” adlanan əraziyə yaxın deyil, yaşadıqları bina və mənzillər qəzalı vəziyyətdə deyil, amma onlar mənzillərindən məcburi çixarılırlarsa onda qeyd etdilkəri məbləğlərı tələb edirlər. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5738/2019 saylı iş üzrə qəbul etdiyi 06 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11 və cavabdeh Mir-X8 münasibətdə ləğv olunsun və onlara münasibətdə yeni qətnamə çıxarılsın. İddiaçı Bakı şəhəri İddiaçı “maddi yardım ödənilməklə mənzildən çıxarılma” barədə ilkin iddia tələbi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11 və cavabdeh Mir-X8 münasibətdə təmin edilməsin. Mir-X5 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Bakı şəhəri İddiaçınə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “kompensasiya ödənilməsinə dair”, Cavabdeh11 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” və Cavabdeh1 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” qarşılıqlı iddia ərizələri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar