Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4003/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Vyaçeslovnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlakın satılaraq əldə edilmiş vəsaitin paylara müvafiq olaraq bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Vyaçeslovnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlakın satılaraq əldə edilmiş vəsaitin paylara müvafiq olaraq bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1406/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh1 ilə X1 xx.xx.2006-cı il tarixində nikahlarını rəsmiləşdirmişlər, nikahdan sonra arvada “Nəzərli” soyadı verilmişdir.
2. 2011-ci il buraxılışlı “Тoyota X4 minik” markalı, 77-СЕ-757 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən əldə edilmiş, həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına özgəninkiləşdirilmişdir.
3. Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 sözügedən nəqliyyat vasitəsindən xx.xx.2032-ci il tarixinədək istifadə etmək səlahiyyəti verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Vyaçeslovna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlakın satılaraq əldə edilmiş vəsaitin paylara müvafiq olaraq bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 özünə məxsus olan və birgə nikah dövründə əldə edilmiş 2011-ci il buraxılışlı Тoyota X4 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ag mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həcmi 2700 m olan nəqliyyat vasitəsini birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölgüdən yayındırmaq məqsədilə formal əsaslarla anası Cavabdeh2 adına qeydiyyatdan keçirtmiş, görünüş üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Odur ki, sözügedən alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında qeyd olunan avtomobilə dair Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməli, həmin avtomovil üzərində iddiaçının ½ hissədə payı müəyyən edilməli və avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunan pulun ½ hissəsi iddiaçıya, ½ hissədə Cavabdeh1 verilməlidir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1406/2024 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia qismən təmin edilmiş, 2011-ci il buraxılışlı Тoyota X4 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ağ mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həcmi 2700 m olan nəqliyyat vasitəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, 2011-ci il buraxılışlı Тoyota X4 minik markalı, 77-СЕ-757 dövlət nömrə nişanlı, ağ mirvari rəngli, mühərriki 2ТR1006579, 8EBX9FJ3B5013335 bаn nömrəli, mühərrikin həcmi 2700 m olan nəqliyyat vasitəsinin üzərində 1/2 hissəsinə İddiaçı Vyaçeslovnanın və 1/2 hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, 2011-ci il buraxılışlı Тoyota X4 minik markalı, 77- СЕ-757 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 tərəfindən anası Cavabdeh2 adına özgəninkiləşdirilməsi ilə bağlanmış əqd uydurma əqddir, birgə nikah dövründə əldə edilmiş əmlakı bölgüdən yayındırmaq məqsədilə görünüş üçün bağlanmışdır. Cavabdehlər əqdin əsasını aralarında olan borc münasibətlərini rəsmiləşdirmək məqsədilə bağlandığını qeyd etsələr də, bu barədə əsaslı sənəd, sübut və ya material məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə nəzərə almışdır ki, cavabdehlərin irəli sürdükləri arqumentlər üzrə sübut etmə yükü onların öz üzərindədir. Belə ki, həmin hissədə sübutetmə yükünün iddiaçının üzərinə qoyulması əsaslı hesab edilə bilməz.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin özlərinin də bildirdikləri əsas götürülməklə (avtomobilin borc qarşılığında digər cavabdehin adına qeydiyyata keçirilməsi) mübahisə predmeti olan avtomobilə dair bağladıqları əqd tərəflərin müqavilə predmetinə dair alqı-satqı barədə həqiqi iradələrini əks etdirmir. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ailə münasibətləri daima gərgin olmuşdur. Hətta iddiaçının vəkili ilə hüquqi yardım barədə yazışmaları da bunu təsdiq edir (cavabdehlər özləri də ailə münasibətlərinin daima gərgin olduğunu bildirirlər). Odur ki, Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlakı bölgüdən yayındırmaq məqsədilə öz doğma anasının adına qeydiyyatdan keçirtməklə sanki əqd görüntüsü yaratmağa çalışmışdır. Məhkəmə qərar qəbul edərkən işə formal əsaslarla deyil, hüquqi əsaslarla yanaşır. Yuxarıda qeyd olunan hüquqi mövqelər nəzərə alınmaqla məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan müqavilə “iradə qüsurluluğu” pozuntusu ilə bağlı etibarsız hesab edilməlidir.
9. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, nəqliyyat vasitəsinin üzərində 1/2 hissəsinə İddiaçı Vyaçeslovnanın və 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, əmlak üzərində tərəflərin mülkiyyət payı hazırki məhkəmə qətnaməsi əsasında (əgər qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılacaqsa) müəyyən ediləcəkdir. Lakin, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədiyindən yalnız qanuni qüvvəyə mindikdən sonra paylı mülkiyyətçilər tərəfindən “əmlakın satılaraq əldə edilmiş vəsaitin paylara müvafiq olaraq bölünməsi” ilə bağlı iddia tələbinin qaldırılması yolveriləndir. Odur ki, iddia tələbi sözügedən hissədə təmin edilə bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 225.1, 337.1, 337.2, 337.3, 337.4, 340.1, 340.2-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, 37.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın bütövlükdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən Cavabdeh1 hüquqlarının müdafiəsinə təminat verilməmiş və qərəzli yanaşılmışdır. İddiaçı iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsi isə sübutlarla deyil, yalnız ehtimal və fərziyyələrlə əsaslandırılmışdır. Qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəf bu faktları təsdiq edən etibarlı sübutlar məhkəməyə təqdim edə bilməmiş, cavabdeh isə bu vəziyyətlə və onun səbəbləri ilə bağlı tamamilə fərqli izahat vermişdir. Yəni məhkəmə yalnız iddiaçının izahatına əsaslanmaqla onun göstərdiyi faktı müəyyən olunmuş hal kimi qəbul edir. Lakin bu faktın müəyyən olunması zamanı təkcə iddiaçı tərəfin izahatları deyil, həm də cavabdehin izahatı nəzərə alınmalı, hər iki izahatda göstərilən məlumatlar işin digər halları ilə müqayisəli təhlil edilməklə nəticəyə gəlinməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində iddia predmetinə dair ətraflı araşdırma aparılmışdır və bu qətnamədə öz əksini tapmışdır. Əlavə olaraq bildirir ki, mübahisəli avtomaşının birgə nikah dövründə əldə edilməsi danılmaz fakt olduğu kimi, o da danılmaz faktdır ki, həmin avtomaşına dair cavabdehlər arasında alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçının razılığı alınmamışdır. Artıq təkcə bu fakt yetər ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. O ki qaldı mübahisəli avtomaşının alqı-satqı müqaviləsi bağlanan zaman guya tərəflərin münasibəti yaxşı olmasına, bu halda sual doğurur ki, cavabdehlər həmin müqavilənin bağlanmasını iddiaçıdan niyə gizli saxlamışlar? Təbii ki, bu halda cavabdehlərin arqumenti yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qətnamədə cavabdeh tərəfin ailənin uzun müddət ərzində münaqişəli ailə olmasını qəbul etdiyi qeyd edilsə də, birinci instansiya məhkəməsi proseslərinin video-audio yazısında belə bir halı nəinki tərəfindən qəbul etmək, əksinə belə bir halı təkzib etmişlər. 2023-cü ilin sentyabr ayında ailə münasibətləri pisləşmiş və cavabdeh nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Tərəflər 2006-cı ildə nikaha daxil olmuşlar. Cavabdeh 2006-cı ildən əvvəlki tarixdən hazırki vaxtadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyir. Onun iş rejimi isə üç gün evdə, bir gün işdə olmaqla, gecə növbəsidir. Gecə növbələrinin birində iddiaçının ona xəyanət etməsindən şübhələnir və onu izləyir. Restoranların birində iddaçını onun iş yoldaşı olan yad bir kişi ilə tutur. Bunu təsdiq edən foto şəkillər və video görüntülər iş materiallarına tərəfindən əlavə edilməsi üçün təqdim edilmişdir. Bütün bu hadisələr 2023-cü ilin sentyabr ayında baş vermişdir. Avtomobilin alqı-satqısı isə 2021-ci ilin dekabr ayında baş vermişdir. 2021-ci ilin dekabr ayından 2023-cü ilin sentyabr ayınadək tərəflər mehriban ər-arvad münasibətlərində olmuş, xarici ölkədə istirahətə getmişlər. Bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişlər. Digər Cavabdeh2 uzun illər məktəbdə müəllimə olaraq çalışmışdır, onun maddi imkanı oğluna münasibətdə daha yaxşı olmuşdur. Belə ki, Cavabdeh1 işləsə də, iddiaçı işləmirdi, iki azyaşlı övladı var idi və maddi vəziyyəti avtomobil almağa imkan vermirdi. Avtomobilin pulunun çox hissəsini, 18.000 manatını Cavabdeh2 Cavabdeh1 vermişdir. Bu səbəblə Cavabdeh1 2021-ci ilin dekabr ayında avtomobili satmaq qərarına gələndə Cavabdeh2 razı olmamış və avtomobili özünün alacağını bildirmişdir. Belə ki, Cavabdeh1 ona borcu var idi. Cavabdeh2 hazırda da avtomobili idarə edir. Onun mülkiyyətində 30 il əvvəl də avtomobil olub. Avtomobilin satılmasından iddiaçının xəbəri olmuşdur. İddiaçının da mülkiyyətində avtomobili var. O, birgə nikah dövründə əldə olunmuş digər bir avtomobili idarə edir. Tərəflər 2023-cü ilin mart ayında sonuncu dəfə istirahətə gediblər. Bununla bağlı sübutları təqdim etmişlər. Eyni zamanda cavabdehlər arasında əvvəl də BMW markalı avtomobillə bağlı alqı-satqı olmuşdur. Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmişlər. Oradan 3 ildən çox müddətdə olan sənədləri saxlamadıqlarını bildirmişlər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, oğlu ilə olan borc münasibətlərini müqavilə şəklində rəsmiləşdirməmişlər. Vəkillə olan yazışma surətdir və onun mənbəyi bilinmir. Belə ki, iddiaçı yoldaşı tərəfindən aşkar olunmuş ona aid yazışmaların tarixini və nömrələri dəyişmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi icraatı zamanı iş materialları kifayət qədər araşdırılmış, bütün məsələlərə hüquqi qiymət verilmişdir. Bu cür hallarla bağlı nikahın pozulması hallarında kifayət qədər məhkəmə təcrübəsi mövcuddur. Əgər münasibət yaxşı olmuşdursa nə üçün avtomobilin satışı zamanı iddiaçının razılığı alınmayıb? İddiaçının rəsmi razılığı olmamışdır. Bütün bu hallar iddiaçıdan gizlədilmiş şəkildə icra olunmuşdur. Qarşı tərəf bildirir ki, cavabdehlər arasında borc münasibətləri olmuşdur. Lakin bunu təsdiq edən heç bir borc müqavilləsi də yoxdur. Əgər belə bir borc müqaviləsi var idisə nə üçün iddiaçının bundan məlumatı olmamışdır? Bu səbəblə hesab edirlər ki, birinci instansiya məhkməsinin qətnaməsi qanuni və əsaslıdır. 2022-ci ilin dekabr ayında artıq tərəflər arasında münasibətlər korlanmışdır. Avtomobil 2022-ci ilin dekabr ayında satılsa da, iddiaçıya məlumat verilməmişdir. Tərəflər 2022-ci ildə Türkiyəyə gedirlər. Həmin müddətdə münasibətləri yaxşı olmuşdur. Lakin Türkiyədən gəldikdən sonra münasibətlər korlanmışdır. Cavabdehlər avtomobilin alqı-satqısını münasibətlər korlandıqdan sonra həyata keçirmişdirlər. 2022-ci ilin sentyabr ayından sonra münasibətlər korlanmışdır. Həmin tarixdə tərəflər arasında nə baş verməsi ilə bağlı dəqiq məlumatı yoxdur. İş materiallarında bu barədə məlumatlar əks olunub. Cavabdeh tərəf iddiaçıya qarşı iddia qaldırmışdır. “Honda” markalı avtomobilə ½ payın müəyyən olunmasını tələb edir. İddiaçıya qarşı iddia qaldıraraq “Honda” markalı avtomobilə ½ pay hüquqlarını müəyyən ediblər. Lakin hazırki mübahisəli avtomobilə münasibətdə isə iddiaçının ½ pay hüququnun təmin olunmasını istəmirlər. “Honda” markalı avtomobilin qiyməti 30.000 manat, hazırki iş üzrə mübahisə predmeti olan avtomobilin qiyməti isə 40.000 manatdır. Qarşı tərəfə təklif etmişlər ki, 5.000 manat onlara təqdim etsinlər, mübahisəyə son qoyulsun. Lakin qarşı tərəf buna razı deyil.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia qismən təmin olundugundan və apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. İşin mübahisəsiz halı odur ki, tərəflər birgə nikahda olduqları müddətdə, 2011ci il buraxılışlı Тoyota X4 minik markalı, 77-СЕ-757 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əvəzli əqd əsasında əldə etmişlər. Daha sonra birgə nikah dövründə Cavabdeh1 mübahisəli nəqliyyat vasitəsini anası Cavabdeh2 adına özgəninkiləşdirmiş və hal-hazırda avtomobil Cavabdeh1 etibarnamə əsasında istifadəsindədir.
25. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş həmin nəqliyyat vasitəsinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və nəqliyyat vasitəsinin üzərində 1/2 payının müəyyən edilməsini xahiş edilir və tələbini belə əsaslandırır ki, həmin əqd görünüş üçün bağlanmış və cavabdehlərin məqsədi əmlakı ər-arvad arasında bölgüdən yayındırmaq olmuşdur.
26. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı Vyaçeslovna və Cavabdeh1 ailəvi olaraq 2022-ci ilin sentyabr ayında xarici ölkədə istirahətdə olmuş, 2022-ci ilin dekabr ayında onların münasibətləri korlanmış, bununla bağlı xx.xx.2022-ci il tarixdə iddiaçı "Hümbətov və partnyorları” vəkil bürosuna müraciət etmişdir.
27. Cavabdeh tərəf xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra da 2023-cü ilin sentyabr ayınadək tərəflərin mehriban ər-arvad münasibətlərində olduğunu, xarici ölkədə istirahətə getdiklərini bildirsə də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, təqdim edilmiş “Registration Card” adlı sənəddən isə (iş v.47) tərəflərin həqiqətən də birlikdə xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək istirahətdə olmaları müəyyən edilmir. Eyni zamanda, cavabdehlər arasında borc münasibətlərin mövcudluğu barədə də məhkəməyə sübutlar təqdim edilməmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaq hesab edir ki, alqı-satqı müqaviləsinin bağlanması ərəfəsində ər-arvad arasında olan gərgin münasibət, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi imzalanan günün növbəti günü Cavabdeh2 tərəfindən Cavabdeh1 nəqliyyat vasitəsinin idarə edilməsi üçün uzunmüddətli etibarnamənin verilməsi ona dəlalət edir ki, cavabdehlər arasında nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi görünüş üçün bağlanmışdır və buna görə də əhəmiyyətsiz əqddir. Sözügedən əqd etibarsız olduğundan Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməli və tərəflərin həmin əmlak üzərində 1/2 payları müəyyən edilməlidir.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1406/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: