Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-401/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X9 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1 oğlunun, Cavabdeh və onun vəkili Vəkil4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna bazar qiyməti ilə kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1691/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh (bundan sonra cavabdeh) və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X10, 13 may 2014-cü il təvəllüdlü X12 və 10 iyun 2017-ci il təvəllüdlü X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına bazar qiyməti ilə kompensasiya verilməsi ilə həmin mənzildən istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun gəlini, yəni, oğlu Kamalın arvadı olmuşdur. Cavabdeh ilə oğlu X5 arasında nikah 23 avqust 2017-ci il tarixdə bağlanıb, həmin dövrdə də, onlar ona məxsus evdə yaşayırdılar. 2019-cu ilin əvvəllərindən cavabdeh oğlu ilə ailə münasibətlərinə son qoyub evdən getmiş, bir müddət Tovuz rayonunda yaşamağa başlamışdır. Bundan sonra həmin mənzildə kirayəçilər yaşamış, lakin kirayəçilər mənzildən çıxdıqdan sonra cavabdeh mənzilin qıfılını çıxarıb, mənzilə daşınmış, uşaqlarla birlikdə orada yaşamağa başlamışdır. Daha sonra isə cavabdeh ona və oğlu X3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Gəncə prospekti, ev 35, mənzil 42-də yerləşən mənzilin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, mənzildə onun və 4 övladı X4, X6, X7 və X11 həmin mənzildə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı da cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən azyaşlı uşaqları ilə birlikdə çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(011)- 3860/2022 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə iddiaçı Cavabdeh İmamverdi qızının, X4, X6, X7 və X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarının müəyyən edilməsi, qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilə köçürülməyi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icra edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. İcra məmuru icra sənədini icra edərək iddiaçını həmin mənzilə köçürsə də, cavabdeh ona həmin mənzildə yaşamağa icazə verməmiş, sonradan qapının açarını dəyişərək iddiaçını mənzilə buraxmamamış, mənzilə getmək istədikdə isə qapıda yalandan səs-küy yaradaraq aralarında mübahisə salmağa çalışmış, polisə zəng edərək iddiaçını onu döyməklə üzərinə böhtan atmış, bir sözlə iddiaçıya öz mülkiyyətində yaşamağa imkan verməmişdir. İddiaçı bu barədə icra məmuruna bildirdikdə icra məmuru artıq icra sənədi üzrə icraata xitam verdiyini əsas gətirərək, bu halın onların şəxsi məsələsi olmasını və aralarında olan münasibətlərə qarışa bilməyəcəyini demişdir. Cavabdehin bu hərəkətlərinə görə iddiaçı öz mülkiyyətindən məhrum olduğuna görə, o Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüququna bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə xitam verilməsini istəyir. Cavabdehin oğlu 24 avqust 2012-ci il təvəllüdlü X13 atası Kamal Behbudovun yanında qalır, o iddiaçı ilə yaşamır, iddiaçı ilə birlikdə yalnız azyaşlı uşaqları 10 iyun 2017-ci il təvəllüdlü X17, 13 may 2014-cü il təvəllüdlü X12 və 25 mart 2011-ci il təvəllüdlü X10 yaşayır. Cavabdeh iddiaçı ilə yaşamaq istəmir, onu öz mülkiyyətində olan mənzilə buraxmır, cavabdehin iddiaçının evində yaşaması, iddiaçının öz evində rahatçılığını, mülkiyyət hüquqlarını pozmaqla yanaşı iddiaçı üçün bir sıra maddi və texniki problemlər də yaratmışdır. Bu baxımdan Cavabdeh və azyaşlı uşaqlarının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına bazar qiyməti ilə kompensasiya verilməsi yolu ilə xitam verilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. Cavabdeh iddiaya etirazı onunla əsaslandırmışdır ki, iddiaçı onların istifadə hüquqlarına xitam verilməsi üçün 2-3 illik kirayə haqqı ödənilməklə xitam verilməsini tələb edir. O, övladlarının hüquqları naminə bunu qəbul etmir. Belə ki, onların mənzildən istifadə hüququ müvəqqəti deyil məhkəmə qətnaməsilə daimi olaraq tanınmışdır. Belə olan halda mənzildən istifadə hüququna xitam verilməsi üçün bazar qiymətilə ümumi kompensasiya məbləği mülkiyyətçinin hesabına o və 3 övladlarının davamlı surətdə Dövlət Statistika Komitəsinin qadınlar üçün müəyyən etdiyi davamlı gözlənilən ömür uzunluğu yaş sayı həddə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi həddə təyin edilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda aylıq kirayə haqqı 250-300 manat deyil, 400-500 arasındadır. Bundan əlavə bazar qiyməti mənzilin qiymətilə təyin edilməməlidir. Buna görə də məhkəmənin sorğusu əsasında bazar qiyməti müəyyət edilməklə araşdırılaraq iş baxılmalıdır. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1691/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Eyvazova) iddia təmin olunaraq, iddiaçı tərəfindən 18.000 manat kompensasiya ödənilməklə, cavabdehin övladları X10, X12 və X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 35 saylı evin, 42 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 12 mart 2024-cü il tarixli, 2(103)-1175/2024 saylı qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), A.Hüseyn və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(011)-1691/2023 saylı qətnaməsinə ödəniləcək kompensasiya məbləği hissəsində dəyişiklik edələrək, iddiaçı tərəfindən ödəniləcək kompensasiyanın məbləği 20.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2465/2024 nömrəli 23 avqust 2024-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş; iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(103)-1175/2024 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya baxışı zamanı İddiaçı ilə onun vəkili Vəkil1 və Cavabdeh ilə onun vəkili Vəkil4 məhkəməyə barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişlər. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. İddiaçı Cavabdeh və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X4, 13 may 2014-cü il təvəllüdlü X7 və 10 iyun 2017-ci il təvəllüdlü X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi üçün (barışıq sazişi cavabdeh tərəfindən könüllü icra edildiyi təqdirdə) 40 000 (qırx min) manat kompensasiya ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh özünün və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X4, 13 may 2014-cü il təvəllüdlü X7 və 10 iyun 2017-ci il təvəllüdlü X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına 40 000 (qırx min) manat kompensasiya ödənilməklə xitam verilməsinə razıdır və bu məbləği aldığı andan həmin mənzili boşaldıb İddiaçı qızma təhvil verməyi öhdəsinə götürür.
3. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən ən geci 15 gün sonra Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilini boşaldır və mənzili iddiaçıya təhvil verən andan iddiaçı 40 000 (qırx min) manat məbləğində pul vəsaitini cavabdehə təhvil verir.
4. Bu Saziş imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən ən geci 1 ay sonra Sadıqova X2 icra etmədiyi, yəni Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilini könüllü boşaldıb iddiaçıya təhvil vermədiyi təqdirdə iddiaçı kompensasiya məbləği kimi yalnız 35 000 (otuz beş min) manat ödəyir və Barışıq Sazişi cavabdehin mənzildən çıxarılması hissəsində məcburi icra edilməsi üçün icra şöbəsinə göndərilir.
5. Bu Saziş cavabdeh tərəfindən Sazişdə nəzərdə tutulduğu müddətdə könüllü icra edilmədiyi təqdirdə bu Sazişin məcburi icra ediləcəyi (icra vərəqəsi veriləcəyi) hissə aşağıdakı kimi müəyyən edilir: 5.1. İddiaçı tərəfindən 35 000 (otuz beş min) manat məbləğində pul kompensasiyası verilməklə, Cavabdeh, X4, X7 və X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 42 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. 5.2. Cavabdeh, X10, X12 və X17 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 42 saylı mənzildən çıxarılsınlar. 5.3. Cavabdeh qızma, X14ma, X8 və X1 verilməklə onların Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 42 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə eyni vaxtda icra edilsin.
6. Bu Saziş üzrə iddiaçı tərəfindən cavabdehə kompensasiya məbləği ödənildiyi andan Cavabdeh və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X4, 13 may 2014-cü il təvəllüdlü X7 və 10 iyun 2017-ci il təvəllüdlü X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə istifadə hüquqlarına xitam verilmiş hesab edilir və onların həmin mənzilə heç bir hüququ qalmır.
7. Bu Saziş Cavabdeh və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X4, 13 may 2014-cü il təvəllüdlü X7 və 10 iyun 2017-ci il təvəllüdlü X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddələr 52.3 və 52.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370); Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2.); Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5.); İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. (maddə 262.1 və 262.4); Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 384.0.5.); Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. (maddə 114.1.4). Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı və Cavabdeh qarşı “mənzilə istifadə hüququna bazar qiyməti ilə kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması” tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 22 iyul 2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı və Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 22 iyul 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı Cavabdeh və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X4, 13 may 2014-cü il təvəllüdlü X7 və 10 iyun 2017-ci il təvəllüdlü X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi üçün (barışıq sazişi cavabdeh tərəfindən könüllü icra edildiyi təqdirdə) 40 000 (qırx min) manat kompensasiya ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh özünün və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X4, 13 may 2014-cü il təvəllüdlü X7 və 10 iyun 2017-ci il təvəllüdlü X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına 40 000 (qırx min) manat kompensasiya ödənilməklə xitam verilməsinə razıdır və bu məbləği aldığı andan həmin mənzili boşaldıb İddiaçı qızma təhvil verməyi öhdəsinə götürür.
3. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən ən geci 15 gün sonra Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilini boşaldır və mənzili iddiaçıya təhvil verən andan iddiaçı 40 000 (qırx min) manat məbləğində pul vəsaitini cavabdehə təhvil verir.
4. Bu Saziş imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən ən geci 1 ay sonra Sadıqova X2 icra etmədiyi, yəni Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilini könüllü boşaldıb iddiaçıya təhvil vermədiyi təqdirdə iddiaçı kompensasiya məbləği kimi yalnız 35 000 (otuz beş min) manat ödəyir və Barışıq Sazişi cavabdehin mənzildən çıxarılması hissəsində məcburi icra edilməsi üçün icra şöbəsinə göndərilir.
5. Bu Saziş cavabdeh tərəfindən Sazişdə nəzərdə tutulduğu müddətdə könüllü icra edilmədiyi təqdirdə bu Sazişin məcburi icra ediləcəyi (icra vərəqəsi veriləcəyi) hissə aşağıdakı kimi müəyyən edilir: 5.1. İddiaçı tərəfindən 35 000 (otuz beş min) manat məbləğində pul kompensasiyası verilməklə, Cavabdeh, X4, X7 və X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 42 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. 5.2. Cavabdeh, X10, X12 və X17 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 42 saylı mənzildən çıxarılsınlar. 5.3. Cavabdeh qızma, X14ma, X8 və X1 verilməklə onların Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 42 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə eyni vaxtda icra edilsin.
6. Bu Saziş üzrə iddiaçı tərəfindən cavabdehə kompensasiya məbləği ödənildiyi andan Cavabdeh və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X4, 13 may 2014-cü il təvəllüdlü X7 və 10 iyun 2017-ci il təvəllüdlü X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə istifadə hüquqlarına xitam verilmiş hesab edilir və onların həmin mənzilə heç bir hüququ qalmır.
7. Bu Saziş Cavabdeh və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X4, 13 may 2014-cü il təvəllüdlü X7 və 10 iyun 2017-ci il təvəllüdlü X11 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1691/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna bazar qiyməti ilə kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və Cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumları onlara geri qaytarılsın. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov