Məhkəmə qərarları › İş №2(103)-4012/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4012/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4012/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Alahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Xaliq oğlunun, İddiaçı2, Cavabdeh X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Xaliq oğlunun, İddiaçı2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X5 və X3 qarşı "ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-817/2019 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı2 və İddiaçı1 “xxxx” MMC-nə və “xxxx” MMC-nə qarşı iddia ərizəsi, sonradan isə X6 və X4 da cavabdehlər qismində cəlb etdirməklə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair keçirilmiş xx.xx.2016-cı il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ın ləğv edilməsi, xx.xx.2017-ci il tarixdə keçirilən 08/08 saylı, xx.xx.2017-ci il tarixli hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi, ******* saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və ******* saylı çıxarışın ləğv olunması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. X8 apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, mötəbər olmayan qiymətləndirici rəyinə istinad etdiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-613/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə X2 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-817/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” hissəsində dəyişdirilmiş, X9 ilə X7 arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 960.720 (doqquz yüz altmış min yeddi yüz iyirmi) manat pulun X1 alınaraq X3 qaytarılması qət edilmiş, qətnamə qalan hissədə və X5 münasibətdə dəyişdirilmədən saxlanılmış, qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-613/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(102)-888/2021 saylı qərarı ilə ləğv edilərək iş materialları yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ünvanlanan və xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olan məktubdan görünür ki, cavabdeh X7 tərəfindən apellyasiya şikayəti verilmiş və bu səbəbdən mülki işin həmin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş apellyasiya baxışından çıxarılmalı və işə baxmış məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-817/2019 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar