Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4014/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və 5 saylı dövlət notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin etibarsız heasb edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı iş üzrə 01 fevral 2021-ci il tarixli qərardadı ilə iddia təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti iddiaçılara aid edilməklə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada 124 (yüz iyirmi dörd) manat pul vəsaiti tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin ediməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4014/2022 nömrəli, 06 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Kollegiya apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, iş üzrə digər İddiaçı2 apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli 2(103)- 7216/2021 saylı qətnaməsi ilə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, artıq birinci instansiya məhkəməsinin qətnaməsinə İddiaçı2 apellyasiya şikayəti üzrə baxılaraq qiymət verildiyindən İddiaçı3 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinin tələbinə görə çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Kollegiya həmçinin onun da qeyd edir ki, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada və məzmunda verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4014/2022 nömrəli, 06 may 2022-ci il tarixli icraata qəbul qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4014/2022 nömrəli, 06 may 2022-ci il tarixli icraata qəbul qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4014/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4014/2022
10.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver