Məhkəmə qərarları › İş №2(103)-4015/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4015/2023

27.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4015/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat ofisinə, Bakı şəhəri 19 saylı Notariat ofisinə, ünvan 2tariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin etibarsız sayılması, etibardan suiistifadə, vicdanlı alıcı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat ofisinə, Bakı şəhəri 19 saylı Notariat ofisinə, ünvan 2tariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən, ümumi sahəsi 200,8 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, Rusiya Federasiyasında yaşayır, xx.xx.1983-cü il tarixdən X5 ilə nikahdadır.

3. İddiaçı xx.xx.2020-ci il tarixdə Moskva şəhərində yerləşən notariat ofisində rəsmiləşdirilmiş etibarnamə əsasında, ona məxsus Azərbaycan Respublikası Bakı şəhəri ərazisində yerləşən hər hansı bir daşınmaz əmlakın idarə edilməsini, icarə müqavilələrinin bağlanmasını və imzalanmasını, müqavilələr üzrə ödənişlərin aparılmasını, lazımi təmir işlərinin aparılmasını, əmlakların qaydada saxlanılmasına nəzarət edilməsini, bağlanan müqavilələri və zəruri sənədləri göstərilən daşınmaz əmlak obyektlərini satmaq hüququ olmadan daşınmaz əmlaka dair hüquqların və onunla aparılan əməliyyatların dövlət qeydiyyatını aparan Azərbaycan dövlət orqanlarında qeydiyyatdan keçirmək, pulsuz girişə sahib olmaq və bu tapşırğın yerinə yetirilməsi üçün lazım olan müxtəlif qurumlarda onun nümayəndəsi olmaq hüququnu on il müddətinə Cavabdeh5 etibar etmişdir.

4. Cavabdeh5 İddiaçı bacısının oğludur.

5. Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı verdiyi etibarnamə əsasında Cavabdeh5 tərəfindən 70 000 manata Cavabdeh3 satılmış, müqavilə rəsmiləşdirilərkən notariat kontoruna təqdim olunmuş etibarnamədə (etibarnamənin Azərbaycan dilinə tərcümə olunmuş və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiqlənmiş surətində) Cavabdeh5 əmlakı satmaq hüququnun olduğu göstərilmişdir.

6. Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır.

7. Cavabdeh3 Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 338 000 manata Cavabdeh4 satmış, əmlak xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına dövlət qeydiyyatına alınmışdır.

8. Cavabdeh4 ilə İddiaçı arasında “WhatsApp” proqramı vasitəsilə aşağıda məzmunu göstərilən yazışma aparılmışdır: “Müəllim bizim işlə bağlı bir yenilik yoxdur? Bu uşaqlar nə deyirlər? Mən bunları yığmıram. Başını buraxmışam. Müəllim özü məşğul olacaq. Özümə maraqlı gəldi belə sakitlik,nə iş görürlər? Sabahınız xeyir Danışdım notariusla. Üstündən bir ilə yaxın vaxt keçib. Dedim bəs belə. Bizim bir çətinliyimiz yaranıb, uşaqlar belə bir şey ediblər. Samirin dovernostunu çevir, araşdır. Görək nə dovernostdur, haradan alıb? O da araşdırdı, kupçanın şəkilini göndərdi. Dedi ki, Samirin dovernostunda satış sözü olmayanda onlar dedilər ki, eybi yoxdur biz bunu həll edəcəyik. Moskvaynan danışıb həll edərik. Ondan sonra getdilər başqa notariusda alqı-satqı elədilər. Obyekt keçib Cavabdeh3 adına. Bunlar kupçanı alandan sonra yaxınlaşdılar mənim tanışım olan notariusa dedilər bax qardaş hər şey bizim adımızadır. İndi biz bunu Elçinə sata biləcəyik. Bizim notariusda məni çağırdı dedi ki, hər şey qaydasındadır. Yəni ki, bu dəqiqə Samirin adına olan kupçadır. Ondan da mənə alqı-satqı elədi. İndi məsələ qalır Siz dediyiniz kimi cinayət məsələsi varsa tapmaq lazım olacaq Samir hansı sənədlə, hansı notariusda bu əməliyyatı keçirib ki, sonra sənədlərin hamısını düz şəkildə gətirib verib bizim notariusa. Bizim notarius dedi ki, orada qanun pozuntusu varsa araşdıracaqlar ya notariusun, ya da Samirin başı ağrıyacaq. Belə baxıram hər ikisinin. Yox sözün düzü mənim axırıncı dəfə Vüsalınan danışdığım rahat bəlkə iki ay olar var, bəlkə də çox Gördüm çox əlləm-qəlləmdir, ona görə də mən onun başını buraxdım ki, get. Onun əvəzindən neçə nəfər gəlib ki, mənəm cavabdeh. Məni yarı yolda qoyur. Məni yarı-yolda qoyuğu üçün mən də dedim vəssalam, sənnən mənimki qurtardı. Samir də özü üçün orada eşələnir, heç bilinmir nə işlə məşğuldur, elə deyir ki, bilirəm verəcəyim var qoy görüm neyləyirəm. Mən Sizə dedim ki, vaxtında hər deyilənə inanmayın. Gedəcək ora 100 qazanacaq gələcək. Elə şey olmur. Tökülüb elə 100 kimsə getsin tez qazansın gəlsin. Adamın vidinə- fasonuna baxanda bəllidir. Dərinə niyə gedək. Bu şeylərdən sonra zəng vurmadım. Getdim müəllimə dedim ki, mən bir daha bu işlə əlaqədar kiməsə zəng vuran deyiləm, kiminsə dalınca gedən deyiləm, nəyə görə heç nədən başım ağrıyır. Sözün düzü mənim olsaydı bu məsələ tam fərqli davranardım, fərqli yoldan gedərdim və nə bilim hər kəsin bir şeyi var. Mənim başım başqa-başqa işlərə qarışdı, dedi ki, mən özümm məşğul olacam. Bina görə də dedim nə vaxtdan sizinlə danışmırdım. Dedi yadıma düşmüşkən Sizinən əlaqə saxlayım görüm necədi işlər, nə iş görürlər, nə edirlər Belə vallah, nə bilim müəllim bu boyda summadır, nə bilim mən deyirəm ki, insandı deyər ki, mənim o qədər yoxumdur, filan qədər verim sakitləşək, bir şey edək. Heç nə yoxdu ortada, heç bir təklif yoxdu. Gəlib demir ki, Sizə bir 500 verəcəyim var, bəlkə bir 200 verim məsələnin başını bağlayaq və yaxud heç nə, gəlib deyə ki, 2 ildi bir qəpik ödəmirik heç olmasa bu 50-ni al bir balaca səbr edin yaxşı olar. İki ildi qəpik yox, mən olsam tam fərqli yolla gedərdim, fərqli metodlardan istifadə edərdim. Heç kim Siz olun kim o qədər pulunu bağışlayar və ya nəyə görə keçər, heç kim, hər kəs onu nə əziyyətlə qazanıb. Ona görə görək özü gəlib nə deyəcək. Bu yaxınlarda da gələcək. Yəqin ki, Sizinlə ilk növbədə görüşü olacaq, ondan sonra Allah kərimdi, görək nə yolu gedəcək”.

9. Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hazırda İddiaçı sahibliyindədir və onun tərəfindən icarəyə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı (iddiaçı) Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və ünvan 2tariat ofisinə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh5 və Cavabdeh3 arasında Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixdə ünvan 2tariat kontorunda bağlanmış 4Ə-399 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi üzrə verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, Bakı şəhəri 9 saylı Notariat ofisini, Bakı şəhəri 19 saylı Notariat ofisini və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cavabdeh qismində işə cəlb edərək (məhkəmə ərizəni Bakı şəhəri 9 saylı Notariat ofisinin tərcüməçisi X2 cavabdeh qismində işə cəlb edilməsi hissəsində geri qaytarmışdır), Bakı şəhəri 9 saylı notariat ofisində ** AQ ***3414 saylı etibarnamənin rus dilindən azərbaycan dilinə tərcümə edilmiş, reyestrdə 8İ-2435 nömrə ilə qeydə alınmış nüsxəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh5 tərəfindən Cavabdeh3 70 000 manata satılması barədə ünvan 2tariat ofisinin notariusu X9 tərəfindən təsdiq olunmuş xx.xx.2021ci il tarixli, reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqısatqı müqaviləsi əsasında Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338 000 manata satılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisinin notariusu X6 tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdə reystrdə 4Ə-199 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə onun adına çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Rusiya Federasiyasının vətəndaşı olmaqla uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Bakı şəhərində yerləşən əmlakların, o cümlədən qeyd edilən qeyri-yaşayış sahəsinin idarə olunmasını, bu əmlaklarla bağlı işlərin görülməsini yaxın qohumu olan Cavabdeh5 etibar etmiş və bu məqsədlə ona xx.xx.2020-ci il tarixdə etibarnamə vermişdir. Rusiya Federasiyasında rəsmiləşdirilmiş bu etibarnamədə Cavabdeh5 ona məxsus əmlakları satmaq hüququnun olmaması qeyd edilsə də, etibarnamə saxtalaşdırılmış və əmlakı satmaq hüququnun olduğu əks etdirilmiş saxta etibarnamə əsasında və ona bu barədə məlumat verilmədən Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyriyaşayış sahəsi Cavabdeh5 tərəfindən Cavabdeh3 satılmışdır. Cavabdeh3 isə əmlakı Cavabdeh4 satmışdır və hazırda əmlak sonuncunun mülkiyyətindədir. Halbuki, tərəfindən Cavabdeh5 belə bir səlahiyyət verilməmiş və Cavabdeh5 buna səlahiyyəti olmadan əmlakı satmışdır. Digər tərəfdən uzun illərdir ki, nikahdadır, lakin qeyd edilən hallar, habelə nikahda olması notariat ofisində araşdırılmamışdır. Bu səbəblə onunla Cavabdeh3 arasında bağlanmış müqavilə etibarsız hesab edilməli, Cavabdeh3 adına verilmiş çıxarış isə ləğv edilməlidir. Bu müqavilə etibarsız hesab edildiyindən, artıq Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış müqavilə də öz əhəmiyyətini itirmiş olur və etibarsız hesab edilməlidir. Belə olan halda, əmlakın onun mülkiyyətinə qaytarılması zəruridir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələblərini müdafiə etmiş, vəkil əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən Cavabdeh5 verilmiş etibarnamədə sonuncunun iddiaçıya məxsus əmlakı satmaq hüququnun olmaması xüsusilə qeyd edilmişdir. Lakin həmin etibarnamə saxtalaşdırılmış və nəticədə onun məzmunu dəyişdirilərək, Cavabdeh5 əmlakları satmaq hüququnun olması göstərilmişdir. Nə birinci, nə də ikinci müqavilənin bağlanmasından iddiaçının məlumatı olmamış, iddiaçı yalnız 2021-ci ilin sonunda bu barədə məlumat əldə etmişdir. Belə ki, qeyd edilən əmlakla bağlı qısa müddət ərzində iki dəfə alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, əmlak hazırda da iddiaçının istifadə və sahibliyindədir və icarə müqaviləsinə əsasən onun tərəfindən icarəyə verilmişdir. Cavabdeh4 ona zəng edərək, Cavabdeh5 problemlərinin, o cümlədən borcunun yarandığı, xeyli müddətdir ki, borcu və borca görə hesablanmış faiz məbləğini ödəməməsi barədə məlumat verdikdən sonra iddiaçı Bakı şəhərinə gəlmiş və qeyd edilən alqı-satqı müqavilələrinin bağlanmasını və əmlakın onun mülkiyyətindən çıxmasını bilmişdir. Qeyd edilənlər ikinci alqı-satqı müqaviləsinin də etibarsız olmasını təsdiq edir və alqı-satqı müqavilələrinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlərə verilmiş çıxarışların ləğv edilməsini, habelə iddiaçının adına çıxarışın verilməsini şərtləndirir.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddianı ona aid hissədə qəbul edərək bildirmişdir ki, iddiaçı yaxın qohumudur və Azərbaycan Respublikasında olmadığından mübahisəli əmlakla bağlı zəruri işlərin görülməsi üçün ona etibarnamə vermişdir. O, həmin etibarnamənin məzmunu barədə məlumatlı olmamışdır. Mübahisəli əmlak onun istifadə və sahibliyində olmuşdur. Cavabdeh3 ilə iş birliyi yaratmaq və bu məqsədlə mübahisəli əmlakdan istifadə etməklə birgə fəaliyyət göstərmək qərarına gəlmişlər. Lakin bunun üçün vəsaitləri olmamışdır. Cavabdeh3 da bu məqsədlə Cavabdeh4 borca pul almağı və borcun təminatı olaraq mübahisəli əmlakı Cavabdeh4 girov verməyi təklif etmişdir. Aralarında bu barədə razılıq əldə edilməsinə baxmayaraq, müvafiq Notariat ofisi ona verilmiş etibarnamə ilə əmlakın Cavabdeh4 xeyrinə rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra Cavabdeh3 məsələnin həll ediləcəyini öz üzərinə götürmüş və bu məqsədlə əmlakı alqı-satqı yolu ilə ilk olaraq onun mülkiyyətinə keçirməyi təklif etmişdir. O, da buna etiraz etməmişdir. Bununla belə, bir müddətdən sonra onların arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin alqı-satqı müqaviləsinin bağlanmasına nail olmaq üçün Cavabdeh3 tərəfindən hansı tədbirlərin görülməsi ilə maraqlanmamış və bu müqavilə üzrə Cavabdeh3 tərəfindən ona hər hansı məbləğdə pul ödənilməmişdir. Əsas məqsədləri bu əmlakda iş görmək üçün pul əldə etmək olmuşdur. Bundan sonra müraciətlərinə əsasən Cavabdeh4 onlara 330 000 manat məbləğində pulu borc vermiş və həmin borcun təminatı olaraq əmlakla bağlı Cavabdeh3 ilə Cavabdeh4 arasında müqavilə bağlanmışdır. Razılaşmalarına əsasən borc ödənildikdən sonra əmlak ona qaytarılmalı idi. Həmin borca görə onlar hər ay Cavabdeh4 faiz qismində 12 000 manat pul ödəmişlər. Lakin iş birlikləri alınmamış və 2021-ci ilin oktyabr ayından etibarən hər ay ödənilməsini razılaşdırılmış 12 000 manat məbləğində pulu faiz qismində Cavabdeh4 ödəyə bilməmişlər. Nəticədə problemlər yaranmış və sonradan qeyd edilənlər barədə iddiaçı məlumat əldə etmişdir. Cavabdeh4 tapşırığı ilə mübahisəli əmlakda hər hansı təmir işləri aparmamışdır.

15. Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Rzayev X7 Samir Sahib oğlu ilə xx.xx.2021 -ci il tarixdə notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsini almış və əmlakın müqavilə üzrə müəyyən edilmiş dəyərini təşkil edən 338 000 manatı bank vasitəsi ilə tam şəkildə ödəmişdir. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh3 8132,40 manat məbləğində sadələşmiş vergi tutulmuşdur. Cavabdeh4 qeyd edilən əmlak barədə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxs vasitəsilə məlumat əldə etmiş və əmlaka baxmışdır. Bundan sonra Cavabdeh5 ilə tanış olmuş və onunla əmlakın qiyməti razılaşdırılmışdır. Cavabdeh5 ona əmlakın mülkiyyətçisinin dayısı olduğunu, onun Rusiya Federasiyasında yaşadığını, həmin dövlətin vətəndaşı olduğunu, Azərbaycan Respublikasında olan bütün işlərini, o cümlədən əmlakları üzərində bütün əməliyyatların aparılmasını ona etibar etdiyini, əmlakı aldığı təqdirdə onun təmir edilməsində, ikinci mərtəbəsinin inşası üçün müvafiq icazələrin alınmasında, həmin mərtəbənin inşa edilməsində və əmlakın icarəyə verilməsində ona yardımçı olacağını bildirmişdir. Görəcəyi bu işlər müqabilində Cavabdeh4 tərəfindən ona haqq ödənilməsi barədə də razılaşmışlar. Əmlaka dair Cavabdeh3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və ona bu barədə çıxarışın verilməsinin həqiqiliyini öyrəndikdən sonra Cavabdeh4 xx.xx.2021-ci il tarixdə Cavabdeh3 ilə əmlakın alqı-satqısına dair müqavilə bağlamış və əmlaka dair çıxarış əldə etmişdir. Bundan sonra razılaşdıqları kimi qeyri-yaşayış sahəsində təmir işləri başlamış və bu işlər başa çatdıqdan sonra iki hissəyə ayrılmış bu əmlakın bir hissəsi gözəllik salonu, digər hissəsi isə qadın geyimləri mağazası kimi icarəyə verilmişdir. Hazırki mübahisə yarandıqdan sonra iddiaçı onunla əlaqə saxlamış və ona məlum olmuşdur ki, iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh5 bu əmlakı Cavabdeh3 satmışdır. Müraciətinə uyğun olaraq, notariat kontorundan etibarnamədə və tərcümədə əmlakın satılması səlahiyyətinin qeyd edildiyi ona bildirilmişdir. İddiaçı ona Bakı şəhərinə gələrək, bacısı oğlu Cavabdeh5 ilə danışıb məsələni həll edəcəyini bildirmiş, lakin sonradan ona qarşı məhkəmədə iddia qaldırmış və bacısı oğlu və onun dostu olan Cavabdeh3 tərəfindən aldadıldığını ona söyləmişdir. İddiaçının və Cavabdeh5 hərəkətlərindən ona məlum olmuşdur ki, iddiaçı hələ Moskva şəhərində olan zaman onlar öz aralarında bu məsələni müzakirə etmişlər. Belə ki, iddiaçı tərəfindən Cavabdeh5 verilmiş etibarnamə bugünədək ləğv edilməmiş və iddiaçı bu məsələdə bir tərəfli mövqe nümayiş etdirərək, əmlakının idarə edilməsi məsələsində onun qarşısını almamışdır. Nəticədə onun tərəfindən verilmiş etibarnamənin bacısı oğlu tərəfindən saxtalaşdırıldığını və bu yolla onu aldatdığını bildirən iddiaçı etibarnaməni bugünədək ləğv etdirməmiş və Cavabdeh5 hazırda da onun tapşırıqlarını yerinə yetirir. Hətta alqı-satqı müqaviləsi bağlandıqdan təxminən 1 il sonra, yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh5 iddiaçının adından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək əmlakın özgəninkiləşdirilməsinin qadağa edilməsini xahiş etmiş və məhkəmə tərəfindən bu barədə qərardad qəbul edilmişdir. Bununla belə, mövcud sübutlardan və işin faktiki hallarından göründüyü kimi, Cavabdeh4 mübahisəli əmlakı vicdanlı əldə edəndir və alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmiş, o cümlədən əmlakın müqavilə üzrə müəyyən edilmiş dəyərini təşkil edən 338 000 manat pulu bank vasitəsi ilə satıcıya ödəmişdir. Bundan sonra onun əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ona bu barədə çıxarış verilmişdir. Tərəfindən həmin qeyri-yaşayış sahəsinin təmiri də həyata keçirilmişdir..

16. Birinci instansiya məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi, Bakı şəhəri 9 saylı notariat ofisində ** AQ ***3414 saylı etibarnamənin rus dilindən azərbaycan dilinə tərcümə edilmiş, reyestrdə 8İ-2435 nömrə ilə qeydə alınmış nüsxəsinin etibarsız hesab olunması, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh5 tərəfindən Cavabdeh3 70 000 manata satılması barədə ünvan 2tariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2021ci il tarixdə reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ ilə baqlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338 000 manata satılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2021ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 338 000 (üç yüz otuz səkkiz min) manatın Cavabdeh3 alınaraq Cavabdeh4 verilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ ilə baqlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı ona çıxarışın verilməsinin təmin edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət olunmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

17.1. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi iddiaçı tərəfindən deyil, onun tərəfindən verilmiş etibarnamə üzrə səlahiyyətli şəxs qismində çıxış edən Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmışdır. Həmin vaxt bu əqdi rəsmiləşdirən 21 saylı Notariat ofisinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, Moskva şəhərinin notariusu X3 tərəfindən verilmiş 77 Ar seriyalı, ******* nömrəli etibarnamənin tərcümə edilmiş surətinə əsasən iddiaçı ona məxsus olan əmlakın idarə edilməsini, satmaq hüququ da daxil olmaqla Cavabdeh5 vermişdir. Lakin iddiaçı ona məxsus əmlakın idarə edilməsi ilə bağlı bir sıra səlahiyyətlərin Cavabdeh5 verməsini etiraf etsə də, idarə etməni satmaq hüququ olmadan verdiyini qeyd edir. Onun tərəfindən təqdim edilmiş eyni tarixli, seriyalı və nömrəli etibarnamənin surətinə əsasən ona məxsus əmlaklar satmaq hüququ olmadan Cavabdeh5 verilmişdir. İddiaçı notariat işində olan surətdən fərqli olaraq təqdim etdiyi etibarnamənin əslini də məhkəməyə təqdim edir (etibarnamənin əsli iş materiallarında olan surətlə müqayisə edildikdən sonra bu hal təsdiq edilmiş və sənədin əsli iddiaçıya qaytarılmışdır). Notariat işində olan etibarnamənin əslinin olması müəyyən edilməmişdir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş etibarnaməni mötəbər sübut kimi qəbul edib belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən iddiaçı tərəfindən Cavabdeh5 onun mülkiyyətində olan əmlakı satmaq hüququ verilməmişdir. Hüquqi nəticə etibarilə xx.xx.2021-ci il tarixdə iddiaçının mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən həmin müqavilə üzrə satıcı qismində iddiaçının təmsilçisi kimi çıxış edən Cavabdeh5 saxta etibarnamə ilə hərəkət etmiş və əslində bu statusla çıxış etmək səlahiyyətinə malik olmamış, səlahiyyətsiz olmuşdur. Hüquqi nəticə etibarilə Cavabdeh5 buna hər hansı səlahiyyəti olmadan iddiaçının mülkiyyətində olan əmlakı Cavabdeh3 satmışdır. Qeyd edilən müqavilə üzrə əmlakın satış qiyməti qismində müəyyən edilmiş 70 000 manat məbləğində pulun sənəd üzrə Cavabdeh3 tərəfindən Cavabdeh5 təhvil verilməsi öz təsdiqini tapsa da, reallıqda, yəni nəticə etibarilə Cavabdeh5 bu vəsaitə sahib olması öz təsdiqini tapmır. Göstərilənlər öz növbəsində notariat kontoruna təqdim edilməklə əmlakın satılması hüququnun təsbit edildiyi etibarnamənin və həmin etibarnamə əsasında rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız olmasına dəlalət edir. Bu da öz növbəsində həmin müqavilənin nəticəsi olaraq dövlət reyestrində həmin əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ ilə baqlı aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, iddiaçı əmlakın onun mülkiyyətinə qaytarılmasını tələb edir. Ləğv edilməsi tələb edilən çıxarış isə dövlət reyestrində mülkiyyət hüququ ilə bağlı aparılmış qeydə əsaslanır və yalnız çıxarışın ləğv edilməsi məsələni mahiyyəti üzrə həll etmiş olmur və əmlakın iddiaçının mülkiyyətinə qaytarılmasını təmin edir. Hüquqi nəticə etibarı ilə çıxarışın ləğv edilməsini tələb edən iddiaçı məhz cavabdehlərin adına mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin ləğv edilməsini tələb edir. Belə ki, bu barədə də tələb irəli sürmüşdür. Bu səbəbdən məhkəmə iddia tələbinin bu hissəsinə məhz bu qaydada yanaşır. 17.2. Məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il tarixli müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” hissəsi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı qeyd edilən müqavilənin ləğvi barədə tələb irəli sürsə də, nümayiş etdirdiyi hüquqi mövqe, habelə gətirdiyi dəlillər bu müqavilənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə iclasında da bunu açıq şəkildə bəyan edir. Bu səbəbdən məhkəmə iddia tələbinin bu hissəsində müqavilənin etibarsızlığına hüquqi qiymət verir və qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əmlakla bağlı ilk dəfə alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin müqaviləyə uyğun olaraq əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alındıqdan sonra, növbəti gün, yəni xx.xx.2021ci il tarixdə əmlak artıq onun mülkiyyətçisi olan Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmış və sonuncunun əmlaka dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırda da mülkiyyətindədir. Bununla belə, əmlak cəmi 6 gün ərzində Cavabdeh3 mülkiyyətində olmuş və əmlaka dair onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydə alındıqdan sonra, növbəti gün artıq Cavabdeh4 satılmışdır. Cavabdeh4 əmlak barədə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxsdən məlumat əldə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Cavabdeh5 isə bu şəxs barədə ona Cavabdeh3 tərəfindən məlumat verildiyini, əmlakın ondan alınmış 330 000 manat məbləğində borc müqabilində, həmin borcun təminatı olmaqla və borc qaytarılanadək ona girov kimi verildiyini bildirir. Cavabdeh4 etirazında Cavabdeh5 ilə tanış olduğunu və onunla əmlakın qiymətini razılaşdırdığını, əmlakın onun dayısının mülkiyyətində olması, dayısının Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşaması, Azərbaycan Respublikasında olan bütün işlərinin, o cümlədən əmlakları üzərində bütün əməliyyatların aparılmasını ona etibar etməsi barədə məlumat verdiyini bildirir. Halbuki, bu şəxs əmlakı Cavabdeh3 almışdır. Əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmasına və hazırda da əmlakın onun mülkiyyətində olmasına baxmayaraq, ötən dövr ərzində onun əmlaka sahiblik və ondan istifadə etməsi öz təsdiqini tapmır. Cavabdeh4 mülkiyyətçi olduqdan sonra əmlakın məhz onun tapşırığı və vəsaiti hesabına Cavabdeh5 tərəfindən təmir edildiyini bildirsə də, bu halı da təsdiq edə bilmir. Cavabdeh5 isə bu halı etiraf etmir. İddiaçı isə əmlakın hazırda da onun istifadə və sahibliyində olduğunu və onun tərəfindən icarəyə verildiyini bildirir və bu barədə məhkəməyə icarə müqavilələri təqdim edir. Tərəflərin bu məsələdə ziddiyyətli mövqedən çıxış etməsi nəzərə alınaraq, məhkəmə iclasında fasilə verilməsi və mübahisəli əmlakın tərəflərdən hansının istifadə və sahibliyində olmasını müəyyən etmək məqsədi ilə yerində müayinənin keçirilməsi təklif edilsə də iddiaçı tərəf buna razı olmuş, lakin Cavabdeh4 tərəf buna hər hansı zərurət görməmişdir (məhkəmə Cavabdeh4 tərəfin bu məsələyə münasibətini əmlakın onların istifadə və sahibliyində olmaması kimi qiymətləndirmişdir). Bununla belə, əmlak 6 gün ərzində iki dəfə mülkiyyətçi dəyişməsinə baxmayaraq, yenə də iddiaçının mülkiyyətindədir. Halbuki, artıq məlum olduğu kimi, iddiaçının həmin əmlaka hər hansı hüququ yoxdur. Buna baxmayaraq, Cavabdeh4 özü də iddiaçı ilə əlaqədədir və Cavabdeh5 borcu barədə məlumatı da ona məhz Cavabdeh4 vermişdir. Onların arasında baş vermiş telefon danışığında (məhkəmə iclasında dinlənilmişdir) Cavabdeh4 Cavabdeh5 və Cavabdeh3 hərəkətlərindən danışır, ona olan borcun ödənilməməsindən narazıçılıq edir və 2 ildir ki, hər hansı məbləğin ödənilmədiyini qeyd edir. Halbuki, qanunvericiliyin tələblərinə uyğun olaraq dəyərini ödəməklə əmlak əldə etmiş və onun mülkiyyətçisi olan Cavabdeh4 ona bu əmlakı satan Cavabdeh3 ilə münasibətləri əmlakın alqı-satqısı rəsmiləşdirildikdən sonra yekunlaşmalı idi. Onunla Cavabdeh3, habelə Cavabdeh5 arasında rəsmi olaraq borc münasibətlərinin yaranmasını təsdiq edən hər hansı sənəd yoxdur. Məhkəmə iclasında da ödənilmiş pulun qaytarılması müqabilində əmlakın geri qaytarılmasına razı olduğunu bildirir. Belə olan halda, həmin şəxslərin ona borcunun hər hansı ayrıca müqavilə üzrə yaranması mümkün deyil və mövcud olan borc münasibətləri də məhz alqı-satqı müqaviləsi çərçivəsində yaranmışdır. 17.3. Bununla belə, məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı aparılmış araşdırmanın nəticələrini nəzərə alıb, habelə sərbəst daxili inamını rəhbər tutub belə qənaətə gəlir ki, Cavabdeh4 mübahisəli əmlakın mülkiyyətçisi olsa da, həmin əmlakı vicdanlı əldə edən hesab edilə bilməz. xx.xx.2021-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh4 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi onların arasında yaranmış borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanmış və qeyd edilən əmlak hüquqi nəticə etibarı ilə Cavabdeh4 tərəfindən borc qismində verilmiş 330 000 manat məbləğində pulun təminatı qismində çıxış etmişdir. Bu da öz növbəsində həmin müqavilənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh4 xeyrinə aparılmış mülkiyyət hüququ haqqında qeyd və verilmiş çıxarış ləğv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, həmin müqavilə üzrə əmlakın dəyərini təşkil edən 338 000 manat məbləğində pul Cavabdeh3 tutularaq Cavabdeh4 ödənilməlidir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh5 nəticə etibarilə 70 000 manata sahib olması öz təsdiqini tapmadığından bu məbləğin qaytarılması həyata keçirilmir. Qeyd edilənlərlə həmçinin, mübahisəli əmlaka dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ona çıxarışın verilməsi təmin edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci, 139-1.1.3-cü, 140-cı, 144.1-ci, 144.2-ci, 178.1-ci, 324.1-ci, 337.1-ci, 337.5-ci, 340.2-ci, 358.1-ci, 358.2-ci, 360.1-ci, 362.1-ci, 425.1-ci, 646.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh4 onun ləğv edilməsinı və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, qanunsuz qərar çıxardığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, tətbiq edilməli olan normaları tətbiq etmədiyini irəli sürmüşdür. Şikayətdə göstərilmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmuşdur və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair bank sənədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Sübutlar və faktiki hallardan görünür ki, vicdanlı alıcı olaraq üzərinə düşən öhdəliklərini tam olaraq yerinə yetirmiş, 338 000 manatı bank vasitəsilə satıcıya ödəmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə adına qeydə alınmış, çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin təmiri də həyata keçirilmişdir. Vicdanlı alıcı olaraq tam qanuni əsaslarla qeyri-yaşayış sahəsi əldə edərək satıcı Cavabdeh3 338 000 manat pul ödəmişdir. İddiaçı əgər hesab edirsə ki, bacısı oğlu Cavabdeh5 etibar edilmiş sənədlərin saxtalaşdırılması yolu ilə, həm də Cavabdeh3 tərəfindən ona ziyan dəymişdir, Cavabdeh5 və Cavabdeh3 reqres qaydasında təqsirin dərəcəsinə uyğun məbləğdə ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə tərəflər arasında borc münasibətlərinin yaranmasını təsdiq edəcək sənədlərin mövcud olmadığını qeyd edir. Halbuki, məhkəmə prosesində ödənilmiş pulun qaytarılması müqabilində əmlakın geri qaytarılmasına razı olduğunu bildirmişdir, hansı ki, həmin şəxslərin ona borcunun hər hansı ayrıca müqavilə üzrə yaranması mümkün deyil və borc münbasibətləri də məhz alqı-satqı müqaviləsi çərcivəsində yaranmışdır. Lakin tam aparılmayan araşdırmanın nəticələrini və özünün sərbəst daxili inamını rəhbər tutan hakimin gəldiyi qənaətə baxılanda görünür ki, heç bir əsas göstərilmədən qanuni yolla əldə etdiyi əmlak barədə səhv nəticəyə gəlinmişdir. Əmlakın saxta sənədlər əsasında ona satıldığını bildikdən sonra bunun nə ilə nəticələnəcəyini dərk edərək ödədiyi pulu iddiaçıdan və digər cavabdehlərdən tələb etməsi ona əsas vermir ki, alqı-satqı müqaviləsi borc münasibətlərini pərdələmək məqsədilə bağlanmiş hesab olsun. Cavabdeh5 səmimiliyinə, ifadələrinin doğruluğuna inanmaq çətin olsa da, məhkəmə borc əvəzinə alqı-satqı müqaviləsi bağlandığını qəbul etmişdir. Hətta ona verilmiş 12 000 manat pulun məhz icarə haqqı olaraq verildiyi əvəziı borcun faizi kimi qeyd edilmişdir. Cavabdeh5 baş verənləri bilərəkdən etmiş, bu məqsədlə Cavabdeh3la əlbir olmuş, gələcəkdə alqı-satqı müqaviləsinin etibarsız hesab ediləcəyini bilmiş və elə buna görə də sonradan onun əmlakla bağlı alqı-satqı hərəkətlərinin aparılmasının qarşısını almaq üç müstəqil qaydada buna heç bir əsas olmadan məhkəmə qaydasında əmlak üzərində hər hansı bir hərəkət edilməsinin (satılması, boşaldılması və s.) qadağan olunmasına dair Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bank vasitəsilə ödənilmiş 338 000 manat pula Cavabdeh5 sahib olmasının öz təsdiqini tapmaması fikri ümumiyyətlə yalnışdır. Belə ki, Cavabdeh5 öz ifadələrində Cavabdeh3la iş birliyi yaratdğını etiraf edərək ona pul lazım olduğı bildirmişdir.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

20. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

21. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, İddiaçı və onun vəkili Vəkil1 şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər.

22. ünvan 2tariat ofisinin notariusu ərizə göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

23. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

26. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

28. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

32. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

33. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

34. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

35. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

36. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

37. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

38. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

39. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

43. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

47. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

50. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

52. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

53. Prosessual qanunvericiliyin sadalanan normalarını nəzərə almaqla kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini qətnamənin “Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338 000 manata satılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 338 000 (üç yüz otuz səkkiz min) manatın Cavabdeh3 alınaraq Cavabdeh4 verilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ ilə baqlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı ona çıxarışın verilməsinin təmin edilməsi” hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamə Cavabdeh5, Cavabdeh3, habelə notariat ofisləri tərəfindən mübahisələndirilməmişdir və bu görə də qətnamənin “Bakı şəhəri 9 saylı notariat ofisində ** AQ ***3414 saylı etibarnamənin rus dilindən azərbaycan dilinə tərcümə edilmiş, reyestrdə 8İ-2435 nömrə ilə qeydə alınmış nüsxəsinin etibarsız hesab olunması, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh5 tərəfindən Cavabdeh3 70 000 manata satılması barədə ünvan 2tariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ ilə baqlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” hissələri apellyasiya baxışının predmeti deyildir.

54. Nəzərə alınmalıdır ki, apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş edilsə də, qətnamənin Cavabdeh4 mənafeyinə toxunan hissəsi yalnız göstərilən hissədir və həmin hissə ilə digər hissə (yoxlanılmayan hissə) bölünməz xarakterli deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və iddia tələblərinə verdiyi qiymətlə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Belə ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

57. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 28) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

58. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqısatqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir (§ 39).

59. İşin yuxarıda sadalanan faktiki hallarından (§ 3-7) göründüyü kimi, İddiaçı xx.xx.2020-ci il tarixdə Moskva şəhərində yerləşən notariat ofisində rəsmiləşdirilmiş etibarnamə əsasında, özünə məxsus Bakı şəhəri ərazisində yerləşən daşınmaz əmlakların idarə olunması səlahiyyətini (satmaq hüququ olmadan) on il müddətinə bacısı oğlu Cavabdeh5 etibar etmiş, Rus dilində olan həmin etibarnamə Azərbaycan dilinə tərcümə edilərkən onun məzmunu dəyişdirilmiş, etibarnamənin mətnindəki “satmaq hüququ olmadan” ifadəsi “satmağı” sözü ilə əvəz olunmuş, bundan sonra Cavabdeh5 saxtalaşdırılmış etibarnamə əsasında İddiaçı məxsus əmlakı 70 000 manata Cavabdeh3, sonuncu isə bir-neçə gün sonra 338 000 manata Cavabdeh4 satmışdır.

60. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”.

61. İşin müəyyən olunan hallarını əsas götürməklə kollegiya hesab edir ki, iddiaçının əmlakını satmaq kimi niyyəti olmamışdır və müvafiq səlahiyyəti olmayan Cavabdeh5 onun adından bağladığı alqı-satqı müqaviləsi idiaçının iradə ifadəsinin təzahürü hesab oluna bilməz.

62. Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir:

63. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası (§ 26) məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar).

64. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərar). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-ın 18/10/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərar).

65. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.

66. İşin yuxarıda şərh olunan hallarından görünür ki, Cavabdeh4 əmlakı əldə edərkən daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi olmamış, əmlak saxta etibarnamə əsasında iddiaçının mülkiyyətindən çıxarılmış vəziyyət almışdır (reyestrdə bu cür görünmüşdür).

67. Digər tərəfdən, nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatdan aydın olur ki, Cavabdeh4 əmlakın alqı-satqısı ilə bağlı Cavabdeh5la danışıqlar aparmış, qiyməti onunla razılaşmış, əmlakın iddiaçıya məxsus olduğunu və iddiaçı tərəfindən Cavabdeh5 etibarnamə verildiyini bilmişdir. Belə olan halda, əmlaka dair müqaviləni onu 2 gün əvvəl 70 000 manata satın almış şəxslə bağladığı zaman Cavabdeh4 hər bir halda şübhə yaranmalı, əmlakın hansı səbəblə birbaşa deyil, digər şəxsin adına keçirilməsindən sonra ona satılması ilə bağlı izaha ehtiyac duyulan sualları ortaya çıxmalı idi. Lakin görünür ki, o, hansısa səbəbdən kifayət qədər ciddi olan bu məsələyə əhəmiyyət verməmiş, beləliklə də müqaviləni bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməmişdir. Kollegiyanın qənaətinə görə, əmlaka dair bütün danışıqlarını Cavabdeh5la aparan və məhz onun əmlak sahibini təmsil etdiyini bilən şəxsin, əmlakla bağlı alqı-satqı müqaviləsini onu 2 gün əvvəl əldə etmiş şəxslə bağladığı zaman lazımi sayıqlıq və ehtiyat nümayiş etdirdiyinə inanmaq, beləliklə də vicdanlı alıcı olduğunu qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir.

68. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əqdi etibarsız saydığından, həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsini həll etməkdə də haqlı olmuşdur.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”.

70. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5354/2022 saylı iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338 000 manata satılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 338 000 (üç yüz otuz səkkiz min) manatın Cavabdeh3 alınaraq Cavabdeh4 verilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ ilə baqlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı ona çıxarışın verilməsinin təmin edilməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh4 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar