Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-402/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və onun, həmçinin Cavabdeh2 vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1711/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin, etibarnamələrin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunub ləğv edilməsi, ünvan 3, ev 7-də yerləşən 15 nömrəli mənzil atası X5 adına keçirilməsi, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrəli minik avtomobilinin Cavabdeh2 verilməsi barədə xx.xx.2018- ci il tarixli həmin avtomobilin X2 verilməsi barədə xx.xx.2018-ci il tarixli, həmin avtomobilin X9 verilməsi barədə xx.xx.2018-ci il tarixli etibarnamələr, avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibarsız sayılıb ləğv edilməsi, avtomobil X5 adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1711/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11552/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Ali Məhkəmənin 2(102)-1387/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11552/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, idiaçının hazırkı iddianı qaldırmağa mənəvi haqqı yoxdur, belə ki, o, atası ilə 14 il ərzində heç maraqlanmayıb. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil1 iddiaçının apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, Ali Məhkəmə 2(102)-1387/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında hazırkı iş üzrə həm məhkəmə-xətşünaslıq, həm də tibbi-ekspertiza keçirilməsinin zəruriliyini qeyd etmişdir. Hazırda iddiaçının qardaşı Ə.Yoldaşovun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarız hesab edilməsi və sair” tələbinə dair iş üzrə keçirilmiş məhkəməxətşünaslıq, həm də tibbi-ekspertizaların nəticələrini təqdim edərək, bildirdi ki, keçirilmiş tibbi-ekspertiza nəticəsindəki ekspert rəyində göstərilib ki, təqdim edilən tibbi və digər sənədlərə əsasən R.Yoldaşovun xx.xx.2018-ci ildə müqavilə bağlayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onlara nəzarət etmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilmədi. Göründüyü kimi, ekspert rəyi ilə də bağışlama müqaviləsi bağlanarkən R.Yoldaşovun iradə ifadəsinin həqiqətən də olduğu müəyyən edilmişdir Həmçinin iş üzrə keçirilmiş xətşünaslıq ekspertizası nəticəsində Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/735 saylı rəyinə əsasən, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrəli minik avtomobilinin Cavabdeh2 verilməsi barədə xx.xx.2018- ci il tarixli, ƏN-Vİ seriyalı, 161227 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədə “İmza” qrafasındakı imza-X10 tərəfindən icra olunmuşdur. İmzanın da R.Yoldaşova məxsus olduğu təsdiq edildiyindən, apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarına əlavə edilmiş doğum haqqında şəhaadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən X6 xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuşdur, atası X10, anası X1 göstərilmişdir. Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən X10 ilə Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* seriyalı çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən ünvan 3ndə yerləşən 7 saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X5 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Bakı şəhər 3 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən X10 mülkiyyətində olan ünvan 3ndə yerləşən 7 saylı evin 15 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* seriyalı çıxarışın kserosurətinə əsasən ünvan 3ndə yerləşən 7 saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi tərəfindən 3 saylı vəkil bürosunun vəkili Əyyub Ələkbərova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, DİN-nin Baş X17 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına görə “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdə gömrük bəyənnaməsi hesab-arayış 316228 əsasında X5 adına qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Rəcəb Yoldaşovun adından qeydiyyatdan çıxarılmış və yeni 90- VA-310 dövlət qeydiyyat nişanlı təhkim olunaraq ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına təkrar dövlət qeydiyyatına alınmışdır. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 237 No ilə qeyd edilmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 149 saylı MKİS tərəfindən 3 saylı vəkil bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli, 119 saylı məktubuna əsasən Səbail rayonu, Xanlar küçəsi, ev 7, mənzil 15-in əvvəlki sahibi Yoldaşova Səminə xx.xx.1994-cü ildən qeydiyyatda olub və xx.xx.2014-cü ildə vəfat edib, həmin vaxt onunla birlikdə mənzildə X10 xx.xx.1994-cü ildən qeydiyyatda olub. Yoldaşova Səminənin vəfatından sonra mənzilin sahibi X10 olub və mənzili xüsusiləşdirib. Həmin onunla birlikdə mənzildə xx.xx.2016-cı ildən Cavabdeh1 qeydiyyatda olub. xx.xx.2019-cu ildə X10 vəfat edib. xx.xx.2018-ci ildə verilmiş RX No ******* saylı çıxarış Cavabdeh1 adınadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3 saylı vəkil bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən ünvan 3, ev 7, 15 saylı mənzil xx.xx.2014-cü il tarixdə X5 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı NK-nun xx.xx.2018-ci il tarixli 4Ə-130 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/735 saylı rəyinə əsasən, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrəli minik avtomobilinin Cavabdeh2 verilməsi barədə xx.xx.2018-ci il tarixli, ƏN-Vİ seriyalı, 161227 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədə “İmza” qrafasındakı imza-X10 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X15 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, T 200/200 saylı rəyinə əsasən, vətəndaş- X10 “erkən Alsheymer xəstəliyi zamanı demensiya”, nitq pozğunluğu, ateroskleroz, İ hipertoniya” xəstəlikərinə düçar olmuş və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ dərəcəli əlillik təyin edilmişdir. Təqdim edilən tibbi və digər sənədlərə əsasən onun xx.xx.2018-ci ildə müqavilə bağlayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onlara nəzarət etmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilmədi. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apelyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Mülki iş materiallarından müəyyən edilir ki, ünvan 3ndə yerləşən 7 saylı evin 15 saylı mənzili mülkiyyət hüququ əsasında X7 məxsus olmuş və o, həmin mənzili xx xxx 2018-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən həyat yoldaşı Cavabdeh1 bağışlamışdır. Həmin bağışlama müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh1 hal - hazırda mübahisəli mənzilin mülkiyyətçisidir. Eyni zamanda, X10 tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, 6 saylı notariat kontorunda təsdiq edilmiş “Hyundai Tucson” markalı, **-GS-*** saylı dövlət qeydiyyat nişanlı avtomaşına dair etibarnamə 1 il müddətinə, yəni xx.xx.2019-cu il tarixədək Cavabdeh2 verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin avtomobil Bakı şəhəri, 44 saylı Notariat Kontorunda təsdiq olunmuş etibarnaməyə əsasən X2 verilmişdir. Həmin tarixdə mübahisəli avtomaşın X8 tərəfindən etibarnamə əsasında X9 verilmiş, həmin tarixdə sonuncu tərəfindən mübahisəli avtomobil Cavabdeh2 satılmış və Cavabdeh2 hal-hazırda mübahisəli avtomobilin mülkiyyətçisidir. X10 ilə Cavabdeh1 arasında nikah xx.xx.2005-ci il tarixdə bağlanılmışdır. İddiaçı miras qoyan -X5 birinci nikahdan olan övladı, Cavabdeh1 isə onun ikinci həyat yoldaşıdır. X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İddiaçı bağışlama müqaviləsinin, etibarnamələrin etibarsız hesab olunmasını mübahisələndirmiş, bunu onunla əsaslandırmışdır ki, o, atası Rəcəb Yoldaşovun qanun üzrə birinci növbəli vərəsəsidir və atasından qalmış mənzildə onun miras payı vardır. Lakin atasına məxsus mənzilin atasının ikinci arvadı Cavabdeh1 bağışlanması faktını onun ölümündən, yəni xx.xx.2019-cu il tarixdən sonra bilmişdir. İddiaçı tərəf bağışlama müqavilənin mərhum atası tərəfindən imzalanmadığını, müqavilə imzalanarkən atasının iradəsinin olmadığını və tibbi vəziyyəti ona bu müqaviləni imzalmağa imkan vermədiyini göstərir. Bununla bağlı olaraq müvafiq tibb sənədlərini, atası tərəfindən imzalandığını göstərdiyi iddia etdiyi müxtəlif bankların sənədlərini və digər sənədləri təqdim etmişdir. Xüsusi mülkiyyət hüququ əsasında atası Rəcəb Yoldaşova məxsus olmuş «Hyundai Tucson» markalı, ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobilin Bakı şəhəri, 6 saylı notariat ofisində, xx.xx.2018-ci il tarixdə verilmiş 1 il müddətinə, xx.xx.2018-ci il tarixədək Cavabdeh2 verilməsinə dair etibarnamədə atasının adından icra olunmuş imza onun imzasına oxşamır, həqiqi olmasına əsaslı şübhələr yaranır. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 11552/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv etmiş Ali Məhkəmənin 2(102)-1387/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, ...iddiaçı mərhum atasının notariat ofisində müqavilənin bağlanmasında iştirakını deyil, onun bu müqavilənin bağlanmasında iradəsinin olmamasını mübahisələndirir və bunu atasının həmin vaxt uzun müddət davam edən xəstəliyi ilə bağlı fəaliyyət qabiliyyəti olmaması ilə əsaslandırsa da, ...apellyasiya instansiyası məhkəməsi mübahisənin obyektiv və ədalətli həlli baxımından belə bir diaqnozla müalicə olunan şəxsin yaddaş, təfəkkür, qavrama, nitq, eyni zamanda mülahizə etmək qabiliyyəti kimi funksiyalarında pozuntusu olan şəxsdə mülkiyyətində olan əmlaklara dair müqavilə bağlamağa iradə ifadəsinin həqiqətən də olub-olmamasını müəyyənləşdirmək üçün iş materiallarında olan tibbi sənədlər əsasında məhkəmə tibbi (psixiatrik) ekspertizasının təyin edilməsinin zəruriliyini müzakirə etməmiş, bu barədə verilmiş vəsatəti əsassız olaraq təmin etməmişdir. Ali Məhkəmənin həmin göstərişi ilə bağlı Kollegiya qeyd edir ki, iş üzrə iddiaçının qardaşı Ə.Yoldaşovun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarız hesab edilməsi və sair” tələbinə dair Səbail Rayon Məhkəməsinin icraatında olan işdə hazırkı iş üzrə mübahisəli məsələlərlə bağlı keçirilmiş məhkəmə-xətşünaslıq, həm də tibbi-ekspertizalar tərəflərin razılığı ilə sübut kimi qəbul edilərək tədqiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X15 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, T 200/200 saylı rəyinə əsasən, vətəndaş- X10 “erkən Alsheymer xəstəliyi zamanı demensiya”, nitq pozğunluğu, ateroskleroz, İ hipertoniya” xəstəlikərinə düçar olmuş və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ dərəcəli əlillik təyin edilmişdir. Təqdim edilən tibbi və digər sənədlərə əsasən onun xx.xx.2018-ci ildə müqavilə bağlayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onlara nəzarət etmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilmədi. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidmətçi ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından da göründüyü kimi mülkiyyətçinin mülkiyyəti üzərində sərəncam vermək hüququ, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Belə olan halda Rəcəb Yoldaşovun mülkiyyətində olan mənzili üzərində istədiyi kimi sərəncam verməsi ona qanunla (Azərbaycan Respublikası Konstitusiyası və AR Mülki Məcəlləsi) verilən hüquqdur və həmin hüququn məhdudlaşdırılması, mülkiyyətə maneə kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 667.1-ci maddəsinin tələbləri ilə bağlı qeyd edir ki, bağışlama müqaviləsi bağlanarkən həmin qanunun tələbləri pozulmamışdır. AR Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Qanunun yuxarıda göstərilən tələblərinə və ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə qeyd edir ki, ər və arvad birgə nikahda əldə etdikləri əmlak barəsində yalnız birgə razılıq əsasında sərəncam verə bilərlər. Lakin əgər birgə nikahdan dövründə əldə olunan əmlakın bir mülkiyyətçisi (ər və ya arvad ) vəfat etmişdirsə və vəfat edən ər və ya arvadın birinci növbəli vərəsəsi(ləri) varsa, bu halda həmin əmlak vərəsəlik hüququ ilə məhdudlaşdırılmış hesab edilir(miras əmlak qəbul edilənədək). Bu halda AR Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən ölmüş ər və ya arvadın vərəsələri miras əmlaka dair vərəsəlik hüquqlarını rəsmiləşdirənə qədər, sağ olan ər və ya arvad həmin əmlaka sərəncam vermək hüququna malik deyillər. Yəni həmin əmlak vərəsəlik hüququ ilə məhdudlaşdırılmış hesab edilir və həmin əmlaka dair ər və ya arvad o halda sərəncam (bağışlama ilə bağlı) verə bilər ki, həmin əmlakın bağışlanmasına ölmüş ər və ya arvadın vərəsələri razılıq versin. Hazırkı iş üzrə mübahisəli ev iddiaçının atasının adına özəlləşdirilmiş və onun şəxsi mülkiyyəti olmuşdur. Yəni həmin əmlak birgə nikah dövründə əldə olunan əmlak olmamışdır. Belə olan halda iddiaçının atası Rəcəb Yoldaşov mübahisəli evi Cavabdeh1 bağışlayarkən AR Mülki Məcəllənin 667.1-ci maddəsinin tələbləri pozulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən R.Yoldaşov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X15 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, T 200/200 saylı rəyinə əsasən öz hərəkətlərini başa düşmək iqtidarında olduğundan və qanunvericiliyin tələblərinə riayət edildiyindən rayon məhkəməsi iddia tələbini rədd etməkdə həmin hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Ali Məhkəmənin 2(102)-1387/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında avtomobilə dair hissədə isə qeyd etmişdir ki, mübahisələndirən əqd və etibarnamədəki mərhumun imzalarının onun xəstəlikdən əvvəl imzaladığı və təqdim edilmiş sənədlərdə olan imzaları ilə vizual baxımdan da fərqlənməsinə apellyasiya məhkəməsi diqqət yetirməmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, məhkəmədə tədqiq olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/735 saylı rəyinə əsasən, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrəli minik avtomobilinin Cavabdeh2 verilməsi barədə xx.xx.2018- ci il tarixli, ƏN-Vİ seriyalı, 161227 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədə “İmza” qrafasındakı imza-X10 tərəfindən icra olunmuşdur. Ali Məhkəmə həmçinin qeyd etmişdir: “...apellyasiya instansiyası məhkəməsi Rəcəb Yoldaşov tərəfindən Cavabdeh2 adına verilmiş etibarnamədə səlahiyyətlərin başqa şəxsə ötürülməsi hüququnun etibar olunmasını və Cavabdeh2 həmin etibarnamə əsasında ona etibar edilmiş səlahiyyətləri başqa şəxsə etibar etməkdə tam səlahiyyətli olmasını qeyd etməklə yanaşı, sonunda avtomaşının yenidən etibar edilmiş şəxs tərəfindən Cavabdeh2 adına sənədləşdirilməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3- cü maddəsinin tələblərinə uyğun olub-olmamasına düzgün qiymət verməmişdir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli avtomaşın iddiaçının atasının sağlığından özgəninkiləşdirilsə də, Cavabdeh2 tərəfindən həmin avtomobil etibarnaməyə əsasən X2 verildikdən sonra onun tərəfindən yeni etibarnamə X9 verilmiş, sonuncu da mübahisəli avtomobil Cavabdeh2 satmışdır. Apellyasiya instansiyası məhkəməsi hər 3 əməliyyat eyni tarixdə, yəni, xx.xx.2018-ci il tarixdə baş verməsinə diqqət yetirməmiş, bu əməliyyatların eyni tarixdə göstərilən qaydada aparılmasının əsil səbəblərinə qiymət verməmişdir”. Hazırkı iş üzrə X10 tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş “Hyundai Tucson” markalı, **-GS-*** saylı dövlət qeydiyyat nişanlı avtomaşına dair etibarnamə 1 il müddətinə, yəni xx.xx.2019-cu il tarixədək Cavabdeh2 verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/735 saylı rəyinə əsasən, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrəli minik avtomobilinin Cavabdeh2 verilməsi barədə xx.xx.2018- ci il tarixli, ƏN-Vİ seriyalı, 161227 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədə “İmza” qrafasındakı imza-X10 tərəfindən icra olunmuşdur. Bundan sonra, yəni xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin avtomobil Bakı şəhəri 44 saylı Notariat Kontorunda təsdiq olunmuş etibarnaməyə əsasən X2 verilmişdir. Həmin tarixdə mübahisəli avtomaşın X8 tərəfindən etibarnamə əsasında X9 verilmiş, elə həmin gün də avtomobil X11 tərəfindən Cavabdeh2 satılmış və Cavabdeh2 hal-hazırda mübahisəli avtomobilin mülkiyyətçisidir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Kollegiya hesab edir ki, avtomobillin xx.xx.2018-ci il tarixdə etibarnamə ilə X2 verilməsi, həmin tarixdə mübahisəli avtomaşının X8 tərəfindən etibarnamə əsasında X9 verilməsi, elə həmin gün də avtomobilin X11 tərəfindən Cavabdeh2 satılması təmsilçininyəni Cavabdeh2 təmsil edilən, yəni R.Yoldaşovun adından şəxsən özü barəsində bağladığı əqd olduğundan, Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşür və əhəmiyyətsiz əqddir. Bu səbəbdən, xx.xx.2018-ci il tarixdə avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibasız hesab edilməlidir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından şikayət qismən təmin edilməli, qətnamə qismən, miras qayan R.Yoldaşova məxsus avtomobilə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, “Hyundai Tucson” markalı, **- GS-*** dövlət nömrəli minik avtomobilinin xx.xx.2018-ci il tarixdə Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, miras qayan R.Yoldaşova məxsus avtomobilə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrəli minik avtomobilinin xx.xx.2018-ci il tarixdə Cavabdeh2 satılması barədə alqısatqı müqaviləsi etibarsız hesab edilməli, qətnamə onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1711/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi miras qayan X7 məxsus avtomobilə dair hissədə qismən ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrəli minik avtomobilinin xx.xx.2018ci il tarixdə X11 tərəfindən Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamə onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-402/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-402/2021
12.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver