Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4024/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4384/2020 saylı, 30 oktyabr 2020ci il tarixli qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində qəyyumun təyin edilməsi tələbinə dair” ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, qardaşı 04.08.1973-cü il təvəllüdlü X2 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X6 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Qardaşı Abşeron rayon mərkəzi xəstəxnasında psixiatr qeydiyyatındadır. Qardaşı 2002-ci ildən ruhi-əsəb xəstəsidir, ona “F.20.0 Şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. Hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Xəyali görüntülərlə danışır, qarabasmaları var, bəzən tanımadığı şəxsləri müxtəlif qorxulu varlıqlar kimi xəyal edib onlara xəsarət yetirə bilir. X8 özünü idarə edə bilmir, onların danışıqlarına adekvat reaksiya vermir, dediklərini və istəklərini anlamır,eyni zamanda özü də fikrini ifadə etməkdə, düşündüklərini realizə etməkdə çətinlik çəkir. Daim onun və ya digər üçüncü şəxslərin qayğı və nəzarətinə ehtiyacı var. Onun hərəkətləri səbəbsiz yerə hay-küy salması, qonşuları və digər şəxsləri qorxutması, narahat etməsinə görə ondan dəfələrlə şikayətlər olunub. Onun psixi vəziyyəti həm özünə, həm də ətrafdakı şəxslərə qarşı da təhlükə mənbəyidir. Ailə üzvü kimi qardaşının psixoloji və əqli problemləri olmasıni qəbul etmiş və onun fəaliyyət qabiliyyətsiz sayılması barədə müraciət etməli olmuşdur. Çünki qardaşı özünü idarə edə bilmədiyinə, heç kimə, heç bir ətraf qıcıqlara cavab verə bilmədiyinə görə bu hal gündəlik məişətdə və hüquqi məsələlərdə onlara böyük problemlər yaradır. Qardaşı ikinci qrup əlildir, təqaüd alır, zaman-zaman təqaüdün verilməsi prosedurunda problemlər çıxır. Fiziki və psixi qüsurları, xəstəliyi səbəbilə heç bir notarial, hüquqi əməliyyatları yerinə yetirə bilmirlər. Asan Xidmət mərkəzləri, bütün dövlət və qeyri dövlət müəssisələri qardaşının şəxsən gəlməsini və ya qəyyumluğunun müəyyən olunmasını tələb edir. Ata və anası vəfat edib, başqa heç bir ailə üzvü olmadığına görə hazırda qardaşı onun himayəsindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4384/2020 saylı, 30 oktyabr 2020ci il tarixli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, 04 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, hazırda ünvan 3 ünvanında yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, ərizənin qalan hissədə rədd edilməsi, bu qətnamənin fəaliyyət qabiliyyəti olmayan hesab edilən X2 üzərində qəyyum təyin etmək üçün əsas olması qət edilmişdir. Həmin qətnamədən narazı qalan qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4384/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsini aşağıda sadalananlara görə əsassız və qanunsuz hesab edir. Belə ki, iddiaçı X3 onunla X5 arasında Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsi ev 9B ünvanında yerləşən ümumi sahəsi 95,9 kv.m olan fərdi yaşayış evinə dair 24 avqust 2020-ci il tarixdə Sumqayıt Şəhər 4 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, həmin fərdi yaşayış evinə dair şıxarışın etibarsız hesab edilməsi və ona başqa yaşayış sahəsi verilmədən çıxarılmağına dair Abşeron Rayon Məhkəməsində olan mülki işlə əlaqədar məhkəməyə dəvət edilərkən, ona məlum olmuşdur ki, onunla Aydın Rəhimov arasında fərdi yaşayış evinin alqı-satqısına dair müqavilə bağlandıqdan iki ay sonra, Aydın Rəhimovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair Binəqədi Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Həmin qətnamənin mövcudluğu ona 05 fevral 2021-ci il tarixdə məlum olmuşdur. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmadan, qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı və bu məsələyə münasibəti öyrənilmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməklə, Aydın Rəhimov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Göründüyü kimi, Aydın Rəhimov alqı satqı müqaviləsi bağlanan zaman fəaliyyət qabiliyyətli olmuş, alqı-satqı zamanı onun öz hərəkətlərinin mənasını anlaması notariat kontorunda notarius tərəfindən qanunla müəyyən edilmiş qaydada öyrənildikdən sonra müqavilə bağlanmışdır. Bundan başqa, qətnamədə qeyd edilmişdir ki, Aydın Rəhimov ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ərizəçi ilə bir yerdə yaşayır, hansı ki, Aydın Rəhimov alqı-satqı müqaviləsi bağlanandan sonra yəni 24 avqust 2020-ci ildən sonra aramızdakı razılığa əsasən oktyabr ayına kimi öz həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 95,9 kv.m olan fərdi yaşayış evində yaşamışdır. Göründüyü kimi, məhkəmə işə düzgün baxmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4384/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ərizəçinin tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi və maraqlı şəxs qismində işə cəlb edilmiş Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Ərizəçi və maraqlı şəxs qismində işə cəlb edilmiş Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4384/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizəçinin tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 məhkəmə psixiatrik ekspertizasının 28.09.2020-ci il tarixli, 2640 saylı rəyinə əsasən X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır, buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317, 318 və 319cu maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 qətnamənin ləğv edilməsini və ərizəçinin tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Ambulator məhkəmə psixiatrik ekspertizasının 28.09.2020-ci il tarixli, 2640 saylı rəyindən görünür ki; 1) 04.08.1973-cü il təvəllüdlü X2 “Şizofreniya.Paranoid forma.Psixi qüsur halı” xroniki psixi xəstəlikdən əziyyət çəkir. 2) 04.08.1973-cü il təvəllüdlü X2 “Şizofreniya.Paranoid forma.Psixi qüsur halı” nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. 04.08.1973-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halında qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 məhkəmə tərəfindən işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadan, qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı və bu məsələyə münasibəti öyrənilmədən iddianın təmin edilməsi barədə apelyasiya şikayətindəki dəlillərini əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş Ambulator məhkəmə psixiatrik ekspertizasının 28.09.2020-ci il tarixli, 2640 saylı rəyindən görünür ki; 1) 04.08.1973-cü il təvəllüdlü X2 “Şizofreniya.Paranoid forma.Psixi qüsur halı” xroniki psixi xəstəlikdən əziyyət çəkir. 2) 04.08.1973-cü il təvəllüdlü X2 “Şizofreniya.Paranoid forma.Psixi qüsur halı” nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. 04.08.1973-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Həmçinin qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4384/2020 saylı, 30 oktyabr 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4384/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4024/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4024/2021
27.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver