Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4024/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi”tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(011)-902/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh tərəfindən tərtib edilmiş 2017-2023-cü illərə dair aktlar əsasında ünvan 1 ünvanında yerləşən 17 saylı fərdi yaşayış evinə borc hesablanmışdır. Eyni zamanda iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı 2021-ci ilin dekabr ayında oğurlanmış, iddiaçı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmiş, yeni sayğac köhnə sayğacın oğurlanmasından 7 ay sonra – 01 iyul 2022-ci il tarixdə quraşdırılmışdır. 2.İddiaçı həmin aktlar üzrə borcun qanunsuz hesablanmasını bildirərək, borcun silinməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 7.883,36 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda ünvan 1 ünvanında yerləşən 17 saylı fərdi yaşayış evində yaşayır. ünvan 1 ünvanında yerləşən 17 saylı fərdi yaşayış evinə dair Cavabdeh İB ilə X3 (rəhmətlik) arasında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində fərdi yaşayış evinə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Daha sonra 2021-ci ilin noyabr ayında fərdi yaşayış evindən qaz sayğacı naməlum şəxslər tərəfindən oğurlanmışdır. İddiaçı bununla bağlı müvafiq qaydada polisə müraciət etmişdir. Hazırda iddiaçının evində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh təşkilat tərəfindən əsassız olaraq abonent koduna 7.883,36 manat borc hesablanmışdır. Belə ki, Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə iddiaçıya bildirdilər ki, sayğacın klapanı işlək vəziyyətdə deyil və kənar xətt mövcuddur. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 7.883,36 manat borc yazılıb və bu pulu ödəməlidir. Evdə quraşdırılan qaz xəttinə iddiaçı tərəfindən heç bir müdaxilə edilməyib və heç bir kənar xəttdən istifadə olunmayıb. Belə ki, sayğac evin hasarından çöldə yerləşir və buna dair məsuliyyəti iddiaçı yox, cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzərət edilməli idi. Cavabdeh İB tərəfindən iddiaçıya akt təqdim edilmişdir. İddiaçı kart vasitəsilə həmişə ödəniş etmiş və heç bir çətinlik olmamışdır. 5.Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, yaşadığı ünvanda 2021-ci ilin dekabr ayında qaz sayğacı oğurlanmış, bundan sonra 2022-ci ilin iyul ayında yenidən sayğac quraşdırılmışdır. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 may 2024-cü il tarixli, 2(011)-902/2024 saylı qətnaməsi ilə (hakim-Aygün Həsənova) iddia tələbi qismən təmin edilərək, İddiaçı Cavabdehnə 200 (iki yüz) manat məbləğində borcunun olmasının müəyyən edilməsi, qalan 7.683,36 (yeddi min altı yüz səksən üç manat otuz altı qəpik) manat məbləğində borcun Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan **********00000 saylı abunə kodundan silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdehndən 96.83 (doxsan altı manat səksən üç qəpik) manat dövlət rüsumu və 64 (altmış dörd) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 7.İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının borcun silinməsini xahiş etdiyi Bakı şəhəri, ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı X2 adına rəsmiləşdirilmişdir. X3 iddiaçının anası olmuş və o, 26 iyun 2008-ci ildə vəfat etmişdir. Hazırda həmin ünvandakı sayğac iddiaçının istifadəsindədir. 8.İş materiallarında olan Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin arayışından görünür ki, iddiaçı 14 dekabr 2021-ci il tarixdə polis bölməsinə ərizə ilə müraciət edərək təxminən 1 ay əvvəl yaşadığı evdə quraşdırılmış qaz sayğacının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. 9.İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 mart 2018-ci il tarixli, ******* saylı; 24 fevral 2022-ci il tarixli, ******* saylı; 21 iyun 2022-ci il tarixli, ******* saylı; 30 dekabr 2022-ci il tarixli, ******* saylı; 31 yanvar 2023-cü il tarixli, ******* saylı; 28 fevral 2023cü il tarixli, ******* saylı aktların surətindən görünür ki, iddiaçının yaşadığı evdə yerləşən sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar əlavə xətlə qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanmışdır. 10.İş materiallarında olan abonentin saldosundan görünür ki, təbii qazdan qeyri-qanuni istifadə etməsi əsas gətirilərək abonentə 2018-ci ilin fevral ayında 894,60 manat, mart ayında 133,80 manat, 2022-ci ilin fevral ayında 1.036,80 manat, iyun ayında 933,12 manat, dekabr ayında 3.291,84 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 734,40 manat olmaqla, ümumilikdə 7.883,36 manat cərimə yazılmışdır. 11.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 23 fevral 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. 12.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı 2021-ci ilin dekabr ayında oğurlanmış, iddiaçı bununla bağlı hüquqmühafizə orqanlarına müraciət etmişdir. Keçirilmiş ekspert tədqiqatı nəticəsində iddiaçının qaz sayğacına kənar xətlə qoşulma halı öz təsdiqini tapmasa da, iş materiallarında olan abonentin saldosundan görünür ki, yeni sayğac köhnə sayğacın oğurlanmasından 7 ay sonra – 01 iyul 2022-ci il tarixdə quraşdırılmışdır. 13.İşin bütün hallarına, sayğacın qış aylarında oğurlanması, iddiaçının sözügedən ünvanda yaşaması, həmin müddətdə iddiaçının qazdan istifadə etməməsinin ağlabatan olmaması və yeni sayğacın xeyli müddət sonra quraşdırılmasına əsaslanaraqməhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qazdan sayğacsız qeyri-qanuni istifadə halı mövcud olmuşdur. 14.Odur ki, məhkəmə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qazla işləyən cihazların sayını, əvvəlki illər üzrə edilmiş ödənişləri nəzərə alaraq iddianın qismən təmin edilməsini, iddiaçının Cavabdehnə 200 manat məbləğində borcunun olmasının müəyyən edilməsini, iddiaçının istifadəsində olan abonent hesabına yazılmış 7.883,36 manat borcdan 7.683,36 manat borcun silinməsini qanuna müvafiq hesab etmişdir. 15.Eyni zamanda məhkəmə qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək akt tərtib edilsə də və həmin akt abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. 16.Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdehnə 200 manat məbləğində borcunun olması müəyyən edilməli, qalan 7.683,36 manat məbləğində borc iddiaçının istifadəsində olan abonent hesabından silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 17.Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab etimişdir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 96,83 manat məbləğində dövlət rüsumu, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan 64 manat Cavabdeh İB-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9, 8-1-ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5, 9.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 119.1, 124.1, 218.3, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 19.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 22.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 23.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 25.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 26.Madə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətlidövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 27.Maddə 18.İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin,işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündəaşağıdakı tələbləri ehtiva edir: -18.0.1.İstehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərmanvasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik,ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qidaməhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunolmasına dövlət nəzarətini. 28.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəməhəyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymişmənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumuverməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 29.Maddə 11.6.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasındahəyata keçirilir. 30.Maddə 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacınıngöstəricilərinə əsasən hər ay üzrə hesablamalıvə növbəti ayın 10-dək istehlakçıya bubarədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgünhesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 31.Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xəttidərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habeləqanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatəolunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyiqaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markasınəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdanistifadə qaydaları ilə tənzimlənir. 32.Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qazpaylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qazsayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəzedilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnməistehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısıtərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmirolunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qazpaylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbətitexniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyatakeçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsaittələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
33. 1.3.Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilmiş qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
34. 4.2.Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaitihesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
35. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işləkvəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
36. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiqörtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) vəsayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
37. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarınınişlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
38. 4.9.İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isəistehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısıtərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsiistehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsasıgöstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texnikipasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texnikibaxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçınınarzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
39. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”:
40. 5.1.Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyiqazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart”tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qazpaylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlaketdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görədüzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 43.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 44.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 45.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(011)-902/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. 49.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda təbii qazdan istifadə qaydalarının pozulmasına görə aktlar əsasında may 2017-ci ildə 124,4 manat, fevral 2018-ci ildə 894,6 manat, mart 2018-ci ildə 133,8 manat, fevral 2022-ci ildə 1036,8 manat, iyun 2022-ci ildə 933,12 manat, dekabr 2022-ci ildə 3291,84 manat, yanvar 2023-cü ildə 734,4 manat, fevral 2023-cü ildə 734,4 manat olmaqla, cəmi 7883,36 manat cərimə hesablanmışdır. 50.Məkhəmə kollegiyası iddiaçının abonent hesabına qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş, yuxarıda sadalanan aktlara münasibət bildirərək qeyd edir ki, aktların tərtib edilmə səbəbi kimi abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi kimi səbəblər göstərilmişdir. 51.Kollegiya qeyd edir ki, 24 fevral 2022-ci il tarixli, ******* saylı; 21 iyun 2022-ci il tarixli, ******* saylı aktlar istisna olmaqla digər aktlar qanunvericiliyin tələblərinə cavab verməməklə iddiaçının iştirakı ilə tərtib edilməmiş, həmçinin aktların surəti ona təqdim edilməmişdir. 52.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 53.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 54.Kollegiya qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, həmin aktlar mötəbər sübut kimi qəbul oluna bilməz. 55.Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 23 fevral 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
56. Kollegiya cavabdeh tərəfin təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmə tərəfindən daha mötəbər sübut növü olan ekspertiza təyin edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 57.Kollegiya qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Yuxarıda sadalanan aktlarda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd olunsa da, 25 fevral 2022-ci il tarixdən qüvvədə olan (30 dekabr 2022-ci il tarixli, ******* saylı; 31 yanvar 2023-cü il tarixli, ******* saylı; 28 fevral 2023-cü il tarixli, ******* saylı aktların aktlar) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddəsində nəzərdə tutulan qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli addımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tərbirlər tam görülməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qeyd olunan hallar müəyyən olunmur. 58.Digər tərəfdən kollegiya qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən əgər iddiaçı tərəfindən mübahisələndirilən may 2017, fevral 2018, mart 2018-ci il tarixli aktlar üzrə, ilk aktın tərtib edildiyi may 2017-ci ildə sayğaca müdaxilə olmuşdursa, cavabdeh tərəfindən akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha kollegiyaya aktların mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. 59.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, mübahisələndirilən dövrdə (24 fevral 2022-ci il tarixli, ******* saylı və 21 iyun 2022-ci il tarixli, ******* saylı aktlar istisna olmaqla) aktlar üzrə sayğacdan kənar qazdan istifadə halı, yəni zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqənin olması, bununla da, iddiaçı tərəfindən zərər vurulması sübuta yetirilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə may 2017-ci il tarixli, fevral 2018-ci il tarixli, mart 2018-ci il tarixli, 30 dekabr 2022-ci il tarixli, ******* saylı; 31 yanvar 2023-cü il tarixli, ******* saylı; 28 fevral 2023-cü il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 5913,44 manat məbləğində borc cavabdeh tərəfindən iddiaçının abunə kodundan silinməlidir. 60.Kollegiya qeyd edir ki, işdən göründüyü kimi iddiaçı 2021-ci ilin dekabr ayından 01 iyul 2022-ci il təbii qazdan sayğacsız istifadə etmişdir. 61.Belə ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı 2021-ci ilin dekabr ayında oğurlanmış, iddiaçı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmiş, yeni sayğac köhnə sayğacın oğurlanmasından 7 ay sonra – 01 iyul 2022-ci il tarixdə quraşdırılmışdır. 62.Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin həmin 7 ay ərzində iddiaçı tərəfindən təbii qazdan sayğacsız istifadə olunmasına görə 200 manat ödəməli olması barədə mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş 24 fevral 2022ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş 24 fevral 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, hesabat müddəti 90 gün qəbul edilməklə dəymiş ziyan 8640m3(8640x0.12=1036.8 manat); 21 iyun 2022-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş 30 iyun 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən göründüyü kimi isə hesabat dövrü 120 gün qəbul edilməklə 7776m3 (7776x0.12=933,12 manat) qaz sərfiyyatı hesablanmışdır. 63.Göründüyü kimi iddiaçı tərəfindən təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edilmiş 2021-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayınadək olan dövr cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 24 fevral 2022-ci il tarixli, ******* saylı; 21 iyun 2022-ci il tarixli, ******* saylı aktlarla rəmiləşdirilərək həmin dövr ərzində cəmi 1969,92 manat (1036.8+933.12=1969.92) dəyərində təbii qazdan istifadə edilmişdir. 64.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının abonent hesabından silinməsini tələb etdiyi 7.883,36 manatdan onun 7 ay ərzində təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə etdiyi qaz sərfiyyatına görə yaranmış 1969,92 manat məbləğində borc çıxılaraq yerdə qalan 5913,44 (7883,36-1969.92=5913,44) manat məbləğində vəsait iddiaçının abonent hesabından silinməlidir. 65.Buna görə də kollegiya hesab edir ki, qətnamə 7683,36 manat borcun silinməsi hissəsində dəyişdirilməli, 5913,44 manat (beş min doqquz yüz on üç manat, qırx dörd qəpik) məbləğində borc Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan **********00000 saylı abunə kodundan silinməlidir. 66.Kollegiya qeyd edir ki, qətnamənin dəyişdirilməsi iddia tələbinin təmin edilmiş hissəsinin həcminə də təsir etdiyindən qətnamə ekspertiza xərci və dövlət rüsumu ilə bağlı hissələrdə də dəyişdirilməlidir. 67.Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə iddiaçının azad olunduğu 98,8 manat dövlət rüsumunun 74,1 (yetmiş dörd manat, on qəpik) manatı Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 68.Həmçinin ekspertiza tədqiqatlarının dəyəri olan 64 (altmış dörd) manatın 48 (qırx səkkiz) manatı Cavabdehndən, 16 (on altı) manatı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 69.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(011)-902/2024 saylı qətnaməsi 7683,36 manat borcun silinməsi hissəsində dəyişdirilməli, 5913,44 manat (beş min doqquz yüz on üç manat, qırx dörd qəpik) məbləğində borc Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan **********00000 saylı abunə kodundan silinməli, həmçinin qətnamə dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri ilə bağlı hissələrdə dəyişdirilməli, Cavabdehndən 74,1 (yetmiş dörd manat, on qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, ekspertiza tədqiqatlarının dəyəri olan 64 (altmış dörd) manatın 48 (qırx səkkiz) manatı Cavabdehndən, 16 (on altı) manatı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 70.Kollegiya qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən İddiaçı yox, Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. 71.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(011)-902/2024 saylı qətnaməsi mübahisələndirilən- 7683,36 manat borcun silinməsi hissəsində dəyişdirilsin, 5913,44 (beş min doqquz yüz on üç manat, qırx dörd qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan **********00000 saylı abunə kodundan silinsin. Qətnamə dövlət rüsumu və ekspertiza tədqiqatının dəyərinin tutulması hissələrində dəyişdirilsin. Cavabdehndən 74,1 (yetmiş dörd manat, on qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 64 (altmış dörd) manatın 48 (qırx səkkiz) manatı Cavabdehndən, 16 (on altı) manatı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə Cavabdehnə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov