Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4025/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdehin iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair ərizəsinə dair kiçik iddia üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3730/2023 saylı işi üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 393.64 manat borcun və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”Azərsu” ASC tərəfindən cavabdehə su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 393.64 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. "Azərsu” ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3730/2023 saylı işi üzrə 25 dekabr 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 393.64 manat borcun (abonent kodu: **********000) və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "Azərsu” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1 , 390.1 , 442 , 448.1; Mülki Prosessual Məcəlləsinin 23-1, 284-1, 284-5.1, 284-5; «Su təchizatı və tullantı sular haqqında» Azərbaycan Respublikasının Qanununun 5.3, 30.1, 59, 61.1, 62; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları”nın 3.1.2, 4.1.3, 7.1, 7.2, 7.3, 7.4, 7.5, 7.11-ci bəndinə; Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli 04 nömrəli "Azərsu” Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə” Qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011 -ci il tarixli qərarına; Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası 13 may 2016-cı il tarixli qərarının 4-cü bəndinə istinadən qeyd edilmişdir ki, qanunvericiliyin təhlilindən aydın olur ki, istehlakçılar su təchizatı obyektlərindən istifadə etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada həmin istifadə edilmiş xidmətlərə görə müvafiq məbləğdə xidmət haqqını ödəmək vəzifəsini daşıyırlar. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, istehlakçı istifadə etdiyi su təchizatı xidmətlərinə görə xidmət haqqını ödəmədikdə, su təchizatı müəssiəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə görülmüş xidmətin haqqının ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Eyni zamanda qeyd olunan normaların təhlilindən aydın olur ki, tərəflər arasında su təchizatı obyektlərindən istifadə edilməsi ilə bağlı müvafiq müqavilə olmadıqda belə, istehlakçı su təchizatı obyektlərindən istifadə etdikdə, sudan istifadə edilməsi ilə bağlı ona göstərilmiş xidmətlərin haqqını ödəmək vəzifəsini daşıyır ki, bu vəzifə məhz istehlakçının həmin su təchiztaı obyektindən istifadə etmək faktına asaslanır. Göründüyü kimi, hər bir halda istehlakçı su təchizatı obyektlərinin istifadəsi ilə bağlı görülmüş xidmətlərin haqqını su təchizatı müəssisəinə ödəməlidir, əks təqdirdə bu istehlakçının su təchizatı müəssisəninin qarşısında həmin xidmətlərdən istifadə edilməsinə görə müvafiq məbləğdə xidmət haqqının ödənilməsi ilə bağlı mülki hüquqi məsuliyyətinin yaranmasına gətirib çıxarda bilər. İddiaçı qismində çıxış edən su təchizatı müəssisəsi tərəfindən 2020-ci il tarixdən hazıradək cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Lakin buna baxmayaraq cavabdeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə xidmət haqqını vaxtlı-vaxtında, lazimi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 393.64 manat borc (abonent kodu: **********000) və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "Azərsu” ASC-nin xeyrinə ödənilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar: - Abonent kartı məlumatlarından görünür ki, Qaradağ rayonu, Torağay yolu, Qobustan, ev 11/A ünvanı üzrə abonent qismində Cavabdeh çıxış edir, iddiaçı ilə cavabdeh arasında sudan istifadə üzrə müqavilənin bağlanma tarixi xx.xx.2012-ci il, 26323844 müqavilə nömrəsi olmaqla cavabdehin sudan istifadə etməsinə görə iddiaçı "xxxx" ASC-yə yekun borcu 393.64 manat təşkil edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti vermiş, Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3730/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, e-2(002)-3730/2023 saylı 25 dekabr 2023-cü il tarixli Qaradağ Rayon Məhkəməsinin qətnaməsi əsassız və qeyri-obyektivdir. Belə ki, iddiaçı tərəfindən müqavilə məhkəməyə təqdim olunmayıbdır. Bundan başqa, iddiaçı tərəfindən iddia ərizəsinə xəbərdarlıq məktubu əlavə edib ki, guya ona xx.xx.2023-cü il tarixdə həmin xəbərdarlığı qəbul etmişdir. Xəbərdarlıqda “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-ci maddəsinə və “X2 2.1.9.2-ci yarımbəndinə əsasən “Su təchizatı müəissəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam məbləğdə ödənilməlidir.“Azərsu ASC” tərəfindən qeydiyyat olduğu Bakı şəhəri, Qaradağ rayonu, Torağay yolu Qobustan, e 11/A ünvanda ümumiyyətlə su xətti çəkildiyi və ya olduğu halda, bu tədqirdə tərəfindən suyun istifadəsinə görə pul vəsaiti ödənilərdi. Halbuki, həmin ünvanda bu günədək su xətti yoxdur. Yalnız su çəni vardır. Həmin çən tərəfindən alınan sularla doldurulur. Neçə illərdir ki, tərəfindən dəfələrlə İddiaçı ASCnin 955 nömrəli qaynar xəttinə müraciət olunubdur ki, həmin ünvana su xətti çəkilsin. Lakin bu günədək heç su xətti belə çəkilməyibdir. Tərəfindən ərizə ilə belə İddiaçı ASC-nin Qaradağ rayonunda yerləşən idarəsinə su xəttinin çəkilməsi üçün müraciət olunmuşdur. Lakin yenə heç bir xətt çəkilməmişdir. Beləliklə qətnamədən xəbərdar olaraq, tərəfindən İddiaçı ASC-nin Qaradağ Rayonunda yerləşən İdarəsinə həmin məsələyə aydınlı gətirmək məqsədi ilə yaxınlaşmışdır. İddiaçı tərəfindən hətta komissiya yaradılaraq ünvana göndərilmiş və yerində öz təsdiqini tapmışdır ki, həqiqətən də bu ünvanda heç bir su xətti yoxdur. Bu halda sual yaranır ki, su xətti yoxdursa hansı suyun istifadəsinə görə ödəniş olunmalıdır? Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
5. Diqqətə çatdırılır ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə işin hallarını və şikayətin dəlillərini nəzərə alaraq, qeyd edilən işin hallarının hərtərəfli araşdırılması məqsədilə şikayətə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki və məhkəmə - mühasibatlıq ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmə mühəndis texniki ekspertizasının aparılmasından ekspertiza fəaliyyətinin vəzifəsinə aid olmadığı üçün, xx.xx.2024-cü il tarixli məktubu ilə isə əlavə materiallar təqdim edilmədiyi üçün məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunda izahat vermiş, iddiaçı ilə müqavilə bağlasa da, yaşadığı ünvanda su xəttinin olmadığını, dəfələrlə iddiaçı quruma müraciət etsə də, su xəttinin çəkilmədiyini, iddiaçı qurumun əməkdaşları tərəfindən də su xəttinin olmadığının aşkar edildiyini qeyd etmiş, mübahisəli ünvanda qanunsuz şəkildə su xəttindən istifadə halının olmadığını, həyətdə olan su çənini su ilə dolduraraq və ya yuxarı mərtəbədə atasına qanuni əsaslarla məxsus su xəttindən istifadə etdiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 abonentin borcunun ailə tərkibinə əsasən hesablandığını, ünvanda su xəttinin və su sayğacın olmadığını, cavabdehin atasının mənzilinə gedən sayğacı olan su xəttindən istifadə etdiyini bildirmişdir. Apellyasiya baxışının hədləri
9. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. “Su təchizatı və tullantı suları haqqında" Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”.
11. “Su təchizatı və tullantı suları haqqında" Qanunun 62-ci maddəsinə əsasən, Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
12. "X2” 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin vəya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. 1128.4. Məhsul yalnız sonradan dövriyyəyə daha yaxşı məhsulun daxil edilməsi nəticəsində keyfiyyətsiz sayılmır. 1128.5. Bu Məcəlləyə görə istənilən daşınar əşya digər daşınar və ya daşınmaz əşyanın bir hissəsi olduqda da, habelə elektrik cərəyanı məhsul sayılır. Əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları, heyvandarlıq, arıçılıq və balıqçılıq məhsulları (natural kənd təsərrüfatı məhsulları) məhsullara aid edilmir. Ov yolu ilə əldə edilmiş məhsullar barəsində də eyni qayda tətbiq edilir.1128.6. Bu Məcəlləyə görə son məhsulu, məhsulun əsas ünsürünü və ya hissəsini istehsal etmiş şəxs istehsalçı sayılır. Öz adından, əmtəə nişanı ilə və ya digər fərqləndirici nişanla istehsalçı kimi çıxış edənlərin hamısı istehsalçı sayılırlar. 1128.8. Əgər istehsalçını müəyyənləşdirmək mümkün deyildirsə, hər hansı məhsul göndərən (bu barədə tələb verildikdən sonra bir ay ərzində onun istehsalçı barəsində zərərçəkənə məlumat verdiyi hallar istisna olmaqla) və ya ona bu məhsulu göndərmiş şəxs istehsalçı sayılır. İstehsalçının adı məlum olsa da, məhsulu ilk satanın kim olduğunu müəyyənləşdirmək mümkün olmadıqda idxal malına da bu qayda tətbiq edilir. 1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. 1129.3. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər. 1129.4. Keyfiyyətsiz məhsulun nəticəsində vurulmuş zərəri məhsulun satıcısı ödədiyi halda bu Məcəllənin 1114.2-ci maddəsinin müddəaları tətbiq edilir. 1131.Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.
14. Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 12, 30-33, 60-62, 65; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262-265, 543; Cinayət Məcəlləsinin 177, 189-1; Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 550-554, 1096, 1097; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə və müqavilə (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və faktoloji əsaslara görə tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında su təchizatə və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2012-ci il tarixli müqavilə olsa da, tərəflərin izahatlarında müəyyən edilir ki, xidmət ünvanı olan Torağay yolu, ünvan 2darlıq edilmədən məhkəməyə müraciət edilmiş və bu da, qanunvericiliyin tələblərinin pozulmasına xidmət etmiş olmuşdur. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-ci maddəsinə və “X2 2.1.9.2-ci yarımbəndinə əsasən “Su təchizatı müəissəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam məbləğdə ödənilməlidir.Mübahisəli ünvanda su xəttinin olması sübuta yetirilməmiş və təyin edilmiş ekspertizanın aparılması üçün iddiaçı tərəfindən müvafiq səylər göstərilməmiş, özü tərəfindən də mütəxəssis rəyləri təqdim edilməmişdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Tələb yönəldilən ünvanda su xəttinin və su sayğacın olmadığı və cavabdehin atasının mənzilinə gedən sayğacı olan su xəttindən istifadə etdiyi halda etirazsız ödənişlərin aparılması, iddiaçı tərəfindən isə pozuntu əsası ilə təkrarən ödəniş tələb etməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və iddia tələbi rədd edilməlidir.
18. Tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş məhkəmə xərci(dövlət rüsumu) onu ödəyən şəxsə aid edilməlidir. Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3730/2023 saylı işi üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin.