Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4029/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(005)-99/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsi” barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan mübahisəli daşınmaz əmlaka və qaraja dair 3 ədəd bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və hər bir vərəsinin payına uyğun məcburi pay hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(005)- 99/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, X1 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə ayrı-ayrılıqda bağladığı 08 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız olunması qət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən qətnamə icraya yönəldilmiş, eyni tarixdə Nərimanov rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bundan sonra, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən 21-xx.xx.2022-ci il tarixlərdə məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunması xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli, 2(005)-99/2022 nömrəli qərardadları ilə müvafiq olaraq Cavabdeh2 və Cavabdeh3 şikayətləri mülki prosessual qanunvericliyin tələbləri baxımından uyğun hesab olunaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qətnamə 05 mart 2022-ci il tarixli reyestrlə cavabdehlərin ünvana (ünvan 2n hər ikisi apellyasiya şikayətlərində rəsmi yazışmaların aparılmasını xahiş etdikləri ünvanı məhz məhkəmə tərəfindən qətnamənin onlara göndərildiyi ünvan olaraq göstərmişlər (i.v. İİ cild s.199 və s.208). MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməni cavabdehin məlum olan ünvanına göndərmiş, işdə ünvan dəyişikliyi ilə bağlı məlumat olmamışdır. Belə olan halda isə, yəni cavabdeh artıq həmin ünvanda yaşamasa da, məhkəmə aktı rəsmi qaydada verilmiş hesab edilir. Bununla yanaşı, məhkəmə qətnaməni icraya yönəltmiş, 21 oktyabr 2022-ci il tarixdə icra məmuru tərəfindən icraata başlanılmış, lakin birinci instansiya məhkəməsi sonradan verilmiş apellyasiya şikayətləri üzrə prosessual müddətlərin ötürülüb-ötürülməməsini yoxlamamış, icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, eləcə də icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdehin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Çünki, tərəf məhz müəyyən olunmuş müddət ərzində qanunla müəyyən olunmuş formada və qaydada şikayət verməyə haqlıdır, əks halda buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməlidir. Apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi isə MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Həmçinin, MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. MPM-nin 361.1.4-361.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Apellyasiya şikayəti isə MPM-in qeyd olunan normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş formada (Əlavə 2) tərtib olunmamış, yəni 2 nömrəli Əlavədə göstərilən bir çox zəruri hissələr şikayətdə öz əksini tapmamışdır (maddi və prosessual hüquq normalarının pozulmasına dair konkret dəlillər, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və s.). MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Eləcə də, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə, dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 8.6-ci maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə, bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqadarında dövlət rüsmu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsmunu ödməkdən azaddırlar. Hazırkı halda isə Cavabdeh2 xx.xx.2022-ci il tarixli apellyasiya şikayətində “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə istinad edərək, dövlət rüsumu ödəməmiş, xx.xx.2022-ci il tarixində yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etdikdə isə 5,00 AZN dövlət rüsumu ödəmişdir. Həmçinin digər Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verilməsi üçün 5,00 manat dövlət rüsumu ödəmişdir. Bu isə qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 363.1.2ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətlərin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(005)-99/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4029/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4029/2023
08.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver