Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4038/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədirlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, 3-cü şəxs X2 nümayəndəsi və vəkili X5 oğlunun iştirakı ilə, 3-cü şəxs X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 15 saylı bazarın 15 saylı filialının (20x6 kv.metr sahəsi olan əsaslı tikinti və ona əlavə olaraq (çardaq formasında) 20x6 kv.metr sahəsi olan köməkçi sahə olan) üzərinə həbsin qoyulması və həmin qeyri-yaşayış sahəsinin üzərində müəyyən hərəkətlərin edilməsinin kənar şəxslərə qadağan edilməsi qərara alınmışdır. X3 göstərilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(011)2400/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apelyasiya məhkəmədinə göndərilmişdir və iş baxılması üçün 08 aprel 2021-ci il tarixə təyin olunmuşdur. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək sözügedən qətnamədən cavabdeh Azərbaycan Respublikasının İqtisadıyyat Nazirliyin yanında X6 Xidməti tərəfindən şikayət verildiyi üçün işin Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, Azərbaycan Respublikasının İqtisadıyyat Nazirliyin yanında X6 Xidməti tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası MPM-nin 269.2.-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3.-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 3-cü şəxs X2 verdiyi şikayət apellyasiya baxışından çıxarılmalı və Azərbaycan Respublikasının İqtisadıyyat Nazirliyin yanında X6 Xidməti tərəfindən verilən şikayətinin Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(011)- 2400/2021 saylı qərardadından X3 tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(011)- 2400/2021 saylı qərardadından Azərbaycan Respublikasının İqtisadıyyat Nazirliyin yanında X6 Xidməti tərəfindən verilmiş şikayət üzrə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Sərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4038/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4038/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver