Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4042/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndə-vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndə-vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-113/2023 saylı, xx.xx.2023-cü il tarixl qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Bakı şəhəri Nizami Rayon Məhkəməsindən sorğu daxil olmuş və həmin məhkəmənin e-2(007)-113/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsində olan yalnışlığın düzəldilməsi məsələsinə baxılması üçün mülki işin geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən tərəflər mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Nizami Rayon Məhkəməsindən sorğu daxil olmuş və həmin məhkəmənin e-2(007)-113/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsində yol verilmiş yalnışlığın düzəldilməsi məsələsinə baxılması üçün mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-113/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsində olan yalnışlığın düzəldilməsi məsələsinə baxılması üçün 2(103)- 4042/2023 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4042/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4042/2023
12.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver