Məhkəmə qərarları › İş №2(103)-4048/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4048/2023

05.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4048/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X11 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 7 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə bağışlama və alqısatqı müqavilələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(003)-631/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 7 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında bağlanmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsi və ünvan 1 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi üzrə 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında həmin daşınmaz əmlaklar üzrə bağlanmış 11 avqust 2016-cı il alqısatqı müqavilələrinin isə ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. Cavabdeh1 ilə 21 aprel 1996-cı il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan 29 mart 2000-ci il tarixdə X6, 06 iyul 2002-ci il tarixdə X18, 24 oktyabr 2003-cü il tarixdə X19 və 11 aprel 2008-ci il tarixdə X14 adlı uşaqları olmuşdur. Cavabdehin iddiası əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə boşanmışlar. Məhkəmənin adıçəkilən qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmış, həmçinin uşaqların yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün xeyrinə cəmi 468 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin həmin alıment indiyə kimi ona ödənilməmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümıımi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsi 1996-cı ildən 08 avqust 2016-cı il tarixədək onun mülkiyyətində olmuş və o, ailəsi ilə birlikdə orada daimi yaşamışdır. Həmçinin, ünvan 2 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi də 1996-cı ildən onun mülkiyyətində olmuş, o, uzun müddət həmin qeyri-yaşayış sahəsini icarəyə verərək icarədən əldə olunan pul vəsaiti ilə özünü və dörd azyaşlı övladını dolandırmışdır. 2016-cı ilin may ayından başlayaraq Cavabdeh1 ona təzyiq göstərərək mülkiyyətində olan fərdi yaşayış və qeyri-yaşayış sahələrini bağışlama yolu ilə notarial qaydada onun adına sənədləşdirməyə məcbur etmişdir. O, cavabdehin təhdidlərinə dözməyərək ailəni qoruyub saxlamaq üçün onunla belə bir razılığa gəlmişdir ki, o, daimi olaraq övladları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən fərdi yaşayış evində yaşasın, cavabdeh daimi olaraq ailənin bütün zəruri tələbatlarını və xərclərini ödəsin, icarəyə verilən ünvan 3 ünvanında yerləşən 114.2 kv.m qeyriyaşayış sahəsindən əldə olunan gəliri də ailənin ehtiyaclarına sərf etsin. Cavabdeh1 onun bütün bu şərtlərinin bağışlama müqavilələrində öz əksini tapacağını vəd edib onu inandırmış və bundan sonra 06 iyun 2016-cı il tarixdə onlar Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna getmişlər. Həmin notariat kontorunda o, qeyd olunan şərtlərin bağışlama müqavilələrində göstərilməsini xahiş etsə də, notarius X12 vəzifəsindən sui-istifadə edərək bağışlama müqavilələrinin formal xarakter daşıdığını, şərtlərin müqavilərdə əks olunduğunu bildirərək onu aldatmış, müqavilələrin mətnlərini oxumaq üçün ona şərait yaratmamış, o isə notariusa inanıb bağışlama müqavilələrini imzalamışdır. Qeyd olunan şərtlərin müqavilələrdə əks etdirilməməsi ona 11 avqust 2016- cı il tarixindən sonra məlum olmuşdur. Cavabdeh1 ona əvvəlcə təsir və təzyiqlər göstərməklə, sonradan isə onda inam yaratmaqla 01 avqust 2016-cı il tarixdə onun bütün mülkiyyətinə dair öz adına etibarnamə təsdiq etdirmiş, bundan sonra isə qəsdən aralarında mübahisələr yaratmış, 08 avqust 2016-cı il tarixdə bıçaqla onu hədələyib uşaqlarla birlikdə onu Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən fərdi yaşayış evindən qovmuşdur. O, Cavabdeh1 onun mülkiyyətində olan əmlakını planlı surətdə ələ keçirmək istədiyini başa düşüb 01 avqust 2016-cı il tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində təsdiq olunmuş ona verdiyi etibarnaməni 10 avqust 2011-cı il tarixdə ləğv etdirmişdir.Cavabdeh1 bununla kifayətlənməyib 11 avqust 2016-cı il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsini guya 30.000 manata, ünvan 1 ünvanında yerləşən 114.2 kv.m qeyriyaşayış sahəsini isə guya 20.000 manata dəyərləndirərək Qala kənd məscidində tanış olduğu dostu, cavabdeh Süleymanlı Çingiz( Bilal) Süleyman oğlunun adına formal olaraq alqı-satqı müqaviləsini təkrarən 7 saylı Notariat Kontorunda rəsmiləşdirmiş və onun bu mülkiyyətinə də sahiblik etmək üçün həmin gün Çingiz (Bilal) Süleymanlının mülkiyyətinə dair etibarnaməni öz adına təsdiq etdirmişdir. Daha sonra Cavabdeh1 ona qarşı nikahın pozulması barədə iddia qaldırmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə aralarındakı nikah pozularaq hər uşağa görə 117 manat məbləğində aliment tutulması qət olunmuşdur. Şəxsi mülkiyyətində olan evini və qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamasına baxmayaraq, ötən müddət ərzində Cavabdeh1 bu günə qədər də aliment ödəməkdən yayınaraq məhkəmənin qətnaməsini icra etməkdən boyun qaçırır. Cavabdeh1 bütün bu hərəkətləri onu və övladlarını ağır vəziyyətə salmışdır. Cavabdeh1 indiyə kimi uşaqlarına aliment ödəmədiyi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi onun vəsatəti əsasında RF-da tanınması üçün həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası ƏN-nin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə RFnın Ədliyyə Nazirliyinə göndərilmiş, RF Moskva şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilmişdir. Alimenti ödəməmək üçün Cavabdeh1 həmin qərardaddan da şikayət vermişdir. Hazırda həmin şikayətə RF-nın Moskva şəhərinin ümumi yurisdiksiyalı birinci apellyasiya məhkəməsində baxılır. Bundan başqa, 2016-cı ildən hal-hazıra kimi onunla Cavabdeh1, Çingiz (Bilal) Süleymanlı və digərləri arasında məhkəmə mübahisələri davam edir. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında bir kassasiya şikayəti vardır. Eyni zamanda, Bakı şəhəri Xəzər Rayon Məhkəməsində birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı iddiasına, habelə Çingiz (Bilal) Süleymanlının ona qarşı maddi ziyanın ödənilməsi tələbinə dair absurd iddiasına baxılır. Hələ bütün bunlar azmış kimi keçmiş həyat yoldaşı Cavabdeh1, yəni dörd övladının atası onu, anasını və qardaşını sosial şəbəkələrdə təhqir etməyə başlamışdır. Belə ki, Cavabdeh1 19 oktyabr 2022-ci il tarixdə özünə məxsus “SaidMuadzin-Araz Dadashev” adlı “Facebook” səhifəsində onu, qardaşını və anasını təhqir edərək aşağıdakıları yazmışdır: “... Allah şahiddir haqqım olan atam oğlu qaıdaşlarımın balalarının toyunda “bir yerini burcudan Lalə Hüsniyyə qızına deyən yoxdur ki, nə üzlə bunu edirsən. X25 kimi tanınan qardaşı və bütün ana qohumlarıyla hər bir qəh.... əl atan insana, xoş üz göstərənlər bir Axirəti də fikirləşsin, və sabahları fikirləşsin Allah bizi nə ilə sınağa çəkə bilər. ...Kəndin ən kasıb ailədən aldığım, hətta mebel almağa imkanı olmayan cadugərlərin dostu Hüsniyyənin özünə və doğduqlarına əmanət etdiyim mal-dövlətə görə, ailəmi dağıdıb, hətta övladlarımı mənə düşmən etdilər. Allah sizi Axirətdə müflislərdən etsin.” Cavabdeh1 həmçinin 14 noyabr 2022-ci il tarixdə özünəməxsus “SaidMuadzin-Araz Dadashev” adlı “Facebook” səhifəsində onu, qardaşını və anasını təkrarən təhqir edərək aşağıdakıları yazmışdır: “...Allah şahiddir haqqım olan atam oğlu qardaşlarımın balalarının toyunda götünü burcudan Lalə Hüsniyyə qızına deyən yoxdur ki, nə üzlə bunu edirsən. Yəqin onlar da buna layiqdirlər. X25 kimi tanınan qardaşı və bütün ana qohumlarıyla hər bir qəhbəliyə əl atan insana, xoş üz göstərənlər başqa ada layiq deyil. Bu vicdan və namusdan bixəbərlər utanmayaraq, hətta səsləri və videogörüntülü sübutları guya yalan olduğuna belə and içirlər. ...Kəndin ən kasıb ailədən aldığını, hətta mebel almağa imkanı olmayan cadugərlərin dostu Hüsniyyənin özünə və doğduqlarına əmanət etdiyim maldövlətə görə, ailəmi dağıdıb, hətta övladlarımı mənə düşmən etdilər. Allah sizi Axirətdə müflislərdən etsin.” Yəni, Cavabdeh1 özünə məxsus “Facebook” səhifəsində onu, qardaşını və anasını təhqir etmiş, onların şərəf və ləyaqətlərini alçaltmışdır. Onların yaşadıqları Mərdəkan qəsəbəsi kiçik bir qəsəbədir. Burada insanların əksəriyyəti birbirlərini tanıyırlar. Cavabdeh1 hərəkətləri onun psixoloji durumuna ciddi təsir göstərmişdir. Ailə vəziyyəti ağır olduğu və maddi imkansızlıqdan müalicə də oluna bilmir. Bundan əlavə, 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin 1/2 hissəsinə pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmək məqsədi ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən həminn mənzilin hüquqi rejimi barədə arayış alarkən ona məlum olmuşdur ki, həmin mənzil 21 iyun 2016-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış, lakin 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Hazırda bu iş üzrə də məhkəmə prosesi davam etdirilir. Beləliklə, Cavabdeh1 onun və qohumlarının barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini ehtimal etdiklərinə, habelə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin, yəni onun və övladlarının hamısı barəsində kobudcasına pozduğuna, həmçinin əmlak vəziyyəti ağırlaşdığına, yaşamağa mənzili olmadığına, eyni zamanda övladlarının (üçü tələbə, biri məktəblidir) təhsil problemləri ilə əlaqədar olaraq öhdəlikləri yarandığı üçün Cavabdeh1 ilə onun arasında 06 iyun 2016-cı il tarixdə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunda bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və eləcə də Cavabdeh1 ilə Çingiz (Bilal) Süleymanlı arasında həmin daşınmaz əmiaklar üzrə bağlanmış 11 avqust 2016-cı il tarixli aiqı-satqı müqavilələrinin isə ləğv edilməsi barədə birinci instansiya məhkəməsində iddia qaldırmaq qərarına gəlmişdir. Çünki bağışlama müqavilələri etibarsız hesab edildiyi təqdirdə Cavabdeh1 həmin daşınmaz əmlaklar barəsində müqavilə bağlamaq hüququndan məhrum olur Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, hazırda iddiaçının xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesləri davam edir. Cavabdeh2 iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X2, X9, X10 və X7 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları məqsədilə onların həmin evə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X15 tərəfindən sındırılmış qapının təmiri və bərpası ilə bağlı 500 manat miqdarında real maddi zərərin ödənilməsi, cavabdehlər İddiaçı və X15 tərəfindən əldə çıxmış fayda ilə bağlı 2500 manat miqdarında maddi zərərin ödənilməsi, mənəvi zərərlə əlaqədar isə cavabdehlər İddiaçı və X15 tərəfindən 10000 manat dəyərində pul vəsaitinin ödənilməsi, İddiaçı, X8, X2, X9, X10 və X7 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(003)-12/2022 №-li qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X8, X2, X9, X10 və X7 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, bu qətnamənin cavabdehlər X2, X9, X10 və X7 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı heç bir yerdə işləmir. X21 İ.M.Secenov adına X29 Tibb Universitetinin Bakı filialında, digər oğlu Orucəli Dadaşev TC Kütahıya Dumlupınar Universitetinin Spor Bilimləri fakültəsində, üçüncü oğlu Əmirəli Dadaşev TC Tokat Qaziosmanpaşa Universitetinin Sağlıq bilimləri fakültəsində, qızı Şahzadə Dadaşeva Bakı şəhəri Xəzər rayonu 183 nömrəli tam orta məktəbinin İX sinfində təhsil alır. İddiaçı universitet tələbələri olan hər üç oğlu pullu təhsil alır. İddiaçının onların təhsil haqqını ödəməyə imkanı yoxdur. Çünki işləmir və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. İddiaçı Cavabdeh1 ilə onun arasında 06 iyun 2016-cı il tarixdə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunda bağlanmış bağışlamalardan imtina etmiş, bu barədə Cavabdeh1 bildiriş göndərmişdir. Belə olan halda İddiaçı özünə məxsus yaşayış evini, eləcə də qeyri-yaşayış sahəsini kiməsə bağışlamasının anlamı qalmır. Eyni zamanda, İddiaçı övladları ilə birlikdə hazırda bağışlamasından imtina etdiyi həmin yaşayış sahəsində yaşayır. Odur ki, İddiaçı Cavabdeh1 ilə Çingiz (Bilal) Süleymanlı arasında həmin daşınmaz əmlaklar üzrə bağlanmış 11 avqust 2016-cı il tarixli alqı-satqı müqavilələrinin isə ləğv edilməsi barədə birinci instansiya məhkəməsində iddia qaldırmaq qərarına gəlmişdir. Çünki bağışlamadan imtina edildiyi təqdirdə Cavabdeh1 həmin daşınmaz əmlaklar barəsində müqavilə bağlamaq hüququndan məhrum olur. Göstərilənlərə əsasən İddiaçı xüsusi mülkiyyətində olmuş daşınmaz əmlakların bağışlanmasından imtina etdiyi üçün Cavabdeh1 ilə onun arasında bağlanmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsi və ünvan 1 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi üzrə 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin, habelə Cavabdeh1 ilə Cavabdeh2 arasında həmin daşınmaz əmlaklar üzrə bağlanmış 11 avqust 2016-cı il alqısatqı müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, tərəflər arasında mübahisəli daşınmaz əmlaklara dair bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair çoxsaylı iddialara baxılmış və qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən qeyd olunan əmlaklara dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hazırda isə iddiaçı eyni əsaslarla bağışlmadan imtina etdiyini və bu səbəbdən də bağışlma və alqısatqı müqavilələrinin ləğv edilməsini xahiş edir. İddiaçının iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqavilələrinə nəzər yetirdikdə görünür ki, həmin müqavilələr hər hansı şərt və öhdəliyin yerinə yetirilməsindən asılı edilməmişdir. ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 378.8 kv.m, yaşayış sahəsi 146.5 kv.m, köməkçi sahəsi 232.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evi (Tağıyev küçəsi 8-ci döngə ev 5c ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evi) Cavabdeh1 mülkiyyətində olmuş, sonradan iddiaçıya bağışlamışdır. Bundan başqa, ünvan 1 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 qardaşı X4 mülkiyyətində olmuş, sonuncu həmin daşınmaz əmlakı 11 iyul 2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan zaman E.Dadaşovu qardaşı, hazırkı iş üzrə Cavabdeh1 təmsil etmişdir. Digər tərəfdən, iddiaçının bağışlamadan imtina etməsinin səbəblərindən biri də Cavabdeh1 tərəfindən ona və qohumlarına qarşı təhqir cinayətini törətməsidir. Bununla əlaqədar olaraq məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş “təhqir” cinayəti isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Digər tərəfdən, iddiaçının Cavabdeh1 barəsində xüsusi ittiham qaydasında məhkəməyə verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh1 iddiaçının özünə və yaxın qohumlarına qarşı hər hansı cinayət törətməmişdir, bunu sübut edən qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir. Bundan başqa, cavabdeh X1 iddiası əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-12/2022 №-li 28 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, X8, X2, X9, X10 və X7 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, qətnamənin cavabdehlər X2, X9, X10 və X7 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddiasının heç bir hüquqi əsası yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-631/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi hazırki əsasla cavabdehlərə qarşı heç vaxt iddia qaldırılmadığını nəzərə almamış, digər əsaslar üzrə qaldırılmış iddialar üzrə məhkəmə qətnamələrinin bu mübahisəyə dəxli olub-olmadığını araşdırmamış və obyektiv haqiqəti müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi sözügedən daşınmaz əmlaklan ona əvvəllər bağışlanmasını iddianın rədd edilməsi üçün əsas hesab etmişdir. Deməli, kiməsə nəsə bağışlanıbsa, həmin şəxs bağışlanmış əmlakı ona bağışlayan şəxsin qohumuna bağışlamalıdır?! Mülki və ya mülki-prosessual qanunvericilik, habelə işgüzar adətlər belə bir müddəanı nəzərdə tutmur. Birinci instansiya məhkəməsi həqiqətin müəyyən edilməsi və obyektiv qərar qəbul edilməsi məqsədilə tərəflər vəsatət verməsə belə onun hər hansı daşınar və daşınmaz əmlaka malik olması barədə aidiyyəti dövlət qurumlarına sorğu verib həmin məlumatlan tələb etməli olduğu halda, etiməmişdir. Birinci instansiya məhkəməsi həqiqətin müəyyən edilməsi və obyektiv qərar qəbul edilməsi məqsədilə onun ailə vəziyyəti, ailə tərkibi və maddi durumu ilə bağlı iddia əizəsində göstərilən halları dəqiqləşdirmək məqsədi ilə müvafiq dövlət qurumlanna sorğu verib həmin məlumatları tələb etməli olduğu halda, etməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh1 indiyə kimi dörd övladına aliment verib-verməməsi məsələsinə, ümumiyyətlə, əhəmiyyət verməmişdir. Halbuki Cavabdeh1 indiyə kimi uşaqlarına aliment ödəmədiyi üçün Bakı şəhəri Xəzər rayon məhkəməsinini 25 oktyabr 2016-cı il tarixli qətnaməsi vəsatətləri əsasında RF-da tanınması üçün həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası ƏN-nin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə RF-nın Ədliyyə Nazirliyinə göndərilmiş, RF Moskva şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərardadı ilə vəsatətləri təmin edilmişdir. Alimenti ödəməmək üçün Cavabdeh1 həmin qərardaddan da şikayət vermişdir. Həmin şikayət RF-nın Moskva şəhərinin ümumi yurisdiksiyalı birinci apellyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Hazırda isə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya qaydasında şikayət verilmişdir. Birinci instansiya məhkəməsi şəraitin dəyişməsinə əhəmiyyət verməmişdir. Belə ki, bağışlama müqavilələri bağlanarkən onun hər hansı bir problemi mövcud olmamışdır. Hazırda isə o, işləmir, şəxsi biznesi və habelə yaşamağa özünəməxsus mənzili və ya evi yoxdur. İki oğlu Türkiyədə, bir oğlu isə Bakıda ödənişli ali təhsil alır. Qızı orta məktəbdə oxuyur. Özünün səhhətində problemlər var. Keçmiş həyat yoldaşı uşaqlarına görə ona aliment ödəməkdən boyun qaçırır. Maddi durumu belə olan bir şəxs kiməsə özünün yeganə evini, habelə özünün yeganə dolanışıq mənbəyini bağışlaya bilərmi?! Əgər bağışlayıbsa belə bu duruma düşdüyü təqdirdə sözsüz həmin bağışlamadan imtina edəcəkdir. Bundan başqa Cavabdeh1 həmçinin 19 oktyabr və 14 noyabr 2022-ci il tarixlərdə özünəməxsus “SaidMuadzin-ArazDadashev” adlı “Facebook” səhifəsində iddiaçı onu, qardaşını və anasını küçə sözləri ilə təhqir etmişdir. Hazırda onun hərəkətlərindən xüsusi ittiham qaydasında şikayət vermişlər. Birinci və apellyasiya instansiyası məhkəmələrinin qanunsuz və əsassız qərarlarından verdikləri kassasiya şikayəti hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatındadır. Birinci instansiya məhkəməsi isə bu hala, ümumiyyətlə, əhəmiyyət verməmişdir. Bundan əlavə cavabdeh Araz Dadaş evi ddiaçı ilə birgə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsi, 7 saylı evin 47 saylı mənzili iddiaçının razılığı olmadan satmış və pulunu da öz şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh1 nümayəndəsi-vəkili X16 məhkəməyə ərizə göndərərək göndərərək üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə gəlməyən cavabdehlərin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi “bağışlama müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 11 iyul 2011-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X13 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsində istifadədə olan 0.01182 ha torpaq sahəsində yerləşən 2-ci döngə, 18C saylı qeyri-yaşayış binası (162 saylı mağaza) ümumi sahəsi 114.2 kv.m olan qeyri-yaşayış binasını qardaşı arvadı İddiaçı bağışlamışdır. 06 iyun 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 378.8 kv.m, yaşayış sahəsi 146.5 kv.m, köməkçi sahəsi 232.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evini (Tağıyev küçəsi 8ci döngə ev 5c ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evi) Cavabdeh1 bağışlamışdır. 06 iyun 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanda yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evini 30.000 manata Süleymanlı Çingiz (Bilal) Süleyman oğluna satmışdır. 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümümi sahəsi 114.2 kv.m olan qeyri-yaşayış sahəsini 20.000 manata Süleymanlı Çingiz (Bilal) Süleyman oğluna satmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evin və ünvan 10 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh1 bağışlanmasına dair daşınmaz əmlakın bağışlama müqavilələrinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evinə və ünvan 10 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsinə dair AN-İ ******* №-li və AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin evin və qeyri-yaşayış sahəsinin ona qaytarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsini məhkəmədən xahiş etmiş, həmin qətnamə ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1691/2017 №-li 14 fevral 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4560/2017 №-li 13 iyul 2017-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1691/2017 №-li 14 fevral 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10279/2017 №-li 06 noyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2105/2018 №-li 03 aprel 2018-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10279/2017 №-li 06 noyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-12/2022 №-li 28 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı, X8, X2, X9, X10 və X7 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, bu qətnamənin cavabdehlər X2, X9, X10 və X7 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6216/2022 №-li 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-12/2022 saylı iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-261/2023 №-li 23 yanvar 2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6216/2022 nömrəli 22 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 №-li 19 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evin və ünvan 10 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh1 bağışlanmasına dair daşınmaz əmlakın bağışlama müqavilələrinin ləğv edilməsini və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmiş, həmin qətnamə ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10173/2021 №-li 07 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı 19 iyul 2018-ci il tarixli və 2(003)-15/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnamələrindən verdiyi apelyasiya şikayətlərinin təmin edilməməsi, hazırkı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı 19 iyul 2018-ci il tarixli və 2(003)-15/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2294/2022 №-li 20 aprel 2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10173/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə hazırki iddiaçının hazırki cavabdehlərə qarşı bağışlama müqavilələrinin ləğvi ilə bağlı iddialara baxılmış və iddia rədd edilmişdir. Bununla bağlı kollegiya bildiririk ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2273/2018 №-li 19 iyul 2018-ci il tarixli qətnaməsində bağışlama müqavilələrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsində qeyd olunan əsaslarla da münasibət bildirilmiş və bağışlama müqavilələrinin ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10173/2021 №-li 07 dekabr 2021ci il tarixli qətnaməsində isə qeyd edilmişdir ki, “...Məhkəmə kollegiyası iddiaçının bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin 19 iyun 2018-ci il tarixli qətnaməsi ilə gəldiyi nəticəni əsaslı və qanuni hesab edir..” Hazırda da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsində göstərilən hallarla bağlı yeni əsasların yaranması müəyyən olunmur. İddiaçı tərəf tərəflərin övladlarının yaşlarının artması, alimentin ödənilməməsi, iddiaçıya qarşı yeni iddiaların verilməsini yeni əsas kimi qeyd etsə də, kollegiyanın qənaətinə görə bu hallar yeni əsasın yaranmasını ehtiva etmir. Ən azı ona görə ki, tərəflər artıq 2016-cı il tarixdən nikahlarını pozmuşlar və qeyd olunduğu kimi 2018-ci ildə bu mübahisəyə (tələbə) məhkəmə müstəvisində baxılmış və qüvvəyə minmiş məhkəmə aktı ilə qiymət verilmişdir. Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməlidir. Mülki-prosessual qanunvericiliyi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrin ləğvi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. Mülki-Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-631/2023 saylı iş üzrə 13 aprel 2023-cü il tarixli qətnaməsi “bağışlama müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddianın təmin edilməməməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxsin özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar