Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4059/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-106/2023 saylı, 04 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdehlər Cavabdeh1, X1, Bakı şəhəri 16 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı etibarnamənin, bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab sayılaraq ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arsında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir .
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1786/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərardadından iddiaçı X2 cavabdehlər LPO "xxxx" ASC-yə və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
3. İddiaçı tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, 18 may 2023cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
6. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və vurulmuş zərərin ödənilməsi”, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3, X3, Bakı şəhəri 16 saylı Notariat Ofisi, 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin notariat kontorunun xüsusi notariusuna qarşı 3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi cəlb edilməklə “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələblərinə dair Bakı şəhəri Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilinə dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilmiş iddia Nizami Rayon Məhkəməsinin 2(007)-275/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
7. Həmin qətnamədən İddiaçı və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7650/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Nizami Rayon Məhkəməsinin 2(007)-275/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi “cavabdeh İddiaçı mənzildən çıxarılma tələbinin təmin edilməyən hissəsi”ndə, habelə “qətnamə İddiaçı mənzildən çıxarılması üçün əsasdır” hissəsində ləğv edilib, Cavabdeh3 iddianın mənzildən çıxarılma hissəsində təmin edilərək, İddiaçı sözügedən mənzildən çıxarılması və qalan mübahisələndirilən hissəsində qətnamənin dəyişdirilmədən saxılması qət edilib.
8. Həmin mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-476/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7650/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması tələblərinin təmin edilməsi hissələrində ləğv edilmiş, baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3334/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilindən çıxarılması qət edilmişdir.
10. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-137/2022 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsini qətnaməsi qüvvədə saxlanılmışdır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
12. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
13. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda.
14. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan rayon məhkəməsi hazırkı iş üzrə MPM-in 261.0.2-ci maddəsinə əsasən icraata xitam verməkdə haqlı olmuşdur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
16. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
17. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 2(007)-106/2023 saylı, 04 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov