Məhkəmə qərarları › İş №2(103)-4061/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4061/2025

13.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4061/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-726/2025 saylı, 16 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh X1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X2 (Bakı şəhəri 46 saylı Notariat Kontoru 3-cü şəxs qismində) qarşı məcburi pay hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2023-cü il tarixli müqavilə ilə bağışlanmış Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 103 saylı evin 5 saylı mənzilinin 1/4 hissəsinə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-726/2025 saylı, 16 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın təmin olunaraq xx.xx.2023-cü il tarixli müqavilə ilə X2 bağışlanmış Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 103 saylı evin 5 saylı mənzilinin 1/4 hissəsinə İddiaçı pay hüququnın tanınması; ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh X3 (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayəti verərək qətnamənin ləğv iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir. Mülki iş apellyasiya icraatında olarkən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilən cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizədə hazırki apellyasiya şikayətindən imtina etməsinin nəzərə alınaraq apellyasiya icraatına xitam verilməsini xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilən ərizədə isə hazırki apellyasiya şikayətindən imtina ərizəsinin təmin edilməsinə və icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmiş və məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh X1 apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı : Cavabdeh X3 tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-726/2025 saylı, 16 may 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar