Məhkəmə qərarları › İş №2(103)-4072/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4072/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4072/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-217/2023 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları barədə 71/01 saylı xx.xx.2019-cu il tarixli protokol”un və “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin” etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-217/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları barədə 71/01 saylı xx.xx.2019-cu il tarixli protokol” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə” etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh ləğv prosesində olan Cavabdeh2 MMC-nin nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək qətnamənin icrası ilə bağlı tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edildiyini bildirmişdir. Bu səbəbdən də təmsil etidyi qurum tərəfindən apellyasiya şikayətindən imtina edildiyini, apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin nəticələrinin onlara aydın olmasını qeyd edərək apellyasiya şikayətindən imtinanın qəbul edilməklə iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və cavabdehin şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, cavabdeh ləğv prosesində olan Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub, qərara aldı: Cavabdeh ləğv prosesində olan Cavabdeh2 MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Baxılan iş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh2 MMC apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar