Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4073/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı X1, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3, Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2, (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair ilk; Cavabdeh2 İddiaçı qarşı “borc məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-317/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ilk iddia ərizəsində göstərilən tələblərdən başqa həmçinin, Cavabdeh2 ona məxsus olan, 2010- cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin alınaraq ona qaytarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə növbəti ərizə ilə müraciət edərək 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsini, Cavabdeh2 ona məxsus olan, 2010cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin alınaraq ona qaytarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçıya məxsus olan, 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin Cavabdeh2 alınaraq iddiaçıya qaytarılması” hissəsinin ayrı məhkəmənin icraatında mübahisələndirdiyi üçün hazırda tələbinin bu hissəsindən imtina etdiyini bildirmişdir. Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 25.000 manat və 14.000 ABŞ dolları məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-317/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2, (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair ilk iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməsi, Cavabdeh2 İddiaçı qarşı “borc məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi, iş üzrə cəmi 100 manat ekspertiza xərcinin 50%-i, yəni 50 manat pul İddiaçı, qalan 50%-i, yəni 50 manat pul Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən xx.xx.2023-ci il tarixdə daxil olmuş məktubda, mülki iş üzrə qəbul edilmiş 29 mart 2023-cü il tarixli, 2(005)- 317/2023 nömrəli qətnamədə buraxılmış yanlışlığın düzəldilməsi məsələsinə baxılması məqsədi ilə hazırda Bakı Apellyasiya Məhkəməsində olan işin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında işdə iştirak edən şəxslər məsələnin həllini məhkəmənin mülahizəsinə həvalə etdiklərini bildirirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində düzəlişin edilməsi birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan iş apellyasiya baxışından çıxarılmaqla həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2, 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-317/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və qətnamədə buraxılmış yanlışlığın düzəldilməsi məsələsinə baxılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4073/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4073/2023
25.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver