Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4075/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC, üçüncü şəxslər “xxxx” QSC, Sabirabad rayon İcra Şöbəsi və Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə qarşı “qiymətləndirmənin nəticələrinin ləğv edilməsi və yeni qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi Nümayəndə iddianın təmin tədbiri kimi ərizə ilə müraciət edərək, Sabirabad şəhəri, V.Əhmədov küçəsində, İddiaçı mülkiyyətindəki 0.0463 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 172.5 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli qeyri-yaşayış binasının və Sabirabad rayonu, Suqovuşan kəndində, İddiaçı mülkiyyətindəki 0.042 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 151.3 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi barəsində "Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi" tərəfindən hərrac hərəkətlərinin keçirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini, qərardadın icrasının "Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi"nə və Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1848/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə iddianın təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı tam əsassızdır. Belə ki, o, iddia tələbində hazırda keçirilən hərracın ilkin mərhələsi olan qiymətləndirməni mübahisələndirmişdir. Belə ki, ona məxsus qeyri yaşayış sahəsi və yaşayış evi 2018-ci il tarixdə qiymətləndirilərkən həmin vaxtkı və hazırkı dəyərindən qatqat aşağı qiymətə qiymətləndirilmişdir. Əgər onun iddia tələbi təmin olunarsa, bu halda hazırda keçirilən hərracın nəticələri tam əsassız olduğundan ləğv olunacaq. Ona görə də hazırda keçirilən hərrac dayandırılmalı və məhkəmə mülki işə mahiyyəti üzrə baxaraq yaşayış və qeyriyaşayış sahələrinə obyektiv qiymətlər qoyulmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(056)-1011/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı “xxxx” QSC ilə cavabdeh İddiaçı arasında xx xxxxxx 2011-ci il tarixli 22L000000272 saylı kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 22R000004938 saylı, xx xxxxxx 2014-cü il tarixli 22R000010930 saylı kredit razılaşmalarına vaxtından əvvəl xitam verilməsi, cavabdeh İddiaçı və qeyrilərindən bərabər qaydada ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq 22R000004938 saylı kredit razılaşması üzrə 50086.02 ABŞ dolları kredit borcu, 26016.52 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla cəmi 76202.54 ABŞ dolları, 22R000010930 saylı kredit razılaşması üzrə 32323.80 ABŞ dolları kredit borcu, 15865.23 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla cəmi 48289.03 ABŞ dolları, hər iki razılaşma üzrə ümumilikdə 124491.57 ABŞ dolları məbləğində kredit borcunun tutularaq iddiaçı “xxxx” QSC-yə verilməsi, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının cavabdehlərdən alınıb iddiaçı “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tutulmanın xx xxxxxx 2011-ci il tarixli 22M000000184 saylı ipoteka müqaviləsi ilə bank qarşısında ipoteka yüklü edilmiş Sabirabad şəhəri, V.Əhmədov küçəsində, İddiaçı mülkiyyətindəki 0.0463 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 172.5 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 90000 manat müəyyən edilməklə və xx xxxxxx 2011-ci il tarixli 22M000000184 saylı ipoteka müqaviləsi ilə bank qarşısında ipoteka yüklü edilmiş Sabirabad rayonu, Suqovuşan kəndində, İddiaçı mülkiyyətindəki 0.042 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 151.3 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə ilkin satış qiyməti 23000 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, əmlaklar satıldıqdan 1 ay sonra həmin mənzildə qeydiyyatda olan İddiaçı və qeyrilərinin əmlakları çıxarılmaqla, əmlakların boşaldılması və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18.60 manat pulun cavabdehlərdən bərabər qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar, §40). Yuxarıda qeyd edilənləri əsas götürərək məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən hazırki mülki işin icraatı davam edərkən digər məhkəmənin qətnaməsi üzrə icra hərəkətlərinin dayandırılması, yəni Sabirabad şəhəri, V.Əhmədov küçəsində, İddiaçı mülkiyyətindəki 0.0463 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 172.5 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli qeyri-yaşayış binasının və Sabirabad rayonu, Suqovuşan kəndində, İddiaçı mülkiyyətindəki 0.042 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 151.3 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin barəsində "Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi" tərəfindən hərrac hərəkətlərinin keçirilməsinin qadağan edilməsi üçün hər hansı bir əsas yoxdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4075/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4075/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver