Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4076/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X12 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-yə qarşı “miras əmlakda payın müəyyən edilməsi, həmin paya münasibətdə hüquqların qeydə alınmasına dair protokoldan çıxarışın verilməsi və mənzilə köçürülmə” İddiaçı Cavabdeh1 (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər ünvan 10 və X12 qanuni nümayəndəsi İddiaçı qarşı “vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi və s” tələblər üzrə (Açar sözlər: miras əmlakda payın müəyyən edilməsi, həmin paya münasibətdə hüquqların qeydə alınmasına dair protokoldan çıxarışın verilməsi və mənzilə köçürülmə; vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi və s.) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birləşdirilmiş birinci iş üzrə iddiaçının (birləşdirilmiş digər iş üzrə cavabdehin) qanuni nümayəndəsi (anası) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Birləşdirilmiş birinci iş üzrə cavabdeh (birləşdirilmiş digər iş üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1508/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2259/2023 nömrəli 14 iyul 2023-cü il tarixli qətnaməsindən birləşdirilmiş birinci iş üzrə cavabdeh (birləşdirilmiş digər iş üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 dayısı – X17 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt Z.Hacıyevin mülkiyyətində ünvan 8, “Mercedes Benz E220” minik markalı **-XD-*** nömrəli avtomobil, “VAZ 21065” minik markalı **-EP-*** nömrəli avtomobil və "xxxx" ASCdəki depozit hesabında 3500 manat məbləğində əmanət, eyni zamanda, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 84 ünvanında yerləşən 118 nömrəli mənzil olmuşdur. Onun qanun üzrə birinci növbə vərəsələri olmamış, ikinci növbə vərəsələri: qardaşı (X12 atası) X29 xx.xx.2016-cı ildə, bacısı (iddiaçının və üçüncü şəxs Cavabdeh2 anaları) X30 isə xx.xx.2017-ci ildə ölmüşdür. Belə olan halda digər cavabdeh Bakı şəhəri 29 saylı Notariat Ofisində adları çəkilən ilk 4 miras əmlaka dair iddiaçı və üçüncü şəxsə miras əmlakın ¼ hissəsinə, cavabdehə isə 2/4, yəni ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
2. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 84 ünvanında yerləşən 118 nömrəli mənzilə dair çıxarış olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin əmlak üzərində Cavabdeh1 və Cavabdeh2 ¼ hissədə, X12 isə 2/4 hissədə payı müəyyən edilmişdir. Qətnamə ilə payları müəyyən edilmiş şəxslər ikinci növbə vərəsələr kimi tanınmışdır.
3. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Notariat Ofisi tərəfindən ona, qardaşına və X18 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsini və hər birinin miras əmlak üzərində 1/3 hissədə payının müəyyən edilməsini məhkəmədən xahiş edir. İddiaçı tərəf cavabdeh Notariat Ofisi tərəfindən bölgünün düzgün aparılmadığını, müvafiq normanın əslində başqa mənaya gəldiyini mübahisələndirərək, lazım gəldikdə normanın şərhi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinin zəruri olduğunu qeyd etmişdir. Cavabdeh tərəf isə notarius tərəfindən bölgünün düzgün aparıldığını, iddiaçının və üçüncü şəxsin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr onlara verilən zaman bunu mübahisələndirmədiklərini və bölgü ilə razı olduqlarını bildirərək, açıq-aşkar yazılmış normanın şərhi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinin əhəmiyyətsiz olduğunu qeyd etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birləşdirilmiş birinci iddia üzrə birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X12 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-yə qarşı “miras əmlakda payın müəyyən edilməsi, həmin paya münasibətdə hüquqların qeydə alınmasına dair protokoldan çıxarışın verilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 miras qalmış "xxxx" MTK tərəfindən inşa edilmiş və dəyəri X19 tərəfindən kooperativə tam ödənilmiş Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinin 2/4 (dörddə iki) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi xx.xx.2007ci il təvəllüdlü X13 payının müəyyən edilməsi və həmin paya uyğun olaraq X13 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ümumi yığıncağın protokolundan çıxarış verilməsinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə edilməsi, X12 Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1508/2023 nömrəli qərardadı ilə iddiaçı xx.xx.2007-ci il təvəllüdlü X12 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-yə qarşı “miras əmlakda payın müəyyən edilməsi, həmin paya münasibətdə hüquqların qeydə alınmasına dair protokoldan çıxarışın verilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə icraatın dayandırılmasına dair Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizə rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1508/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 miras qalmış "xxxx" MTK tərəfindən inşa edilmiş və dəyəri X19 tərəfindən kooperativə tam ödənilmiş Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinin 2/4 (dörddə iki) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi xx.xx.2007-ci il təvəllüdlü X13, 1/4 (dörddə bir) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi Cavabdeh2, 1/4 (dörddə bir) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi Cavabdeh1 payı müəyyən edilməsi, həmin paylara uyğun olaraq X13, Cavabdeh2 və Cavabdeh1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ümumi yığıncağın protokolundan çıxarış verilməsinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə edilməsi, X12 Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümumi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1157, 1159.2, 1160, 1243.2, 1243.3, 1245, 1255, 1274, 1289-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Təlimatın 94-cü bəndinə istinadla əsaslandırmışdır.
b) Birləşdirilmiş ikinci iddia üzrə birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh1 Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər ünvan 10 və X12 qanuni nümayəndəsi İddiaçı qarşı “vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən X1 miras əmlakına dair V-58/2022 saylı vərəsəlik işi üzrə verilmiş xx.xx.2022-ci il tarixli 2V-256, 2V-257, 2V-258, 2V-259 saylı və xx.xx.2022-ci il tarixli 2V- 279, 2V-280, 2V281, 2V-282 saylı qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, miras əmlak üzərində hər bir vərəsənin, yəni iddiaçı Cavabdeh1, maraqlı şəxs Cavabdeh2 və cavabdeh X12 miras əmlaka 1/3 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mirasqoyan X17 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O, iddiaçı Cavabdeh1 dayısı, X12 isə əmisi olmuşdur. Mirasqoyanın birinci növbə vərəsələrinə aid olan valideynləri – X3 xx.xx.1998-ci il tarixdə, anası X14 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişlər. X17 nikahda olmamış və uşağı da yoxdur. İkinci növbə vərəsələrdən miarsqoyanın qardaşı X29 vəfat etmişdir (vəfat tarixi sonra dəqiqləşdiriləcək, hazırda ölüm şəhadətnaməsini əldə etmək mümkün olmamışdır). Mirasqoyanın bacısı X30 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vərəsəliyə mirasqoyanın qardaşı və bacısı uşaqları çağırılmışdırlar. X1 vəfat etdiyi an “Mercedes E220” minik markalı **-XD-*** nömrəli avtomobil, “VAZ 21065” minik markalı **-EP-*** nömrəli avtomobil, ünvan 2 ünvanda yerləşən mənzil, Bakı ş, Yasamal rayonu, ünvan 3 girişi, 11-ci mərtəbədə yerləşən 118 saylı mənzili və "xxxx" ASC-nin depozit hesabında yerləşdirilmiş 3500 manat məbləğində əmanət mülkiyyətində olmuşdur. Bakı şəhəri 29 saylı Notariat Ofisi (xüsusi notarius X32) V-58/2022 saylı vərəsəlik işi üzrə Qanun üzrə vərəsəlik hüququ haqqında aşağıdakı şəhadətnamələrini vermişdir: a) ünvan 2 ünvanda yerləşən mənzilə dair: - 2V-256 saylı xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X18 2/4 hissədə - 2V-279 saylı xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh1 1/4 hissədə və Cavabdeh2 1/4 hissədə. b) Azərbaycan Beynəlxalq Bankı ASC-nin depozit hesabında yerləşdirilmiş 3500 manat məbləğində əmanətə dair: - 2V-257 saylı xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X18 2/4 hissədə - 2V-280 saylı xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh1 1/4 hissədə və Cavabdeh2 1/4 hissədə. c) “Mercedes E220” minik markalı **-XD-*** nömrəli avtomobilinə dair: - 2V-258 saylı xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X18 2/4 hissədə - 2V-281 saylı xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh1 ¼ hissədə və Cavabdeh2 1/4 hissədə. d) “VAZ 21065” minik markalı **-EP-*** nömrəli avtomobilinə dair: - 2V-259 saylı xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X18 2/4 hissədə - 2V-282 saylı xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh1 ¼ hissədə və Cavabdeh2 1/4 hissədə. Göründüyü kimi, 29 saylı Notariat Ofisinin xüsusi notariusu miras əmlakı bölərkən Mülki Məcəllənin 1159.2-ci maddəsini rəhbər tutaraq, ikinci növbə vərəsələrin (yəni bacı və qardaşların) vəfatı səbəbi ilə onların uşaqlarını vərəsəliyə çağırmışdır. Lakin miras əmlak vərəsələr arasında bərabər bölünməli idi, hər birinə 1/3 hissədə miras payı müəyyən edilməli idi. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh X12 qanuni nümayəndəsi İddiaçı vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim edərək, X18 qarşı qaldırılmış iddianın qanunsuz və əsassız hesab edilməklə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.2, 1159.1-ci maddələrinin tələblərinə istinad edərək heç bir hüquqi əsas göstərmədən X6 miras qalmış əmlaklara hər üç vərəsənin bərabər paylarla vərəsə tanınmasının mümkün olduğuna istinad etmişdir. Cavabdeh tərəf iddianı qəbul etmir və aşağıda göstərilmiş əsaslara görə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən məlum olur ki, mirasqoyan xx.xx.2022-ci il tarixdə vəfat etmiş, vəfat edən günə ondan “Mercedes E220” minik markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomaşın, “Vaz 21065” minik markalı **- EP-*** dövlət qeydiyyat nişanlı avtomaşın, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 10, 17 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 84 saylı kooperativ binanın 6-cı girişində 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı 118 saylı mənzil və "xxxx" ASC-də depozit hesabında olan 3500 manat əmanət miras qalmışdır. Mirasqoyanın sağlığında ailəsi (həyat yoldaşı və uşaqları) olmadığından, valideynləri, bacısı X33 və X29 vəfat etdiklərindən vərəsəlik işi Mülki Məcəllənin 1159.2- ci maddənin tələblərinə uyğun olaraq mirasdan bacısı X24 çatan 1/2 hissəsinə münasibətdə iki övladı - Cavabdeh1 (1/4 pay) və Cavabdeh2 (1/4 pay), mirasdan X20 çatası 1/2 hissəsinə axırıncının oğlu X31 (1/2 pay) cəlb edilmiş və Bakı şəhəri 29 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu X32 tərəfindən mirasqoyan X6 miras qalmış əmlaklara dair xx.xx.2022-ci il tarixli, 2V-256, 2V-257, 2V-258 və 2V-259 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Qeyd edilmiş paylara uyğun olaraq qanun üzrə vərəsəlik şəhadətnamlərinin verilməsinə nə Cavabdeh1, nə də ki Cavabdeh2 etiraz etməmiş və vərəsəlik şəhadətnamələri əsasında miras əmlakı qəbul etmişlər. İstinad edilmiş miras əmlaklardan yalnız dəyəri tam ödənilmiş Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 84 saylı kooperativ binanın 6-cı girişində 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140 kv.m olan 3 otaqlı 118 saylı mənzilə dair mirasqoyanın hüquqları dövlət reyestrində qeydə alınmadığından həmin mənzilin 2/4 payına yetkinlik yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü X12 hüququnun müəyyən edilməsi, qeyd edilmiş paya münasibətdə hüquqlarının qeydə alınması öhdəliyin "xxxx" MMMC-nin üzərinə qoyulması və X12 həmin mənzilə köçürülməsi tələbi ilə bağlı Cavabdeh1, Cavabdeh2 qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Belə olduğu halda iddiaçının dayısı vəfat etmiş anası X21 payına düşən 1/2 payı tam qanuni əsaslarla axırıncının övladları Cavabdeh1 və Cavabdeh2 aralarında bölünərək hər birinə 1/4 pay, mirasqoyanın vəfat etmiş qardaşı X20 çatası 1/2 hissədə payı axırıncının yeganə övladı X12 adına rəsmiləşdirilməsi üçün 1/2 hissədə pay hüququ tanınmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2259/2023 nömrəli 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin rədd edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1, 1151.1, 1159, 1160, 1243.1-1243.3, 1255 maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının: 130-cu maddəsinin Vİ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ, İİ hissələrinə, 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Vəkil1 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 24.1, 107, 119.1, 217.3, 217.4 -cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, digər prosessual hərəkətlər, məhkəmə icraatı iştirakçılarının izahatları a) Birləşdirilmiş birinci iddia üzrə apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən birləşdirilmiş birinci iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı dayandırmalı olduğu halda qətnamə qəbul etmişdir. Nəsimi rayon Məhkəməsi tərəfindən baxılan mülki iş üzrə iddia tələbimiz təmin ediləcəyi halda hazırkı qətnamə ləğv edilməlidir və payların bölgüsü məsələsinə təkrar baxılmalıdır. Hazırda Qətnamənin maddi hüquq normaları ilə bağlı hissəsinə bu səbəbdən toxuna bilmirəm. İcraatın dayandırılması barədə ərizəni təkrar olaraq Apellyasiya instansiyası icraatı zamanı vermək niyyətindəyəm. Qeyd etdiyim kimi, Nəsimi rayon Məhkəməsi tərəfindən baxılan mülki iş üzrə qəbulı ediləcək Qətnamə ilə tələblərimiz təmin edildiyi halda və həmin qətnmaə gələcəkdə qanuni qüvvəsini aldığı halda hazırkı apellyasiya şikayətinə əlavələr ediləcəkdir. Hazırkı an obyektiv səbəblərdən Qətnaməni mübahisələndirə bilmirəm.
b) Birləşdirilmiş ikinci iddia üzrə apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə şifahi vəsatət verərək, Mülki Məcəllənin 1159-2ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi zərurətini bildirdim. Məhkəmə həmin maddənin şərhə ehtiyac olmadığını, anlaşılan yazıldığını qeyd edərək vəsatətimi təmin etməmişdir. Halbuki yuxarıda göstərdiyim əsaslarla, cümlədə “çatışmayan” əvəzliklərlə maddə ikimənalı oxunulur. Maddədə deyilir ki, “ Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.” Onun da istədiyi zatən budur, ölmüş valideynə çatası miras payı bərabər bölünsün. Bu an cavab olaraq eşidir ki, “hər birinin ölmüş valideyninə”... Mən də deyirəm , axı cümlədə “hər birinin” ifadəsi yoxdur. Mübahisə də məhz bununla bağlıdır.
c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Digər prosessual hərəkətlər
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2(103)-5828/2023 nömrəli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda baxılması üçün birləşdirilmişdir.
e) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə cavabdeh (birləşdirilmiş digər iş üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
20. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə iddiaçının ((birləşdirilmiş digər iş üzrə cavadehin) qanuni nümayəndəsinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş birləşdirilmiş birinci iş üzrə cavabdeh (birləşdirilmiş digər iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs) Cavabdeh2, birləşdirilmiş digər iş üzrə cavabdeh Bakı şəhəri 29 saylı Notariat Ofisinin nümayəndəsi, birləşdirilmiş birinci iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
23. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
24. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
25. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
26. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
27. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır..
28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
29. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
30. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
31. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
32. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
35. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
36. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
37. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
38. Maddə 1289. Hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. Miras şəriki bölgü nəticəsində tələb hüququ əldə etdikdə, digər miras şərikləri borclunun ödəniş qabiliyyətinə bölgü məqamında, bu cür öhdəliyin icra müddəti çatmadıqda isə öhdəliyin icrası məqamında öz paylarına uyğun kömək göstərməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
47. Hazırki halda, apellyator apellyasiya şikayətlərində hər iki qətnamənin ləğv edilməsini və birləşdirilmiş birinci iş üzrə iddianın rədd, birləşdirilmiş ikinci iş üzrə isə iddianın təmin edilməsini xahiş etdiyindən hər iki qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1508/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli və Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2259/2023 nömrəli 14 iyul 2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası iki iddia tələbinin olmasını nəzərə alaraq və birləşdirilmiş birinci iddia tələbi üzrə nəticənin birləşdirilmiş ikinci iddia tələbi üzrə gəlinən nəticəni özündən bilavasitə asılı etməsini nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apellyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla ilk öncə birləşdirilmiş birinci iddia tələbi, daha sonra isə birləşdirilmiş ikinci iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.
50. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Birləşdirilmiş birinci iddia tələbi üzrə;
51. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, xx.xx.1963-cü il təvəllüdlü X17 xx.xx.2022-ci il tarixdə ölmüşdür (xx.xx.2022-ci il tarixli AZ-İİ № 242844 nömrəli ölüm haqqında şəhadətnamə). X17 vəsiyyətnamə qoymamışdır və ölümündən sonra sağ olan qanun üzrə birinci növbə vərəsələri olmamışdır. X3 xx.xx.1998-ci ildə, anası X14 xx.xx.2013-cü ildə vəfat etmişdir. X17 nikahda olmamış və uşağı olmamışdır. İkinci növbə vərəsələrdən X1 qardaşı X29 xx.xx.2016-cı ildə və bacısı X30 xx.xx.2017-ci ildə vəfat etmişdir. Vərəsəliyə mirasqoyanın qardaşı X15 uşağı xx.xx.2007-ci il təvəllüdlü X31, bacısı X16 uşaqları Cavabdeh1 və Cavabdeh2 çağırılmışlar.
52. X9 xx.xx.2022-ci il tarixdə öldüyü anda mülkiyyətində olan - Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 10 nömrəli evin ümumi sahəsi 41,37 kv.m olan 17 nömrəli mənzili; "xxxx" ASC-nin Nərimanov filialında mərhum X9 adına 20612L********** saylı əmanət (depozit) hesabında olan 3.500 manat və xx.xx.2021-ci il tarixə ******************** nömrəli hesabın qalığı 0,37 ABŞ dolları pul vəsaiti; “Mercedes E220” minik markalı, 1993-cü il buraxılışlı, ** XD *** dövlət qeydiyyat nişanlı və “VAZ 21065” minik markalı, 1990-cı il buraxılışlı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomaşınları, o cümlədən "xxxx" MTK-nın xx.xx.2019-cu il tarixli ümümi yığıncağının 06 saylı protokolundan çıxarışa və xx.xx.2019-cu il tarixli 182 saylı maliyyə arayışına əsasən tam dəyərini ödədiyi Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 84 saylı kooperativ binanın 6cı girişində 11-ci mərtəbəsində ümümi sahəsi 140 kv.m olan 3 otaqlı 118 saylı mənzili miras qalmışdır.
53. Miras qoyan X17 vəsiyyətnamə qoymamışdır.
54. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X12 qanuni nümayəndəsi (anası) İddiaçı mirası qəbul etmək üçün ərizə ilə Bakı şəhəri 29 saylı Dövlət Notariat Ofisin xüsusi notariusu X25 müraciət etmişdir.
55. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 29 saylı Dövlət Notariat Ofisin xüsusi notariusu X32 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-256, 2V-257, 2V-258 və 2V-259 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri ilə xx.xx.2007-ci il təvəllüdlü X31 qanun üzrə ikinci növbə vərəsə kimi - xx.xx.2022-ci il tarixdə vəfat etmiş əmisi xx.xx.1963-cü il təvəllüdlü X7 miras qalmış əmlakların, o cümlədən - Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 10 nömrəli evin ümumi sahəsi 41,37 kv.m olan 17 nömrəli mənzilinin; "xxxx" ASC-nin Nərimanov filialında mərhum X9 adına 20612L********** saylı əmanət (depozit) hesabında olan 3.500 manat əmanətin və xx.xx.2021-ci il tarixə ******************** nömrəli hesabın qalığı 0,37 ABŞ dolları və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə banka təqdim edildiyi tarixə göstərilən hesabdakı əmanətə hesablanmış əlavə faizlər miqdarında pul vəsaitlərinin; “Mercedes E220” minik markalı, 1993-cü il buraxılışlı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomaşının; “VAZ 21065” minik markalı, 1990-cı il buraxılışlı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomaşının 2/4 (dörddə iki) hissəsinə qanun üzrə vərəsə kimi pay hüququ tanınmışdır. Cavabdeh1 mirasda payı mirasın ¼ hissəsi və Cavabdeh2 mirasda payı mirasın ¼ hissəsi açıq saxlanılmışdır.
56. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni təqdim edərək, miras qalmış Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 10 nömrəli evin ümumi sahəsi 41,37 kv.m olan 17 nömrəli mənzilinin 2/4 hissəsinə dair xx.xx.2007-ci il təvəllüdlü X12 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır.
57. Lakin X1 qeyd edilən əmlaklardan başqa sağlığında mülkiyyətində daha bir mənzili olmuş, axırıncının həmin mənzilə dair hüquqları dövlət reyestrində qeydə alınmadığından, notarius tərəfindən vərəsələrə həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsi mümkün olmamışdır.
58. Belə ki, "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli 06 saylı protokolundan çıxarışdan görünür ki, X2 üzv qəbul olunmaqla MTK-nın Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 ünvanda yerləşən kooperatriv binasının 6-cı girişinin 11-ci mərtəbəsindəki ümumi sahəsi 140,2 kv.m, yaşayış sahəsi 78,26 kv.m olan 3 otaqlı 118 saylı mənzilinin payçısı təsdiq edilmişdir. Ailə tərkibi 1 nəfər. “
59. Zərdabi” MTK-nın İdarə Heyətinin sədri Yusifov Eyvaz tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti-84 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Həmin binanın 6-cı girişinin 11-ci mərtəbəsindəki ümumi sahəsi 140,2 kv.m, yaşayış sahəsi 78,26 kv.m olan 3 otaqlı 118 saylı mənzili X10 verilmişdir, mənzilin dəyəri onun tərəfindən kooperativə tam ödənilmişdir və kooperativə heç bir borcu yoxdur.
60. Hazırda “Zərdabi’’ MTK ləğv edilmiş və binanın idarəçiliyi "Yasamal 6” MMMC-yə verilmişdir. "xxxx" MMMC-nin Bakı şəhəri 29 saylı Notariat ofisinin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzili Kooperativ üzvlərinin ümümi yığıncağının xx.xx.2019-cu il tarixli 06 saylı protokoluna əsasən X10 məxsusdur. Hal-hazırda həmin mənzilin yerləşdiyi binanın idarəçiliyini həyata keçirən "xxxx" MMC-yə heç bir borcu yoxdur.
61. Bakı şəhəri 29 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X7 miras qalmış əmlaka dair Azərbaycan Respublikasının vətəndaşları olan - X31, Cavabdeh1, Cavabdeh2, ünvan 10 müraciət edərək, xx.xx.2022-ci tərəflərindən vərəsəlik işi açılmışdır (V-58/2022) və vərəsə kimi tanınmışlar: 1. 21 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisində 2V-256; 2V-257; 2V-258 və 2V-259 reyestr nömrəsi ilə vərəsə - X18 Bakı şəhəri Nəsimi rayonu Hüseybala Əliyev küçəsi ev 10 mənzilə 17-yə dair 2/4 hissədə paya qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. 2. 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisində 2V-279; 2V-280; 2V-281 və 2V-282 reyestr nömrəsi ilə vərəsələr - Cavabdeh1 və Cavabdeh2 hər birinə 1/4 hissədə paya qanun üzrə əsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Vəfat etmiş X9 istifadəsində olmuş Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 6 ünvanda inşa edilmiş yaşayış binasında yerləşən 118 saylı mənzilin hüquq müəyyənedici sənəd (çıxarış) olmadığı üçün vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
62. Hazırda iddiaçı miras qoyan əmisi X5 miras qalmış - "xxxx" MTK tərəfindən inşa edilmiş və dəyəri X19 tərəfindən kooperativə tam ödənilmiş Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilindəki payının müəyyən edilməsini və həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır.
63. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
64. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Təlimatın 94-cü bəndinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və sair daxil edilir.
65. Göründüyü kimi, miras əmlakın tərkibi qanunvericiliklə konkret şəkildə tənzimlənməmiş, əsas meyar miras qoyanın öldüyü məqamadək həmin əmlaka malik olması götürülmüşdür.
66. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, mənzilin dəyəri kooperativə tamamilə ödənildiyinə görə miras kütləsinə daxil olan əmlak hesab edilir. Miras qoyanın vərəsələri olacaq qardaşı Bəhruz Hacıyev və bacısı Sevda Hacıyeva miras açıldığı xx.xx.2022-ci ildə sağ olmadığına görə, Bəhruz Hacıyevin və Sevda Hacıyevanın uşaqları onlara çatası miras payını bərabər olaraq alırlar. Yəni, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü X31 ölmüş valideyni X20 çatası 2/4 payı tamamilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə ölmüş anaları X22 çatası 2/4 payı bərabər olmaqla, hər birinə ¼ hissə (1/2x2=1/4) olmaqla qəbul etmişlər.
67. Bundan əlavə, miras qoyanın digər əmlaklarının vərəsələri arasında bölünməsi də onu göstərir ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş vərəsəlik hüquqlarının məhdudlaşdırılması əsasları hazırki işdə mövcud deyildir. X10 məxsus Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 84 saylı kooperativ binanın 6-cı girişində 11-ci mərtəbəsində ümümi sahəsi 140 kv.m olan 3 otaqlı 118 saylı mənzili də miras qoyanın digər əmlakları kimi qanun üzrə ikinci növbə vərəsələrinin miras paylarına uyğun olaraq bölüşdürülməlidir.
68. Məhkəmə kollegiyası sübutlara məcmu halda qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 miras qalmış "xxxx" MTK tərəfindən inşa edilmiş və dəyəri X19 tərəfindən kooperativə tam ödənilmiş Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinin 2/4 (dörddə iki) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi xx.xx.2007-ci il təvəllüdlü X13, 1/4 (dörddə bir) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi Cavabdeh2, 1/4 (dörddə bir) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi Cavabdeh1 payı müəyyən edilməsi, həmin paylara uyğun olaraq X13, Cavabdeh2 və Cavabdeh1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ümumi yığıncağın protokolundan çıxarış verilməsinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə edilməsi, X31 Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
Birləşdirilmiş ikinci iddia tələbi üzrə;
69. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst- üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
70. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən ic’ränh yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
71. Mülki işin materiallarında olan Nəsimi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş ölüm haqqında V-ЖГ seriyalı 339530 saylı şəhadətnamədən görünür ki, X23 xx.xx.1998-ci il tarixdə ölmüşdür.
72. X29 tərəfindən imzalanmış xx.xx.2002-ci il tarixli sadə əlyazısından görünür ki, o, qeydiyyatda olduğu Azadlıq pr. 90, 31 nömrəli evdən qeydiyyatdan çıxıb və anasının adına olan həmin mənzilə heç bir səlahiyyəti yoxdur. Ona görə ki qardaşı Hacıyev Zülfüqar ona 12500 dollarlıq ev alıb verib. Yazdıqlarını öz xətti ilə yazmışdır və gələcəkdə həmin mənzilə heç bir hüququ yoxdur.
73. X29 tərəfindən Nəsimi RPİ-nin Qeydiyyat və X28 ünvanlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2002-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Azadlıq pr. 90, mənzil 31-in qeydiyyatından çıxarılmasını xahiş etmişdir.
74. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş ölüm haqqında AZ-İ seriyalı 605609 saylı şəhadətnamədən görünür ki, X14 xx.xx.2013-cü il tarixdə ölmüşdür.
75. Nəsimi rayon VVADQ tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında АZ-İİ seriyalı 003372 saylı şəhadətnamədən görünür ki, X31 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X29, anası qrafasında İddiaçı qeyd edilmişdir.
76. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007ci il tarixdə verilmiş ölüm haqqında AZ-İ seriyalı 908478 saylı şəhadətnamədən görünür ki, X30 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
77. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında AZ-İİ seriyalı 268430 saylı şəhadətnamədən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
78. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X32 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2V279 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri Cavabdeh1 və Cavabdeh2 hər biri **********40-05101-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 41.37 kv.m olan mənzildən 1/4 hissədə paya irs almalıdırlar (digər vərəsə - X18 xx.xx.2022-ci ildə 2V-256 reyestr nömrəsi ilə mirasda payı mirasın 2/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir).
79. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X32 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2V280 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri Cavabdeh1 və Cavabdeh2 hər biri "xxxx" ASC-nin 02 avqust 2022-ci il tarixli 31- 12562/2022 nömrəli məktubuna əsasən "xxxx" ASC-nin Nərimanov filialında mərhum X9 adına 20612L********** saylı əmanət (depozit) hesabında olan əsas vəsaitlərin məbləği 3500 AZN (üç min beş yüz manat 00 qəpik) və 24 mart 2021-ci il tarixinə ******************** saylı hesabın qalığı 0.37 USD (otuz yeddi sent) və bu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə banka edildiyi tarixə göstərilən hesabdakı əmanətə hesablanmış əlavə faizlər miqdarında pul vəsaitindən 1/4 hissədə paya irs almalıdırlar (digər vərəsə - X18 xx.xx.2022-ci ildə 2V-257 reyestr nömrəsi ilə mirasda payı mirasın 2/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir).
80. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X32 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2V281 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri Cavabdeh1 və Cavabdeh2 hər biri Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AA729319 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1240221J011612, mühərrikin nömrəsi **********2378 və buraxılış ili 1993-cü il olan X10 məxsus olmuş “Mercedes E220 minik” markalı 10- XD-503 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən 1/4 hissədə paya irs almalıdırlar (digər vərəsə - X18 xx.xx.2022-ci ildə 2V-258 reyestr nömrəsi ilə mirasda payı mirasın 2/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir).
81. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X32 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2V282 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri Cavabdeh1 və Cavabdeh2 hər biri Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli AA062293 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 2501601, mühərrikin nömrəsi ******* və buraxılış ili 1990-cı il olan X10 məxsus olmuş “Vaz 21065 minik” markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən 1/4 hissədə paya irs almalıdırlar (digər vərəsə - X18 xx.xx.2022-ci ildə 2V-259 reyestr nömrəsi ilə mirasda payı mirasın 2/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir).
82. X8 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş ölüm haqqında akt qeydindən görünür ki, X29 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, sonuncu yaşayış yeri Bakı şəhəri, İ.Həmidov küçəsi, ev 18 olmuş, xx.xx.2016cı ildə ölmüşdür.
83. ünvan 9 ünvanlanmış xx.xx.2023- cü il tarixli cavab məktubuna xx.xx.2022-ci ildə vəfat etmiş X6 miras qalmış əmlaklara dair notariat işinin təsdiqlənmiş surəti əlavə edilmişdir. Notariat işinin materiallarında olan:
84. Doğum haqqında 909041 saylı şəhadətnamədən görünür ki, X30 xx.xx.1959cu il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X23, anası qrafasında X26 qeyd edilmişdir.
85. Bakı şəhəri Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş doğum haqqında АЗ seriyalı ******* saylı şəhadətnamədən görünür ki, X29 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X23, anası qrafasında X26 qeyd edilmişdir.
86. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş doğum haqqında АZ-İİ seriyalı 248728 saylı şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X43, anası qrafasında X30 qeyd edilmişdir.
87. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında АZ-T seriyalı 199783 saylı şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X43, anası qrafasında X30 qeyd edilmişdir.
88. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: RX, № 1192735) görünür ki, ünvan 8 (reyestr nömrəsi: **********40-05101-093018) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 897 nömrəli reyestr kitabının 83414 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır.
89. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təkrar verilmiş ölüm haqqında AZ-İİ seriyalı 242844 saylı şəhadətnamədən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
90. X31 adından Vəkil1 tərəfindən ünvan 10 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 10 mart 2022-ci ildə ünvan 8 ünvanında qeydiyyatda olan əmisi X17 ölmüşdür. O, daşınar və daşınmaz əmlakdan ibarət mirası qəbul edir. Ondan başqa Cavabdeh1 və Cavabdeh2 adlı vərəsələr vardır. Mirasın tərkibinə daxil olan miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
91. "xxxx" ASC tərəfindən 29 saylı notariat ofisinin xüsusi notariusu X25 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X9 adına "xxxx" ASCnin Nərimanov filialında ******************** saylı bank hesabı var, hesabın qalığı 0 manat, 20612L********** saylı əmanət (depozit) hesabında olan əsas vəsaitlərin məbləği 3500 AZN (üç min beş yüz manat), Əcəmi filialında ******************** saylı hesabın qalığı 0 USD təşkil edir. Həmçinin, ******************** saylı pensiya hesabı var, hesabdan vərəsəyə çatası pensiya məbləğləri barədə DSMF-yə müraciət edilməsi xahiş olunmuşdur. Əmanətə (depozitə) hesablanacaq faizlərdən asılı olaraq, cari bank hesabında olan vəsaitlərin məbləği dəyişə bilər. Həmçinin, Nərimanov filialında ******************** saylı hesabı istifadə olunmadığı üçün xx.xx.2021-ci il tarixində bank tərəfindən bir tərəfli qaydada bağlanmışdır. xx.xx.2021-ci il tarixinə ******************** saylı hesabın qalığı 0.37 USD (otuz yeddi sent) təşkil edir. Hesab bağlansa da, vəsait hesabın səlahiyyətli nümayəndəsi tərəfindən məxaric oluna bilər.
92. “X39” ASC tərəfindən ünvan 10 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X9 (FİN: 0WVGZRN) “X39” Açıq Səhmdar Cəmiyyətində depozit qutuları yoxdur. Lakin aşağıda qeyd olunan aktiv bank hesabları vardır: - hesab nömrəsi: AZ10UBAZ**********1020USD001, hesabın növü: cari, hesabda qalıq (xx.xx.2022-ci il tarixinə) 0 ABŞ dolları; - hesab nömrəsi: AZ69UBAZ**********1120USD001, hesabın növü: əmanət, hesabda qalıq (xx.xx.2022-ci il tarixinə) 0 ABŞ dolları; - hesab nömrəsi: AZ76UBAZ**********1122USD001, hesabın növü: əmanət, hesabda qalıq (xx.xx.2022-ci il tarixinə) 0 ABŞ dolları.
93. "xxxx" ASC tərəfindən 29 saylı notariat ofisinin xüsusi notariusu X25 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, mərhum X9 adına "xxxx" ASC-də AZ95BRES******************** və AZ47BRES******************** saylı cari hesab mövcuddur. Həmin hesablarda isə vəsait yoxdur. Müştərinin adına bank seyfi aşkar olunmamışdır.
94. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ünvan 10 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1963-cü il təvəllüdlü X9 adında xx.xx.1998-ci il tarixdən “Vaz-21065” markalı **-EP-*** dövlət nömrə nişanlı və xx.xx.2005-ci il tarixdən “Mercedes Benz E220” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır.
95. Cavabdeh1 tərəfindən ünvan 10 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 10 mart 2022-ci il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olan dayısı X17 ölmüşdür. O, daşınar və daşınmaz əmlakdan ibarət mirası qəbul edir. Ondan başqa Cavabdeh2 adlı vərəsə vardır. Mirasın tərkibinə daxil olan miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
96. Cavabdeh2 tərəfindən ünvan 10 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 10 mart 2022-ci il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olan dayısı X17 ölmüşdür. O, daşınar və daşınmaz əmlakdan ibarət mirası qəbul edir. Ondan başqa Cavabdeh1 adlı vərəsə vardır. Mirasın tərkibinə daxil olan miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
97. "xxxx" MMMC tərəfindən ünvan 10 təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 84 ünvanında yerləşən 118 nömrəli mənzil "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının 7 aprel 2019-cu il tarixli 06 saylı protokoluna əsasən X10 məxsusdur. X10 məxsus 118 saylı mənzilin, hal-hazırda həmin binanın idarəçiliyini həyata keçirən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə heç bir borcu yoxdur.
98. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının 07 aprel 2019-cu il tarixli 06 saylı protokolundan çıxarışdan görünür ki, X2 üzv qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 84 ünvanında yerləşən kooperativ binasının 6-cı girişinin 11-ci mərtəbəsindəki ümumi sahəsi 140,2 kvadratmetr, yaşayış sahəsi 78,26 kvadratmetr olan 3 otaqlı 118 saylı mənzilin payçısı təsdiq edilmiş, ailə tərkibi 1 nəfər.
99. "xxxx" Mənzil Tikinti Kooperativinin 7 aprel 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 84 ünvanında yerləşən yaşayış binası həmin MTK-yə məxsusdur. Həmin binanın 6-cı girişinin 11-ci mərtəbəsindəki ümumi sahəsi 140,2 kvadratmetr, yaşayış sahəsi 78,26 kvadratmetr olan 3 otaqlı 118 saylı mənzil X10 verilmişdir, mənzilin dəyəri onun tərəfindən kooperativə tam ödənilmişdir və kooperativə heç bir borcu yoxdur.
100. "xxxx" ASC tərəfindən Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X25 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, bankdaxili axtarış sistemində araşdırma aparılmış, təqdim edilən məlumatlar üzrə cari tarixə X9 adına bank hesabı aşkar edilməmişdir.
101. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 13 ünvanda inşa edilmiş yaşayış binasının Nazirlər Kabinetinin 74 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Çoxmərtəbəli yaşayış binasının istismarına icazə” sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, 118 saylı mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
102. İddiaçı əvəzinə Vəkil1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 10 mart 2022-ci il tarixdə vəfat etmiş - X9 X11, Cavabdeh1 və Cavabdeh2 başqa digər vərəsələri yoxdur. Göstərilən məlumatın həqiqətə uyğun olmaması ilə əlaqədar ünvan 10 qarşı irəli sürülə biləcək istənilən maddi tələbə görə tam məsuliyyəti öz üzərinə götürmüş və təminat vermişdir ki, belə bir tələb irəli sürüldüyü təqdirdə onu təmin edəcəkdir.
103. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X32 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2V256 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi X31 **********40-05101-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 41.37 kv.m olan mənzildən 2/4 hissədə pay almalıdır (digər vərəsələr: Cavabdeh1 mirasda payı mirasın 1/4 hissəsi və Cavabdeh2 mirasda payı mirasın 1/4 hissəsi açıq saxlanılır).
104. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X32 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2V257 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi X31 "xxxx" ASC-nin 02 avqust 2022-ci il tarixli 31-12562/2022 nömrəli məktubuna əsasən "xxxx" ASC-nin Nərimanov filialında mərhum X9 adına 20612L********** saylı əmanət (depozit) hesabında olan əsas vəsaitlərin məbləği 3500 AZN (üç min beş yüz manat 00 qəpik) və 24 mart 2021-ci il tarixinə ******************** saylı hesabın qalığı 0.37 USD (otuz yeddi sent) və bu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə banka təqdim edildiyi tarixə göstərilən hesabdakı əmanətə hesablanmış əlavə faizlər miqdarında pul vəsaitindən 2/4 hissədə pay almalıdır (digər vərəsələr: Cavabdeh1 mirasda payı mirasın 1/4 hissəsi və Cavabdeh2 mirasda payı mirasın 1/4 hissəsi açıq saxlanılır).
105. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X32 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2V258 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi X31 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AA729319 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1240221J011612, mühərrikin nömrəsi **********2378 və buraxılış ili 1993-cü il olan X10 məxsus olmuş “Mercedes E220 minik” markalı **-XD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən 2/4 hissədə pay almalıdır (digər vərəsələr: Cavabdeh1 mirasda payı mirasın 1/4 hissəsi və Cavabdeh2 mirasda payı mirasın 1/4 hissəsi açıq saxlanılır).
106. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X32 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2V259 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi X31 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli AA062293 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 2501601, mühərrikin nömrəsi ******* və buraxılış ili 1990-cı il olan X10 məxsus olmuş “Vaz 21065 minik” markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən 2/4 hissədə pay almalıdır (digər vərəsələr: Cavabdeh1 mirasda payı mirasın 1/4 hissəsi və Cavabdeh2 mirasda payı mirasın 1/4 hissəsi açıq saxlanılır).
107. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
108. Belə ki, “vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi” hissəsinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq bu mövqedə olmuşdur ki, mübahisələndirilən vərəsəlik şəhadətnamələri qanunvericiliyin göstərişlərinə uyğun verildiyindən, tələbin bu hissəsinin təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur.
109. İddia tələbinin “vərəsələrin miras əmlakda 1/3 hissədə payının müəyyən edilməsi” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, bu tələb “vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi” tələbinin məntiqi nəticəsi, həmin tələbdən doğan yanakı tələb olduğundan və həmin tələb təmin edilmədiyindən, tələbin bu hissəsi də təmin edilməməlidir.
110. Kollegiya hesab edir ki, vərəsələr mülki qanunvericiliyin göstərişlərinə müvafiq olaraq ikinci növbə vərəsə kimi qiymətləndirilmiş və qanunla onların valideynlərinə çatası miras əmlaka pay hüququ əldə etmişlər.
111. Beləliklə, məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1508/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2259/2023 nömrəli 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiasını rədd edilərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
112. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
113. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
114. Kollegiya hesab edir ki, apellyator tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
115. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Birləşdirilmiş birinci iş üzrə cavabdeh (birləşdirilmiş digər iş üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1508/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2259/2023 nömrəli 14 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu birləşdirilmiş birinci iş üzrə cavabdeh (birləşdirilmiş digər iş üzrə iddiaçı) Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.