Məhkəmə qərarları › İş №2(103)-4078/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4078/2020

10.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4078/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3562/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən əsassız hesablanmış 3164.09 manat məbləğində borcun və sayğacın dəyərinə görə 235.88 manat məbləğində borcun silinməsini, borca görə tutulmuş 65 manat pulun geri qaytarılması tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində iddiaçının yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının yoxlanması zamanı Cavabdeh əməkdaşları tərəfindən ******* saylı akt tərtib olunaraq istifadəsində olan “İTRON G-4” markalı 1302AZ**********46 saylı qaz sayğacı çıxarılaraq yerinə yeni “İTRON” G-4 markalı 1802AZ**********44 nömrəli qaz sayğacı quraşdırılmışdır. Daha sonra iddiaçıya məlum olmuşdur ki, guya, kənar xətdən istifadə etdiyinə görə ona Cavabdeh tərəfindən borc hesablanmışdır. Halbuki, onun evində ümumiyyətlə kənar xəttdən heç bir vaxt istifadə edilməmişdir. Cavabdeh İstehsalat Birliiyi tərəfindən göstərilən ünvan ümumiyyətlə onun mənzili deyildir. İddiaçı ərizəsində bildirmişdir ki, tərəfindən heç vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəfindən vaxtlı-vaxtında sərf etmiş qazın dəyəri ödənilmişdir. Smart qaz kartına yüklənmiş pulun cavabdeh tərəfindən qanunsuz olaraq tutulması onun maddi durumuna mənfi təsir göstərir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3562/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 üzrə İddiaçı (abonent kodu: **********10030) qaz sərfiyyatına görə hesablanmış 284,50 manat məbləğində borcun silinməsi, ünvan 1 üzrə İddiaçı (abonent kodu: **********10030) qaz sayğacının dəyərinə görə hesablanmış 235,88 manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, 100 (yüz) manat məbləğində ekspertiza xərcinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamdən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti maddi hüquq normalarına uyğun əsaslandırılmış və həmçinin qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia tələbinin təmin olunmayan hissəsi təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı qeyd olunan hissədə mübahisələndirmiş, cavabdeh isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyb, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3562/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, həmin tarixdə İddiaçı yaşadığı ünvanda “İTRON G-4” markalı 1302AZ**********46 saylı qaz sayğacı çıxarılaraq yerinə yeni “İTRON” G-4 markalı 1802AZ**********44 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, həmin aktda abonentin qeyri-qanuni istifadəsi və dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli ******* nömrəli aktına əsasən İddiaçı yaşadığı ünvan üzrə itirilmiş qazın həcmi 1422 m3 hesablanmışdır. İş materiallarında olan abonent saldosunun surətindən görünür ki, abonentə 2018-ci ilin fevral ayında (1422 m3 x0,2 = 284.40) 284.40 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli 8178 nömrəli ekspert rəyinə əsasən, məhkəmə nümayəndəsinin, tərəflərin və ekspertin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilən zaman ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə sayğacdan kənar hər hansı kənar qoşulma halı aşkar edilməmiş, paylayıcı qaz xəttinin üzərində 01 ədəd borucuq aşkar edilsədə, baxışda iştirak edən "Cavabdeh İB”-nin nümayəndələri həmin borucuğun sonradan ləğv edilmiş əvvəlki qaz xəttinin qoşulma yeri olduğunu bildirmişlər. Həmçinin baxış zamanı mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* №-li akta əlavə edilmiş fotoşəkildə göstərilən fərdi yaşayış evinin, baxış zamanı təqdim edilən yaşayış evi olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Apellyasiya şikayətinin dəlilləri barədə kollegiya qeyd edir ki, iddiaçı tələbində Cavabdeh İB tərəfindən ona əsassız olaraq 3164.09 manat borc hesablandığını və həmin borcun silinməsini xahiş edir. Lakin iş materialları ilə müəyyən edilir ki, Cavabdeh İB-nin əsassız olaraq hesablanmış borcu 3164.09 manat deyil, cəmi 284.40 manat təşkil etmişdir. Belə ki, iş materiallarında olan abonent saldosunun surətindən görünür ki, abonentə 2018-ci ilin fevral ayında (1422 m3 x0,2 = 284.40) 284.40 manat məbləğində borc hesablanmışdır. Göründüyü kimi, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə borcunun olması sübut olunmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, özlüyündə mövcudluğu sübut olmayan borcun silinməsindən söhbət gedə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla, apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd edilənlərlə təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3562/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3562/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar