Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4079/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı vəkili Vəkil1, vəkili-nümayəndəsi X7, Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4503/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 18 may 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər, İddiaçı işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə 18 may 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin pozulması və işçi kimi hüquqlarının pozulması nəticəsində iddiaçıya vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 07.01.2013-cü il tarixli əmək müqaviləsi üzrə iddiaçı həmin müqaviləyə xitam verildiyi tarixədək filialın direktoru vəzifəsini icra etmiş və hüquqi şəxsin hüquq və mənafelərinin fiziki və hüquqi şəxslər qarşısında layiqincə təmsil edilməsi üçün hərtərəfli çalışmışdır. Bu müddət ərzində əmək fəaliyyəti nəticəsində filial mövcud olduğu biznes sektorunda ən aparıcı təşkilatlardan biri olmuş, hətta, bir neçə böyük dövlət layihələrinin icraçısı olmuşdur. Buna baxmayaraq, anidən, əvvəlcədən heç bir xəbərdarlıq olmadan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə l8 may 2020-ci il tarixində xitam verilərək artıq filialın direktoru vəzifəsini icra etməyəcəyi bildirilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilmənin ümumi əsasları göstərilmişdir. Bu əsaslardan biri də tərəflərin birinin təşəbbüsü anlayışıdır. Məlumdur ki, hazırda əmək müqaviləsinin iki tərəfi var: işçi və işəgötürən. İşçi tərəfindən əmək müqaviləsini xitam etmə qaydası və forması Əmək Məcəlləsinin 69-cu maddəsi ilə tənzimlənir ki, İddiaçı işçi kimi işdən çıxarılması ilə bağlı heç bir ərizə təqdim etməmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinin xitam olunması isə Əmək Məcəlləsinin 70-ci maddəsindəki əsaslarla mümkündür ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, İddiaçı əmək müqaviləsinə sözügedən maddədə sadalanmış əsaslardan biri ilə də xitam verilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilib tutduğu vəzifədən azad edilərkən yuxarıdakı əsaslardan heç biri olmamışdır. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri barəsində iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edilmişdir. X9 tərəfindən cavabdehin etdiyi qanunsuz əməllər araşdırılmış və nəticədə, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Philip Naylorun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələri ilə 06 avqust 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq 18 may 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər, İddiaçı işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə 18 may 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində iddiaçıya vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən 18 may 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər iddiaçının işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə 18 may 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutulması; cavabdeh tərəfindən əmək qanunvericiliyinin və işçi kimi iddiaçının hüquqlarının pozulması nəticəsində ona dəymiş 50.000 (əlli min) manat məbləğində ziyanın ona ödənilməsi; AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4503/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və ona əlavələr onunla əsaslandırılmışdır ki, AR Əmək Məcəlləsinin 83cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablanaraq ona verilməmişdir və bu cavabdehə xidmət göstərən bankın verdiyi çıxarışla da təsdiq edilir. Belə ki, o 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci il tarixinədək heç vaxt əmək məzuniyyəti hüququndan istifadə etməmiş və işəgötürən onunla son haqq-hesab apararkən bu halı nəzərə almayaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablamamış və ödəməmişdir. Bundan başqa, məhkəmə qətnaməsində göstərmiş olduğu “etibarnamə ilə icra etdiyi filialın direktoru vəzifəsinə bərpa olunmağını xahiş edir”-qeydinin özü əsassızdır. Belə ki, o direktor vəzifəsini etibarnamə üzrə yox, əmək müqaviləsinə edilən əlavədən irəli gələn şərtlər əsasında icra edirdi. Belə olan halda etibarnamənin ləğv edilməsinin onun əmək hüququ ilə nə əlaqəsi var? Lakin hörmətli məhkəmə unutmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddia tələbindən və iddia tələbinin həcminin artırılması barədə ərizədən açıq-aşkar görünür ki, iddiaçı 18 may 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsini, həmçinin də ləğv edilməsi ilə bərabər, işə bərpa olunmağı tələb etmişdir. İşə bərpasını tələb etdiyi vəzifə isə əmək müqaviləsində göstərilən biznes inkişafı üzrə menecer vəzifəsidir. Həmçinin, iddiaçı qeyd edir ki, məhkəmə iddiaçının barəsində olan əmrin guya bir nüsxəsinin 18.05.2020-ci il tarixdə İddiaçı təqdim edilməsinə, lakin əmrlə tanış oİmayaraq, bu barədə sənədi imzalamaqdan və bir nüsxəsini götürməkdən imtina etməyinə istinad etsə də, buna dair iş materiallarında olan həmin tarixli akti imzalayanların buna səlahiyyətli olubolmamasına diqqət yetirməyərək hüquqi qiymət verməmişdir. Aktı “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru kimi imzalayan X12 əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, bu bildiriş 19.05.2020-ci ildə sistemə daxil edilmişdir. X14 ilə əmək müqaviləsinin 18.05.2020-ci il tarixdə bağlanması nəzərə alınsa onun rəsmi olaraq əmək müqaviləsi üzrə direktor kimi səlahiyyətlərinin 19.05.2020-ci il, yəni, əmək müqaviləsinin sistemə daxil edildiyi gündən başlanır. Belə olan halda X12 nəinki 18.05.2020-ci il tarixli aktın, heç iddiaçı barəsində verdiyi 18.05.2020-ci il tarixli, 002/20 saylı əmri də həmin tarixdə imzalamağa səlahiyyəti olmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 və vəkili-nümayəndəsi X10 apellyasiya şikayətini və ona edilmiş əlavələri müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 07.01.2012-ci il tarixli RM 02/13 saylı əmək müqaviləsi ilə İddiaçı “xxxx” Şirkəti tərəfindən biznes inkişafı üzrə menecer vəzifəsinə qəbul edilmişdir. 29.08.2014-cü il tarixdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”lə İddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı 07.01.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsi marketinq üzrə mütəxəssisdir. 08.06.2016-cı il və 16.08.2018-ci il tarixlərdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”lərindən görünür ki, İddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı 07.01.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsi biznes inkişafı üzrə menecerdir. 06.07.2017-ci il tarixdə verilmiş, 31.12.2030-cu il tarixə qədər qüvvədə olması qeyd edilmiş Etibarnamədən görünür ki, həmin etibarnamə ilə “xxxx” Şirkəti İddiaçı şirkətin Azərbaycan Respublikasındakı Filialının direktoru təyin etmişdir. Etibarnamənin məzmununa əsasən iddiaçıya Şirkətin adından qanunvericiliyə əsasən filialı idarə etmək, Azərbaycan Respublikasındakı filialın cari fəaliyyəti ilə bağlı bütün zəruri əməliyyatları yerinə yetirmək, zərurət olduqda, alıcılarla, təchizatlarla, işçilərlə və digər orqanlarla müqavilələr imzalamaq və onları icra etmək, filialın işçilərini cəlb etmək və onları işdən azad etmək, üçüncü şəxslərə etibarnamə vermək, banklarda bank hesabları açmaq kimi hərəkətləri icra etmək səlahiyyətləri verilmişdir. 04.01.2019-cu il tarixdə sistemə daxil edilmiş "Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı 07.01.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsi marketinq üzrə direktordur. 18.05.2020-ci il tarixdə sistemə daxil edilmiş "Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, "xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında bağlanmış 07.01.2013cü il tarixli əmək müqaviləsinə 18.05.2020-ci il tarixli, 002/20 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 18.05.2020-ci il tarixli, 002/20 saylı əmrindən və aktından görünür ki, İddiaçı ilə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 07.01.2013-cü il tarixli əmək müqaviləsinə 18.05.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilməsi, işçinin əmrlə tanış edilməsi və əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin bir nüsxəsinin son iş günü işçiyə təqdim edilməsi əmr edilmişdir. Əmrin bir nüsxəsi 18.05.2020-ci il tarixdə İddiaçı təqdim edilmiş, o, əmrlə tanış olmuş, lakin əmrlə tanış olması barədə sənədi imzalamaqdan və bir nüsxəsini götürməkdən imtina etmişdir. 27.07.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı və P.A.Kərimovun əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab düzgün hesablanıb ödənilmədiyindən və xitam verilərkən qanunvericiliyin tələbləri pozulduğundan X15 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 06.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X15 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 06.08.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı və digərlərinin “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialında əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı müraciətlərə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar ”xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən X5, X1, X3, X4 cəmiyyət ilə aralarında bağlanmış əmək müqavilələrinə 18.05.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə (İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər) əsasən xitam verildiyi, İddiaçı isə 18.05.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verildiyi bildirilmiş, son haqq-hesablarının 83-cü maddəsinin 2-ci hissəsinin (əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalamalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu işgünü işçiyə verilməlidir) tələblərinə müvafiq olaraq sonuncu iş günü işəgötürən tərəfindən İddiaçı və X8 tam ödənilmədiyi, və əmək müqavilələrinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla bağlı "xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X14 barəsində Azərbäycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və filialın rəhbərliyinə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması ilə bağlı məktub göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X15 verilmiş şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 06.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 26.10.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi tərəfindən verilmiş şikayət təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. “xxxx”in İdarə Heyətinin qərarından görünür ki, Qeydiyyat ünvanı və əsas ofisi 362a Spring Road, Southampton, SO 19 2PB, UK-da yerləşən, İngiltərə qanunlarına uyğun olaraq təşkil edilmiş və mövcud olan “xxxx” şirkətinin aşağıda imzası olan İdarə Heyətinin bütün üzvləri burada yekdilliklə qərara almışdır:” 1. 18 May 2020-ci İl tarixindən etibarən İddiaçı (Azərbaycan Respublikasının vətəndaşı, 29 iyun 2018-cİ il tarixində ASAN2 tərəfindən verilmiş AZE 19176226 şəxsiyyət vəsiqəsinin sahibi) Azərbaycan Respublikasındakı xxxx filialının rəhbəri vəzifəsindən azad edilsin və xxxx şirkəti tərəfindən cənab İddiaçı verilmiş bütün etibarnamələr ləğv edilsin və həmin tarixdən etibarsız hesab edilsin. 2. 18 May 2020-ci il tarixindən etibarən, cənab X16 (Britaniya vətəndaşı, GBR No. ********* seriyalı pasport sahibi, 04 Oktyabr 2012-ci il tarixində verilmiş və müddəti 04 iyul 2023-də bitəcəkdir) xxxx şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsinə təyin edilsin və xxxx tərəfindən müvafiq etibarnamə verilsin. 3. Yuxanda göstərilən dəyişikliklər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X6 Reyestri tərəfindən qeydə alınsın. 4. CASPİAN BUSİNESS CONSULTANTS MMC-yə yuxarıdakı dəyişikliklərin Azərbaycan Respublikasının bütün tələb olunan dövlət orqanlarında qeydiyyatı üçün lazım olan bütün tədbirləri görməyi (ayrıca bir etibarnamə verilərək) səlahiyyət verilsin. Bu qərar qəbul olundu, imzalandı və 06 aprel 2020-ci il tarixindən qüvvəyə mindi.” Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı onun adına verilmiş etibarnamənin ləğv edilməsi yolu ilə Azərbaycan Respublikasındakı "xxxx” filialının rəhbəri vəzifəsindən azad edilmişdir. Başqa sözlə, Şirkət tərəfindən iddiaçının adına verilmiş 06.07.2017-ci il tarixli etibarnamənin 18.05.2020-ci il tarixdən hüquqi qüvvəyə malik olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasındakı "xxxx” şirkəti ilə filialının rəhbəri vəzifəsinin icrasına dair münasibətləri əmək qanunvericiliyi baxımından qiymətləndirilməməlidir. Çünki etibarnamə verən şəxslə etibarnamə alan şəxs arasında yaranan münasibətlər daha çox etibarlılıq və qarşılıqlı inam əsasında qurulur. Belə olan halda etibarnamədən kənar filialın rəhbəri ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü əmək qanunvericiliyində nəzərdə tutulmayan, lakin şirkətin mülkiyyətçisinin qanuni maraqlarının müdafiəsinə, şirkətin maliyyə vəziyyətinin bərpasına, maliyyə sağlamlaşdırılmasına birbaşa yönələn əsaslarla əlaqəli ola bilər. Bu əsaslar hüquqi şəxsin icra orqanının fəaliyyətinə nəzarət edən və idarəetməni həyata keçirən orqanın qəbul etdiyi qərarlarla müəyyən edilir. İş materiallarından göründüyü kimi sözügedən etibarnamənin ləğv edilməsi məhz şirkətin direktorlar şurasının 06 aprel 2020-ci il tarixli qərarına əsasən baş vermişdir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının həmin vəzifədən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılması və məhz həmin vəzifəyə də bərpa olunmasına dair dəlilləri əsaslı sayıla bilməz. Bundan başqa cavabdehin 18 may 2020-ci il tarixli əmrindən göründüyü kimi "xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında bağlanmış 07.01.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə qeyd edilən əmrin ləğv edilməsi ilə əmək müqaviləsində nəzərdə tutulmuş vəzifəsinə, yəni biznes inkişafı üzrə menecer vəzifəsinə bərpa olunmasını iddia etməmişdir. İddiaçı 04.01.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə istinad etsə də, məhkəmə qeyd edilən bildirişi sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmir. Belə ki, Şirkətin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsinin icra edilməsinə dair etibarnamənin iddiaçıya verilməsi 06.07.2017-ci il tarixə təsadüf etdiyinə baxmayaraq bu barədə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildiriş elektron sistemə xeyli müddət sonra, 04.01.2019-cu il tarixdə daxil edilmişdir. Həmçinin sözügedən müqavilədə dəyişiklik edilməsi, yəni iddiaçının direktor vəzifəsinə qəbul edilməsi barədə əmək kitabçasında qeydlərin aparıldığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki əmək kitabçası işə baxılan zaman iddiaçıda olduğundan onun tərəfindən məhkəməyə təqdim edilə bilərdi. İddiaçı tərəfindən əmək kitabçasının təqdim edilməməsini məhkəmə, filialın rəhbəri vəzifəsinə təyin edilməsi barədə Şirkətin Azərbaycan Respublikasındakı filialının möhürü ilə təsdiq edilmiş qeydlərin kitabçada aparılmaması ilə əlaqələndirir və belə olan halda sözügedən bildirişin İddiaçı əmək müqaviləsi üzrə direktor vəzifəsinə təyin edilməsi ilə əlaqədar əmək müqaviləsinə hər-hansı dəyişikliyin edilməsinə dəlalət etmədiyini hesab edir. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçının 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsinə dair tələbi də əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda iddiaçının 18 may 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması, qanunsuz işdən çıxarıldığına görə 18 may 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutulması, 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından və buna görə də iddia tələbləri bu hissələrdə əsassız olduğu üçün rədd olunduğundan iddianın digər, yəni mənəvi ziyanın tutulması tələbinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunmasıüçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmışəmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq qeyd edir ki, 18 may 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilərək, etibarnamə ilə icra etdiyi filialın direktoru vəzifəsinə bərpa olunmasını xahiş etsədə, nəzərə almamışdır ki, onun bu vəzifəni həyata keçirməsi əmrlə deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun etibarnamə əsasında olmuş, hazırda da etibarnaməni verən bu etibarnaməni ləğv etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru vəzifələrini icra etmək səlahiyyətini verən etibarnamə 06 aprel 2020-ci il tarixli qərarla 18 may 2020-ci il tarixdən etibarən ləğv edildikdən sonra, İddiaçı həmin vəzifədə işləməsi üçün heç bir hüquqi əsas qalmamışdır. Cavabdeh şirkəti tərəfindən İddiaçı adına verilmiş etibarnamənin birtərəfli olaraq ləğv edilməsi yalnız işəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə təşəbbüsü kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndinə əsasən, “İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.” Buna görə də, cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə tam qanuni olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən (tərəflərin birinin təşəbbüsü ilə) xitam vermişdir. İddiaçının apelyasiya şikayətində göstərilən ikinci dəlili ondan ibarətdir ki, Philip Neylor vergi orqanlarında filialın rəhbəri kimi 19 may 2020-ci il tarixdə qeydə alındığı halda İddiaçı işdən azad edilməsi ilə bağlı əmri 18 may 2020-ci il tarixdə imza etmək səlahiyyətinə malik deyildi. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Qeyd olunduğu kimi, İddiaçı əmək müqaviləsinə ləğv edilməsi üçün Philip Neylor tərəfindən imzalanmış 18 may 2020-ci il tarixli əmrə əsas Cavabdeh şirkəti (yəni, filialı yaratmış hüquqi şəxs) tərəfindən verilmiş 06 aprel 2020-ci il tarixli qərar və Philip Neylorun adına verilmiş filial rəhbəri funksiyalarını yerinə yetirmək səlahiyyəti yaradan etibarnamə olmuşdur. Bundan əlavə, İddiaçı vergi orqanlarında filial rəhbəri kimi qeydiyyata alınmışdır və onun həmin vəzifədən azad edilməsi ilə bağlı əmr imzalanmamış və İddiaçı həmin vəzifədən azad edilməsi barədə qeyd ləğv aparılmamış, Philip Neylorun və ya istənilən digər şəxsin filial rəhbəri vəzifəsinə təyin edilməsi ilə bağlı qeydin dövlət reyestrinə daxil edilməsi ümumiyyətlə mümkün deyil idi. Bundan başqa İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, X9 tərəfindən cavabdehin etdiyi qanunsuz əməlləri araşdırılmış və nəticədə, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Philip Naylorun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə 06 avqust 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri Philip Naylorun barəsində olan MN ******* saylı 06.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət verilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim B.Ə.Pənahov) İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Philip Neylor-un 18 may 2021-ci il tarixli Əmri tam qanuni hesab edilərək, şikayət təmin edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri X13 barəsində olan MN ******* saylı 06.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, inzibati xəta haqqında icraata xitam vermişdir. Həmin Qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin rəisi şikayət verərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdərəsinin MN ******* saylı 06.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını, vəzifəli şəxs X13 inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmiş. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1800/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli (hakim: Əli Seyfəliyev) Qərarı ilə şikayət təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Beləliklə də, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 18 may 2020-ci il tarixli əmrin qanuniliyi məhkəmə qərarı ilə təsdiqlənmişdir və həmin məhkəmə qərarı preyudisial xarakter daşıyır. Belə olan halda birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçının həmin vəzifədən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılması və məhz həmin vəzifəyə də bərpa olunmasına dair dəlilləri əsaslı sayıla bilməz. Kollegiya həmçinin qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 06.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edildiyindən və iş üzrə icraata xitam verilməsi qərara alındığından və həmin qərar Bakı Apelyasiya Məhkəməsinin 26.10.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanıldığından, iddiaçı işdən azad olunarkən ona son haqq-hesabın ödənilməsində hər-hansı yanlışlığın olması müəyyən edilmir. İddiaçının 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən ödənilməməsi iş materialları ilə sübut olunmur. Kollegiya mənəvi zərərlə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və mənafelərinin pozulması halı müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi halı olaraq iddia tələbini mənəvi zərərin tutulması hissəsində təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunmaması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4503/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4079/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4079/2021
01.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver