Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4081/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 2(004)-28/2025 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2025-ci il tarixli qətnamədən cavabdehlərin verdikləri apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürdüyü “kompensasiya ödənilməklə cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin evdən çıxarılması və iddiaçının həmin evə köçürülməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 12.000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin iddiaçının mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsini, cavabdehlərin həmin evdən çıxarılmasını və iddiaçının həmin evə köçürülməsini qət etmişdir. Özü cavabdeh olmaqla digər cavabdehlərin nümayəndəsi (onların övladı olan) Cavabdeh3 həmin qətnamədən verdikləri apellyasiya şikayətinə baxılan zaman iş üzrə tərəflər, onların arasında bağlanmış aşağıdakı məzmunda “Barışıq sazişini” Məhkəməyə təqdim edərək, “Sazişin” təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər: “- İddiaçı tərəfindən cavabdehlərə - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olmaqla cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaiti xx.xx.2025-ci il tarixdə ödəyir; - Cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı tərəfindən veriləcək 15.000 (on beş min) manat məbləğində pul vəsaitini xx.xx.2025-ci il tarixdə İddiaçı aldıqdan sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən özlərinə məxsus əşya və avadanlıqları götürməklə xx.xx.2025-ci il tarixədək hazırda istifadələrində olan həmin (mübahisəli) yaşayış sahəsini tərk etməyi və həmin evi İddiaçı təhvil vermək haqqında öz üzərilərinə öhdəlik götürürlər; - Cavabdehlər xx.xx.2025-ci il tarixdə həmin yaşayış sahəsini tərk etdikdən sonra ünvan 1 ünvanından qeydiyyatdan çıxmağı öz üzərilərinə öhdəlik götürürlər; - “Barışıq sazişi”nin şərtləri tərəflərin hansısa biri tərəfindən icra edilmədiyi təqdirdə məcburi icraya yönələcəkdir”. Məhkəmə qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və “Sazişi” bağlamış şəxslər sazişi imzalamışlar. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, “Saziş” qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.5-ci maddəsinə görə, iş üzrə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinin mənasına görə, iş üzrə tərəflər işə apellyasiya qaydasında baxılan zaman barışıq sazişi bağlamışlarsa, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməni ləğv edərək iş üzrə icraata xitam verə bilər. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 384-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissəsə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-in 261 və 384-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, yuxarıda göstərilənləri, MPM-in 263 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanılmış və aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: “- İddiaçı tərəfindən cavabdehlərə - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olmaqla cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaiti xx.xx.2025-ci il tarixdə ödəyir; - Cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı tərəfindən veriləcək 15.000 (on beş min) manat məbləğində pul vəsaitini xx.xx.2025-ci il tarixdə İddiaçı aldıqdan sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən özlərinə məxsus əşya və avadanlıqları götürməklə xx.xx.2025-ci il tarixədək hazırda istifadələrində olan həmin (mübahisəli) yaşayış sahəsini tərk etməyi və həmin evi İddiaçı təhvil vermək haqqında öz üzərilərinə öhdəlik götürürlər; - Cavabdehlər xx.xx.2025-ci il tarixdə həmin yaşayış sahəsini tərk etdikdən sonra ünvan 1 ünvanından qeydiyyatdan çıxmağı öz üzərilərinə öhdəlik götürürlər; - “Barışıq sazişi”nin şərtləri tərəflərin hansısa biri tərəfindən icra edilmədiyi təqdirdə məcburi icraya yönələcəkdir”. “Barışıq sazişi” təsdiq edildiyindən hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Hazırkı qərardadın, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4081/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4081/2025
04.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver