Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4083/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X10 və X14 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzr cavabdeh İddiaçı və onun nümayndəsi (vəkili) Vəkil1, ilkin iddia üzr cavabvdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payın müəyyən olunması” barədə ilkin, Cavabdeh3 İddiaçı qarşı “miras əmlaka vərəsiliyin faktiki qəbul edilməsi və miras əmlakda payının müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 28 saylı mənzilin anası X8 məxsus olduğunu, 6 uşağı olan anasının xx xxxxxx 2005-ci il tarixdə vəfat etdiyini, onun uşaqlarından üçünün öldüyünü, üçünün isə sağ olduqlarını, qardaşı X3 2018-ci il tarixdə vəfat etdiyini, digər qardaşı X11 1980-ci ildə daimi yaşamaq üçün Rusiya Federasiyasına, bacısı X4 1986-cı ildə ailə quraraq daimi yaşamaq üçün Türkmənistan Respublikasına getdiklərini və geri qayıtmadıqlarını, onların uşaqlarının olmamadığını, bacıları Cavabdeh1 1984-1985-ci illərdə, Cavabdeh2 isə 1980-1981 -ci illərdə ailə həyatı qurub daimi olaraq ər evinə köçdüklərini, mərhum qardaşı Ədalət Mustafayevin qızı olan Cavabdeh3 bir gün belə olsun anasına məxsus evdə yaşamadığını, hazırda da onun harada yaşaması barədə məlumatı olmadığını, beləliklə X5 vəfatından sonra miras əmlakı faktiki olaraq yalnız özünün qəbul etdiyini və orada ailə üzvləri ilə birgə hazırda yaşadığını, digər vərəsələrin heç birinin nə faktiki, nə də rəsmi olaraq miras əmlakı qəbul etmədiklərini bildirmiş, buna görə də xx xxxxxx 2005-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 2, mənzil 28 ünvanda yerləşən mənzilə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mənzilə vərəsəlik qaydasında tam olaraq mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, X5 xx.xx.2005-ci ildə vəfatından sonra onda miras qalmış ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilə faktiki olaraq İddiaçı və X15 tərəfindən sahiblik edilməklə həmin əmlak faktiki idarə edildiyindən miras əmlakın onlar tərəfindən tamamilə qəbul edilməsi faktının müəyyən olunması, İddiaçı və X3 hüquqi varisi olan özünün həmin əmlaka vərəsəlik üzrə mülkiyyət hüquqlarının tanınması və miras əmlakın onlar arasında bərabər payda naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 iddia tələbini belə əsaslandırmışdır ki, atası X15 da xx.xx.2005-ci il tarixdə anaları X13 vəfat etdikdən sonra və xx.xx.2018-ci il tarixdə özü vəfat edənə kimi miras qalmış mübahisəli mənzildə faktiki və daimi yaşamaqla mənzilə sahiblik olunmasında qardaşı İddiaçılə bərabər iştirak etmiş, miras əmlakı X15 və İddiaçı faktiki qəbul etmişlər. Ədalət Mustafayev miras əmlakda tək, İddiaçı isə ailəsi ilə birlikdə yaşamışlar. Bu səbəblə, yəni Ədalətə pay verməmək üçün İddiaçı anasının vəfatından sonra miras əmlakın qanuni bölgüsünün aparılmasını rəsmiləşdirməmiş, vərəsə Ədalət Mustafayev xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra digər vərəsələrin mübahisəli mənzildə yaşamamasına istinad edib miras əmlaka tam şəkildə sahib olmaq üçün məhkəməyə müraciət etmişdir.Faktiki mirası qəbul etmiş Ədalət Mustafayevin yeganə övladı vardır, o da özüdür. Qanunvericiliyin tələbinə görə atasının ölümündən sonra o, ona çatası mirasın qanuni vərəsəsidir və miras əmlakdan bərabər pay almaq hüquqna malikdir. Mərcan Mustafayevanın 6 övladı olmuş, lakin onlardan 4 nəfəri mirasın faktiki qəbulunda iştirak etməmiş, nəticədə miras payından məhrum olmuşlar. Belə olduğu təqdirdə, qanunvericiliyin tələbinə görə miras əmlak mirası faktiki qəbul etmiş iki nəfər - İddiaçı və X3 qanuni varisi olan onun arasında bərabər payda bölüşdürülməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı anası X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 11/35 saylı evin 28 saylı mənzilini faktiki qəbul etdiyinin müəyyən edilməsi, ilk iddia tələbinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Cavabdeh3 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 şikayətin əsassız olduğunu bildirmiş, digər tərəflər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh1 və Cavabdeh2şikayət vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 11/35 saylı evin 28 saylı mənzili xx.xx.1996-cı il tarixdə X5 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş, Mərcan Mustafayeva xx xxxxxx 2005-ci il tarixdə vəfat etmişdir; Hidayət X1, Cavabdeh3 isə onun digər oğlu Ədalət Mustafayevin qızıdır (yəni Mərcan Mustafayevanın nəvəsidir), həmin mənzildə isə İddiaçı, X9, X6 və X12 qeydiyyatdadırlar. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, X15 ona məxsus olan bütün əmlakını arvadı X7 vəsiyyət etmişdir. İddiaçı anasından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 11/35 saylı evin 28 saylı mənzilini faktiki olaraq qəbul etdiyi, Cavabdeh1 və Cavabdeh2 isə qəbul etmədikləri işin mübahisəsiz halıdır; Cavabdeh3 iddiasına görə, atası X15 da nənəsi öldükdən sonra mübahisəli mənzildə yaşamış və əmisi İddiaçı ilə bərabər mirası faktiki qəbul etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış xx xxxxx 2019-cu il tarixli qətnaməsindən aydın olur ki, İddiaçı X7 və Cavabdeh3 qarşı “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 11/35 saylı evin 28 saylı mənzilinə istifadə hüquqularının itirilməsi” tələbi adı çəkilən şəxslərin həmin mənzilə istifadə hüquqlarının olmadığı əsası ilə təmin olunmamış, qətnamə ilə “...cavabdehlərin mənzilə qeydiyyata alınsalar da, oraya köçüb yaşamadıqları, mənzilə istifadə hüquqlarının yaranmasına əsas ola biləcək mülkiyyətçi ilə bağlanmış notarial qaydada təsdiq olunmuş razılaşmanın mövcud olmadığı” müəyyən olunaraq qətnamənin onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas təşkil etdiyi vurğulanmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). Bu mənada kollegiyanın qənaətinə görə, Cavabdeh3 irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü onun atasının miras əmlakı faktiki (qeyri-rəsmi üsulla) qəbul etmiş olduğu iş materialları ilə ümumiyyətlə müəyyən olunmamış, beləliklə də Cavabdeh3 münasibətdə irsi transmissiya baş verməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin o mövqeyi ilə də razılaşaraq qeyd edir ki, X15 qanunvericilikdə nəzərdə tutulmuş müddətdə miras əmlakı faktiki qəbul etmiş olsaydı belə, Cavabdeh3 öz növbəsində qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iş materiallarından göründüyü kimi, X15 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, Cavabdeh3 atasının ölümündən sonra miras əmlakla bağlı hər hansı tələblə çıxış etməmiş və məhkəməyə yalnız ona qarşı iddia qaldırılmasından xəbər tutduqdan sonra - xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin onu mübahisələndirən şəxsə münasibətdə ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-835/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4083/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4083/2020
11.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver