Məhkəmə qərarları › İş №2(103)-4093/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4093/2022

31.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4093/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(011)-1743/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi – DT və XK-nin Qəbələ rayon .şöbəsi tərəfindən veilmiş JN-848 A KOD 40614018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi və şəhadətnamədə “İslamov” soyadının “İslamova” soyadına, “Hökümə” adının “Mehriban” adına dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(011)-1743/2022 saylı qərardadı ilə Ərizəçi hüquqi əhəməiyyətli faktın müəyyən edilməsi barəsində ərizəsinin baxılması üçün aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(011)-1743/2022 saylı qərardadından şikayət verərək, mülki işin baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın qəbul olunması əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.2-ci maddəsinə istinad olunmaqla məhkəmə hesab etmişdirki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilməlidir. Lakin onun tələbi daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi ilə bağlı olmamışdır. Belə ki, onun tələbi şəhadətnamədə düzəlişlər edilməsinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən ibarət olmaqla, ərizə Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməlidir. Bundan başqa qeyd edir ki, ilk olaraq bu iddia tələbi ilə Qəbələ Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin qərardadı ilə ərizənin aidiyyəti üzrə qeydiyyatda olduğu məhkəməyə ərizə ilə müraciət etməsi izah olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya Ərizəçi şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizə hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması və sənəddə düzəlişlər edilməsi ilə bağlı verilsə belə, ərizə mahiyyəti üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi ilə bağlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, mövcud ərizə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Buna görə də mülki iş baxılması üçün aidiyyəti üzrə daşınmaz əmlakı yerləşdiyi yer üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası MPM-nin 309.2-ci maddəsi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilən nəticəyə gəlməkdə məhkəmə səhvə yol vermişdir. Belə ki, şikayətin də dəlillərindən göründüyü kimi, ərizəçinin tələbi daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi deyil, yalnız şəhadətnamədə düzəlişlər edilməsinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən ibarətdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizələr isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməlidir. İş materiallarından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Qeyd edilən prosessual hüquq normalarının tələblərini, həmçinin işin materiallarını nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad əsaslı olmamışdır. Bu səbəbdən də qərardad ləğv edilməli, ərizəyə mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(011)-1743/2022 saylı qərardadı ləğv edilsin və ərizəyə mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar