Məhkəmə qərarları › İş №2(103)-4095/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4095/2021

04.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4095/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Bakı şəhər İcra Hakimiyyəti, Xocəsən bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon Xocəsən bələdiyyəsi, Bakı şəhər 1 saylı DƏDRX, Binəqədi Rayon İcra Hakimiyyəti, “X6” şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “iddiaçının və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən artıq tikilinin sökülməsi, gedişgəliş yolunun bərpa edilərək əvvəlki vəziyyətə salınması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ona və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilən (artırılan) və hasara alınan artıq tikilinin (hasarın) söküntüsünü, gediş gəliş yolunun bərpasını əvvəlki vəziyyətə salınmasını, onunla cavabdehlər arasında mülkiyyətlərin (torpaq və ev) ərazisinin müəyyən olunmasını, mülkiyyət hüququnun ərazisinin müəyyən olunaraq mülkiyyət hüququnun verilməsini, mülkiyyət hüququnun qeydiyyata alındığı yer (ərazi) üzrə fərdi yaşayış qismində çıxarış və texpasport almaqları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildən 2019 ilə kimi (2019 daxil olmaqla) əmlak və torpaq vergisi verir, 8 sot torpağı və 100 kv m. evi var. Artıq 16-cı ildir 2003-cü ildə tikdiyi evdə yaşayır. Bu müddətdə heç bir dövlət orqanı və qonşu narazı olmayıb, heç bir kəsin ərazisin tutmamışdır. Cavabdeh1 və Cavabdeh2 onun evinə gedən və ümumiyyətlə qonşularında gediş-gəliş yolu olan yolu kəsib artıq (öz ev ərazisindən əlavə) tikili tikib qabağa çəkərək gediş gəliş yolu balacalaşdırıb (azaldıb, ensizləşdirib). Yol onunla cavabdehlər arasındadır. Dəfələrlə o və qonşular şifahi xəbərdarlıq etmişlər, amma məhəl qoymayıb, sakit duraraq öz işini görüblər. Poçtla iki dəfə (18.01.2019 və 08.02.2019) xəbərdarlıq məktubu (pretenziya) göndərmişdir ki, bir həftə vaxt verir ki, artıq tikdiyi tikilini söküb əvvəlki vəziyyətinə geriyə çəkin, əks təqdirdə məhkəmə yolu ilə həll olunacaq, amma yenədə məhəl qoymamışlar. Bütün dövlət qurumlarına şikayət etmiş (Polis, İcra Hakimiyyəti, Bələdiyyə və sair), işə baxan olmamış, işə məhkəmə qaydasında baxılmalı olduğu bildirilmişdir. İşə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilən (artırılan) və hasara alınan artıq tikilinin (hasarın) söküntüsünü, gediş-gəliş yolunun bərpasını əvvəlki vəziyyətə salınmasını, o və cavabdehlər arasında mülkiyyətlərin (torpaq və ev) ərazisinin müəyyən olunmasını, mülkiyyət ərazisinin müəyyən olunaraq hər üçünə mülkiyyət hüququnun verilməsini, mülkiyyət hüququnun qeydiyyata alındığı yer (ərazi) üzrə fərdi yaşayış (ona aid 8 sot torpaq və 100 kv.m ev) qismində özəlləşdirilərək çıxarış və texniki pasport almaqları, “X6” şirkəti ona aid hissədə əsassız sayılaraq qəbul edilməməsi və ona aid olan hissədə şikayətin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilən (artırılan) və hasara alınan artıq tikilinin (hasarın) söküntüsünü, gediş-gəliş yolunun bərpası, əvvəlki vəziyyətə salınmasını, o və cavabdehlər arasında mülkiyyətlərin (torpaq və ev) ərazisinin müəyyən olunmasını, mülkiyyət ərazisinin müəyyən olunaraq hər üçünə mülkiyyət hüququnun verilməsini, mülkiyyət hüququnun qeydiyyata alındığı yer (ərazi) üzrə fərdi yaşayış (ona aid 8 sot torpaq və 100 kv.m ev) qismində özəlləşdirilərək çıxarış və texniki pasport almaqları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-175/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Bakı şəhər İcra Hakimiyyəti, Xocəsən bələdiyyəsi, Bakı şəhər 1 saylı DƏDRX, Binəqədi Rayon İcra Hakimiyyəti, “X6” şirkəti) “iddiaçının və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən artıq tikilinin sökülməsi, gediş-gəliş yolunun bərpa edilərək əvvəlki vəziyyətə salınması, mülkiyyətlərin ərazisinin müəyyən olunması, mülkiyyət hüququnun müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata “İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında mülkiyyətlərin (torpaq və ev) ərazisinin müəyyən olunmasını, mülkiyyət ərazisinin müəyyən olunaraq hər üçünə mülkiyyət hüququnun verilməsini, mülkiyyət hüququnun qeydiyyata alındığı yer (ərazi) üzrə fərdi yaşayış (ona aid 8 sot torpaq və 100 kv.m ev) qismində özəlləşdirilərək çıxarış və texniki pasport almaqları” hissəsində xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Bakı şəhər İcra Hakimiyyəti, Xocəsən bələdiyyəsi, Bakı şəhər 1 saylı DƏDRX, Binəqədi Rayon İcra Hakimiyyəti, “X6” şirkəti) “iddiaçının və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən artıq tikilinin sökülməsi, gedişgəliş yolunun bərpa edilərək əvvəlki vəziyyətə salınması” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2003-cü ilin yaz fəslindən həmin ünvanda yaşayır. Evinə daxil ola bilmir, həkim, yanğın söndürən çağıra bilmir, onun və qonşuların gediş gəliş yolunun kəsilməsi ona mənəvi və fiziki zərər vurur. Ərazi müəyyən olsa artıq sözsöhbətlər, maniyə olmayacaq, gediş-gəliş mümkün olacaq. Binəqədi Rayon Məhkəməsi iddiasını əsassız olaraq rədd etmiş, qanunla təqdim etdiyi sübutlara və şahidlərə əsasən iddia qismən təmin edilə bilərdi. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Bakı şəhər İcra Hakimiyyətinə, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Binəqədi Rayon İcra Hakimiyyətinə, “X6” şirkətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhər 1 saylı DƏDRX-nin, Binəqədi Rayon İcra Hakimiyyətinin, “X6” şirkətinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Bakı şəhəri Binəqədi rayon Xocəsən bələdiyyəsinin nümayəndəsi X4 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən torpaq sahəsinə və üzərində yerləşən mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi olmadığından, eyni zamanda cavabdeh kimi qeyd edilmiş Cavabdeh1 və Cavabdeh2 mübahisələndirilən torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı müəyyən edilmədiyindən, iddiaçının hazırki mübahisə ilə bağlı iddiaçının və ərazidə yaşayan sakinlərin yolu keçməsinə maneə törədən artıq tikilinin sökülməsini, gedişgəliş yolunun bərpa edilərək əvvəlki vəziyyətə salınmasını tələb etmək üçün subyektiv hüququ yoxdur və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152, 157 və 180.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Bakı şəhəri Binəqədi rayon Xocəsən bələdiyyəsinin nümayəndəsi X3 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Binəqədi rayon Xocəsən bələdiyyəsi tərəfindən verilmiş 01-01/A-208 saylı, 22 fevral 2019-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan Motodrom yaşayış massivində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2003-2019-cu illər üçün torpaq və əmlak vergisi borcu yoxdur. (İ cild, İ.v. 98, 179). İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11805 saylı, 10 sentyabr 2019-cu il tarixli məlumatından görünür ki, 2(001)-3183/2019 saylı mülki iş üzrə ekspertizanın aparılması və rəy verilməsi mümkün olmamışdır. (İ cild, İ.v. 164). İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24079 saylı, 16 dekabr 2019-cu il tarixli məlumatından görünür ki, 2(001)-3183/2019 saylı mülki iş üzrə ekspertizanın aparılması və rəy verilməsi mümkün olmamışdır. Məlumatda qeyd edilmişdir ki, ekspert qarşısında qoyulan suallarda göstərilən məsələnin həlli məqsədilə, işə cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin, mütəxəssislər tərəfindən tədqiqat obyektlərinə dair “GPS” sistemli avadanlıq vasitəsilə əldə olunacaq döngə nöqtələrinin kordiantlarının və baza məlumatlarının, zəruri mütəxəssis rəyinin ekspertiza tədqiqatına təqdim olunması və baxış keçirilməsinin təşkil olunması zəruri olduğundan bu barədə məhkəməyə ünvanlanan 27 sentyabr 2019-cu il tarixli vəsatət təmin edilmədiyindən, qoyulmuş suallar üzrə təqdiqat aparılıb rəy verilməsi mümkün olmamışdır. (İ cild, İ.v. 203). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 5-ci mаddəsinə əsаsən bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 66-cı mаddəsinə əsаsən, dövlət və yа bələdiyyə mülkiyyətində olаn torpаq sаhələrinin hər hаnsı hüquqdа hüquqi və fiziki şəxslərə verilməsi müvаfiq icrа hаkimiyyəti orqаnının və yа bələdiyyənin qərаrı və tərəflər аrаsındа bаğlаnmış müqаvilə əsаsındа həyаtа keçirilir və qаnunvericiliklə müəyyən edilmiş qаydаdа dаşınmаz əmlаkın dövlət reyestrində dövlət qeydiyyаtınа аlınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən: 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci mаddəsinə əsаsən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 238.1, 238.3–cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbаycаn Respublikаsı Qanununun 4.0.1-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətinə malikdirlər. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüququ hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin göstərilən dəlillərini araşdıraraq həmin dəlillərin işin hallarına və məhkəmənin iş üzrə gəldiyi nəticələrə uyğun olmadığını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2021 saylı, 08 fevral 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar