Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4095/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-106/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun barəsində tərtib olunmuş 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020ci il tarixli ******* saylı, 30.04.2020ci il tarixli ******* saylı, 31.05.2020-ci il tarixli ******* saylı, 30.06.2020-ci il tarixli ******* saylı və 30.07.2020-ci il tarixli ******* saylı aktların ləğv olunması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanında olan özünə məxsus evdə yaşamadığı halda Cavabdeh ona qanunsuz olaraq 30.01.2020-ci ildə ******* saylı, 28.02.2020-ci ildə ******* saylı, 30.03.2020-ci il tarixdə ******* saylı, 30.04.2020-ci il tarixdə ******* saylı, 31.05.2020-ci il tarixdə ******* saylı, 30.06.2020-ci il tarixdə ******* saylı və 30.07.2020-ci il tarixdə ******* saylı aktlar tərtib edilmişdir. Həmin ünvana Cavabdeh İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən abonent kodu verilmiş və qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-yi o, həmin evdə yaşamadığı halda 2020-ci ilin yanvar ayından 2020-ci ilin avqust ayına kimi cəmi 7 ədəd akt tərtib etmişdirlər. Həmin aktlardan onun bu günə kimi xəbəri olmayıb və o, qaz xəttinə qanunsuz müdaxilə etməmişdir. Ona görə də hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində tərtib olunmuş aktlar ləğv edilməlidir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi X3 05 oktyabr 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən 5.018,4 manat məbləğində əsassız yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-106/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə, iddianən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanı (Abonent kodu:**********00012) üzrə İddiaçı hesablanmış 5.018,4 (beş min on səkkiz manat qırx qəpik) manat məbləğində borcun silinməsi, 70,18 (yetmiş manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, 204 (iki yüz dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh İB-nin nümayəndəsi X2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-106/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi aşağıdakı əsaslara görə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə dəymiş ziyan məbləğinə “cərimə” borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin məhkəmə bu halı nəzərə almamış, səhv qətnamə qəbul etmişdir. Məhkəmə iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. İş materiallarında mövcud olan Məhkəmə Ekspertizası Mərkəzinin 04.02.2022-ci il tarixli 10/7199 saylı rəyindən bəlli olur ki, istehlakçı sayğacdan kənar əlavə xəttdən istifadə edib. Lakin məhkəmə bunu nəzərə almadan iddianı təmin etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-106/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin tam rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə iddiaçı Ayna Nurməmmədovanın və Cavabdeh İB-nin nümayəndəsinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh İB-nin nümayəndəsi Çingiz Dibirov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür, cavabdeh tərəfindən iddiaçının borcu əsassız hesablandığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, habelə göstərilən ünvanda yaşayış olmadığı halda, ödəniləcək məbləğin 5018,4 manat məbləğində hesablanması ağlabatan deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh İB-nin nümayəndəsi Çingiz Dibirov qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, 30 yanvar 2020-ciu il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30 yanvar 2020-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə halı aşkarlandı” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 161) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 30 yanvar 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 30 yanvar 2020-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (1.2 x 24 x 90=1296 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (1.5 x 24 x 90=2160 m3), Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (0.8 x 24 x 90=2592 m3) qəbul edilməklə cəmi 7560 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 165) İş materiallarında olan, 28 fevral 2020-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 28 fevral 2020-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 152) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 28 fevral 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 28 fevral 2020-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3), Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (0.8 x 24 x 30=576 m3) qəbul edilməklə cəmi 2520 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 160) İş materiallarında olan, 30 mart 2020-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30 mart 2020-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 150) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 30 mart 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 30 mart 2020-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3), Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (0.8 x 24 x 30=576 m3) qəbul edilməklə cəmi 2520 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 154) İş materiallarında olan, 30 aprel 2020-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30 aprel 2020-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 145) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 30 aprel 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 30 aprel 2020-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3), Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (0.8 x 24 x 30=576 m3) qəbul edilməklə cəmi 2520 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 149) İş materiallarında olan, 31 may 2020-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 31 may 2020-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 129) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 31 may 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 31 may 2020-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3) qəbul edilməklə cəmi 1944 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 137) İş materiallarında olan, 30 iyun 2020-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30 iyun 2020-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 138) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 30 iyun 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 30 iyun 2020-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3) qəbul edilməklə cəmi 1944 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 144) İş materiallarında olan, 30 iyul 2020-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30 iyul 2020-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 124) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 30 iyul 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 30 iyul 2020-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3) qəbul edilməklə cəmi 1944 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 128) İş materiallarında olan, 31 avqust 2020-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 31 avqust 2020-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 119) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 31 avqust 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 31 avqust 2020-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3) qəbul edilməklə cəmi 1944 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 123) İş materiallarında olan, 29 yanvar 2021-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 29 yanvar 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 115) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 29 yanvar 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 29 yanvar 2021-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3) qəbul edilməklə cəmi 1944 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 118) İş materiallarında olan, 26 fevral 2021-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 26 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 111) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 26 fevral 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 26 fevral 2021-ci 2021-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3) qəbul edilməklə cəmi 1944 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 114) İş materiallarında olan, 31 mart 2021-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 31 mart 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 107) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 31 mart 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 31 mart 2021-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3), Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.4 x 24 x 30=1008 m3) qəbul edilməklə cəmi 2952 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 110) İş materiallarında olan, 30 aprel 2021-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30 aprel 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 103) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 30 aprel 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 30 aprel 2021-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3), Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.4 x 24 x 30=1008 m3) qəbul edilməklə cəmi 2952 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 106) İş materiallarında olan, 31 may 2021-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 31 may 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 99) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 31 may 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 31 may 2021-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3) qəbul edilməklə cəmi 1944 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 102) İş materiallarında olan, 30 iyun 2021-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30 iyun 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 95) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 30 iyun 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 30 iyun 2021-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3) qəbul edilməklə cəmi 1944 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 98) İş materiallarında olan, 30 iyul 2021-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30 iyul 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 91) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 30 iyul 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 30 iyul 2021-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3) qəbul edilməklə cəmi 1944 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 94) İş materiallarında olan, 31 avqust 2021-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 31 avqust 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 87) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 31 avqust 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00012, ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1) ******* saylı, 31 avqust 2021-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3) qəbul edilməklə cəmi 1944 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 90) İş materiallarında olan, abonent İddiaçı adına olan “gasrep” və saldo məlumatlarından görünür ki, verilən qaz xətti üzrə **********00012 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) yanvar 2020-ci ildən oktyabr 2021-ci ilədək cəmi 4.018,40 manat borc hesablanmışdır.(İ.vər. 86) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizasının 10/7199 nömrəli 04 fevral 2022-ci il tarixli rəyindən görünür ki, Binəqədi qəsəbəsi, döngə 7, korpus 1 ünvanına baxış keçirilmişdir və həmin ünvanda İddiaçı yaşadığı fərdi yaşayış evinin, həmçinin evin qarşısından keçən diametri 76 mm olan daşıyıcı qaz xəttinin fotoşəkilləri çəkilmişdir. Bununla da, hazırda təqdim edilmiş mülki iş materiallarına əlavə edilmiş fotoşəkillərə tanış olduqda, həmin fotoşəkillərin İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus ünvanına məxsus olduğu müəyyən edilir.(İ.vər. 186 - 187) Tərəflərin təqdim etdiyi sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsinə görə iddiaçı cavabdehi təbii qazla təmin etməli, cavabdeh isə məişətdə istifadə etdiyi təbii qazın dəyərini bank və ya poçt vasitəsilə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hazır ki, mübahisə ilə bağlı ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nm və qaz paylayıcısmm sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qanunsuz istifadə etməsinə görə tərtib edilmiş ******* saylı, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 28 fevral 2020-ci il tarixli, ******* saylı, 30 mart 2020-ci il tarixli, ******* saylı, 30 aprel 2020-ci il tarixli, ******* saylı, 31 may 2020-ci il tarixli, ******* saylı, 30 iyun 2020-ci il tarixli, ******* saylı, 30 iyul 2020-ci il tarixli, ******* saylı, 31 avqust 2020-ci il tarixli, ******* saylı, 29 yanvar 2021-ci il tarixli, ******* saylı, 26 fevral 2021-ci 2021-ci il tarixli, ******* saylı, 31 mart 2021-ci il tarixli, ******* saylı, 30 aprel 2021-ci il tarixli, ******* saylı, 31 may 2021-ci il tarixli, ******* saylı, 30 iyun 2021-ci il tarixli, ******* saylı, 30 iyul 2021-ci il tarixli, ******* saylı, 31 avqust 2021-ci il tarixli aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, cavabdeh tərəfindən həmin aktlar əsasında İddiaçı tələb olunan borcun yaranma səbəbi sübuta yetirilməmişdir. Odur ki, həmin aktlar üzrə hesablanmış zərər cavabdehdən tutula bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən, Cavabdeh İB ******* saylı, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 28 fevral 2020-ci il tarixli, ******* saylı, 30 mart 2020-ci il tarixli, ******* saylı, 30 aprel 2020-ci il tarixli, ******* saylı, 31 may 2020-ci il tarixli, ******* saylı, 30 iyun 2020-ci il tarixli, ******* saylı, 30 iyul 2020-ci il tarixli, ******* saylı, 31 avqust 2020-ci il tarixli, ******* saylı, 29 yanvar 2021-ci il tarixli, ******* saylı, 26 fevral 2021-ci 2021-ci il tarixli, ******* saylı, 31 mart 2021-ci il tarixli, ******* saylı, 30 aprel 2021-ci il tarixli, ******* saylı, 31 may 2021-ci il tarixli, ******* saylı, 30 iyun 2021-ci il tarixli, ******* saylı, 30 iyul 2021-ci il tarixli, ******* saylı, 31 avqust 2021-ci il tarixli aktların tərtib edilməsindən sonrakı müddət ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını sübut edə bilməmişdir. Odur ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh İB-nin nümayəndəsi Çingiz Dibirovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-106/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-106/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4095/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4095/2022
07.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver