Məhkəmə qərarları › İş №2(103)-4107/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4107/2024

24.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4107/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv olunması və vərəsəlik haqqında yeni şəhadətnamənin verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-456/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş X29, X23 və X13 23 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən evdə 2011-ci ilin noyabr ayından yaşayır.

2. Bakı şəhəri 9 saylı notariat ofisinin “Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X14 miras əmlakına dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində müraciət etmədiyindən, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.

3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966cı ildə Bakı şəhərində doğulmuşdur. X11, anası X17r.

4. Azərbaycan Respublikası DİN ünvan 2 ünvanlanan xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X24 barəsində Yasamal Rayon Polis İdarəsinın Qeydiyyat Məsələləri Bölməsinin kartotekasında heç bir məlumat yoxdur.

5. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş X6 xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, X18 xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, etmək fikrinin olmadığını bildirmiş və paydan qardaşı İddiaçı xeyrinə imtina etmişdir.

6. 15 oktyabr 2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X15 təsdiq etmişdir ki, ünvan 3 ünvanda yerləşən mənzil miras əmlakıdır, X14 vərəsələri: Cavabdeh2 (1/2 hissə) və Cavabdeh1 (1/2 hissə).

7. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ № 490016 saylı, xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2011-ci il tarixdə ölmüşdür.

8. 60 saylı MKİS-in arayışından müəyyən olunur ki, X27 ünvan 3 ünvanda yerləşən mənzildə xx.xx.2011-ci ilədək (vəfat etdiyi tarix) qeydiyyatda tək olub.

9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur. X11, anası X17r.

10. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. X11, anası X9r.

11. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1986-cı il tarixdə ölmüşdür.

12. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ № 184185 saylı, xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2005-ci il tarixdə ölmüşdür.

13. Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilən 14 oktyabr 2006-cı il tarixli arayışın surətindən müəyyən olunur ki, X24 ilə X10 nikahı haqqında 24 mart 1987-ci il tarixli 136 №-li qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir.

14. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 30 sentyabr 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, X20 28 yanvar 2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

15. İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 11 may 2012-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı bacısı X21 məxsus olmuş miras əmlaka (ünvan 3 ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

16. X18 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 11 may 2012ci il tarixli ərizədən məlum olur ki, İddiaçı bacısı X21 məxsus olmuş miras əmlaka (ünvan 3 ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

17. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 22 sentyabr 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, X18 20 fevral 1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X11, anası X17r. X4 rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 68 №-li akt qeydinə əsasən vəfat etmişdir.

18. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur. X11, anası X17r.

19. Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiqlənmiş Cavabdeh3 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh3 xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, etmək fikrinin olmadığını bildirmişdir.

20. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən mənzil X14 3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m xüsusi mülkiyyətindədir. Bu barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.

21. Cavabdeh1 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 06 aprel 2012-ci il tarixli ərizədən məlum olur ki, Cavabdeh1 bacısı X21 məxsus olmuş miras əmlaka (ünvan 3 ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

22. X16 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 15 may 2012ci il tarixli ərizədən məlum olur ki, X16 bacısı X21 məxsus olmuş miras əmlaka (ünvan 3 ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

23. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 Saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən evdən X14 adına olan paya dair çıxarışı vərəsəsi İddiaçı verilməsi xahiş olunmuşdur.

24. “Elektron notariat” X2 vasitəsilə “X12” AQİS-dən çıxarışdan müəyyən olunur ki, Cavabdeh4 X6 əri, Cavabdeh5 isə onun oğludur.

25. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən mənzil Cavabdeh1 (3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m-nin ½ hissədə) xüsusi mülkiyyətindədir. Bu barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Həmin mənzilə dair Cavabdeh2 adına da (3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m-nin ½ hissədə) xx.xx.2023-cü il tarixdə qeydiyyat aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

26. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv olunması, notariusun qərarının ləğvi, buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik haqqında şəhadətnamənin yenidən verilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, 1-ci cavabdeh tərəfindən verilmiş xx.xx.2022ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında 2-ci və 3-cü cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 6al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanında yerləşən mənzili faktiki olaraq qəbul etməyini, həmçinin iddiaçının adına da vərəsəlik işi üzrə yeni şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək 1-ci cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, 1-ci cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında 2-ci və 3- cü cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 6al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanında yerləşən mənzili faktiki olaraq qəbul etməyini, həmçinin iddiaçının adına da vərəsəlik işi üzrə yeni şəhadətnamə verilməsi və bu zaman digər vərəsələr X6 və Cavabdeh3 paylarını da iddiaçıya verilməsini nəzərə alaraq, 3/5 payın iddiaçının adına, 1/5 payın 2-ci cavabdeh X7 adına, 1/5 payın isə 3-cü Cavabdeh2 adına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum bacısı X27 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X3 miras qalmış ünvan 6al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanında yerləşən mənzili üzrə xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni digər bacıları Cavabdeh1 və Cavabdeh2 ½ hissə olmaqla, cavabdeh tərəfindən şəhadətnamələr verilmişdir. Vərəsəlik işi üzrə iddiaçı 11 may 2012-ci ildə, 2-ci cavabdeh bacısı Cavabdeh1 06 aprel 2012-ci ildə, 3-cü cavabdeh bacısı isə xx.xx.2012-ci il tarixdə 9 saylı notariat ofisinə müraciət etmişik, daha sonra aralarında olan söz-söhbətə görə və notariat kontoru tərəfindən araşdırma aparılmasını gözləmişdir. Bildirilir ki, bacısı xx.xx.2011-ci ildə vəfat etdiyi gündən bu günə kimi həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Miras əmlakı faktiki olaraq qəbul etmişdir. Vərəsəlik işində iddiaçının ərizəsi, doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi vardır. İddiaçıya məlum olmayan səbəblərə görə, 1-ci cavabdeh tərəfindən ona xəbər verilmədən və məlumatı olmadan 2-ci və 3-cü cavabdehlərə, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 6al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanda yerləşən mənzilə Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli V-56 saylı vərəsəlik işi üzrə hər birinə ½ hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verir. Bunları 2-ci və 3-cü cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı miras əmlaka gələrək bildirmişdir. Daha sonra 1-ci cavabdeh müraciət etmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli notarial hərəkətlərini aparmaqdan imtina edilməsi barədə Qərar qəbul etmişdir. Həmçinin bildirilir ki, X11dur, anası isə X17r, həmin nikahdan 6 övlad dünyaya gəlmişdir. İddiaçı, vəfat etmiş bacısı X27 (miras ondan qalıb), digər bacıları 2-ci və 3-cü cavabdehlər, digər bacısı X18 (mirası qəbul edilməsi barədə ərizə yazmış və iddiaçının xeyrinə paydan imtina etmişdir, xx.xx.2019-cu ildə vəfat etmişdir) və sonuncu bacısı Cavabdeh3 (o, ümumiyyətlə, bütün paydan imtina etmişdir və qəbulundan da imtina etmişdir)

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum bacısı X14 vərəsələri ola biləcək şəxslərin cavabdeh qismində işə cəlb edilməsinə etiraz etmədiklərini bildirmişdir.

30. Cavabdeh1 etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələblərini faktiki və hüququ baxımdan əsassız hesab edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, bacısı X27 xx.xx.2011-ci il tarixdə vəfat etdiyi gündən bu günə qədər ünvan 6al rayonu, C.Cabbarlı küçəsi ev 16 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Bununla bağlı bildirilir ki, iddia ərizəsində qeyd olunanlar yalan məlumatdır. Belə ki, bacısı mərhum X21 vəfat etmədən əvvəl onlar baxmış və vəfat etdikdən sonra da 40 mərasimi də daxil bütün yas mərasimlərini cavabdehlər vermişdir. Yenə bacısına məxsus olan ünvan 6al rayonu, C.Cabbarlı küçəsi ev 16 ünvanda yerləşən mənzilə o vəfat etdikdən sonra cavabdeh sahiblik etmiş və bir neçə illər həmin mənzili idarə etmişdir. Sonra maddi vəziyyəti yaxşı olmadığı üçün qardaşının müvəqqəti olaraq orda yaşamasına icazə vermişdir. Eyni zamanda iddiaçının 12 il ərzində vərəsəliklə bağlı müraciət etməməsi də iddia ərizəsində qeyd olunanların əsassız olduğunu sübuta yetirir. Bundan əlavə, cavabdeh hesab edir ki, iddiaçı qanun ilə müəyyən edilmiş ümumi iddia müddətini də ötürmüşdür. Göründüyü kimi mirasın açıldığı vaxt olan xx.xx.2011-ci il tarixdən 12 ilə yaxın bir müddətdən sonra iddiaçı iddia qaldırmışdır və bununla da qanunla müəyyən olunan ümumi iddia müddətini də buraxmışdır.

31. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)- 456/2024 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “notariusun qərarının, vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv olunması və vərəsəlik haqqında yeni şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə “notariusun qərarının ləğvi” hissəsində xitam verilməsi qərara alınmışdır.

32. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-456/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-531 № ilə reyestrdə qeyd olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ünvan 6al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanında yerləşən mənzil üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2023-cü il tarixli qeydiyyat və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ünvan 6al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanda yerləşən mənzilə 1/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh3, 1/5 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh4, 1/10 hissədə Cavabdeh5 miras pay hüququnun müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.2, 16.1, 19, 149.2, 337.1, 372.1, 372.2, 373.1, 377.1, 384.0.4, 1133.1, 1134.1, 1151.1, 1159.1, 1159.2, 1160, 1243.2, 1252, 1255, 1256, 1261, 1269, 1300, 1318, 1321.1, 1322-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə, 55 və 59-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 217.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

34. Qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, qətnamənin miras əmlakdan Cavabdeh3, habelə X6 vərəsələri Cavabdeh4 və Cavabdeh5 payın müəyyən olunması hissəsində ləğv edilməsini, miras əmlaka dair İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin ayrılıqda 1\3 hissədə bərabər paylarını müəyyən edən yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyan X14 vərəsəsi olan bacısı Cavabdeh3 ünvan 6al rayonu, C.Cabbarlı küçəsi, B 16m. ünvanda yerləşən mənzili miras qismində qəbul etmək üçün miras açılandan sonra altı ay müddət ərzində müvafiq notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışdır. Bununla yanaşı Cavabdeh3 notariat qaydasında təsdiq edilmiş 07 avqust 2021-ci il tarixli ərizə ilə vəfat etmiş bacısı X14 ölümündən sonra ona çatan payın qəbul etmədiyini, qəbul etmək niyyətində olmadığını, itirilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olmadığını bildirmişdir. Bundan savayı Cavabdeh3 Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən verilmiş 06 avqust 2022-ci il tarixli 2V-531 № ilə reyestrdə qeyd olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini mübahisələndirilməmiş, hazırkı məhkəmə icraatında da iştirak etməmiş və miras payın ona verilməsini xahiş etməmişdir. Məhkəmə araşdırılması zamanı eyni zamanda müəyyən olunmuşdur ki, miras qoyan X14 digər vərəsəsi olan bacısı X18 da ünvan 6al rayonu, C.Cabbarlı küçəsi, B 16 m. ünvanda yerləşən mənzili miras qismində qəbul etmək üçün miras açılandan sonra altı ay müddət ərzində müvafiq notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışdır. X18 26 fevral 2019-cu il tarixli 68 №-li akt qeydinə əsasən vəfat etmişdir. X1 mübahisəli əmlakı miras qismində qəbul etmək üçün məhkəməyə müraciət etməmiş, müvafiq notariusun sərəncamını və ya hərəkətsizliyini mübahisələndirməmişdir. X6 vərəsələri də – Cavabdeh4 və Cavabdeh5 məhkəmə icraatı barədə məlumatlandırmalarına baxmayaraq, məhkəmə icraatında iştirak etməmişlər, onlara miras payın ayrılmasını məhkəmədən xahiş etməmişlər, X6 vəfatından sonra və hazırkı məhkəməyə qədər isə müvafiq notariat ofisinə müraciət edib qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etməmişlər və notariusun hərəkət və ya hərəkətsizliyini məhkəmə qaydasında mübahisələndirməmişlər. Göründüyü kimi, hazırkı vərəsəlik münasibətləri 26 dekabr 2023-cü il tarixli Qərarı qüvvəyə minənə qədər yaranmışlar, hazırda məhkəmənin icraatında isə nə Cavabdeh3, nə də ki X6 və ya sonuncunun vərəsələri olan Cavabdeh4 və Cavabdeh5 ərizəsi əsasında olan mübahisələr mövcud deyil. Belə olan halda nə Cavabdeh3, nə də ki X18 həmin dövrdə qüvvədə olan qanunvericiliyinin müddəalarına müvafiq olaraq mirası qəbul etmədilər mirası qəbul etmiş sayılmalı deyillər. Həmçinin Cavabdeh4 və Cavabdeh5 da ünvan 6al rayonu, C.Cabbarlı küçəsi, B 16 m. ünvanda yerləşən mənzilə dair müvafiq payda vərəsəlik hüququna malik deyillər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Proses iştirakçılarının izahatı

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

39. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

40. Maddə 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.

41. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

42. Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.

43. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

45. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

46. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

47. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

48. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

49. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

50. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

51. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

52. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

53. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

54. Maddə 1261.Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

55. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.

56. Maddə 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.

57. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

58. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

59. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

60. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

61. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

62. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

63. Maddə 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır.

64. Maddə 384.0.4. İddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, şamil edilmir.

“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:

65. 9-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır.

66. 55-ci maddəsinə əsasən Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

67. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı:

68. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

72. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

73. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

74. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

75. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

76. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

77. Hazırki halda, yalnız Cavabdeh1 apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini və qismən ləğv edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya şikayəti həddində yoxlanılır. Belə ki, qətnamə tələbin təmin edilmədiyi hissədə iddiaçı və təmin edildiyi hissədə digər cavabdehlər tərəfindən mübahisələndirilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-456/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

79. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunan və mübahisələndirilməyən hallarına görə ünvan 3 ünvanda yerləşən mənzil (3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m) iddiaçının bacısı X14 mülkiyyətində olmuşdur. X27 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisinin 15 oktyabr 2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mərhum X14 miras əmlakı olan ünvan 3 ünvanda yerləşən mənzilin Cavabdeh2 (½ hissə) və (½ hissə) Cavabdeh1 vərəsəlik hüququ (payları) tanınmışdır. İddiaçı 11 may 2012-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinə İddiaçı bacısı X21 məxsus olmuş miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində müraciət etmədiyi bildirilərək, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.

80. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında olan mövqeyinə uyğun olaraq, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

81. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə, digər vərəsə Mədinə Məmmədova xx.xx.2017-ci il tarixdə mirasdan imtina etmələri barədə notariusa müraciət etmişlər. Göründüyü kimi, onların mirasdan imtinası qanunvericiliklə müəyyən edilmiş müddət ərzində olmamış, üstəlik də cavabdeh Mədinə Məmmədova xx.xx.2012-ci il tarixdə mərhum bacısından miras qalmış əmlakla bağlı notariusa ərizə ilə müraciət etmişdir. Belə olanda məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh3 və Mədinə Məmmədova qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsələr olduğundan, mirası qəbul etmiş vərəsələr hesab edilməlidir.

82. Kollegiya qeyd edir ki, mirası qəbul etmək hüququnun məzmunu mümkün olan iki alternativ imkandan birini seçməkdən ibarətdir: mirası qəbul etmək imkanı; mirasdan imtina etmək imkanı. Mirasdan imtina xüsusi olaraq vərəsəlik hüququnun xitam olunması məqsədilə həyata keçirilən aktdır. Buna görə də həmin akt mülki-hüquqi əqddir. Özü də bu əqd yalnız bir tərəfin - mirasdan imtina edən vərəsənin iradəsini ifadə edir. Hüquqi nəticənin yaranması - vərəsəlik hüququna xitam verilməsi üçün təkcə, ancaq həmin vərəsənin öz iradəsini bildirməsi kifayət edir. Hüquqi nəticənin əmələ gəlməsi üçün hər hansı şəxsin cavab, qarşılıqlı iradə ifadəsi tələb olunmur. Buna görə də mirasdan imtina birtərəfli əqddir. Mirasdan imtina eyni miras üzrə vərəsəliyə çağırılan digər vərəsələrin razılığını da tələb etmir. O, həmin vərəsələrin iradə ifadəsindən asılı deyildir. Məhz bu baxımdan da mirasdan imtina birtərəfli aktdır. Bunun nəticəsində vərəsənin həmişəlik olaraq vərəsəliyinə (vərəsəlik hüququna) xitam verilir. Mirasdan imtina aktı vərəsənin miras əmlakı qəbul etməmək niyyətini ifadə edir. Mirasdan imtina dedikdə, birtərəfli elə mülkihüquqi əqd başa düşülür ki, bunun nəticəsində müəyyən mirası qəbul etməyə çağırılmış vərəsənin həmin miras üzrə vərəsəlik hüququ həmişəlik olaraq xitam edilir. Bundan başqa mirasdan imtina dönməz xarakterə malikdir. Bu o deməkdir ki, vərəsə mirasdan qəti və həmişəlik olaraq imtina edir. Mirasdan imtinanın dönməzliyi (qətiliyi) onu ifadə edir ki, əgər vərəsə artıq mirasdan imtina etmişsə, onu qəbul etmək olmaz.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

84. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia ərizəsi məhkəməyə təqdim olunan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədə olsa da, mülki iş məhkəmənin icraatında olan zaman, yuxarıda qeyd edilən Qərarla həmin maddələr qüvvədən düşmüşdür. Qərarda o da qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.

85. Kollegiya apellyasiya şikayətinin digər vərəsələrin pay hüquqlarının müəyyən olunması ilə bağlı iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, apellyasiya şikayətinin bu hissədə heç bir hüquqi əsası mövcud deyil. Kollegiya hesab edir ki, mübahisə olduğu hallarda məhkəmələr iddia tələblərinə qiymət verərkən, iddiaçının payını müəyyən etməklə yanaşı cavabdehlərin də miras əmlakdakı payını qeyd etməli, o cümlədən mərhumun ölümü ilə açılan miras kütləsini, vərəsələrin kimliyini, həmin mirasın vərəsələr arasında bölüşdürülməsi məsələsini də həll etməlidir.

86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

87. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

88. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir.

89. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-456/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi yoxlanılan apellyasiya şikayəti həddində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar