Məhkəmə qərarları › İş №2(103)-4110/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4110/2024

20.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4110/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC, "xxxx"nın Azərbaycan Respublikası Bakı şəhərində filialı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 və Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının İddiaçı qarşı kredit borcunun gecikdirilməsinə görə hesablanmış kompensasiya məbləğinin tutulması tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 və Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ilk, Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhərində filialının İddiaçı qarşı kredit borcunun gecikdirilməsinə görə hesablanmış kompensasiya məbləğinin tutulması tələbinə dair qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(005)-934/2024 nömrəli qətnaməsindən İddiaçı və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(103)-288/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh “Montinburg" MMC-dən 47512,70 manat əsas borc 8988,87 manat faiz borcu və 5000 manat məbləğində isə cərimə borcunun iddiaçı "xxxx"nın Bakı filialının xeyrinə tutulmalı, tələb ipoteka predmeti olan ünvan 1 ünvanındakı, 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən mülkiyyət hüququ ilə İddiaçı məxsus ümumi sahəsi 84 kv.m olan 4 otaqlı, 7 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 118000 müəyyən olunmalıdır.

2. "xxxx" MMC, İddiaçı, X10 və X4, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış 31 avqust 2020-ci il tarixli 01 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilinə dair hərracın 28 sentyabr 2020-ci il tarixdə keçiləcəyi barədə məlumat və yeri barədə məlumatlar qeyd olunmuşdur. Bildirişə dair xəbərnamələrdən İddiaçı ünvanlanmış bildirişin “Ünvanda yoxdur” qeydi, X1 ünvanlanmış bildirişin isə “ünvanda qalmır” qeydi ilə geri qaytarıldığı aydın olur.

3. "xxxx" MMC, İddiaçı, X10 və X4, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış 06 oktyabr 2020-ci il tarixli 02 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilinə dair hərracın 12 oktyabr 2020-ci il tarixdə keçiləcəyi barədə məlumat və yeri barədə məlumatlar qeyd olunmuşdur. Bildirişə dair xəbərnamələrdən İddiaçı ünvanlanmış bildirişin “Ünvan düzgün deyil” qeydi, X1 ünvanlanmış bildirişin isə “Belə bir ünvan yoxdur” qeydi ilə geri qaytarıldığı aydın olur.

4. "xxxx" MMC, İddiaçı, X10 və X4, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış 15 oktyabr 2020-ci il tarixli a/1503 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi 5563-67809/17 saylı 13 iyul 2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı ş. Sabunçu r. Bakıxanov qəs,Əhmədbəy Ağayev küç.,41 saylı evin 7 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin 15 oktyabr 2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 75225 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.

5. “Atribut” qəzetinin 29 avqust-05 sentyabr 2020-ci il tarixli buraxılışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilə dair ilkin satış qiyməti 118000 manat olmaqla 28 sentyabr 2020-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumatlar qeyd edilmişdir. “Atribut” qəzetinin 02-08 oktyabr 2020-ci il tarixli buraxılışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilə dair 28 sentyabr 2020-ci il tarixdə keçirilmiş hərrac baş tutmadığından ilkin satış qiymətindən 15% aşağı qiymətlə 12 oktyabr 2020-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumatlar qeyd edilmişdir.

6. “Atribut” qəzetinin 14 oktyabr 2020-ci il tarixli buraxılışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilə dair hərracın baş tutmadığı qeyd olunmuşdur.

7. Hərracın yekunları barədə 04 noyabr 2020-ci il tarixli 35/01 nömrəli protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqavilədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(103)-288/2020 saylı icra vərəqəsi, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 5563- 67809/17 saylı sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı mülkiyyətində olan ipoteka predmeti olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən satış qiymətindən 25% aşağı olmayan məbləğlə 75225 manat qiymətlə tələbkar Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialına təklif edilmiş və filialın nümayəndəsi Vəkil3 tərəfindən qəbul edilərək alqı-satqı müqaviləsi bağlanmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilinin Pakistan Milli Bankının Bakı Filialının tam payda xüsusi mülkiyyətində olmasına dair 01 mart 2022-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 04 noyabr 2020-ci il tarixdə tərtib edilmiş 35/01 nömrəli “hərracın yekunları barədə Protokolun və 04 noyabr 2020-ci il tarixli hərracın yekunları üzrə tərəflər arasında imzalanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, hərracın yekunlarına dair protokol və müqavilə əsasında “Pakistan Milli Bankının Bakı filialının adına verilmiş 01 mart 2022-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İlkin iddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(103)-288/2020 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. Bu barədə müvafiq icraata başlamaq haqqında Qərar və tələbin könüllü icra olunması barədə bildiriş borclu İddiaçı göndərilmişdir. Bundan sonra icra məmuru tərəfindən “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi" MMC-yə rəsmi müraciət edərək, iş üzrə ipoteka predmeti barəsində hərracın təşkil olunaraq keçirilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 118000 manat məbləği olmaqla həyata keçirilməsi qeyd edilmişdir. Bu da tam əsaslıdır ona görə ki, iş üzrə məhkəmə qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti birbaşa olaraq qeyd edilmişdir. Həmin qətnamə də hal-hazırda qüvvədədir və dəyişdirilməmişdir. Bundan sonra hərrac təşkilatı tərəfindən 31 avqust 2020-ci il tarixli, 01/884 nömrəli bildirişi Sabunçu rayon İcra şöbəsinə, tələbkar və borcluya göndərməklə iş üzrə ilkin hərracın 28 sentyabr 2020-ci il tarixdə, saat 11:00-da keçiriləcəyi və ipoteka predmetinin ilkin satış qiymətinin isə 118000 manat məbləğində olduğunu qeyd etmişdir. Hərrac təşkilatından əldə edilmiş sənədlərdən göründüyü kimi, ilkin hərrac baş tutmamış və daha sonra 06 oktyabr 2020-ci il tarixli, 02/1331 Açıq hərracın keçirilməsi barədə bildirişdən də göründüyü kimi 12 oktyabr 2020-ci il tarixdə saat 11:00-də təkrar hərrac keçirilmiş və qanunvericiliyin tələbinə əsasən ipoteka predmeti olan əmlak 100300 manat (118000 manat - 15%--100300 manat) məbləğinə təkrar hərraca çıxarılmışdır. Hərrac mərkəzinin 15 oktyabr 2020-ci il tarixli, a/1503 nömrəli ipoteka predmetinin əldə olunmasına dair tələbkar Banka və digər cavabdehlərə göndərilmiş təklif məktubundan da göründüyü kimi təkrar hərracda əmlakın alıcısı olmadığı üçün İpoteka haqqında qanunun tələbinə əsasən mülkiyyət hüququ ilə ona məxsus ipoteka predmeti olan mənzil girov saxlayan Banka 75225 manata təklif olunmuş və Bank tərəfindən əldə olunaraq sifarişçi Sabunçu rayon İcra və Probasiya Şöbəsi, Hərracın keçirilməsinə şərait yaradan "xxxx" MMC və İpoteka saxlayan "xxxx"nın Bakı filialının etibarnamə üzrə nümayəndəsi Vəkil3 tərəfindən Hərracın yekunları barədə 04 noyabr 2020-ci il tarixli. 35/01 nömrəli protokol və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 noyabr 2020-ci il tarixli Müqavilə imzalanmışdır. Daha sonra həmin sənədlər əsasında ipoteka predmetini əldə etmiş Bank tərəfindən DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən 01 mart 2022-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarış əldə olunmuşdur. Aşağıda qeyd etdiyi səbəblərə görə "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələbinin pozulması ilə keçirildiyi üçün nəticələri ləğv edilməlidir: ümumiyyətlə bu iş üzrə kredit müqaviləsi üzrə Bank qarşısında Borcalan İddiaçı, yox "Montinburg” MMC və onun təsisçisi, eləcə də qanuni təmsilçisi X6r. Bunu kreditor Bankın nümayəndələri də bilir. İddiaçı isə iş üzrə Bank qarşısında Girovqoyan kimi çıxış etmişdir. Keçirilmiş hərracın yekun nəticələri barədə İddiaçı məxsus olan əmlakın Bankın mülkiyyətinə keçirilməsi dair məlumatı, mənzildən qeydiyyatdan çıxarılmağı barədə Sabunçu rayon Polis İdarəsi tərəfindən ona göndərilmiş 18 avqust 2023-cü il tarixli məktubu əldə etdikdən sonra bilmişdir. Bundan sonra Sabunçu rayon İcra Şöbəsinə gedərək icra məmurundan ona məxsus əmlakın artıq Bankın mülkiyyətinə keçdiyini, hətta 7 faiz icra ödənişinin Bank tərəfindən ödənildiyini və alış qiyməti ilə. qətnamə borcu arasında yaranmış fərq məbləğinin isə icra şöbəsinin depozit hesabına ödənildiyinin şahidi olmuşdur. Bütün bu proseslərdən isə İddiaçı ümumiyyətlə xəbəri olmamışdır. Belə ki, 16 dekabr 2020-ci il tarixdə İddiaçı tərəfindən ərizə ilə hərrac təşkilatına müraciət edilərək, hərrac təşkilatından icra şöbəsinin sifariş məktubunu, hərracın vaxtı və yeri barədə bildirişləri və hərracın yekunlarına dair protokolun ona təqdim edilməsini xahiş etdi. Hərrac təşkilatı tərəfindən İddiaçı ərizəsinə cavab olaraq hərracın keçirilməsinə dair 31 avqust 2020 və 06 oktyabr 2020-ci il tarixli Bildirişlər, ipoteka predmetinin tələbkara təklif olunmasına dair Təklif məktubu, keçirilmiş hərrac barədə Atribut qəzetində dərc olunmuş elanın surəti, hərracın keçirilməsi barədə Bildirişlərin İddiaçı göndərilməsi barədə 12 ədəd poçt sənədlərinin surəti (hec bir poçt sənədində İddiaçı almasını təsdiq edən imza yoxdur) təqdim olunmuşdur. Həmin vaxt hərrac təşkilatının rəhbəri olmuş Günel Mustafayevadan hərracın yekunları barədə protokolun və müqavilənin İddiaçı təqdim olunmasını tələb edəndə, Günel xanım ona Protokol və Müqaviləni imzalanmadığı bildirmişdir. Həmin sənədlər İddiaçı 25 yanvar 2021 -ci il tarixdə təqdim edilmişdir. Belə olan halda ipoteka saxlayan Bank 30 gün müddətinə təklifə cavab verməli olduğu halda, əgər 25 yanvar 2021-ci il tarixdə hərracın yekunları barədə protokolu hələ də imzalamayıbsa (90 gün keçmişdir artıq), deməli əmlakın əldə olunmasından imtina edib. Eləcə də İddiaçı heç vaxt Bank tərəfindən əmlakın əldə olunması nə yazılı, nə də şifahi olaraq bildirilməmişdir. 2023-cü ilin avqust ayında əmlakın Bank tərəfindən əldə olunduğunu bildikdən sonra, İddiaçı İcra şöbəsinə və Banka gedərək artıq mənzilinin Bankın mülkiyyətinə keçirildiyinin şahidi olmuşdur. Bakı Aepllyasiya Məhkəməsinin müvafiq qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, məhkəmə tərəfindən verilmiş İcra vərəqinə əsasən Sabunçu rayon İcra şöbəsi tərəfindən mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 4 ünvanındakı, 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən mənzilin hərracdan satılması barədə "xxxx" MMC-yə sifariş məktubu göndərmiş və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə başlanılmışdır. Əldə etdiyi sənədlərdən görünür ki, ilkin hərrac 28 sentyabr 2020-ci il tarixə, saat 11:00-a təyin edilərək tərəflərə, eləcə də İddiaçı 31 avqust 2020-ci il tarixli, 01/884 nömrəli bildiriş göndərilmiş, lakin İddiaçı göndərilmiş 152782 nömrəli poçt sənədinin alıcı qrafasında ünvanda yoxdur qeydi yazılmışdır. Təkrar hərrac 12 oktyabr 2020-ci il tarixə, saat 11:00-a təyin edilmiş, İddiaçı göndərilən 06 oktyabr 2020-ci il tarixli, 02/1331 nömrəli bildirişin, 06 oktyabr 2020-ci il tarixli, 164811 nömrəli poçt sənədinin alıcı qrafasında ünvan düzgün deyil, qeydi yazılmışdır. İpoteka predmetinin əldə olunması barədə tələbkara göndərilmiş 15 oktyabr 2020-ci il tarixli, a/1503 Təklif məktubunun məlumat üçün isə İddiaçı göndərilməsinə dair 15 oktyabr 2020-ci il tarixli, 165454 nömrəli poçt sənədinin alıcı qrafasında “ünvanda yoxdur qəbul etmədi” qeydi yazılmışdır. Hərrac təşkilatı bildirişləri eləcə də qızı X2 da göndərmişdir ki, həmin qeydlər ona göndərilən poçt sənədlərinin alıcı qrafasında aparılmışdır. İddiaçı və ailəsi girov qoyduqları evdə yaşayır və bütün günü də evdə İddiaçı və ya ailə üzvləri olmuşdur. Keçirilmiş hərrac barədə İddiaçı ünvanına göndərilmiş bildirişlərin çatmaması (əldə olunmaması) mümkün deyildir. Göründüyü kimi, istər əvvəlcə başlamış hərrac, istərsə də, sonradan keçirilmiş hərraclar İddiaçı mülkiyyət hüquqlarının pozulmasına yönəldilmiş hərəkətlər və qəsdlər üzərində qurulmuşdur. Qeyd olunan hərracların (həm ilkin, həm də təkrar) keçirilməsi barədə, eyni zamanda bu hərracların keçirilməsi barədə olan qeyd olunan bildirişlərin heç birindən xəbəri olmamışdır.

11. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 30 mart 2012-ci il tarixli, N2335/2 saylı zaminlik müqaviləsi üzrə cavabdeh İddiaçı tərəfindən iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialına (Ləğv prosesindədir) ödənilməli olan 61501,57 manatın ödənilməsinin gecikdirildiyi 23 may 2017-ci il tarixdən 26 yanvar 2024-cü il tarixədək olan 2439 gün üçün həmin məbləğə illik 5% hesablanmaqla 20548,26 manatın və ödənilmiş 151,65 manat dövlət rüsumunun tutularaq iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının (Ləğv prosesindədir) xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, zamin və ipoteka qoyan şəxs olan cavabdeh Bank qarşısında öhdəliklərini hal-hazıradək icra etməmişdir. Belə ki, halhazıradək cavabdeh qanuni qüvvədə olan məhkəmə aktının icrasından yayınır və Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və hərracdan satılmış mənzili tərk etmir və orada yaşamaqda davam edir. Bankla "xxxx" MMC və İddiaçı arasında bağlanmış 30 mart 2012ci il tarixli, №335/2 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ipoteka qoyan şəxs olmaqla yanaşı həm də zamindir və borcalan "xxxx" MMC ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etməmişdir. Həmçinin İddiaçı xx.xx.2023cü il tarixdə Banka ərizə ilə müraciət edərək, “Bankın xeyrinə yüklü edilmiş mənzilin hərrac vasitəsilə Bankın adına rəsmiləşdiyi üçün yenidən həmin mənzilin ona satılması üçün son məhkəmə qərarında göstərilən əsas və faiz borcunun və bank xərclərinin ödənilməsi üçün 1 ay vaxt verilməsini xahiş etmişdir. Lakin sonradan Banka və digərlərinə qarşı hərrac təşkilatı tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə iddia qaldırmışdır. 23 may 2017-cİ il tarixə kredit və faiz borcu üzrə 61501,57 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Kredit müqaviləsi üzrə zamin və ipoteka qoyan şəxs olan cavabdeh tərəfindən 23 may 2017-ci ildən sonra bu günə kimi kredit müqaviləsindən irəli gələn öhdəliklər tam olaraq icra edilmədiyi səbəbindən Bankın gecikdirilmış vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Hazırda sözügedən kredit müqaviləsi üzrə Banka ödənilməli olan məbləğ 61501,57 manat ödənilməmiş qalmaqdadır. 23 may 2017-ci ildən 26 yanvar 2024cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 20548,26 manat təşkil edir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(005)- 934/2024 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.

14. Qətnamənin əsaslarına görə, həm 28 sentyabr 2020-ci il tarixdə keçirilmiş ilk hərrac, həm də 12 oktyabr 2020-ci il tarixdə keçirilmiş təkrar hərrac barədə bildirişi İddiaçı ünvan 7 ünvanı üzrə göndərmişdir. Bu bildirişlər “Ünvanda yoxdur” və “Ünvan düzgün deyil” qeydləri ilə geri qaytarılmışdır. İddiaçı özü də iddia ərizəsində ailəsi ilə birlikdə ipoteka predmeti olan mənzildə yaşadığını bildirmişdir. Bu mənzilin ünvanı isə “ünvan 8yil, “ünvan 9 ünvanıdır. Aydındır ki, hərrac təşkilatçısı evin ünvanında texniki yanlışlığa yol verərək, “41” əvəzinə “141” qeyd etmişdir. Bu səbəbdən də müvafiq bildirişlər ünvanın düzgün olmaması qeydi ilə geri qaytarılmışdır. "xxxx" MMC təkrar hərraca dair bildirişin göndərilməsi vaxtına dair qanunvericiliyin tələblərini pozmuşdur. Birinci hərrac 28 sentyabr 2020-ci il tarixə, təkrar hərrac isə 12 oktyabr 2020-ci il tarixə təyin edilmişdir. Təkrar hərraca dair bildiriş 06 oktyabr 2020-ci il tarixdə göndərilmişdir. Qanunverciliyin hərracın keçirilməsi barədə bildirişin göndərilməsinə dair yuxarıda qeyd edilən normasının məzmunundan bu normanın imperativ xarakter daşıdığı görünür. Məlumdur ki, hüquq normaları icra edilməsi tələbinə görə dispozitiv və imperativ ola bilər. Dispozitiv norma subyektlərə müəyyən şəraitdə birdən daha çox davranış imkanı versə də, imperativ norma konkret davranış qaydası müəyyən edir. Hazırki halda normanın tətbiq edildiyi subyekt olan "xxxx" MMC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş müddətə əməl etməli idi, ona başqa davranış imkanı verilməmişdir. Lakin MMC əməl etməli olduğu normanın tələbini pozmuşdur. İddiaçı nəticələrini mübahisələndirdiyi hərracın qeyd edilən qaydada keçirilmədiyini iddia etmiş, əmlakın hərraca çıxarılmasından məlumatsız olduğunu irəli sürmüşdür. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli icra vərəqəsi əsasında ünvan 1 7 nömrəli mənzilə yönəldilmə olması, həmin mənzilin açıq hərracda satılması İddiaçı bəlli idi. Qeyd olunan məhkəmə aktından kassasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almaqla icraya yönəldilmişdir. Məhkəmənin qənaətinə görə, əmlak iddiaçının adına olmaqla onun tərəfindən ipoteka ilə yüklü edilmiş, ipoteka ilə təmin edilmiş öhdəlik icra olunmadığından müvafiq məhkəmə qətnaməsi ilə əmlaka tutma yönəldilərək onun açıq hərracda satılması qət edilmiş və bu zaman o, məhkəmə iclaslarında iştirak etmişdir. (başqa sözlə, əmlakın hərraca çıxarılmasını nəzərdə tutan qətnamədən 5 il, əmlakın hərraca çıxarıldığı vaxtdan isə təxminən 4 il sonra). Bu mənada əmlakın hərraca çıxarılmasından onun xəbərsiz olmasını qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Məntiqli deyildir ki, o, əmlakına tutma yönəldildiyini bildiyi halda, ötən uzun müddət ərzində əmlakının açıq hərracda satılmasından məlumatsız olsun. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı tərəfə hərrac barədə məlumatın çatdırılmamasının məsuliyyətini hərracı keçirən təşkilat və ya tələbkar daşıya bilməz. Həmçinin nəzərə alınmalıdır ki, hərrac barədə qəzetlərdə müvafiq elanlar verilmişdir və mənzilinin hərraca çıxarılacağı barəsində məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdar olan iddiaçının bu məzmunda elanları da oxumamasının məsuliyyətini o özü daşıyır. Əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. İdidaçının bu qədər müddət ərzində, ipoteka ilə yüklü edilmiş əmlakın aqibətindən iddiaçının məlumatsız olması ağlabatan deyildir. Belə ki, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericiliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu itirmişdir. Belə ki, iş materiallarında olan icra vərəqindən İddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verdiyi müəyyən olunur. İşə baxan apelyasiya instansiya məhkəməsi 17 oktyabr 2019-cu il tarixdə qətnamə qəbul etmişdir. Hazırda iddiaçı Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsinin qəbul edildiyi 23 may 2017-ci il qətnamədən məlumatlı olmasına, həmin qətnamədən apelyasiya şikayəti verməsinə baxmayaraq kəsici müddətin öütürülməsinin üzrlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də İddiaçı "xxxx" MMC, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 və Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə tələbi qiymətləndirərkən qeyd etmişdir ki, qarşılıqlı iddiaçı 23 may 2017-ci il tarixdən 26 yanvar 2024-cü il tarixədək olan 2439 gün üçün borclunun ödəməyi gecikdirdiyi pul məbləğinə görə illik 5 faiz dərəcəsi ilə hesablamış kompensasiya tələb edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli” qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. Məhkəmə hesab etmişdir ki, yuxarıda sadalanan qanunvericilik aktlarından, o cümlədən plenum qərarından aydın olur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından aydın olur ki, iddiaçı illik 5% hesablamaqla tələb etdiyi pul məbləğini Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsinin qəbul edildiyi 23 may 2017-ci il tarixdən qarşılıqlı iddianın verildiyi tarixədək hesablayaraq 20548,26 manat pulun tutulmasını xahiş edir. Halbuki həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi 17 oktyabr 2019-cu il tarixli, 2(103)-288/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan kredit müqaviləsi üzrə borcludan vaxtında ödəmədiyi, o cümlədən müqavilə üzrə ödəməyi öhdəsinə götürdüyü bütün borc məbləği, əsas borc, ona hesablanmış faiz borcu və cərimə borcu borcalandan tutmuşdur. Yəni tərəflər arasında olan kredit müqaviləsi həmin məhkəmə mübahisəsinə qədər kreditor tərəfindən birtərəfli qaydada imtina olunmamışdırsa, həmin məhkəmə qətnaməsi ilə artıq kredit müqaviləsi ləğv edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borcun tutulması ipoteka predmetinə yönəldilmişdir. Qarşılıqlı iddiaçı borcalan tərəfindən qətnamənin icrasından qəsdən yayındığına dair hər hansı sübut təqdim etməmiş, iş materialları ilə belə bir hal müəyyən edilməmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra tədbirləri qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə yaranır. Lakin iddiaçı tərəflər arasında olan mübahisəyə baxan məhkəmənin qəbul etdiyi yekun məhkəmə aktının tarixindən qarşılıqlı iddianın verilməsi tarixinə illik 5% kompensasiya məbləği hesablamışdır. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə cavab vermir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin qanuni əsası mövcud deyil, bu səbəbdən də təmin edilməməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2, 415.2, 416.1, 416.2, 449.1, 449.4, -ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3, 41.5, 42.1, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.7-ci maddələrinə, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və ilk iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və qarşılıqlı iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

19. İddiaçı apelyasiya şikayətinin dəlillərinə görə, məhkəmə məsələyə birtərəfli yanaşmış, hərracların keçirilməsi isə bağlı ipotekaqoyana göndərilən bütün bildirişlərdə qəsdən edilən yalnışlıqları, hərracların keçirilməsinin ipotekaqoyandan gizlədilməsini əhəmiyyətli pozuntu kimi qəbul etməyərək ipoteka qoyanı hərracın nəticələrindən məlumatlı olduğunu təsir altında qalaraq müəyyən edir. Belə ki, İpoteka haqqında qanunun 44-cü maddəsində açıq aşkar müəyyən edilir ki, Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcələsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Hesab edirik ki, bu qanun tələbləri pozulmaqla bağlanılmış əqd məhkəmə tərəfindən etibarsız əqd hesab edilməli idi. Məhkəmə yenə birtərəfli yanaşmasını davam etdirirərək ipotekaqoyanı hərracın nəticələrindən məlumatlı olmuş kimi qiymətləndirir. Təqdim edilmiş sübutlardan da müəyyən etmək mümkündür ki, ipotekaqoyan 2023-cü ilin avqust ayında əmlakın bank tərəfindən əldə olunduğunu müəyyən etmişdir. Məhkəmə isə şəxsin məhkəmədən xəbərdar olmasını əsas gətirərək sübutlara qiymət verməmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının İpoteka haqqında Qanunun 43.8.-ci maddəsinə əsasən İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Biz iddiamızda bu faktı əsaslandırmışıq və məhkəməyə bildirmişdik ki, ipoteka qoyanın sorğusu nəticəsində ona hərracla bağlı bütün sənədlər verilmiş, lakin əmlakla bağlı alqı-satqı müqaviləsinin imzalanmadığı yəni alqı-satqının baş tutmadığı bildirilmişdir. Elə bu səbəbdən də bankın nümayəndəsindən əmlakın satış qiyməti ilə banka olan borc arasındakı fərqin ödənilməsi ilə bağlı təsdiqedici sənədin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Bankın məhkəməyə təqdim etdiyi çıxarışdanda müəyyən edilir ki, fərq 07 dekabr 2020-ci il tarixdə hərrac təşkilatına köçürülmüşdür. Təkrar hərrac isə 12 oktyabr 2020-ci il tarixdə keçirilmişdir. Görüldüyü kimi İpoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsi tələbi bank tərəfindən pozulmuşdur. Bu səbəbdən də ipoteka xitam edilmiş hesab edilməli idi. Qeyd edilənlərdən də müəyyən edilir ki, ipotekaqoyanın əmlakı barədə alqı-satqı müqaviləsinin baş tutmamış hesab etməyə haqqı var idi və bu hal qanunun hüquqi məntiqinə tam uyğundur. Məhkəmə bu göstərilən halların qanunla pozuntu olduğunu müəyyən etsə də iş üzrə kəsici müddət tətbiq edərək iddiaçı tərəfin qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisələndirmək hüququnu itirdiyi qənatinə gəlmişdir. Halbuki, təqdim edilmiş sübutlardan da müəyyən etmək mümkündür ki, ipotekaqoyan 2023-cü ilin avqust ayında əmlakımın Bank tərəfindən əldə olunduğunu müəyyən edərək hərracın keçirilməsindən ilk dəfə agah olmuşdur. Nəzərə alaraq ki, hərracın keçirilməsi xüsusi qəsdlə ipoteka qoyandan gizlədilmişdir, bu halda ipoteka qoyanın mənzildən qeydiyyatdan çıxarılmağı barədə Sabunçu rayon Polis İdarəsi tərəfindən ona göndərilmiş 18 avqust 2023-cü il tarixli məktubu əldə etdikdən sonra keçirilmiş hərracdan xəbər tutması tamamı ilə məntiqlidir. Digər tərəfdən Qanunun 43.8.-ci maddəsinin tələbinə əsasən İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hesabdan çıxarışdan və DƏDRXin 1 saylıBakı ərazi idarəsinin 01 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdanda müəyyən etmək mümkündür ki, müddət ötürülmüşdür və ipotekaya xitam verilmiş hesab edilməlidir.

20. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının apelyasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən hüquq normasının tələbi pozularaq AR Mülki Məcəlləsinin 445.7-ci maddəsi tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxtda qüvvədə olmuş redaksiyada deyil, 24 fevral 2023-cü il tarixli, 822-VİQD nömrəli qanunla edilən dəyişiklikdən sonrakı redaksiya tətbiq edilmişdir. Konstitusiya Məhkəməsinin “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 2009-cu il 9 iyul tarixli Qərarında bir mənalı olaraq göstərilmişdir ki: “Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözlərieyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.” Hazırkı işdə borclu tərəfindən icranın geckdirilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Məhkəmənin nəzərinə həmçinin onu da çatdırmaq istəyirik ki, analoji mübahisələrlə bağlıartıq formalaşmış məhkəmə təcrübəsi də vardır. Məhkəmə, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları – kredit müqaviləsi üzrə borcu şəxsin həmin müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyinə dair kifayət qədər sübutlar olduğu halda, gəldiyi nəticə üçün həmin faktiki halları araşdırmamış, onlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi qiymət verməmişdir. Hazırkı işdə birinci instansiya məhkəməsi, kredit müqaviləsi üzrə əsas və faiz borcunun tələb edilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəni həlletmiş əvvəlki məhkəmə qərarlarına istinadən belə nəticəyə gəlmişdir ki, həmin məhkəmə qərarları ilə tərəflər arasında mövcud olan bütün mübahisələr həll edilmişdir və bu səbəbdən qarşılıqlı iddiaçı hazırkı işdəki tələblə bağlı iddia qaldıra bilməzdi, başqa sözlə desək, məhkəmə müəyyən etmişdir ki, hazırda tərəflər arasında həmin kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərə xitam verilmişdir. Halbuki, göstərilən dəlillərdən də aydın görünür ki, öhdəliyin icrasının gecikdirilməsinə görə bunun nəticəsində vurulan zərər üçün qarşılıqlı iddiaçının illik 5 faiz tələb etmək hüququna əsas verən halların olmaması sübuta yetirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçının nümayəndəsi Vəkil2 iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu uyğun izahat verərək şikayətin təmin olunmasını,cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

23. Cavabdeh"xxxx"nın Bakı filialının nümayəndəci Vəkil1 iştirak etdiyi məhkəmə iclasında iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını, bank tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 354.2. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddə 445.7. Kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə yaranır Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 41.2, 41.3 və 41.5. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Maddə 43.3-43.4. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

26. “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunur ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətləri ilə qətnamənin həm ilkin, həm də qarşılıqlı iddia üzrə ləğv edilərək iddiaların təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. İddiaçının apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, ipoteka qoyan hərracın nəticələrindən məlumatçız olmuş, 2023-cü ilin avqust ayında əmlakın bank tərəfindən əldə olunduğunu müəyyən etmişdir.

31. Bu dəlillə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış əsaslandırma ilə razılaşaraq qeyd edir ki, “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqe bundan ibarət olmuşdur ki, MM-nin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildiriş hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymur, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilir, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulanır.

32. Bundan başqa iddiaçının keçirilmiş hərraclar barədə məlumatlı olmadığı onun özü tərəfindən iddia ərizəsininin əsaslandırıcı hissəsində göstərdiyi xüsusatlarla tam təkzib olunur. Belə ki, iddiaçı özü ərizəsində qeyd edir ki, 16 dekabr 2020-ci il tarixdə İddiaçı tərəfindən ərizə ilə hərrac təşkilatına müraciət edilərək, hərrac təşkilatından icra şöbəsinin sifariş məktubunu, hərracın vaxtı və yeri barədə bildirişləri və hərracın yekunlarına dair protokolun ona təqdim edilməsini xahiş etmiş, hərracın keçirilməsinə dair 31 avqust 2020ci il və 06 oktyabr 2020-ci il tarixli bildirişlər, ipoteka predmetinin tələbkara təklif olunmasına dair təklif məktubu, keçirilmiş hərrac barədə “Atribut” qəzetində dərc olunmuş elanın surəti təqdim olunmuşdur. Qeyd olunan xüsusatın iddia ərizəsində göstərilməsi də onu təsdiq edir ki, iddiaçı hərracların keçirilməsindən və yekun protokolunun möcudluğundan məlumatlı olmuşdur. İddia ərizəsində daha sonra qeyd olunur ki, həmin vaxt hərrac təşkilatının rəhbəri olmuş Günel Mustafayevadan hərracın yekunları barədə protokolun və müqavilənin İddiaçı təqdim olunmasını tələb edəndə, Günel xanım ona Protokol və Müqavilənin imzalanmadığı bildirmişdir.

33. Hərracın yekunları barədə protokolun qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində imzalanmaması barədə şikayətin dəlili də əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, protokol və alqı – satqı müqaviləsi 06 noyabr 2020-ci il tarixdə imzalanmışdır və bunun əksini təsdiq edən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

34. Apellyasiya şikayətinin digər dəlili kimi istinad olunan fərqin 07 dekabr 2020-ci il tarixdə hərrac təşkilatına köçürülməsi də hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bu xüsusatın əqdin etibarsızlığı üçün əsas olması ilə bağlı qanunvericilikdə hər hansı bir norma mövcud deyildir.

35. Məhkəmənin kəsici müddət tətbiq edilməsi barədə apardığı əsaslandırma ilə də məhkəmə kollegiyası razılaşır. Belə ki, iddiaçı 2023-cü ilin avqust ayında əmlakının bank tərəfindən əldə olunduğunu müəyyən edərək hərracın keçirilməsindən ilk dəfə agah olduğunu qeyd etsə də, yuxarıda qeyd olunduğu kimi onun məlumatlı olması 16 dekabr 2020-ci il tarixdə ərizə ilə hərrac təşkilatına müraciət edilərək, hərrac təşkilatından icra şöbəsinin sifariş məktubunu, hərracın vaxtı və yeri barədə bildirişləri və hərracın yekunlarına dair protokolun ona təqdim edilməsini xahiş etməsi, hərracın keçirilməsinə dair 31 avqust 2020-ci il və 06 oktyabr 2020-ci il tarixli bildirişlər, ipoteka predmetinin tələbkara təklif olunmasına dair təklif məktubu, keçirilmiş hərrac barədə “Atribut” qəzetində dərc olunmuş elanın surətinin təqdim olunması ilə təkzib olunur. Əgər iddiaçı tərəfindən hərrac təşkilatına müraciət olunduqdan sonra sənədlər ona təqdim olunmadığı təqdirdə belə 3 ildən artıq müddət ərzində onun tərəfindən zəruri hesab etdiyi sənədlərin rəsmi qaydada tələb etməməsi inandırıcı deyildir.

36. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qarşılıqlı iddianın rədd olunması ilə bağlı 1-ci instansiya məhkəməsi tərəfindən aparılmış əsaslandıma və gəlinənt nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, bank tərəfindən eyni tələblə bağlı əsas borculya və digər zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir və qətnamənin icrası 2020-ci ilin dekabr ayında başa çatmışdır. 37.Qeyd olunanlar məhkəmə kollegiyasına bu qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaların rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(005)- 934/2024 nömrəli qətnaməsindən İddiaçı və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(005)- 934/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar