Məhkəmə qərarları › İş №2(103)-4118/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4118/2022

27.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4118/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 23 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-174/2022 saylı, 10.02.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri və cavabdehin adına rəsmiləşdirilmiş “Opel Vita” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixində Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi ilə bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-174/2022 saylı, 10.02.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir (Hakim: Təhminə Xəlilova). Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi xahiş edilmişdir. İşə baxılasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hazırki mülki iş apellyasiya məhkəməsinin icraatında olan zaman maraqlı şəxs X1 müvəqqəti təminat tədbirinin ləğvinə dair ərizəsi məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.05.2022-ci il tarixli sorğusuna əsasən, maraqlı şəxs X1 müvəqqəti təminat tədbirinin ləğvinə dair ərizəsi birinci instansiya məhkəməsinə daxil olduğu üçün işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təmin tədbirinin ləğvinə dair ərizəyə baxılması üçün həmin mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 23 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar