Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-412/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil – Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi, Cavabdeh1 cavabdehlər Cavabdeh2 Mənzil – Tikinti Kooperativinə və İddiaçı qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətə qəsdə son qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X15 (sədrlik edən və məruzəçi), X29 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh1, onun nümayəndəsi Vəkil1, Cavabdeh2 Mənzil – Tikinti Kooperativinin nümayəndəsi X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil – Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi, Cavabdeh1 cavabdehlər Cavabdeh2 Mənzil – Tikinti Kooperativinə və İddiaçı qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(010)-147/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 28 dekabr 2009-cu il tarixli, 53 nömrəli Cavabdeh2 MTK-da yaşayış binasında mənzil alışı haqqında müqavilədən görünür ki, icraçı – Cavabdeh2 MTK Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış massivi 13M ünvanında inşa ediləcək binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 108.5 kv. metr olan mənzili payçı – İddiaçı təhvil verməyi və payçı – İddiaçı isə mənzilin dəyəri olan 35000 manat pul vəsaitini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.
2. 27 dekabr 2010-cu il tarixli, 140 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış massivi, 13M ünvanında yerləşən binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 274 nömrəli, ümumi sahəsi 108.5 kv. metr olan mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və onun kooperativə borcu yoxdur.
3. İcraçı Cavabdeh2 MTK ilə payçı (zərərçəkmiş) Cavabdeh1 Məmməd oğlu arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 63 nömrəli müqavilədən görünür ki, icraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X43, V yaşayış massivində, MTK-nın üzvləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında məlum səbəblərə, Nəsib Əliyevin 31 iyul 2012-ci il tarixli ərizəsinə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin 15 may 2014-cü il tarixli tövsiyyə məktubuna və qərarına əsasən, formal olaraq rəsmiləşdirilmiş, dəyəri və əlavə dəyər vergisi MTK-nə ödənilməyən, yaşayış və qeyriyaşayış sahələrinin ləğvi hesabına zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilir. X16 imzası ilə 15 may 2007-ci il tarixli Cavabdeh2 MTK-nın saxta müqaviləsi əsasında Cavabdeh1 verilmiş mənzil, digər boşaldılmış mənzillə dəyəri ödənilmədən əvəzləşdirilir. X1 tərəfindən imzalanmasına baxmayaraq, mənzilin dəyəri Cavabdeh1 tərəfindən Zaur Cabbarova ödənilmişdir (15 may 2007-ci il tarixli saxta müqavilə və Cavabdeh1 ərizəsinin surəti bu müqaviləyə əlavə edilir). - Həmin müqavilənin: - 1.2-ci bəndinə görə, bu müqavilədən əvvəl Cavabdeh2 MTK tərəfindən verilən hər hansı bir sənəd və yaxud surətləri aşkar olunarsa etibarsız hesab edilir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 mart 2017-ci il tarixli, 2-1(102)-423/2017 nömrəli qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2-1(82)-1207/2016 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli, 2-1(103)-523/2013 nömrəli icra sənədinin icrası ilə əlaqədar X26 məxsus 242 nömrəli mənzilin, X30 məxsus 301 nömrəli mənzilin, X19 məxsus 172 nömrəli mənzilin, X20 məxsus 198 nömrəli mənzilin, X4 məxsus 231 nömrəli mənzilin, X8 məxsus 318 nömrəli mənzilin, X5 məxsus 294 nömrəli mənzilin, Cavabdeh1 məxsus 274 nömrəli mənzilin, X9 məxsus 152 nömrəli mənzilin, Mahir Yusif oğluna məxsus 302 nömrəli mənzilin və 253 nömrəli mənzilin, X10 məxsus 188 nömrəli mənzilin, X6 məxsus 303 nömrəli mənzilin, X31 məxsus 210 nömrəli mənzilin “Badu-Kubə MTK”-dan alınaraq "xxxx" MMC-yə təhvil verilməsinə dair 02 fevral 2015-ci il tarixli aktın, həmçinin X5 məxsus sahəsi 73 kv.m, 294 nömrəli mənzilin, Mahir Yusif oğluna məxsus sahəsi 68.6 kv.m olan 253 nömrəli mənzil, X10 məxsus sahəsi 68 kv.m olan 188 nömrəli mənzilin "xxxx" MMC-yə naturada təhvil verilməsinə dair 16 fevral 2016-cı il tarixli aktın təsdiq edilməsi ilə bağlı Suraxanı Rayon İcra şöbəsinin hərəkətləri qanunsuz hesab edilmişdir.
5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, 02 fevral 2015-ci il tarixli və 17 fevral 2016-cı il tarixli aktlar üzrə “Badu-Kubə MTK” tərəfindən "xxxx" MMC-yə naturada təhvil verilməsi nəzərdə tutulan mənzillərin bir hissəsi hazırkı iş üzrə iddiaçıların qanuni istifadə və sahibliklərində olduğundan, icra şöbəsi tərəfindən qeyd olunan xüsusatlar nəzərə alınmadan digər şəxslərə məxsus olan mənzillərin icra sənədi üzrə tələbkara təhvil verilməsinə dair 02 fevral 2015-ci il tarixli və 17 fevral 2016-cı il tarixli aktların təsdiq edilməsi qanunsuz olmuş və hazırki iş üzrə iddiaçıların qeyd edilən mənzillər üzərində əmlak hüquqları pozulmuşdur.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 oktyabr 2016cı il tarixli, 2-1(103)-2118/2016 nömrəli qərarı ilə üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2-1(82)-1207/2016 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 oktyabr 2016-cı il tarixli, 2-1(103)- 2118/2016 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)7009/2021 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(010)-4610/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı X11 “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 5-ci mərtəbə, 1 otaqlı 71.6 kv.m sahəsi olan 260 nömrəli mənzilə, İddiaçı “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı 108.5 kv.m sahəsi olan 274 nömrəli mənzilə, iddiaçı X12 “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 13-cü mərtəbə, 1 otaqlı 68.6 kv.m sahəsi olan 307 nömrəli mənzilə, iddiaçı X13 “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbə, 1 otaqlı 68.0 kv.m sahəsi olan 188 nömrəli mənzilə sahiblik və istifadə hüquqularının tanınması qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərardadı ilə Maraqlarına toxunan şəxslər "xxxx" MMC, Cavabdeh1 və X35 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(010)-4610/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iddiaçılar X21, İddiaçı, X22 və X13 cavabdeh “Badu-Kubə MTK”-ya qarşı “yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli, 5/1643 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş birinci tələb üzrə İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 28 dekabr 2009cu il tarixli, 53 nömrəli müqavilədə əks olunan “Cavabdeh2 MTK-nın Sədri” yazısından sonrakı imzadan başqa digər əlyazılan, tarix göstəricisi və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş birinci tələb üzrə İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 28 dekabr 2009cu il tarixli, 53 nömrəli müqavilədə əks olunan “Cavabdeh2 MTK-nın Sədri” yazısından sonrakı imza ilə həmin müqavilədəki digər əlyazılan və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş birinci tələb üzrə İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli, 53 nömrəli müqavilədə olan möhür əkslərinin boyasının rəngləyici maddəsi kimyəvi tərkibinə görə ştempel boyalarına aiddir və rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eynidirlər. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadın “Birinci tələb üzrə İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli, 53 nömrəli müqavilədə əks olunan yazı nümunələri və möhür əksi bütün mümkün texniki və kimyəvi paramterləri nəzərə alınmaqla, 2009-cu il tarixində tərtib oluna bilərdimi?” və “Əgər həmin müqavilədə əks olunan yazı nümunəsi və möhür əksi 2009-cu il tarixdə tərtib oluna bilməzdisə, hansı tarixdə tərtib olunması daha uyğun gəlir?” sualları üzrə tədqiqat aparılmamışdır.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış sahəsi, 13 M ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 63 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ona məxsus 274 nömrəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsasdırılmışdır ki, Cavabdeh2 MTK ilə iddiaçının arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli, 53 nömrəli müqaviləyə əsasən, sonuncu Bakı şəhəri, X43, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzilin dəyərini təşkil edən 35000 manat məbləğində pul vəsaitini Cavabdeh2 MTK-ya tam ödəyərək həmin mənzili almışdır. Həmin mənzilin alınmasına dair o, MTK-dan 28 dekabr 2009-cu il tarixli müqavilə və 27 dekabr 2010-cu il tarixli maliyyə arayışı verilmişdir. Həmin vaxt qeyd olunan yaşayış binasının inşası təzə başladığından, mənzilinin inşa edilərək ona təhvil verilməsini gözləmişdir. Artıq neçə illərdir ki, yuxarıda qeyd etdiyi, Bakı şəhəri, X43, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzilin inşa edilərək başa çatdırılmasına baxmayaraq, Cavabdeh2 MTK həmin mənzili ona təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Hazırda ona məlum olmuşdur ki, Cavabdeh2 MTK həmin mənzilə dair iş üzrə digər Cavabdeh1 ilə 09 iyun 2014-cü il tarixdə 63 nömrəli müqavilə bağlamışdır. Həmin mənzilin boş olmasına baxmayaraq, Cavabdeh2 MTK Cavabdeh1 ilə bağladığı 09 iyun 2014-cü il tarixli, 63 nömrəli müqaviləyə istinad edərək mənzilini ona təhvil verməkdən yayınır. O, qeyd olunan 274 nömrəli mənzili Cavabdeh1 5 il əvvəl almışdır. Cavabdeh2 MTK eyni mənzili ona satdığı halda həmin mənzilə dair digər şəxslə bağladığı müqavilə əhəmiyyətsiz əqddir.
12. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 Mənzil – Tikinti Kooperativinə və İddiaçı qarşı iddia ərizəsi, sonradan iddia tələbinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli, 53 nömrəli müqavilənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış massivi 13M ünvanda yerləşən binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqlı, sahəsi 108.5 kv. metr mənzil üzərində iddiaçının mülkiyyətinə qəsdə son qoyulması, həmin mənzildən Cavabdeh1 istifadəsinə cavabdehlər və üçüncü şəxslər tərəfindən maneənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 63 nömrəli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış massivi 13M ünvanda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 108.5 kv. metr olan mənzil Cavabdeh1 mülkiyyətinə verilmişdir. 8 ildən artıq müddət ərzində Cavabdeh1 qanuni sahibliyində olmasına baxmayaraq, cavabdeh MTK iddiaçının həmin mənzildən istifadə etməsinə mane olur, hal-hazırda da mənzilin qapısı cavabdeh tərəfindən bağlı saxlanılır.
14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(010)- 3831/2022 nömrəli qərardadı ilə həmin tələblərə dair mülki işlər bir icraatda birləşdirilmişdir.
15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(010)- 147/2023 nömrəli qətnaməsi ilə birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu birinci tələb üzrə İddiaçı özünə aid edilməsi, ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsi, cavabdehlər Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli, 53 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış sahəsi, 13 M ünvanında yerləşən binanın İV girişində, 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət ümumi sahəsi 108.5 kv.m olan 274 saylı mənzil üzərində Cavabdeh1 hüquqlarına müdaxilə edilməsinin qanunsuz hesab edilməsi və həmin mənzildən Cavabdeh1 istifadəsinə cavabdehlər və üçüncü şəxslər tərəfindən maneənin yaradılmasının qadağan edilməsi, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun birinci tələb üzrə İddiaçı tutularaq ikinci tələb üzrə iddiaçı Cavabdeh1 ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının dəyəri olan 80 manat pul vəsaitinin birinci tələb üzrə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
16. Qətnamənin əsaslarına görə, məhkəmə, 274 nömrəli mənzillə bağlı tərtib edilmiş, həm İddiaçı təfər olduğu 28 niyabr 2009-cu il tarixli, 53 nömrəli müqaviləni, həm də Cavabdeh1 Məmməd oğlunun tərəf olduğu 09 iyun 2014-cü il tarixli, 63 nömrəli müqaviləni araşdırıb, 09 iyun 2014-cü il tarixli, 63 nömrəli müqavilənin etibarlı, 28 noyabr 2009-cu il tarixli, 53 nömrəliu müqavilənin isə etibarsız olması qənaətinə gələrkən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi, 274 nömrəli mübahisəli mənzillə bağlı əvvəl də məhkəmə işləri olmuş, həmin mənzilin kimə məxsus olması məhkəmələr tərəfindən araşdırılmış və məhkəmələr hesab etmişlər ki, 274 nömrəli mənzilin qanuni sahibi Cavabdeh1dır. Bu hal Cavabdeh1 tərəf olduğu 09 iyun 2014-cü il tarixli, 63 nömrəli müqavilənin müddəalarında da öz təsdiqini tapır. Belə ki, həmin müqavilənin mətnindən aydın olur ki, Cavabdeh1 ilə Badu-Kubə MTK arasında daha əvvəl bağlanmış müqavilə saxta olduğuna görə (saxta olduğu qeyd edilən müqavilə 15 may 2007-ci ildə, İddiaçı müqaviləsindən də əvvəl bağlanmışdır) Cavabdeh1 istintaq orqanının tövsiyyə məktubu əsasında hazırda mübahisəsi gedən 274 nömrəli mənzil verilmişdir. Qeyd olunan məhkəmə qətnamələri əsasında Cavabdeh1 Məhəmmədəli oğlu Bakı şəhəri, X43, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzilin qanuni sahibi kimi qəbul edildiyindən, Cavabdeh1 və Cavabdeh2 MTK arasında bağlanan 09 iyun 2014-cü il tarixli, 63 nömrəli müqavilə etibarsız hesab edilə bilməz. Çünki, tarix baxımından daha sonra gəldiyinə görə 09 iyun 2014-cü il tarixli, 63 nömrəli müqavilənin etibarsız hesab edilməsi faktiki olaraq mənzillə bağlı əvvəl qəbul edilmiş məhkəmə aktlarının əsaslandıqları sübutun etibarsız hesab edilməsi anlamına gələr. Yuxarıda qeyd olunan xüsusatlara əsaslanaraq məhkəmə hesab etmişdir ki, ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK-ya və İddiaçı qarşı tələbinin mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi hissəsi də, təmin edilməlidir. Cavabdeh1 qeyd olunan mənzilin qanuni sahibi kimi tanındığından mənzilinə münasibətdə digər hər hansı bir əqdin etibarsızlığını, eləcə də, həmin mənzildən istifadəyə yaradılan maneələrin qadağan edilməsini tələb etməkdə haqlıdır. Bunun davamı olaraq, məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli, 53 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Çünki, Cavabdeh1 məxsus olduğu təsdiq edilmiş mənzillə bağlı başqa bir şəxsə də hüquqlar yaradan ikinci müqavilənin qüvvədə olması qanunazidddir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 152.5, 324.1, 337.1, 337.5, 390.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 MTK ilə bağlanmış 28 dekabr 2009-cu il tarixli, 53 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, X43, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzilin dəyərini təşkil edən 35000 manat məbləğində pul vəsaitini cavabdeh "xxxx" MTK-ya tam ödəyərək həmin mənzili almışdır. Həmin mənzilin alınmasına dair MTK-dan 28 dekbr 2009-cu il tarixli müqavilə və 27 dekabr 2010-cu il tarixli maliyyə arayışı verilmişdir. 27 dekabr 2010-cu il tarixli, 140 nömrəli maliyyə arayışına əsasən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və onun kooperativə borcu yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(010)-4610/2019 nömrəli qətnaməsi ilə İddiaçı “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı 108.5 kv.m sahəsi olan 274 nömrəli mənzilə sahiblik və istifadə hüquqularının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)-7009/2021 nömrəli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia baxılmamış saxlanılmışdır. Məlum olmuşdur ki, Cavabdeh2 MTK həmin mənzilə dair Cavabdeh1 ilə 09 iyun 2014-cü il tarixdə 63 nömrəli müqavilə bağlamışdır. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK-ya və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair iddiasını təmin edərkən hesab etmişdir ki, “İddiaçı məhkəməyətəqdim etdiyi, Cavabdeh1 tərəf olduğu və etibarsız hesab edilməsini xahiş etdiyi xx.xx.2014-cü il tarixli, 63 nömrəli müqavilənin “Badu-Kubə MTK tərəfindən təsdiq edilmişsurəti ilə Cavabdeh1 məhkəməyə təqdim etdiyi xx.xx.2014-cü il tarixli, 63 nömrəli müqavilənin əsli arasında uyğunsuzluq vardır. Əgər həmin müqavilənin İddiaçı tərəfindən təqdim edilmiş surətində sözügedən mənzilin 38390 manat ödənilməklə əldə edildiyi göstərilmişdirsə, müqavilənin Cavabdeh1 tərəfindən təqdim edilmişəslindəmənzilin icraçının qanunaidd hərəkətləri nəticəsində zərərçəkən olan Cavabdeh1 əvəzləşdirmə əsasında verildiyi qeyd edilir.” Qətnamədə göstərilən bu hal hakimin gəldiyi nəticənin əksinə olaraq, İddiaçı xeyrinə şərh olunmalıdır.Əgər mübahisələndirilən müqavilənin bir neçə variantı varsa, deməli İddiaçı tələbində haqlıdır. Məhkəmənin qətnamədə qeyd etdiyi İnzibati-İqtisadi məhkəmələrin qərarlarına düzgün qiymət verilməmişdir. Həmin məhkəmələrdə mənzillərə dair müqaviləsi olan şəxslər icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişlər. Sonrakı tarixlərdə həmin mənzillərin bir neçəsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuşdur. Hazırkı mərhələdə qeyd edilən məhkəmə qərarları baxılan iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmir. Qətnamədə qeyd edildiyi kimi, həmin məhkəmə mübahisələri zamanı İddiaçı ölkədə olmamış və məhkəmə barədə məlumatı olmamışdır. Məhkəmə Cavabdeh1 iddiasını təmin edərkən tutarlı bir əsaslandırma aparmamışdır. Cavabdeh1 zərəçəkmişkimi niyə məhz 274 nömrəli mənzilin verilməsini, həmin mənzilin verilməsi üçün istintaq orqanının tövsiyyə məktubunun nə qədər qanuni olmasını, habelə nəyə görə İddiaçı mübahisəli mənzillə bağlı müqaviləni 2009-cu ildə bağlaya bilməməsini müəyyənləşdirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
22. Cavabdeh və onun nümayəndəsi apellyasiya şikayəti ilə razı olmadığını bildirərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər.
23. Cavabdeh2 Mənzil – Tikinti Kooperativinin nümayəndəsi X14 izahatında göstərdi ki, o, 2007-2017-ci illərdə MTK-nın rəhbəri olmuşdur. Bakı şəhəri, X43, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzil heç kimə təhvil verilməmişdir və mənzilin açarları da hal - hazırda onun özündədir. İddiaçı Cavabdeh2 MTK ilə bağlanmış 28 dekabr 2009-cu il tarixli, 53 nömrəli müqaviləyə əsasən 35000 manat məbləğində pul vəsaitini ödəyərək həmin mənzili almışdır və müqaviləni də özü imzalamışdır. Cavabdeh1lə bağlanmış müqavilə isə onun özü tərəfindən deyil, müavini tərəfindən imzalanmışdır. Çünki, həmin vaxt o, mən güllə yarası aldığından səhhəti ilə əlaqədar işə gedə bilməmişdir. Cavabdeh1lə həmin müqavilə korrupsiya idarəsinin tövsiyə məktubu əsasında imzalanmışdır.
24. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 izahatında göstərdi ki, Bakı şəhəri, X43, “V” yaşayış sahəsi, 13M ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzil Cavabdeh1 məxsusdur. Həmin mənzil Cavabdeh1 əvvəl də başqa şəxsin adına rəsmiləşdirilmiş, sonradan korrupsiya idarəsinin tövsiyə məktubuna əsasən ona verilmişdir. İddiaçı adına olan müqavilə isə sonradan tərtib olunmuşdur.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2015-ci il tarixli Qərarı: “Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Mülki Məcəllənin 425-ci maddəsi).”
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadı: “- 34. Bununla belə, diqqətdən qaçırılmamalıdır ki, mübahisələndirmə şəxsə bağlı olan hüquqdur. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət (mübahisələndirmə) aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki, şəxsə bağlı olan hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz. Elə Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsinin 7-ci bəndində də mübahisə edilən əqdlərlə bağlı etibarsızlıq halının tələb olmadan məhkəmə tərəfindən nəzərə alına bilinməyəcəyi xüsusi olaraq qeyd olunmuşdur.”
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
31. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 MTK arasında 28 dekabr 2009-cu il tarixli Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış massivi, 13M ünvanında yerləşən binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 274 nömrəli mənzilin əldə edilməsi barədə müqavilə bağlanmışdır. 27 dekabr 2010-cu il tarixli, 140 nömrəli maliyyə arayışı ilə həmin mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi təsdiq olunur.
32. Mübahisə predmeti olan 274 nömrəli mənzilə dair daha sonra Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında da 09 iyun 2014-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı 274 nömrəli mənziliu payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Sonuncu müqavilədən görünür ki, müqavilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin 15 may 2014-cü il tarixli tövsiyyə məktubuna əsasən bağlanmışdır.
33. İddiaçı Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında da 09 iyun 2014-cü il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbini onunla əsaslandırır ki, mübahisə obyekti olan mənzillə bağlı onun müqaviləsi daha əvvəl bağlanmışdır.
34. Kollegiya bu hissə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, İddiaçı MTK ilə müqaviləni daha əvvəl, 28 dekabr 2009-cu il tarixdə bağladığından, həmçinin mənzilə dair pay haqqını ödəməklə mənzilə mülkiyyət hüququnu əldə etdiyindən, eyni mənzilə dair daha sonra müqavilə bağlanması istisna olunur.
35. Mülki Məcəllənin 178.8-ci maddəsinin 15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
36. Belə olan halda, İddiaçı mübahisəli daşınmaz əşyanı mənzil tikinti kooperativindən müqavilə və tam ödənişə dair maliyyə arayışı əsasında əldə etdikdən sonra onun iradəsi xaricində MTK tərəfindən həmin mənzilə sərəncam verilməsi barədə bağlanmış müqavilənin etibarsız olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi göstərilən maddi hüquq normasına uyğun olmamışdır.
37. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Cavabdeh1 ilə 09 iyun 2014-cü il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.
38. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən İddiaçıla "xxxx" MTK arasında bağlanmış 18 dekabr 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır.
39. Əvvəla ona görə ki, həmin müqavilənin etibarsızlığına dəlalət edən heç bir hal işdə mövcud deyildir.
40. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının 34-cü bəndində göstərilmişdir ki, “- 34. Bununla belə, diqqətdən qaçırılmamalıdır ki, mübahisələndirmə şəxsə bağlı olan hüquqdur. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət (mübahisələndirmə) aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki, şəxsə bağlı olan hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz. Elə Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsinin 7-ci bəndində də mübahisə edilən əqdlərlə bağlı etibarsızlıq halının tələb olmadan məhkəmə tərəfindən nəzərə alına bilinməyəcəyi xüsusi olaraq qeyd olunmuşdur.”
41. Yəni, birinci instansiya məhkəməsinin “Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli, 53 saylı müqavilə mübahisə edilən əqd olmaqla, etibarsızdır” qənaəti düzgün deyil, ona görə ki, Ali Məhkəmə Plenumunun adı çəkilən qərardadında məhkəmənin xidməti vəzifəsi olaraq etibarlılığın yoxlanılması sərhədləri müəyyən edilərkən əqdlərin etibarsızlığının “mübahisələndirilən əqd” növünün etibarsızlığını təsbit etmək istisna edilmişdir. Çünki, bu kateqoriya əqdlərdə əqdi etibarsız edən məhkəmə qərarı yox, əqdin tərəfinin digər tərəfə iradə ifadəsini bildirməsi, yəni əqdi mübahisələndirməsidir. Hazırkı halda 28 dekabr 2009-cu il tarixli əqdin tərəfi olmayan Cavabdeh1 bu əqdi mübahisələndirməsi bu əqdi etibarsız etməyəcək.
42. Əqdin əhəmiyyətsiz əqd növündə etibarsızlığı da işin halları ilə təkzib olunur. Belə ki, əqdin əhəmiyyətsiz əqd olması üçün tələb olunan şərtlərin heç biri 28 dekabr 2009-cu il tarixli əqdə münasibətdə mövcud deyil. Əksinə, Cavabdeh1 ilə MTK arasında bağlanmış 09 iyun 2014-cü il tarixli müqavilə əhəmiyyətsiz əqddir. Çünki, bu əqd bağlanan zaman müqavilə predmeti mənzil artıq MTK-nın yox, Məcnun Cəmilovun mülkiyyətində idi və MTK öz mülkiyyətində olmayan mənzil barəsində sərəncam verə bilməzdi.
43. Birinci instansiya məhkəməsinin Cavabdeh1 274 nömrəli mübahisəli mənzilin qanuni sahibi kimi tanıması da doğru olmamışdır. Belə ki, məhkəmənin istinad etdiyi məhkəmə aktlarının heç biri ilə bu fakt birbaşa təsbit olunmamışdır. Bu fakt təsbit oluna da bilməzdi, çünki, apellyasiya araşdırması ilə Cavabdeh1 həmin mənzilə ümumiyyətlə heç vaxt köçüb yaşamadığı, istifadə etmədiyi təsdiqini tapmışdır. İşə apellyasiya instansiyası mərhələsində baxılarkən mübahisə predmeti olan mənzilin yerində müayinəsi aparılarkən də təsdiq olundu ki, mənzil Cavabdeh1 istifadəsinə verilməmişdir, yəni, Mülki Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan – hüququn əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxması halı mövcud deyildir. Cavabdeh1 iddia tələblərindən birinin onun mənzildən istifadəsinə cavabdehlər və üçüncü şəxslər tərəfindən maneənin qadağan edilməsi barədə olması da bu faktı bir daha təsdiq edir.
44. Belə olduğu halda mübahisə Mülki Məcəllənin yuxarıda qeyd olunan 452-ci maddəsində nəzərdə tutulan “Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir” müddəasına uyğun həll olunmalıdır
45. Həmin normanın tələbləri baxımından işin halları qiymətləndirilərkən isə əmlak verilmədiyinə və öhdəlik ilkin olaraq İddiaçı xeyrinə əmələ gəldiyindən üstünlük hüququ da ona məxsusdur. Məhkəmə araşdırması zamanı İddiaçıla bağlanmış müqavilənin sonradan əvvəlki tarixə tərtib olunması ilə bağlı bildirlsə də, bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.
46. Bundan başqa, X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmünün məzmunundan da görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış sahəsi, 13 M ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzillə bağlı zərərçəkmiş şəxs qismində tanınmış və hökmün nəticəvi hissəsində 38390,4 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması qərara alınmışdır, yəni, həmin mənzillə bağlı artıq pul vəsaitinin onun xeyrinə tutulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mövcuddur.
47. Göründüyü kimi, Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli, 53 nömrəli müqavilənin etibarlı müqavilə olmaqla, hüquqi nəticələr yaratdığı öz təsdiqini tapdığından, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış sahəsi, 13 M ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 nömrəli mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 63 nömrəli müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Lakin, mübahisəli 274 nömrəli mənzil hazırda Cavabdeh1 sahibliyində olmadığından iddia tələbinin “Cavabdeh1 ona məxsus 274 nömrəli mənzildən çıxarılması” hissəsi təmin oluna bilməz.
48. Cavabdeh1 iddia tələblərinin əsassızlığı isə yuxarıda sadalanan işin halları ilə də təsdiqini tapdığından, bu tələblərin təmin olunması üçün əsaslar mövcud deyildir.
49. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi birinci iddianın rədd edilməsi, ikinci iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, birinci iddia qismən təmin, ikinci iddia rədd edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir.
50. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(010)- 147/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(010)- 147/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 və Cavabdeh2 Mənzil – Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış sahəsi, 13M ünvanında Cavabdeh2 Mənzil – Tikinti Kooperativi tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən, sahəsi 108.5 kv.m olan, 3 otaqlı 274 nömrəli mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 63 nömrəli müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, X43, “V” yaşayış sahəsi, 13M, 2-ci blok, 7-ci mərtəbədə yerləşən, sahəsi 108.5 kv.m olan 3 otaqlı, 274 nömrəli mənzil Cavabdeh2 Mənzil – Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilsin. İddiaçı iddiası qalan hissələrdə rədd edilsin. Cavabdeh1 Cavabdeh2 Mənzil – Tikinti Kooperativi və İddiaçı qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev