Məhkəmə qərarları › İş №2(103)-4138/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4138/2020

03.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4138/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X4, Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə və Cavabdeh2 MMCyə (3-cü şəxs: X3) qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5257/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə və Cavabdeh2 MMCyə (3-cü şəxs: X3) qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 6939 saylı və xx.xx.2013-cü il tarixli 7116 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5257/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onları məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmamış onların xəbəri və məlumatı olmadan işə baxaraq öz qanunsuz qətnaməsini qəbul etmişdir. Bundan əlavə, məhkəmə öz qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş kredit və ipoteka müqavilələrindən görünür ki, İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında xx.xx.2013-cü il tarixli, 6939 saylı və xx.xx.2013-cü il tarixli, 7116 saylı kredit müqavilələri bağlanmışdır, iddiaçı həmin kredit müqaviləri bağlanarkən aldadıldığını, ona kredit müqavilələrində nəzərdə tutulmuş kredit məbləğinin verilmədiyini iddia edir.Birinci instansiya məhkəməsinin hazırkı işə 1 illik iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi nəticəsinə gəlməsi tam əsassız və qanunsuz olmuşdur.Müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə onun arasında bağlanmış xx.xx.2013-ci il tarixli 6939 saylı kredit müqaviləsinə əsasən 1.206.000 (bir milyon iki yüz altı min) manat və xx.xx.2013-ci il tarixli 7116 saylı kredit müqaviləsinə əsasən 600.000 (altı yüz min) manat kredit verilməsi nəzərdə tulsa da, həmin pul məbləğləri ona verilməmiş və həmin pul məbləğləri onun tərəfindən alınmamışdır. Həmin pulların onun tərəfindən alınmasına dair hər hansı bir mötəbər sübut yoxdur (kassa məxaric orderi və s.). Belə ki, həqiqətən də onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında yuxarıda qeyd edilən kredit müqavilələri bağlanmış olsa da, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC həmin kredit müqaviləsi əsasında ona verməli olduğu pulu ödəməkdən imtina etmiş və ona həmin müqavilələrin ləğv olunduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə digər cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdeh və 3-cü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında 60 ay müddətinə xx.xx.2013-cü il tarixli 6939 saylı və xx.xx.2013-cü il tarixli 7116 saylı kredit müqavilələri bağlanmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin kredit müqavilələri bağlanarkən aldadıldığını, ona kredit müqavilələrində nəzərdə tutulmuş kredit məbləğinin verilmədiyini iddia edir. Lakin iddiaçı xx.xx.2016-cı il tarixdə bağlanmış ipoteka müqavilələrini şəxsən imzalamış, X3 tərəfindən ipoteka predmetinin kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. İddiaçı istinad etdiyi halların təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Müddətin keçməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında Plenum qeyd edir ki, qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kolegiyası hesab edir ki, iddiaçı kredit müqavilələrinin bağlandığı halda ona kreditin verilməməsi və bu barədə aldadıldığını iddia etməsi barədə sübutlar təqdim etməməklə yanaşı, mülki qanunvericilikdə əqdin mübahisə edilməsi üçün nəzərdə tutulmuş bir illik müddəti də ötürdüyündən İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə, Cavabdeh2 MMC-yə (üçüncü şəxs X3) qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5257/2019 saylı, 24 dekabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar