Məhkəmə qərarları › İş №2(103)-4144/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4144/2022

12.05.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4144/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(005)-5006/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(005)- 5006/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və qeyrisinə qarşı “ödənilməmiş əmək haqqının, son haq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 05 fevral 2020-ci il tarixdən 12 mart 2021-ci il tarixədək aylar üçün ödənilməmiş əmək haqqının və işdən çıxmağı ilə əlaqədar son haqq-hesabların (məzuniyyət və s.) hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması qət edilmişdir. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(005)-5006/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(005)-5006/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə baxılmadan mülki iş apelyasiya şikayətinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(005)-5006/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, cavabdeh tərəfindən verilmiş ərizəyə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(005)- 5006/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar