Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4145/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(009)-461/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X8 arasında bağlanmış 17.04.2017-ci il tarixli sazişin ləğv edilməsi, 17.04.2017-ci il tarixli sazişdə nəzərdə tutulmuş 50000(əlli min) manat məbləğində aliment ödənişinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(009)-461/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə Əmiraslanova (Məmmədova) Azadə Azər qızı arasında bağlanılmış və 17 aprel 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş sazişin ləğv edilməsi, 17 aprel 2017-ci il tarixli Saziş üzrə nəzərdə tutulmuş 50.000 (əlli min) manat məbləğində aliment ödənişinin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 23.03.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 11.01.2011-ci il təvəllüdlü X6 və 30.06.2014-cü il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyinə görə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(005)-3590/2017 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və 11.01.2011-ci il təvəllüdlü X6 və 30.06.2014-cü il təvəllüdlü X7 anası Məmmədova (Əmiraslanova) Azadə Azər qızının yanında qalması müəyyən edilmişdir. Nikahın pozulması tələbinə dair iddia Bakı şəhəri Nərimanov rayon məhkəməsində olduğu müddətdə 17.04.2017-ci il tarixdə Əmiraslanova (Məmmədova) Azadə Azər qızı ilə aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş sazişə əsasən Əmiraslanova (Məmmədova) Azadə Azər qızı ilə birgə nikahdan doğulmuş 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cii il təvəllüdlü X3 yetkinlik yaşına çalanadək saxlanması üçün aliment qismində birdəfəlik 50.000 (əlli min) manat pulu Əmiraslanova (Məmmədova) Azadə Azər qızına verdi və Əmiraslanova (Məmmədova) Azadə Azər qızı da həmin məbləğdə pulu qəbul etdi. Məmmədova (Əmiraslanova) Azadə Azər qızı 18 may 2017-ci il tarixdə məhkəmə iclasında bildirdi ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaslı ilə bağlı məsələni öz aralarında saziş bağlamaqla həll etmişlər və məhkəmədə ona qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(005)-3590/2017 nömrəli qətnaməsinin 2-ci vərəqinin 4-cü abzasında göstərilmişdir ki, Cavabdeh ilə X8 arasında 17.04.2017-ci il tarixdə bağlanmış və notariat qavdada təsdiq edilmiş sazişə əsasən Cavabdeh rəsmi nikahda olduğu X5 birgə nikahlarından olmuş yetkinlik yaşına çatmayan uşaqları 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik olaraq 50.000 (əlli min) manat məbləğində nağd pul vəsaiti vermişdir. X8 isə həmin məbləğdə pulu qəbul etmiş və Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirmişdir. Eyni zamanda həmin qətnamənin 1-ci vərəqinin 4-cü abzasından və 3-cü vərəqinin 2-ci abzasından görünür ki, Məmmədova (Əmiraslanova) Azadə Azər qızı uşaqların yetkinlik yaşına çalanadək saxlanması üçün Cavabdeh aliment tələb etmir, alimentin ödənilməsi ilə bağlı məsələ tərəflər arasında bağlanmış sazişlə həll edilmişdir. Bununla da Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(005)- 3590/2017 nömrəli qətnaməsinin təsviri və əsaslandırıcı hissəsində də 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik Əmiraslanova (Məmmədova) Azadə Azər qızının 50.000 (əlli min) manat pulu ondan alması və alimentlə bağlı iddiasının olmaması öz əksini tapmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 may 2017-ci il tarixli 2(005 )-3590/2017 nömrəli qətnaməsinin təsviri və əsaslandırıcı hissəsində də 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik Əmiraslanova (Məmmədova) Azadə Azər qızının 50.000 (əlli min) manat pulu ondan alması və alimentlə bağlı iddiasının olmaması müəyyən edildiyindən 17.04.2017-ci il tarixli sazişdə nəzərdə tutulmuş 50000 (əlli min) manat məbləğində alimentin ödənilməsinin mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Resbublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarından və qanunvericiliyin tələbindən göründüyü kimi, artıq 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cii il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Əmiraslanova (Məmmədova) Azadə Azər qızına birdəfəlik 50.000 manat məbləğində alimentin ödənilməsi barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(005)-3590/2017 nömrəli qətnaməsi mövcuddur. 21.10.2020-ci il tarixdə İddiaçı ona qarşı aliment tələbi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şəhla Süleymanova) 20 noyabr 2020-ci il tarixli 2(009)-2337/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdi. Bakı şəhəri Səbail rayon məhkəməsi qətnaməsində qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş məhkəmə iclas protokolunun kserosurətindən görünür ki, Cavabdeh verilən sualın cavabı kimi 50.000 manat məbləğində pulun İddiaçı verilməsini qeyd etsə də, nə məhkəmə iclas protokolunda, nə məhkəmə qətnaməsində İddiaçı tərəfindən həmin pulun alınması etiraf olunmur. Halbuki, 16 fevral 2021-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(005)-3590/2017 nömrəli məhkəmə iclas protokolunun 3-cü vərəqinin 1-ci abzasında sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, yetkinlik yaşına çatmayan uşaqları 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik 50 000 (əlli min) manat məbləğində pul vəsaiti vermiş və bu barədə cavabdeh X8 ilə aralarında saziş mövcuddur.. Sədrlik edən iddiaçı Cavabdeh X1 olub olmamasını soruşur. Azadə Əmiraslanova heç bir sualının olmadığını bildirir. Əgər o, 50.000 manat məbləğində pulu verməmişdirsə, İddiaçı nəyə görə məhkəmə iclasında bildirmirdi ki, ona 50.000 manat məbləğində pul verilməyib Cavabdeh dedikləri yalandır. Həmin məhkəmə iclas protokolunda cavabdeh X8 izahat verərək bildirmişdir ki, birgə nikahdan olmuş uşaqların yetkinlik vaşına çatanadək saxlanması ilə bağlı məsələni öz aralarında saziş bağlamaqla həll etdiklərindən bu səbəbdən iddiaçıya qarşı hər hansı aliment tələbi olmadığını bildirir. Sədrlik edənin sualına cavab olaraq X8 bildirmişdir ki, iddiaçıya yəni Cavabdeh qarşı aliment tələbi yoxdur və bu barədə məhkəməyə ərizəni təqdim edir. Bundan başqa, saziş bağlandığı 17 aprel 2017-ci il tarixdə pul verilməmişdirsə nəyə görə 3 il 6 ay müddətində X8 ondan aliment tələb etmirdi. İşə əlavə olunmuş sazişdən, məhkəmə iclas protokolundan və məhkəmə qətnaməsindən göründüyü kimi 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin Əmiraslanova (Məmmədova) Azadə Azər qızına verilməsi tam təsdiq olunur. 16 fevral 2021-ci il tarixli məhkəmə iclasında təqdim eldiyi xarici pasportun təsdiq olunmuş surətindən də göründüyü kimi o, daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişdi. Lakin bir müddətdən sonra ’’COVİD-19“ pandemiyası ilə əlaqədar işlər bağlandığına görə Azərbaycan Respublikasına qayıtmışdır. Bakı şəhəri Səbail rayon məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi hazırki işə baxılarkən Saziş üzrə 50.000 manat pulun verilməsini təsdiq edən və preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı hesab edilməsə də bu qətnamə Saziş üzrə pulun Cavabdeh tərəfindən İddiaçı verilməməsini də təsdiq etmir və bununla bağlı da məhkəmə qətnaməsinin hər hansı preyudisial əhəmiyyəti yoxdur. Halbuki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(005)- 3590/2017 nömrəli qətnaməsinin 2-ci vərəqinin 4-cü abzasında göstərilmişdir ki, Cavabdeh ilə X8 arasında 17.04.2017-ci il tarixdə bağlanmış və notariat qaydada təsdiq edilmiş sazişə əsasən Cavabdeh İləsən oğlu rəsmi nikahda olduğu X5 birgə nikahlarından olmuş yetkinlik yaşına çatmayan uşaqları 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik olaraq 50.000 (əlli min) manat məbləğində nağd pul vəsaiti vermişdir. X8 isə həmin məbləğdə pulu qəbul elmiş və Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirmişdir. Eyni zamanda həmin qətnamənin 1-ci vərəqinin 4-cü abzasından və 3-cü vərəqinin 2-ci abzasından görünür ki, Məmmədova (Əmiraslanova) Azadə Azər qızı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aliment tələb etmir, alimentin ödənilməsi ilə bağlı məsələ tərəflər arasında bağlanmış sazişlə həll edilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail rayon məhkəməsi qətnaməsində qeyd etmişdir ki, tərəflər arasında münasibətlərin pozulması və mübahisə olduğu üçün alimentlə bağlı aralarında notariat qaydada sazişin bağlanması onu göstərir ki, tərəflər arasında bir-birinə qarşı qarşılıqlı inam olmamışdı. Alimentlə bağlı mübahisənin Saziş bağlanması yolu ilə rəsmiləşdirilməsi lakin sazişlə verilməli olan külli miqdarda pulla bağlı hər hansı sənəd tərtib edilməməsi onu təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçıya həmin pul verilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə cavabdehin münasibətləri pozulmasaydı nikahın pozulması barədə məhkəməyə müraciət etməzdilər və alimentin birdəfəlik verilməsi barədə iddiaçı və cavabdeh aralarında saziş bağlamazdılar və həmin sazişi notariat kontorunda təsdiq etməzdilər. Onun tərəfindən pulun verilməsi barədə saziş 50 saylı notariat kontoru tərəfindən təsdiq edildiyinə görə alimentin verilməsi barədə əlavə hər hansı sənədin tərtib edilməsinə ehtiyac olmamışdır. Eyni zamanda Bakı şəhəri Səbail rayon məhkəməsi qətnaməsində qeyd etmişdir ki, müqavilə notariat qaydada təsdiq olunsa da pulun verilməsi ilə bağlı notariusun depoziti hesabına hər hansı məbləğ Cavabdeh tərəfindən mədaxil edilməmişdir. Birinci instansiya məhkəməsi sübutlara qiymət verərkən, maddi və prosessual hüquq normasını tətbiq edərkən bilməliydi ki, 17 aprel 2017-ci il tarixdə saziş bağlanan vaxt pulun verilməsi ilə bağlı notariusun depoziti hesabına hər hansı məbləğin mədaxil edilməsi məcburi deyildi. Çünki, bu qanunvericilikdə və Təlimatda nəzərdə tutulmamışdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verdi, həmçinin bildirdi ki, boşanmamışdan əvvəl, yəni 17 aprel 2017-ci il tarixdə saziş bağlanan gün avtomobilin içərsində 50000 manatı şəxsən cavabdehə vermiş, bundan sonra sazişin təsdiq olunması üçün notariusun yanına getmişlər. Hətta yaşamaları üçün həmin gün 2 otaqlı mənzili də iddiaçının atasına bağışlamışdır. Yeni ailə qurduğuna və övladı olduğuna görə iddiaçı ondan qisas almaq üçün bu iddianı irəli sürmüşdür. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verdi, həmçinin bildirdi ki, əgər pul ödənilməmişdirsə, iddiaçı bunu daha tez məhkəməyə bildirə bilərdi. Qanunvericikdə alimentlə bağlı sazişin ləğvi barədə müddəa yoxdur. Boşanma və əmlak bölgüsü ilə bağlı aralarında razılaşdılar. Alimentlə bağlı pulu maşında iddiaçıya verib notariusa getmişlər. İddiaçı vəkili ilə hesablamanı apardı və məbləği dedilər. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, notariusda saziş bağlansa da, cavabdeh hər dəfə ona pulu verəcəyini deyirdi. Özü sazişi təklif etdi ki, gələcəkdə ondan aliment tələb etməsin. İki otaqlı mənzili atası yaşamağı üçün ona, amma cavabdehin adına almışdı. Cavabdeh ona heç bir məbləğdə pul verməyib. Heç uşaqları ilə də maraqlanmır. Əvvəllər atasının imkanı vardı, uşaqlarına baxa bilirdi, ona görə də sazişdə olan məbləği tələb etmirdi. Amma indi atası xəstədir, uşaqlarına baxa bilmir. Ayrılandan sonra onun cavabdehlə ümumiyyətlə əlaqəsi kəsilib. Məhkəmə iclasıda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, saziş qüvvədə olduğu müddətdə cavabdehdən pul tələb edə bilmirlər. Ona görə də, sazişin ləğv edilməsini də tələb etmişlər. Cavabdehin yalan dediyi burdan bilinir ki, 2017-ci ildə aliment məbləği 170 manat olmayıb. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər arasında 23.03.2010-cu il tarixdə rəsmi nikah bağlanmış və onların birgə nikahdan 11.01.2011-ci il təvəllüdlü Ayan adlı və 30.06.2014-cü il təvəllüdlü Həsən adlı uşaqları olmuşdur. Tərəflər arasında münasibətlər pozulduğu üçün Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Nərimanov Rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahdan olan uşaqların iddiaçının yanında qalması müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, nikahın pozulması ilə bağlı iş məhkəmə icraatında olduğu zaman tərəflər arasında notariat qaydada 17.04.2017-ci il tarixdə saziş bağlanılmışdır. Həmin Sazişə əsasən Cavabdeh rəsmi nikahda olduğu X5 birgə nikahdan olan uşaqların (11.02.2011-ci il təvəllüdlü Ayan və 30.06.2014-cü il təvəllüdlü Həsən) yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment qismində birdəfəlik olaraq 50.000 manat məbləğində nağd pul vəsaiti verir, X8 isə həmin vəsaiti qəbul edərək Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh 17.04.2017-ci il tarixli Sazişə əsasən ödəməli olduğu 50.000 manat pulu ona ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə Saziş üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün Sazişin ləğv edilməsi və 50.000 manat pulun ödənilməsi ilə bağlı xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, sonuncu tərəfindən həmin xəbərdarlıqla bağlı heç bir cavab verilməmişdir. Bu səbəbdən iddiaçı məhkəmədən bağlanmış 17.04.2017-ci il tarixli Sazişin ləğv edilməsi və cavabdehdən saziş üzrə ödənilməli olan və ödənilməmiş 50.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz etmiş və göstərmişdir ki, 17.04.2017-ci il tarixli Saziş əsasında onun tərəfindən iddiaçıya 50.000 manat pul tam ödənilmiş və bu hal Nərimanov Rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli 2(005)-3590/2017 saylı qətnaməsində öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, tərəflər arasında aliment məsələsi aralarıda bağlanmış sazişlə həll edilmişdir. Bununla da cavabdeh hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsinin təsviri və əsaslandırıcı hissələrində iddiaçının ondan 50000 manat pulun alınması və alimentlə bağlı iddiasının olmaması öz əksini tapdığı üçün, həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırki işə baxılarkən preyudisial əhəmiyyətə malikdir. Bu səbəbdən həmin halların yenidən sübut edilməsinə hazırki işə baxılarkən ehtiyac olmadığı üçün, həmin hallar mübahisələndirilə bilməz və onların yenidən sübut etməsi yolverilməzdir. Göründüyü kimi tərəflər arasında bağlanmış 17.04.2017-ci il tarixli Saziş üzrə ödənilməli olan 50.000 manatla bağlı tərəflər arasında mübahisə var və iddiaçı həmin pulun cavabeh tərəfindən ödənilməməsini iddia edir. Cavabdeh isə öz növbəsində Saziş üzrə pulun tam ödənilməsini və bu halın Nərimanov Rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi ilə tam təsdiq olunduğunu iddia edir. Məhkəmə qeyd edir ki, Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi forma baxımından hazırki iş üzrə baxılan mübahisədən fərqlidir və hazırki işlə hər hansı eyniliyi yoxdur. Yəni, hazırki iş üzrə mübahisə predmeti Saziş üzrə ödənilməli olan pul məbləğinin tələb edilməsidir. Məzmun baxımından hazırki mübahisə üzrə Nərimanov Rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsinin preyudisial əhəmiyyəti o halda məcburi hesab edilə bilər ki, həmin qətnamədə müəyyən olunmuş maddi-hüquqi faktlar konkret müəyyən olunmuş, yaxud təsdiq edilmiş olsun. Yəni, Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 17.04.2017-ci il tarixli Saziş üzrə Cavabdeh 50.000 manat pulun alması faktı təkzibedilməz olmalı və konkret olmalıdır. Lakin Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəflər arasında bağlanmış Sazişə istinad edərək onlar arasında alimentlə bağlı mübahisənin olmamasını və bu səbəbdən nikah pozulduqdan sonra alimentlə bağlı məsələnin həll edilməsninə zərurət olmadığını qeyd etmişdir. Yəni, məhkəmə Cavabdeh tərəfindən İddiaçı Saziş üzrə 50.000 manat məbləğində pulun verilməsini təsdiq etməmiş və həmin halın müəyyən edilməsi üçün hər hansı araşdırma aparmamışdır. Məhkəmə yalnız tərəflər arasında bağlanmış Sazişə istinad edərək və İddiaçı Cavabdeh aliment tələbinin olmamasını əsas tutaraq birgə nikahdan olan uşaqların saxlanılması üçün alimentin tutulması məsələsini həll etməmişdir. Digər tərəfdən məhkəməyə təqdim edilmiş məhkəmə iclas protokolunun kserosurətindən görünür ki, Cavabdeh verilən sualın cavabı kimi 50.000 manat məbləğində pulun İddiaçı verilməsini qeyd etsə də, nə məhkəmə iclas protokolunda, nə məhkəmə qətnaməsində İddiaçı tərəfindən həmin pulun alınması etiraf olunmur. Əksinə onun tərəfindən alimentlə bağlı məsələnin Sazişlə həll edilməsi, Sazişdə isə pulun imperativ qaydada verilməsi müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi hazırki işə baxılarkən Saziş üzrə pulun verilməsi faktını təsdiq edən sübut hesab edilə bilməz və bu səbəbdən də həmin qətnamənin hazırki işə baxılarkən preyudisial əhəmiyyəti yoxdur. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli hazırki işə baxılarkən Saziş üzrə 50.000 manat pulun verilməsini təsdiq edən və preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı hesab edilməsə də, bu qətnamə Saziş üzrə pulun Cavabdeh tərəfindən İddiaçı verilməməsini də təsdiq etmir və bununla bağlı da məhkəmə qətnaməsinin hər hansı preyudisial əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, hazırki mübahisənin predmeti təqdim edilmiş sübutlar əsasında qiymətləndirilməli və toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verilməlidir. Tərəflərin bağladıqları Sazişdən də göründüyü kimi müqavilənin predmeti Cavabdeh tərəfindən Əmiraslanova (Məmmədova) Azadə Azər qızına iki uşağın saxlanılması üçün aliment qismində birdəfəlik 50.000 manat nağd pul vəsaitinin verilməsidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə konsesual müqavilə olsa da və bağlandığı andan qüvvəyə minməsə də, bu hal müqavilə tərəfi olan Cavabdeh Azadə Əmiraslanvoaya 50.000 manat pulun verilməsini təsdiq etmir. İlk növbədə qeyd olunmalıdır ki, müqavilə notariat qaydada təsdiq olunsa da, pulun verilməsi ilə bağlı notariusun depozit hesabına hər hansı məbləğ Cavabdeh tərəfindən mədaxil edilməmişdir. Digər tərəfdən Sazişdə qeyd edilmişdir ki, “Cavabdeh 50.000 manat verir”, digər tərəf isə “həmin pulu qəbul edir”. Yəni Sazişdə pulun onun bağlandığı vaxtdan əvvəl və ya sonra verilməsi və ya müqavilə bağlanan vaxt və ya sonra qəbul edilməsi müəyyən olunmur. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlərin pozulması və mübahisə olduğu üçün alimentlə bağlı aralarında notariat qaydada Sazişin bağlanması onun göstərir ki, tərəflər arasında bir-birinə qarşı qarşılıqlı inam olmamışdır. Yəni, alimentlə bağlı mübahisənin Saziş bağlanması yolu ilə rəsmiləşdirilməsi, lakin Sazişlə veriməli olan külli miqdarda pulla bağlı hər hansı sənəd tərtib edilməməsi onu təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçıya həmin pul verilməmişdir. Digər tərəfdən Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsindən də göründüyü kimi, məhkəmə iclasında izahat verən İddiaçı pulun ona verilməsini deyil, alimentlə bağlı mübahisənin Saziş bağlanması yolu ilə həll edilməsini göstərmişdir. Yəni cavabdeh tərəfindən iddiaçıya Saziş üzrə pulun verilməsi şübhə doğurduğu üçün və pulun verilməsi halının mövcudluğu hər hansı təkzibolunmaz sübutla təsdiq olunmadığı üçün, məhkəmə hesab edir ki, cavabdeh Saziş üzrə iddiaçıya hər hansı pul məbləği ödəməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə yuxarıda qeyd olunanlara əsasən etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, apellyasiya baxışı zamanı da cavabdeh 17.04.2017-ci il tarixdə mübahisə predmeti olan sazişi bağlamamışdan əvvəl avtomobildə sazişdə nəzərdə tutulan məbləği həqiqətən iddiaçıya tam olaraq verdiyini bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək isə hələ onların həqiqi olması demək deyildir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq yaxud ailə hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini təsdiqləmək yaxud gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi, ailə münasibətlərinin pozulması, ailə münasibətləri pozulduqdan sonra da birgə nikahdan doğulmuş uşaqların saxlanması ilə əlaqədar aralarında yaranmış mübahisələrlə bağlı bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə(sazişə) əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf buna etiraz edərək qarşı tərəfə hər hansı məbləğdə pul ödəməli olmadığını yaxud hazırki işdə olduğu kimi saziş üzrə nəzərdə tutulan məbləği ödədiyini bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam , hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması ilə əlaqədar həqiqətən alimentlə bağlı saziş bağlansa da cavabdeh həmin sazişdə nəzərdə tutulan aliment məbləğini ödədiyini bəyan edir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, notariat qaydasında alimentə dair bağlanmış saziş üzrə nəzərdə tutulan məbləği iddiaçıya həqiqətən real ödədiyini sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər mötəbər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Çünki, cavabdeh həqiqətəndə uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sazişdə nəzərdə tutulan məbləği ödəmişdirsə bu barədə sazişdə yaxud hansısa yazlı sənəddə buna dair qeyd də apara bilərdi. Bu daha mötəbər sübut olardı. Ancaq cavabdeh nədənsə sazişdə nəzərdə tutulan məbləği ödədiyini bəyan edir və bu izahatını mötəbər sübut kimi qəbul edilməsini istəyir. Lakin cavabdehin izahatı bu halı bilavasitə təsdiq etmir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış sazişdə nəzərdə tutulan məbləğin bilavasitə notariusun yanında ödənilmədiyi yaxud notariusun depozit hesabına qoyulmadığı işin mübahisəsiz halıdır. Başqa sözlə tərəflər də bunu mübahisələndirmir. Mübahisəli hal saziş bağlanan gün, notariat orqanının qarşısında avtomobilin içərisində göstərilən məbləğin birdəfəyə cavabdehin iddiaçıya həqiqətən verib-verməməsi ilə bağlıdır. Göründüyü kimi, bu halı sübut etmə yükü artıq cavabdehin üzərinə düşür, o, bu halı sübut etməlidir, yəni buna dair mötəbər sübut təqdim etməlidir. Ancaq bu hal birmənalı, ziddiyyətsiz sübutlarla təsdiq olunmur. Sazişdə qeyd edilən müddəalar, yəni Cavabdeh rəsmi nikahda olduğu Əmiraslanova Azadə Azər qızına... aliment qismində birdəfəlik olaraq 50000(əlli min) manat məbləğində “nağd pul vəsaiti verir” və sonuncunun həmin “nağd pul vəsaitini qəbul edir” sözləri qeyd olunan məbləğin həqiqətin iddiaçı tərəfindən alındığını təsdiq edən şərt kimi qəbul edilə bilməz. Çünki, “verir” və “qəbul edir” sözləri sazişin icra olunduğunu yaxud həmin məbləğin verildiyini birbaşa təsdiq etmir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin 17.04.2017-ci il tarixli saziş əsasında cavabdeh tərəfindən iddiaçıya 50.000 manatın tam ödənilməsinin Nərimanov Rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli 2(005)-3590/2017 saylı qətnaməsində öz təsdiqini tapmadığı barədə gəldiyi qənaətlə də razılaşır. Çünki, nə qeyd olunan qətnamədə, nədə həmin işin iclas protokolunda hazırki işi üzrə olan iddiaçı qeyd olunan məbləği həqiqətən aldığını göstərməmişdir. Ona görə də həmin qətnamənin hazırki iş üzrə preyudisiallığından ümumiyyətlə bəhs etmək olmaz. Apellyasiya baxışı zamanı cavabdehin təqdim etdiyi 17.04.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən də görünür ki, qeyd olunan müqavilə də eyni gündə, eyni notariat kontorunda, sazişdən 8 dəqiqə fərqlə təsdiq olunmuşdur. Düzdür, bu mümkün olmayan hal deyil. Amma eyni gündə, eyni vaxtda cavabdehin iddiaçı ilə 50000(əlli min) manat aliment ödənilməsini nəzərdə tutan sazişin təsdiqlənməsi və həmin məbləği elə həmin gün ödəməsi, həmçinin iddiaçının atasına paylı mülkiyyətində olan mənzilin 34.6 kv.m. olan 2 otağını bağışlaması inandırıcı və ağlabatan, o cümlədən motivsiz görünmür. Əlbətdə bunun əsl səbəblərini tərəflər bilirlər, lakin nədənsə məhkəmənin diqqətinə çatdırmaq istəmirlər. Cavabdeh 3 il 6 ay müddətində iddiaçının aliment tələb etməməsini və nikahın pozulması işində alimenti ödədiyini deyərkən iddiaçının buna etiraz etməməsini sazişdə nəzərdə tutulan pulun verilməsini təsdiq edən arqument kimi qiymətləndirir. Lakin sazişdə nəzərdə tutulan məbləğin 3 il 6 ay sonra tələb edilməsi yaxud nikahın pozulması işində iddiaçının cavabdehin izahatına etiraz etməməsi yaxud etirazın protokolda əksini tapmaması hazırki iddianın əsassızlığına dəlalət etmir. Çünki, yetər ki, cavabdeh iddiaçının məhz qeyd olunan məbləği həqiqətən aldığını təsdiq edən hansısa mötəbər sübutu məhkəməyə təqdim etmiş olsun. Göründüyü kimi, cavabdehin göstərdiyi - sazişdəki şərtlər, qətnamə və protokoldakı izahatlar şübhəli sübutlardır və onları iddianın əsassızlığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, sazişin tərəfləri iddiaçı və cavabdeh olsa da, onda nəzərdə tutulan aliment məbləğ sırf onların birgə nikahından doğulmuş uşaqlarınının yetkinlik yaşına çatanadək saxlanmaları ilə bağlı olan maddi təminatdır. Belə ki, işdən görünür ki, iddiaçı cavabdehə qarşı hər uşaq üçün 170, cəmi 340 manat aliment tələb etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə iddianın təmin edilməməsinin səbəbi məhz hazırda mübahisələndirilən saziş olmuşdur. Ona görə də, hazırki iddianın təmin olunmaması nəticə etibarı ilə uşaqların maraqlarına və mənafeyinə zərər vurardı. Bu hal isə əlbətdə ki, yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(009)- 461/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4145/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4145/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver