Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4152/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ( “müqavilənin etibarsız hesab edilməsi, mənzilə görə ödənilmiş pul məbləğinin qaytarılması, mənzilin alqı-satqısına dair razılaşmanın müəyyən edilmiş hesab edilməsi” ) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə ilk iddiası, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı mənzilə görə ödənilmiş pul məbləğinin qaytarılması, mənzilin alqı-satqısına dair razılaşmanın müəyyən edilmiş hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-907/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə ilk iddia ərizəsi, daha sonra ilk iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595ci keçid, ev 13, 71 saylı mənzilin özgəninkiləşdirilməsinə dair 31 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatının bərpa olunması, həmin mənzilin üzərində Cavabdeh1 mülkiyyət hüquqlarının tanınmasına dair verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mərhum nənəsi X4 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş 14 iyun 1994-cü il tarixli, 022199 saylı orderin surətindən görünür ki, mərhum nənəsi X8, mərhum anası X10 və o, həmin mənzildə qeydiyyatda olmuşlar. 2006-cı ildə nənəsi vəfat etdikdən sonra həmin mənzilin sənədləşdirilməsində çətinlik çəkmişlər. Çünki həmin mənzildə məcburi köçkünlər məskunlaşdığı üçün, onlar köçkünlərin necə çıxarılacağını bilmirdilər. Amma Cavabdeh2 bu işdə onlara köməklik edəcəyini vəd etdiyi üçün, bu işlərin həll edilməsini mərhum anası Tatyanaya həvalə etmişdir. Özü demək olar ki, bu işlərlə maraqlana bilməmişdi. Çünki, anası sağ olanda, hər şeyə nəzarəti özü edirdi. Mərhum anası Cavabdeh2 ilə yaxın münasibətdə olduğu üçün, həmin mənzilin özəlləşdirilməsi ilə bağlı Cavabdeh2 etibarnamə vermişdir. Həmin etibarnamədən də görünür ki, verilən etibarnamə yalnız sənədləşmə işlərinin aparılması ilə bağlı olmuşdur. Daha sonra anası Olqa Smirnova 2016-cı ildə vəfat etdiyi üçün, o, bu işlərin gedişatından məlumatsız qalmışdır. O, həmin evi görmədiyi üçün orada kimlərin yaşadığını bilmirdi. Arada Cavabdeh2 zəng edib məlumat alırdı. Hər dəfə zəng edəndə deyirdi ki, Prezidentin sərəncamı var, ona görə çətinlik çəkir və çalışır ki, məcburi köçkünləri həmin mənzildən çıxardıb mənzili özəlləşdirsin. Təxminən 2020-ci ilin əvvəllərində Cavabdeh2 ona zəng edərək bildirdi ki, məcburi köçkünləri çıxarmaq üçün kiminləsə danışmışdır və əlaqələri vardır, ona yenidən etibarnamə vermək lazımdır. O, Tatyanaya inanaraq yenidən etibarnamə vermişdir, 2020-ci ilin 19 noyabrında isə bildirmişdir ki, bu işləri axıra çatdırmaq üçün baş etibarnamə verilməlidir ki, Tatyana həmin mənzilə onu qeydiyyata sala bilsin, sonra isə mənzili onun adına özəlləşdirə bilsin. Bununla bağlı onun tərəfindən 19 noyabr 2020-ci il tarixdə Cavabdeh2 baş etibarnamə verilsə də, Tatyananın bu mənzili öz oğlunun adına keçirəcəyindən məlumatsız olmuşdur. Sadəcə olaraq onu bilirdi ki, Cavabdeh2 mənzili onun adına keçirdikdən sonra həmin mənzili alqı-satqı yolu ilə almaq istəyir. Çünki, Tatyana özü ona demişdi ki, həmin mənzili görüb, xoşuna gəlib və ona görə mənzili özü almaq istəyir. O, Tatyana ilə razılaşmışdı ki, evi öz adına keçirdikdən sonra həmin mənzili qarşılıqlı razılıq və uyğun qiymət əsasında Tatyanaya sata bilər, amma əsas odur ki, mənzildən məcburi köçkünləri çıxartsın, mənzili özəlləşdirsin və ona təhvil versin. Hətta Tatyanaya bildirmişdi ki, bu işi bacarmırsa o, bu prosesi başı çıxan başqa bir adama həvalə edə bilər. Çünki, iş çox uzandığı üçün narahat idi. Bu narahatlıqdan az bir müddət sonra, təxminən 2021-ci ilin sentyabr ayında Tatyana ona 10000 manat məbləğində pul verdi ki, guya bu məbləği beh kimi ona verir və narahat olmasın, yenə də səbr edib gözləsin ki, qaçqınlar evdən çıxsın və evi onun adına özəlləşdirə bilsin. O, verilən behə görə yenə səbr etdi və mərhum anasının tanışı olduğu üçün başqa adamlara xahiş etmədi ki, ona bu işdə kömək etsinlər. Təxminən 2024-cü ilin sonlarına qədər Cavabdeh2 müxtəlif bəhanələrlə bu işi uzatdı. Hər dəfə deyirdi ki, “az qalıb, qaçqınlar çıxacaqlar, müharibə bitib, pandemiyadır, qaçqınlara ev verirlər, sənədləşmə işləri gedir, onun özü də guya maraqlıdır ki, bu iş tez bitsin və s.” Amma sonradan bildi ki, Cavabdeh2 onu aldadır və 31 avqust 2021-il tarixli alqı-satqı müqaviləsi əsasında onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili digər Cavabdeh1 mülkiyyətinə keçirmişdir. Çünki, iddia ərizəsinə əlavə etdiyi alqı-satqı müqaviləsindən də görünür ki, həmin alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil 20000 manat dəyərində formal qiymətləndirilərək özgəninkiləşdirilmişdir. Hətta mənzil onun adına keçdikdən sonra, aparılan proseslərdən xəbəri olmamışdır və mənzilə çıxarış alındığını bilməmişdir. İşin hallarından açıq-aydın görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli etibarnamə əsasında onun adından çıxış edərək onu aldatmış və həmin mənzili digər cavabdeh (oğlu) Cavabdeh1 adına keçirmişdir. Belə olan halda hesab edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzilin özgəninkiləşdirilməsinə dair 31 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı bərpa olunmalı, həmin mənzilin üzərində digər Cavabdeh1 mülkiyyət hüquqlarının tanınmasına dair verilmiş çıxarış ləğv olunmalıdır. Bundan əlavə, ilk iddia üzrə iddiaçı tərəf qarşılıqlı iddia barədə yazılı etiraz təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar qeyd etmişlər ki, guya qeyd edilən ünvanda yerləşən mənzilin özəlləşdirilməsi və alqı-satqısı ilə bağlı müzakirələr İddiaçı anası Olqa Smirnova ilə olmuşdur. Olqa Smirnova ilə uzaq qohumdur, bu zaman Mariya azyaşlı uşaq idi. Guya o zaman aralarında belə bir razılaşma olub ki, mənzil Olqanın adına özəlləşəndən, məcburi köçkünlər mənzildən köçürüldükdən sonra mənzilin dəyərini təmir xərclərini çıxmaq şərti ilə üçlükdə (Olqa, Tatyana və makler) qiymətləndirib həmin məbləğin yarı qiymətinə mənzili ona satacaqlarmış. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçılar qeyd edirlər ki, guya belə razılaşma həm də Mariya ilə olmuşdur. Bildirir ki, bu fikirlər olduqca əsassız və formal mülahizələrdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçılar bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Qeyd olunanlara əsasən, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 10000 manat pulun alınaraq Cavabdeh2 ödənilməsi və aralarında mənzilin alqı-satqısına dair razılaşmanın müəyyən edilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Marina Smirnova, onun anası Olqa Smirnova və nənəsi X11 dənizində yerləşən Çilov (Jiloy) adasında yaşamışlar. Nina Zinovyevanın onlara qohum olması barədə X2 məlumatı var idi, lakin onu görməmişdi. Sonralar elə oldu ki, həmin adada işə düzəlməli oldu və iş rejimi hər ayın 15 günü adada işləməkdən ibarət idi. Həmin adada Mariyanın anası ilə görüşmüş və qohumluq münasibətlərini bərpa etmişlər. Mariya həmin vaxtlar azyaşlı uşaq idi. Həmin zamanlar Olqa Yuryevna anası X6 qəsəbəsində ikiotaqlı ev verildiyini, lakin evin hansı ünvanda yerləşməsi haqqında har hansı bir məlumatının olmadığını bildirmiş, mənzilin orderini ona verərək mənzilə nəzarət etməsini bildirmişdir. Bundan sonra Lökbatan qəsəbəsində mənzilin ünvanını tapmışdır. Bu təxminən 1994-1995-ci illərə təsadüf edirdi. Mənzildə Cəbrayıl rayonundan olan məcburi köçkün ailəsi yaşayırdı. Bu haqda İddiaçı anası Olqa Yuryevnaya məlumat vermişdir. Mənzilin özəlləşdirilməsi və mənzilin alqı-satqı məsələsi ilə bağlı bildirir ki, bu işlə əlaqədar hüquqi hərəkətlərini Mariyanın anası Olqa Yuryevna ilə müzakirə etməklə Olqanın ona verdiyi etibarnamə əsasında etmişdir. Daha sonra Olqa ilə aralarında olan razılaşmaya əsasən, mübahisəli mənzil Olqanın adına özəlləşdiriləcək, məcburi köçkünlər çıxdıqdan sonra mənzilin təmir xərcləri çıxılmaqla mənzil yarı qiymətə ona satılacaq. Belə razılaşmadan Mariyanın da xəbəri var idi. 2018-ci ildə, yəni Olqa Yuryevnanın vəfatından sonra mənzilin özəlləşdirilməsi ilə bağlı hərəkətlərini dayandırmışdır. Onun qızı Mariya ilə mənzillə əlaqəli hər hansı münasibətləri və ünsiyyətləri olmamışdır. 2020-ci ilin ortalarında Mariya ona zəng edərək hal-əhval tutduqdan sonra əvvəlki qohumluq münasibətlərini bərpa etmək istədiyini bildirməklə yanaşı, həm də mənzil məsələsi ilə əlaqədar işləri davam etdirmək istədiyini bildirmişdir. Mariya ilə həmin ilin təxminən noyabrında görüşdülər, söhbət əsnasında Mariyaya özəlləşdirmə məsələsinin mürəkkəb olduğunu bildirmişdir. Belə ki, mənzildə yaşayan məcburi köçkünlər köçürülmədən mənzilin özəlləşdirilməsi mümkün deyildir. Aralarında razılaşmaya görə məcburi köçkünlər mənzildən köçürüləndən sonra mənzilə baxış keçirib təmir xərcləri müəyyən ediləcək, təmir xərcləri çıxılandan sonra mənzili o, yarı qiymətə alqı-satqı yolu ilə alacaqdı. Mariya bu şərtlə razı idi. 2021-ci ilin ortalarında telefon danışığı zamanı Mariya ona özü üçün həyət evi almaq istədiyini bildirmiş və ona pul lazım olacağını bildirmişdir. Tatyana və İbrahim aralarında məsləhətləşib belə qərara gəldilər ki, istədiyi məbləğdə pulu Mariyaya versinlər, mənzilin çıxarışı Mariyanın adınadır və pulu alandan sonra yoxa çıxa bilər, bu ehtimalı nəzərə alaraq verəcəkləri pulu sığortalamaq üçün notariusda oğlu İbrahim ilə alqı-satqı müqaviləsi bağlamışdır və bu haqda Mariyaya bildirmişdir ki, mənzilin kimin adına olmasından asılı olmayaraq yekun qərar mənzil boşaldılandan sonra veriləcək. 2021-ci ilin yay aylarında Mariya özünə həyət evi almaq üçün 10000 manat məbləğində pul istədi. Mənzili oğlunun adına keçirməsi barədə Mariyaya təkrar bildirdi ki, mənzillə bağlı aralarında olan razılaşma pozulmasın, Mariya da razılaşmaya sadiq olduğunu bildirdi və 10000 manat pulu ondan götürüb getdi. İddia ərizəsində Mariya bəyan edir ki, guya o, Mariyanı aldatmışdır və mənzili onun icazəsi olmadan İbrahimə vermişdir. Əksinə Mariya onu aldatmışdır. Belə ki, 10000 manata və heç bir əziyyət çəkmədən hazır çıxarışa sahib olmuşdur. Mənzilin əldə edilməsində onun da marağı olmuşdur, əks halda Mariyanın xeyrinə öz pulunu, vaxtını, əsəblərini niyə və nə üçün sərf etməli idi. Ona görə sərf etmişdir ki, razılaşdıqları kimi son anda mənzili ona satacaqdır. Hesab edir ki, qeyd edilən 10 min manat pul ona məxsusdur, lakin hazırda Mariyanın qanunsuz sahibliyindədir. Onunla Olqa arasında olan razılaşmanı təsdiq edən sübut Olqa tərəfindən ona verilmiş etibarnamə, order olmuşdur, bu iki sənədi ona Olqa Yuryevna vermişdir. Mariyaya onun tərəfindən ödənilən pul məbləğini təsdiq edən sənəd isə yazılı qaydada tərtib olunmuşdur. Qeyd olunanlara əsasən, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-907/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzilin özgəninkiləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarış ləğv olunması, həmin mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatının bərpa edilməsi, qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı 10000 manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 144.1, 157.2, 324.1, 324.5, 324.6, 337.1, 337.3, 337.4, 340.1, 351.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına ; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, ilk iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara, mülki işin hallarına əsasən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi mülkiyyətçi İddiaçı iradəsinə tamamilə zidd olmaqla, etibarnaməyə əsasən Cavabdeh2 tərəfindən hər hansı uyğun hüquqi nəticə yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olduğundan əhəmiyyətsizdir. Belə ki, Cavabdeh2 da öz izahatında bu əqdin hər hansı alqı-satqı niyyətilə deyil, İddiaçı verdiyi pulun təminatı məqsədilə kənar şəxsdən alınan vəsait hesabına bağlandığını təsdiq etməkdədir. Beləliklə, mülki iş üzrə sübutlara və məhkəmə iclasında müəyyən edilən hallara əsasən, müqavilənin etibarsızlığı barədə iddia tələbi, həmçinin etibarsız əqd üzrə verilmiş çıxarışın ləğvi və qanuni mülkiyyətçinin hüquqlarının bərpası barədə iddia tələbi əsaslı hesab olunmalıdır. İlk iddia əsaslı olsa da, ilk iddia üzrə iddiaçı tərəfin cavabdehlərin barəsində xüsusi qərardad çıxarılması ilə bağlı tələbi əsaslı deyildir. Belə ki, tərəflərin qarşılıqlı münasibətləri, ilk iddia üzrə cavabdeh tərəfin izahatları, habelə 2021-ci ildə həyata keçirilmiş sənədləşmədən sonra indiyə kimi hər hansı hüquqi əməliyyatın həyata keçirilməməsi, hazırda məhkəmə tərəfindən müəyyən edilən hallar baxımından cavabdeh tərəfin əməlində cinayət tərkibinin əlamətlərinin olduğunu inkar edir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, qarşılıqlı iddia qismən, İddiaçı 10 min manat pulun alınaraq Cavabdeh2 ödənilməsi hissəsində əsaslı, tərəflər arasında mənzilin gələcəkdə yarı qiymətinə satılması barədə razılaşmanın müəyyən edilmiş hesab edilməsi hissəsində isə əsassızdır. Belə ki, qeyd olunan məzmunda razılaşmanın mövcudluğu qarşılıqlı iddia üzrə iddiaçıların izahatından başqa hər hansı mötəbər sübutla təsdiq edilmir və sübuta yetirilmir. Ona görə də daşınmaz əmlakla bağlı həmin məzmunda razılaşmanın mövcudluğu müəyyən edilmiş hesab edilə bilməz. Buna baxmayaraq, 10 min manat pulun Cavabdeh2 tərəfindən İddiaçı verildiyi tərəflər arasında mübahisə doğurmur, həmçinin mövcud vəziyyətdə həmin pulun heç bir hüquqi əsas olmadan İddiaçı qalması əsassız varlanmaya səbəb ola bilər. Ona görə də qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
4. Birinci instansiya məhkəməsində icraat zamanı eməyyən edilmişdir ki: 022199 saylı, xx.xx.1994-cü il tarixli orderin surətinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzil X4 verilmişdir, ailə tərkibi 3 nəfərdən (özü, qızı X10, nəvəsi İddiaçı) ibarətdir ; - xx.xx.2015-ci il tarixli etibarnamənin surətinə əsasən, X10 və İddiaçı iki il müddətinə Cavabdeh2 dövlət və qeyri-dövlət orqanlarında onların adından sənədləşmə işlərini aparmaq üçün səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir ; - xx.xx.2020-ci il tarixli etibarnamənin surətinə əsasən İddiaçı on il müddətinə Cavabdeh2 dövlət və qeyri-dövlət orqanlarında onun adından sənədləşmə işlərini aparmaq üçün səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir ; - xx.xx.2020-ci il tarixli etibarnamənin surətinə əsasən, İddiaçı on il müddətinə Cavabdeh2 bütün əmlaklarına dair sərəncam vermək hüququ da daxil olmaqla ümumi etibarnamə vermişdir ;- Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyat aparılmışdır ; xx.xx.2021-ci il tarixli müqavilənin surətinə əsasən, satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,2 kv.m olan mənzili alıcı Cavabdeh1 mülkiyyətinə vermişdir. Satıcı İddiaçı mənzili 20000 manat qiymətinə satmış, alıcı Cavabdeh1 mənzili həmin qiymətə almışdır. Müqaviləni satıcının adından etibarnaməyə əsasən Cavabdeh2 bağlamışdır ; - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyat aparılmışdır ; xx.xx.2021-ci il tarixli qəbzin surətinə əsasən, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzilə görə 10000 manat məbləğində pul almışdır ; - AZ-İ seriyalı 193753 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X8 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir ; - XVİ-JQ seriyalı, 468528 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun anası X7 ; - AZ-İ seriyalı 816486 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X10 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir ; - Qaradağ rayon MKTB 152 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətinə əsasən, Lökbatan qəsəbəsi, keçid 1595, ev 13, 71 saylı mənzil çıxarışa əsasən Cavabdeh1 adınadır, özü mənzilə pasport qeydiyyatına düşməmişdir və mənzildə yaşamır. Həmin mənzili Cəbrayıl rayonundan gəlmiş məcburi köçkün X9 1993-cü ildən ailəsi ilə birlikdə zəbt etmişdir, qeydiyyatsız yaşayır, ailə tərkibi 4 nəfərdən (Səfərov Habil, Səfərova Arzu, Səfərli Arzuman, Səfərli Cəfər) ibarətdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-907/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbi rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 2, 14-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-907/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsilə qarşılıqlı iddia qismən təmin edilmiş və İddiaçı 10000 manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh2 ödənilməsi qanuni və əsaslı sayıla bulməz. Çünki həmin məbləğ beh kimi verilsə də, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 bu məbləği borc kimi verilmiş pul hesab ediblər. Onlar bu fikirlərini müxtəlif formalarda ifadə etsələr də, dəfələrlə həmin halı ziddiyətli formada ifadə etsələr də, verilən pul məbləğinin əslində beh kimi verilməsi işin halları ilə öz təsdiqini tapır. Hesab edir ki, belə olan halda bu tələb qarşılıqlı şəkildə verilə bilməzdi və belə bir tələblə Cavabdeh2 ayrıca iddia qaldırmalı idi və yaxud bu hala qiymət verən məhkəmə qarşılıqlı tələb üzrə alqı-satqı müqaviləsinin tərəfi kimi Cavabdeh1 xeyrinə tutulmanı qeyd edə bilərdi. Həmçinin nəzərə almaq lazımdır ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 alqı-satqı müqaviləsi bağlanan ana kimi İddiaçı səlahiyyətli nümayəndəsi olmuşdur. Guya onun xeyrinə hərəkətlər etmişdir. Sonradan əmlakı oğlunun adına keçirmişdir. Belə olan halda 10000 manat pulun onun xeyrinə tutulması qanuni və əsaslı görünmür.
6. Cavabdehlər apellyasiya şikayətinə qarşı yazılı etirazını təqdim etmiş etirazda qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-907/205 saylı işi üzrə xx.xx.2025- ci il tarixli qətnaməsilə ilkin İddiaçı müqavilənin etibarsız hesab edilməsi” ilə əlaqədar iddia tələbi, ona qarşı olan iddia tələblərindən "mənzilə görə ödənilmiş 10000 manatın geri qaytarılması barədə iddia tələbi təmin edilmişdir.Qətnamədən narazı qalan iddiaçı həmin qətnamənin "qarşılıqlı iddia tələbin təmin edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir.İddiaçı özünün apellyasiya şikayətini sözügedən 10000 manatın borc deyil, beh kimi aldığını hesab etməklə yanaşı,10000 manatın geri qaytarılması barədə qarşılıqlı iddia tələbin əsas iddiaya qarşı verilməsinin mümkünsüz olması ilə, bu məsələnin ayrıca iddia icraatında həll edilməsi ilə əsaslandırmışdır. Hesab edirlər ki, apellyasiya şikayəti əsassızdır,şikayətin dəlilləri subyektiv mülahizə məzmununa malikdir. Belə ki, məhkəmə qətnaməsində müəyyən edildiyi kimi qarşılıqlı iddia tələblərindən biri də "mənzilin alqı-satqısına dair razılaşmanın müəyyən edilmiş hesab edilməsi” tələbi olmuşdur.Tələbin qısaca məzmunu bundan ibarətdir ki, sözügedən mənzil iddiaçının nənəsinin adına xx.xx.1994-cü il tarixdə order əsasında verilmişdir. Mənzil dövlət fonduna aid olmuşdur.Order adına olan iddiaçının nənəsi Nina Zinovyeva,onun vəfatından sonra onun qızı Olqa Smirnova və onun da vəfatından sonra iddiaçı mənzilə faktiki sahibliklə və xeyrlərinə özəlləşdirməklə əlaqədar heç bir iş görə bilməmişlər.Hətta mənzilin faktiki hansı ünvanda yerləşməsindən belə məlumatları olmamışdır.Əvvəlcə iddiaçının anası sonra da iddiaçının özü uzaq qohum olmağına rəğmən mənzilin "taleyi” ilə bağlı belə anlaşma əldə etmişdir ki, "etibarnamə əsasında mənzilə əvvəlcə iddiaçını qeydiyyata salır, sonra da mənzili onun adına özəlləşdirir,məcburi köçkünlər mənzildən köçürüləndən sonra mənzili mütəxəssisin iştirakı ilə qiymətləndirdikdən sonra yarı qiymətə ona satacaq”. Bu anlaşmanı nəzərə alaraq etibarnamə əsasında iddiaçının qeydiyyatı üçün müxtəlif sənədlər toplayandan sonra əvvəlcə iddiaçını qeydiyyata aldırmış,sonra da özəlləşdirmə üçün sənədləri toplayıb ASAN xidmət mərkəzinə təhvil vermişdir.Bundan sonra mənzildə yaşayan məcburi köçkünlərin nə vaxt köçürüləcəyini gözləməli olmuşlar.Mənzilin alqı-satqısı barədə heç düşünməmişdir. 2021-ci ilin yayında İddiaçı dediyinə görə həyət evi almaq üçün təcili 10000 manat pul lazım olduğunu bildirərək həmin məbləği əldə edilməsini və həmin məbləği aralarında olan anlaşmaya uyğun mənzil satılanda nəzərə alacağını bildirdi.Bu barədə oğlu Cavabdeh1lə məsləhətləşəndən sonra belə qərar gəldilər ki 10000 manatı İddiaçı verək və mənzili oğlu İbarhim İsmayılın adına keçirək xx.xx.2021-ci il tarixdə 10000 manatı İddiaçı veridiyi 15 gündən sonra mənzilin aİqı-satqısını oğlunun adına həyata keçirdib. Verilən məbləğ nə borc , nə də ki beh olmuşdur. Verilən məbləğ anlaşmaları baş tutmuş olsaydı mənzili alqsatqısı zamanı həmin müqaviləyə aid ediləcək məbləğ olmuş olacaqdı.İddiaçı həmin anlaşmanı pozduğundan düzgün olaraq həmin məbləğin geri qaytarılması barədə qarşılıqlı tələb irəli sürmüş və məhkəmə də düzgün olaraq qarşılıqlı iddia tələbini icraata qəbul etmiş və düzgün olaraq da həmin tələbi qətnaməsi ilə təmin etmişdir. Qeyd edilələr nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdirlər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, şikayətə qarşı yazılı etirazının nəzərə alınaraq, şikayətin təmin edilməməsini xahiş etmişdir.
8. Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər proses iştirakçılarının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır . Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5 İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6.Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
11. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən və qarşılıqlı tələblərin müəyyən edilmiş hallarına aid olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, ilk iddia üzrə iddiaçının apelyasiya şikayətinin əsas dəlili 1000 manat pul məbləğinin beh olaraq verilməsindən ibarətdir. Lakin qeyd edilməlidir ki, bunu sübut etmək vəsifəsi apellyatorun üzərinə düşür. O isə bununla bağlı hər hansı mötəbər sübut (qəbz, müqavilə və s) və bu müstəvidə maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə dair müzakirələr təqdim etməmişdir.
13. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir.
14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-907/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron kabinetlə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.