Məhkəmə qərarları › İş №2(103)-4155/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4155/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4155/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışınskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2047/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Zeynalabdin oğluna qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsi 115/95-də qeydiyyatda olan xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh Zeynalabdin oğlundan təbii qazdan istifadəyə görə yaranmış 54303.90 (əlli dörd min üç yüz üç manat 90 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 253 (iki yüz əlli üç) manat dövlət rüsumun, ümumilikdə isə 54556.90 (əlli dörd min beş yüz əlli altı manat 90 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynalabdin oğlu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçi ARDNŞ İddiaçı ona qarşı “54303.90 manat borcun və 253 manat dövlət rüsumun tutulması tələbinə dair” ilk iddiasının rədd edilməsi, Cavabdeh Zeynalabdin oğlunun qarşılıqlı iddiasının təmin edilməsi, iddiaçi ARDNŞ İddiaçı ona qarşı “54303.90 manat borcun və 253 manat dövlət rüsumun tutulması tələbinə dair” ərizəsinə iddia müddətinin tətbiq edilməsini və Qəbələ rayonu Vəndam qəsəbəsində 1.87 h torpaq sahəsində yerləşən 1311.4 m2-dən ibarət xüsusi mülkiyyətindəki fərdi yaşayış evinin **********00530 saylı abonent saldosunda əsassız qeydə alınan 54303.90 manat borcun silinməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2047/2025 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Zeynalabdin oğluna qarşı “borcun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh Zeynalabdin oğluna məxsus Qəbələ rayonu, Vəndam qəsəbəsində 1,87 ha torpaq sahəsində yerləşən 1311, m2 -dən ibarət fərdi yaşayış evinə (abonent kodu: **********00530) dair hesablanmış 54303,90 manat məbləğində borc silinməsi vəzifəsinin cavabdeh İddiaçı İB-nin üzərinə qoyulması qət edilmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsal Birliyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2047/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2047/2025 saylı qərardadı ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Zeynalabdin oğluna qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynalabdin oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2047/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsal Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2047/2025 saylı qəradadından şikayət verərək həmin qərardadın ləğv edilməsi, əks halda şikayətə baxıldıqdan sonra yeddi gün müddətində baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli e-2(004)-2047/2025 saylı qətnaməsi rəsmi qaydada cavabdeh tərəfə təqdim edilməmişdir və bunun əksini sübut edəcək sübutlar iş materiallarında mövcud deyildir. Elektron Məhkəmə Sistemində yaradılmış elektron kabinetdə Yasamal Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli e-2(004)-2047/2025 saylı qətnaməsinin xx.xx.2025ci il tarixdə imzalanması görünsə də onun tərəfə çatdırılması Azərbaycan Respublikası MPM-nin 135.6-cı maddəsinin tələblərinə uyğun olmamış, tərəfin məlumatlanıdırılması həyata keçirilməmişdir. Bundan başqa Yasamal Rayon Məhkəməsi qətnaməsini xx.xx.2025-ci il tarixdə tərəfə çatdırsa belə yenə də apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan bir aylıq prossesual müddəti ötürməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinin tələbinə əsasən xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirildiyindən ondan şikayətin verilməsi müddətinin başlanğıcı xx.xx.2025-ci ildə başlamış və müddətin axımının sonu həmin məcəllənin 129.1-ci maddəsinə əsasən xx.xx.2025-ci ildə başa çatmış, xx.xx.2025-ci il şənbə gününə düşdüyündən növbəti iş günü xx.xx.2025-ci ilə təsadüf etmiş və apellyasiya şikayəti həmin günü verildiyindən müddət ötürülməmişdir. Bundan əlavə Yasamal Rayon Məhkəməsi qətnaməsinin elektron imzalandığı xx.xx.2025-ci ildən apellyasiya şikayətinin verildiyi xx.xx.2025- ci il tarixədək müddət ərzində şənbə və bazar günlərindən başqa Respublika günü ilə əlaqədar 28 may, Qurban bayramı ilə əlaqədar 6, 7, 8, 9 iyun, Azərbaycan Xalqının Milli Qurtuluş günü ilə əlaqədar 14, 15, 16 iyun tarixləri qeyri iş günləri olmuş və ümumilikdə bir təqvim ayı müddətində 14 gün ərzində İddiaçı İB-də iş olmamışdır ki, bu da iş yükünün çox olması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2-2(102)-608/2023 nömrəli iş üzrə qeyd edilən halla bağlı müddəti bərpa edilməsi məsələsində sərgilədiyi hüquqi mövqeyini belə əsaslandırmışdır ki, istənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir. Hazırki halda isə “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarından məlum olur ki, maraqlı şəxs elektron kabinetində onun təsdiq edilmiş elektron ünvanı (email) qeyd edilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyasının mövqeyinə görə, həmin şəxsə MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə sənədinin kabinetə yüklənməsi barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə avtomatik məlumat ötürülməsi mümkün olmadığına görə Maraqlı şəxsin birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermə müddətini ötürdüyü barədə gəlinən nəticə qanuni hesab edilə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2047/2025 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2047/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Zeynalabdin oğluna qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynalabdin oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2047/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsal Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. İşin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2047/2025 nömrəli qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsal Birliyi və onun nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə qəbul olunmasına baxmayaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsal Birliyi tərəfindən apellyasiya şikayəti xx.xx.2025- ci il tarixdə verilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin verilmə müddəti ötürülmüş, iddiaçı tərəfindən müddətin buraxılmasının üzrlü səbəbləri barədə heç bir ərizə təqdim edilməmişdir. Kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsal Birliyi şikayətində elektron kabinet vasitəsilə qətnamə barədə məlumatın ötürülmədiyini bildirsə də, iddia ərizəsi və digər sənədlər ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən məhz elektron kabinet vasitəsilə təqdim edilmişdir. Bu da ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən elektron kabinetin aktiv şəkildə işlədildiyini sübut edir. Həmçinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı elektron kabinetində onun təsdiq edilmiş elektron ünvanı (e-mail) qeyd edilmədiyi üçün qətnamə barədə məlumatın onlara ötürülmədiyini bildirsə də, qətnamə eyni zamanda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə elektron kabinetinə xx.xx.2025-ci il tarixində yerləşdirilmiş, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışda Nümayəndə FİN kodu və elektron ünvanı (e-mail) qeyd edilmişdir. Kollegiya xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş qətnamədən şikayətin verilməsi müddətinin başlanğıcının xx.xx.2025-ci ildə başlaması ilə bağlı hissədə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2047/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsal Birliyi tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə qəbul olunmuş, müddətin axımı həmin tarixdən başlamış və xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsal Birliyi tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir. Bundan əlavə qanunvericiliyin tələbindən də görünür ki, müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən başlanır. Məhkəmə qətnaməsi isə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində mübahisələndirilə bilər. Hazırki iş üzrə məhkəmə qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İstehsal Birliyinin və onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində xx.xx.2025-ci il tarixdə saat 15:34-də yerləşdirildiyindən qətnamənin cavabdehə rəsmi qaydada verildiyi gün xx.xx.2025-ci il tarix hesab olunmalıdır. Şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2047/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2047/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar