Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4167/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2, hüquq və vəzifələrinə (maraqlarına) toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi“ tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2641/2021 saylı işi üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə digər Cavabdeh2 arasında “Mersedes Benz S600” minik markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və avtomobilə münasibətdə əvvəlki hüquqi vəziyyətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki: - Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 məxsus olmuş ** CY *** dövlət qeydiyyat nişanlı Mercedes Benz S600 dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 92934-1221 nömrəli, xx.xx.2021 -ci il tarixli məktubunun qoşmasındakı nəqliyyat vasitəsinin alğı-satqısı müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 buraxılış ili 2006-cı il, ** CY *** dövlət qeydiyyat nişanlı Mercedes Benz S600 minik markalı avtomobili xx.xx.2020-ci il tarixdə, 15000 manata satmışdır (iş səh.11-18). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2641/2021 saylı işi üzrə 19 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ** CY *** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz S600” markalı dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə münasibətdə əvvəlki hüquqi vəziyyətin bərpa edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 16.1, 337.2, 337.4, 337.5; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2. 77.1-ci maddələrinə; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenum qərarına istinadən qeyd edilmişdir ki, Cavabdeh1 məxsus ** CY *** dövlət qeydiyyat nişanlı Mercedes Benz S600 dövlət nömrə nişanlı avtomobilin üzərinə onun iddiaçı qarşısında illərlə yığılıb qalmış aliment öhdəliklərinin təmin olunması məqsədilə Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur.Həmçinin işdə olan alğı-satqı müqaviləsinin bağlanmasına dair məlumatdan göründüyü kimi, qoyulmuş həbsdən dərhal sonra, yəni, xx.xx.2021 -ci il tarixdə, Cavabdeh1 mübahisə predmeti olan avtomobili digər Cavabdeh2 satmışdır. Qeyd olunan alğı-satqı müqaviləsinin adı çəkilən müqavilə üzrə "alıcı və satıcı” arasındakı əmlakın həqiqi iradə əsasında özgəninkiləşdirilməsi şübhə altına alınsa da, məhkəmə sözügedən əqdin etibarsızlığının əsasını - mülki münasibətin üçüncü şəxs kimi iddiaçının hüquq və mənafeyinə toxunması səbəbindən müəyyən edilməsini daha məqsədəmüvafiq hesab edir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2641/2021 saylı işi üzrə 19 avqust 2021-ci il tarixli qətnamənin ləğv edilməsini və iddia tələbinin vicdanlı alıcı kimi onun qanunla qorunan hüquq və vəzifələrinə təsir etdiyinə görə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13; Mülki Məcəlləsinin 152.1, 158.3; Mülki Prosessual Məcəlləsinin 76.1, 88, 357.1, 357-ci maddələrinə;Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 39 nömrəli 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş ‘Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə”-yə istinadən qeyd edilmişdir ki, O, “Mersedes Benz S600” markalı minik avtomobilini 02 sentyabr 2021ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 rəsmiləşdirilmiş “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi”nə əsasən Bakı şəhəri, Yasamal rayon sakini X2 alıb. O, “Mersedes Benz S600” markalı minik avtomobilini X4 alan və aramızda müqavilə bağlanan zaman nəqliyyat vasitəsi barədə bütün məlumatlar orada iştirak edən X12 əməkdaşı tərəfindən hərtərəfli yoxlanılmış, həmin avtomobilin üzərində həbs olunması barədə məlumatlar aşkar edilməmişdir. Əgər belə olsayda alğı-satqı müqaviləsi rəsmiləşdirilə bilməzdi və alğı-satqı baş tutmazdı. Sözügedən minik avtomobili X5 mülkiyyətində olduğundan o öz istəyinə uyğun olaraq həmin avtomobili ona satmaqla avtomobil üzərində sərəncam hüququnu qanuna uyğun qaydada həyata keçirmiş, avtomobili aldıqdan sonra həmin avtomobil adına dövlət qeydiyyatına alındığına və bu barədə adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verildiyindən o, həmin avtomobilə dövlət tərəfindən tanınan və qorunan mülkiyyət əldə etmişdir. Göründüyü kimi o, sözügedən minik avtomobilini alğı-satqı şərtlərinə qanuni yolla tam əməl etdiyinə görə və avtomobili alğı-satqı müqaviləsinə əsasən aldığı vaxt həmin avtomobilin yüklü olmasını, yəni üzərinə həbs qoyulmasını bilmədiyindən vicdanlı alıcı hesab olunur. Alğı-satqı müqaviləsi bağlanan zaman alğı-satqı müqaviləsində iştirak etmiş X12 əməkdaşının əldə etdiyi məlumatlardan görünür ki, 12 yanvar 2021-ci il tarixdə Cavabdeh2 satılmış mübahisə predmeti olan sözügedən minik avtomobili 2021-ci ilin iyul ayında alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən X1, bundan sonra həmin avtomobil onun adına qeydə alınaraq adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmiş, X8 isə 02 sentyabr 2021-ci il tarixdə həmin avtomobili alğı-satqı müqaviləsinə əsasən ona satmışdır. Bundan sonra həmin avtomobil müvafiq dövlət orqanında onun adına qeydə alınmış, adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, avtomobilə isə yeni dövlət nömrə nişanı verilmişdir. Göründüyü kimi, o, alıcı kimi həmin avtomobili alğı-satqı şərtlərinə tam əməl etməklə aldığından, alqı-satqı müqaviləsi imzalanan zaman avtomobilin yüklülüyü barədə məlumatlar aşkar olunmadığından, həmin avtomobili aldığı zaman alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddianın olmasından, avtomobilin üzərinə həbs qoyulması və iş üzrə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında sözügedən minik avtomobilini özgəninkiləşdirilməsinə dair 12 yanvar 2021-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə qərardad və qətnaməsinindən xəbəri olmadığından vicdanlı alıcı hesab olunur, vicdanlı alıcı kimi avtomobilin mülkiyyətçisi kimi tanınmalı və əmlak hüquqları təmin olunmalıdır. Əgər həmin qeydlər alğı-satqı zamanı aşkar olunsaydı, müqavilə bağlana bilməzdi və o, həmin avtomobili almazdı. Göründüyü kimi hazırki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan zaman Nəsimi rayon İcra və Probasiya şöbəsinin məhkəmənin 08 yanvar 2021-ci il tarixli qərardadının icrası həvalə edilmiş icra məmuru tərəfindən mübahisə predmeti olan avtomobilin üzərinə həbs qoyulması barədə qərardadı icraata qəbul edəndən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalı olduğu halda, bunu etməmiş hazırki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan zaman, çox güman ki, məhkəmənin sorğusuna cavab olaraq bildirmişdi ki, 08 yanvar 2021-ci il tarixdə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. İşə baxan məhkəmə işə baxarkən çox səthi araşdırma aparmış, işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını dəqiq müəyyən etməmiş, yalnız məhkəməyə təqdim olunmuş sübutları, yəni Nəsimi rayon İcra və Probasiyası şöbəsinin arayışını və BDYPİ-nin məktubuna əlavə olunmuş müqaviləni tədqiq etməklə kifayətlənmiş, sözügedən avtomobilin üzərinə həbs qoyulduqdan və bu barədə icra məmuru tərəfindən “Elektron hökumət” portalında müvafiq qeyd aparıldıqdan sonra həmin avtomobilin hansı yolla və qaydada özgəninkiləşdirilməsinə münasibət bildirməmiş və buna hüquqi qiymət verməmişdir. İş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi vicdanlı alıcı kimi onun hüquq və vəzifələrinə toxunduğuna görə hazırda sözü gedən qətnamədən apellyasiya şikayəti verməkdə haqlıdır və buna yuxarıda göstərdiyi işin həqiqi hallarına görə subyektiv hüququ var. İşə baxan məhkəmə iddiaçının iş üzrə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında sözügedən minik avtomobilini özgəninkiləşdirilməsinə dair 12 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsinin uydurma əqd olmasını iddia etməsinə tənqidi yanaşmamış, buna münasibət bildirməmiş, buna və işdə Cavabdeh2 iş üzrə hansı əsaslarla cavabdeh qismində cəlb olunmasına və avtomobilin üzərinə həbs qoyulmasını bilib-bilmədiyi aydınlaşdırılmadan bu işdə cavabdehliyinin nədən ibarət olmasına qiymət verməmişdir. Cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilə münasibətdə əvvəlki hüquqi vəziyyətin bərpa edilməsi sözügedən avtomobilin üzərinə həbs qoyulması barədə icra məmuru tərəfindən “Elektron hökumət” portalında müvafiq qeyd aparılmadığından Cavabdeh2, eləcədə ondan sonra həmin avtomobili alan şəxs və onun xəbərinin ola bilməməsi qənaətinə gəlmək kimi hallara uyğun gəlmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinə uyğun izahat verərək maşını əldə etdiyini zaman üzərində həbs olduğunu bilmədiyini, sistemdə hər hansı bir problemin görünmədiyini, maşını qiymətinin uyğun olması səbəbindən aldığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxsin nümayəndəsi Nümayəndə2 arayış təqdim edərək, Eminin yol polisi işçisi olduğunu, maşını bəyəndiyini, sentyabr ayında X13 tərəfindən qanuni surətdə maşının alğı-satqısının edildiyini, mart ayında təsadüfən sistemdə cərimənin olub-olmadığını yoxlayarkən maşınla bağlı mübahisənin olduğunu bildiyini, həmin maşının qətnamə çıxarılandan sonra əvvəl İsmayıl adlı şəxsə, sonra Teymur adlı şəxsə satıldığını, daha sonra sentyabr ayında Eminə satıldığını, Eminin Xəlildən başqa digər şəxsləri tanımadığını, maşını Xəlil adlı şəxsdən aldığını, məhkəmə qərarlarının sistemdə yerləşdirilmədiyini, maşınla bağlı mübahisənin olduğunun buna görə onlara məlum olmadığını, Elçin adlı şəxsi heç kimin tanımadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Cavabdeh1lə 16 ildir əlaqəsinin olmadığını, lakin keçən il ona zəng etdiyini, ona maşının üzərinə qoyulmuş həbsi götürməsini dediyini bildirmiş və Cavabdeh1 icrada maşının üzərinə həbs qoyulduğunu eşitdiyini və bundan sonra maşını özgəninkiləşdirdiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiklərini, İddiaçı və Cavabdeh1 nikahından serebral iflic xəstəliyi ilə qız uşaqlarının doğulduğunu, uşağın bügunki günə qədər yataq xəstəsi olduğunu, 2007-ci ildə nikahın pozulması ilə bağlı məhkəmə qətnaməsi qəbul edildiyini, həmin tarixdən tərəflər arasında əmlak mübahisələrinin və aliment tələbinin olduğunu, həmin qətnamənin icraya yönəldiyini, bu günə qədər Cavabdeh1 tərəfindən heç bir aliment ödənişi olmadığını, Lamiyə xanıma külli miqdarda borcu olduğunu, icra məmuru tərəfindən təqdimat əsasında cavabdehin əmlakına və sözügedən maşının üzərinə həbs qoyulduğunu, yol patrul xidmətinin hər bir əməkdaşının mübahisə predmeti olan maşının üzərində həbs olduğunu bildiyini, Cavabdeh1 maşının üzərində həbs olunduğunu bildikdən sonra Xəlil adlı şəxslə razılığa gəldiklərini, Xəlil İran vətəndaşı olduğu üçün dərhal maşını İsmayıl adlı şəxsin adına keçirdiklərini, həmin gün Xəlilin adına etibarnamə verildiyini, maşını İsmayıl adlı şəxsə formal olaraq satdığını, səkkiz yanvar tarixində avtomobilin üzərinə həbs qoyulduğunu, alğı-satqının isə on iki yanvar tarixində edildiyini, aprel ayında məhkəmə qərarı ilə əmlakın özgəninkiləşdirilməsinin qadağan edildiyini, bundan sonra maşının Teymur adlı şəxsə satıldığını, daha sonra avqust ayında məhkəmə qətnaməsi qəbul ediləndən sonra maşının sentyabr ayında Maraqlı şəxs adına rəsmiləşdirildiyini bildirmiş, maraqlarına toxunan şəxsin maşını əldə edərkən üzərinə həbs qoyulduğunu bildiyini, bunu bilərək maşını əldə etdiyini, digər əlaqəli işə dair məhkəmə iclasında bunu Xəlilin etiraf etdiyini, icra məmurunun qərarının icraya yönəldilməsi və Yol Polisində həmin qərarın qeydiyyata alınması barədə hər hansı sənədin onlarda olmadığını, bunu məhkəmənin tələb etməli olduğunu qeyd etmiş, Cavabdeh1 və Cavabdeh2 avtomobil üzərində həbs olduğunu bildiklərini və bunu bilərək maşını satdığı üçün müqaviləni etibarsız hesab etdiklərini, iddialarnın əsasının həbsdə olan nəqliyyat vasitəsinin qanunsuz olaraq satıldığı olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya şikayəti üzrə araşdırma zamanı müəyyən edilmişdir ki: xx.xx.2020-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmış “Mersedes Benz S600” minik markalı **- CY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində Cavabdeh2, xx.xx.2021-ci il tarixində X5, xx.xx.2021-ci il tarixində Maraqlı şəxs adlarına alğı-satqı əsasında rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337-354, 385-390, 646-650; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 80-82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 227, 233, 372, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan kollegiya diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 məxsus olmuş ** CY *** dövlət qeydiyyat nişanlı Mercedes Benz S600 dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasına və alğı-satqı müqaviləsinin adı çəkilən müqavilə üzrə "alıcı və satıcı” arasındakı əmlakın həqiqi iradə əsasında özgəninkiləşdirilməsi şübhə altına alınsa da, əqdin etibarsızlığının əsasını mülki münasibətin üçüncü şəxs kimi iddiaçının hüquq və mənafeyinə toxunması səbəbindən müəyyən edilməsini daha məqsədəmüvafiq hesab edilməsi ilə qətnaməni əsaslandırmış, avtomobilin həqiqi niyyətlə satılması, müqavilənin forma baxımından da qanunvericiliyin tələblərinə əməl edilməsi, əqdin (əhəmiyyətsizliyi) etibarsızlığı və ya onun uydurma olması, ələlxüsus nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyi zaman X10 məhdudiyyətin mövcudluğu və digər diqqətəlayiq hallar barədə xüsusatları qiymətləndirməmişdir. Bundan əlavə, məhkəmə sübutların dayanaqlığına və təkzibedilməzliyinə müvafiq mübahisə edilən əqdin qanunvericiklə müəyyən edilməli olan dispozitiv uyğunluğunun müəyyən edilməsinə dair, sübut növü və ya vəsatət kimi təqdim edilməyən, X10 avtomobilin üzərində həbsin mövcudluğu barədə qeydiyyatların olubolmamasını, habelə icra məmurunun vəzifəsinə aid hərəkətləri dəyərləndirmədən mütləq nəticəni ehtimal edilən əsaslarla müəyyən etməyə uğursuz cəhdlər etmişdir. Etibarsızlığın hüquqi nəticələrinə görə də hazırki iddia təmin edildiyindən və ilkin vəziyyətin bərpası üzrə daşınar əmlakın qaytarılması biləvasitə hazırda nəqliyyat vasitəsinə sahiblik edən şikayətçinin mənafelərinə zidd olduğundan kollegiya hesab edir ki, iddia tələbinin təmin edilən hissəsində sonuncunun şikayət verməkdə subyektiv hüquqları yaranmışdır. Beləliklə, tələbin maddi və prossesual hüquq normalarının tətbiqi ilə bağlı pozuntuların mövcudluğu hazırki iddianın təmin edilməsini mümkünsüz edərək apellyasiya şikayətinin təmin edilməsinə əsaslar yaradır. Ona görə, Maraqlı şəxs apellyasiya şikayəti təmin, mübahisə edilən qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul ediməli və iddia tələbi - sübut edilməməsi əsası ilə rədd edilməli, dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərcləri önu ödəyən tərəflərə aid edilməlidir. İddiaçının nümayəndəsinin qətnamə qəbul edildikdən sonra digər məhkəmə prosesində şahid ifadəsinin sübut kimi tədqiq edilməsi vəsatətinə dair kollegiya hesab edir ki, apellyasiya baxışının hədləri müstəvisində, hazırki tələbə və qəbul edilmiş qətnaməyə münasibətdə, əhatəli və əlavə tədqiqat aparılması üçün prosessual əsaslar və (diskression) səlahiyyətlər mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri diqqətə çatdırılmalıdır: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (Əvvəlki redaksiyada deyilirdi: 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.). 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İzah edilməlidir ki, maddi və prosessual hüquq normalarına riayət etməklə iddiaçının ehtimal edilən hüquq pozuntularının aradan qaldırılması üçün məhkəmələrə müraciət etmək hüquqları (hazırki əsaslarla qəbul edilmiş qətnamə ilə) məhdudlaşdırılmır və sübutedici digər əsaslarla öz subyektiv maraqlarına aid iddialar qaldıra bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2641/2021 saylı işi üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edisin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi“ tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4167/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4167/2022
29.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver