Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4167/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borc məbləğinin silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-411/2025 saylı, 17 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi 27 saylı fərdi yaşayış evi xx.xx.2011-ci il tarixindən X1 xüsusi mülkiyyətindədir.
2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda xx.xx.2022-ci il tarixində qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə faktı ******* saylı aktla rəsmiləşdirilmiş, iddiaçıya məxsus **********10000 nömrəli abonent hesabına 15714 m3 qaz itkisi hesablanmışdır.
3. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X5 Agentliyinin Bakı filialının xx.xx.2025-ci il tarixli sorğuya cavabdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı Qulamhüseyn qızına məxsus fərdi yaşayış evində təbii qazdan istifadəyə görə istehlakçı tərəfindən 2025-ci ilin oktyabr ayınadək mütəmadi olaraq odənişdə iştirak edilmədiyindən 4.032,08 manat borc yaranmışdır. Lakin 2022-ci ilin 31 yanvar tarixində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən 1.885,68 manat dəymiş ziyan məbləği hesablanmışdır. Bu halda saldoya əsasən 4.032,08-1.885,68=2.146,40 manat vətəndaşın qaz sərfiyyatı əsasında yaranmış borc hesab edilir və vətəndaş tərəfindən ödənilməlidir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən əlavə olaraq hesablanmış 3.863,28 manat məbləğində pulun qeyri-qanuni hesab edilərək silinməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2ən 27 nömrəli ev onun mülkiyyətindədir. Uzun illər əvvəl həmin evə qaz sayğacı quraşdırılmışdır. Quraşdırılmış sayğac üzrə abunə kodu **********10000 (köhnə kodu **********00000) kimi müəyyən edilmişdir. Lakin qaz sayğacının onun mülkiyyətində olan evə quraşdırılmasına baxmayaraq bildirişdə X2 adı və ünvan olaraq ünvan 2ən 35A nömrəli ev göstərilmişdir. Apardığı araşdırmaya əsasən təkcə həmin qeyd edilən ünvanda deyil ümumiyyətlə həmin ərazidə X3 tanıyan heç bir şəxs yoxdur. Həmçinin 7 yanvar 2022-ci il tarixində cavabdeh ona xəbər vermədən mülkiyyətində olan evə quraşdırılmış sayğacı çıxararaq onun yerinə yeni sayğac quraşdırmışdır. Sonradan isə yenə də ona xəbər vermədən sayğacın yoxlaması icra etmişdir. Bunun da nəticəsində guya onun ziyan vurmağına istinad edərək ona 15714 m3 itirilmiş qazın dəyərinin ödənilməsi ilə bağlı tələbnamə göndərmişdir. Həmçinin cavabdeh onun aktı imzalamaqdan imtina etməyi haqqında yalandan akt tərtib etmişdir. Halbuki, o, uzun müddətdir ki, həmin evdə yaşamır. Evə quraşdırılmış sayğacların göstəricilərindən də görmək olur ki, həmin evdə adam yaşamır. Çünki heç bir sərfiyyat yoxdur. O, cavabdeh tərəfindən ona verilən bildirişlərin (abunə kodu **********10000 (köhnə kodu **********00000)) X2 adına gəlməsi və ünvanın ünvan 2ən 27 nömrəli ev əvəzinə ünvan 2ən 35A nömrəli ev kimi göstərilməsinin səhv olması ilə bağlı cavabdehə müraciət edərək həmin səhvlərin araşdırılması və baza məlumatlarında zəruri düzəlişlərin edilməsi xahiş etsə də, cavabdeh bu günə qədər qeyd edilən məsələ ilə bağlı ona cavab verməmiş və ərizəmi təmin etməmişdir. Cavabdeh qeyri-qanuni hərəkətləri ilə onun hüquqlarını kobud şəkildə pozur.
6. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək qeyd etmişdir ki, qeyd edilən ünvanda abonentin adı Sənubər Qəhrəmanova kimi göstərilməsinin səbəbləri texniki səhv ola bilər, yaxud da qeyd edilən ünvanın əvvəllər həmin şəxsdən alınmaq ehtimalı ola bilər. Lakin iddiaçının nümayəndəsi izahatında həmin ünvanda təbbi qazdan istifadənin iddiaçı tərəfindən həyata keçirilməsini təsdiq etmişdir. İddia tələbində tələb edilən məbləğin 1.192,68 manat hissəsi debitor borc olmaqla abonentin qaz sərfiyyatı üçün ödənilməmiş borc olmaqla qalan məbləğ akt əsasında dəymiş zərər kimi hesablanmış məbləğdir. Akt tərtib edilən zaman iştirak edən əməkdaşların xidməti işləri ilə əlaqədar şahid qismində dindirilməsi mümkün olmamışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-411/2025 nömrəli, 17 mart 2025ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixdə hesablanmış 2.670,6 (iki min altı yüz yetmiş manat altmış qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyətində Musabəyov küçəsi 27 saylı fərdi yaşayış evi olsa da, təqdim edilmiş sənədlər və məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, Sənubər Qəhrəmanova adına həmin küçədə yerləşən 35A fərdi yaşayış ünvanı üzrə qeydiyyata alınmış sayğac üzrə sərfiyyat məhz Firaqə Seyidova tərəfindən həyata keçirilməkdədir. Həmin qaz sayğacına abobnet tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi, düzgün abonentin adına qeydiyyata alınması isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır.
9. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, qaz sayğacına müdaxiləyə dair akt xx.xx.2022-ci il tarixdə tərtib edilməklə həmin aktın əsasında dəymiş zərərin hesablanması xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş, lakin xx.xx.2023-cü il tarixə abonentin qaz sərfiyyatına görə ödənilməmiş 1.977,60 manat borc olmaqla xx.xx.2023-cü il tarixli akt əsasında dəymiş zərər hesablanmaqla ümumilikdə qalıq və aktlar üzrə 3.863,28 manat müəyyən edilmişdir. Lakin məhkəmə iclasında həmin məbləğdən 1.192,63 manat məbləğində pulun debitor borc olduğu müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə; "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə; “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayət verərək, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-411/2025 saylı, 17 mart 2025-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı X4 məxsus **********10000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1302AQ**********1 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-00166-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin keçən Qazın həcmini qeyd etmir, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 15714 m3 təşkil etmişdir. Hesablanmış 1.885,68 manat məbləğində dəymiş ziyan 2021-ci ilin yanvar ayından abonentin koduna yerləşdirilmişdir. Həmçinin abonentin ödənilməmiş 1977,60 manat sərfiyyat borcu mövcuddur. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirlər ki, quraşdırılmış qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Buna əsas kimi iş materiallarında olan sübutlara istinad etmişdir, yəni - iş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda, hansı ki, iddiaçıya məxsus abonent kodu verilmiş mənzilə quraşdırılmış sayğacın hesablama mexanizminin qapağına vurulan zavod qurğuşun plomb kəsilməsi faktı aşkar edilməsi əsası ilə tərtib edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnaməyə, hansı ki, qeydə alınmamış itirilmiş təbii qazın həcmini 15714 m3 hesablanmasını əks etdirmişdir. İş materiallarında olan sübutlara nəzər yetirilsə, hamısı iddia tələbinin əsassız olmasını göstərir. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndiyi qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddia tələbinin borcun silinməsi hissəsində qismən təmin edilməsinə yox, iddia tələbinin həmin hissəsində də rədd edilməsinə əsasdır.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ünvan barəsində mübahisə mövcuddur, lakin tam təsdiqini tapmamışdır. Abonent kodu X2 adınadır. Qarşı tərəfin mübahisələndirmək hüququ yoxdur. Eyni zamanda məbləğə diqqət yetirilsə görmək olar ki, akt üzrə hesablanmış məbləğ 1885 manat 68 qəpik təşkil etdiyi halda qətnamə üzrə alınan məbləğin necə hesablanması məlum deyildir. Abonent kodunun faktiki olaraq iddiaçıya məxsus olmasını onlar təsdiq etmir. İddiaçının irəli sürdüyü abonent kodu ona məxsus deyildir. İddiaçının həmin ünvanda yaşaması heç bir sənədlə təsdiq olunmur. X6 onların abonentidir, lakin konkret olaraq kim olması, qonşu olub-olmaması barədə məlumatı yoxdur. Bu işdə başqa akt yoxdur. Digər hesablanmış məbləğlər isə sərfiyyat borcudur. Sayğac qeyd etməyən zaman qarşı tərəf bildirir ki, orada yaşayış olmamışdır, lakin orada daim yaşayış olmuşur. 2024-cü ildə oraya müayinə keçirilmişdir və orada Qurbanov İbrahim var idi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, dəfələrlə Cavabdehnə rəsmi şəkildə müraciət etmiş ki, abonent kodunda qeyd edilən şəxsin adı fərqlidir. Onlar o evə 2024-cü ilin sentyabr ayında köçmüşlər. Orada bir idən artıqdır ki, yaşayırlar.
Apellyasiya baxışının hədləri 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv olunması və iddianın tam şəkildə rədd edilməsi xahiş edilir. İddia tələbinin qismən təmin olunduğunu nəzərə alan kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 24.433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 25.442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 26.448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 27.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
28.1.3-cü və 1.4-cü bəndlərinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 29.3.2.1-ci və 5.5-ci bəndlərinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 30.6.3-cü bəndində qeyd edilmişdir ki, istehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqısatqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir. 31.6.4-cü bəndində qeyd edilmişdir ki, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (akt tərtib edildiyi zaman qüvvədə olan redaksiyada)
32.11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 33.13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
34.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “silinən məbləğ” hissəsində dəyişdirilməlidir. 37.Beləliklə məhkəmə kollegiyası tərəfindən araşdırılmış iş materiallarından görünür ki, ünvan 3 ünvanına dair qazın alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh bu ünvanda sayğaç quraşdırmaqla təbii qaza olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda qaz ilə təmin etməyi, iddiaçı isə qazpaylayıcı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi üzərinə götürmüşdür.
38. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, təqdim edilmiş sənədlər və məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə 35A fərdi yaşayış evində Sənubər Qəhrəmanovanın adına qeydiyyata alınmış sayğac üzrə hesablanmış sərfiyyat məhz Firaqə Seyidovaya aiddir, həmin ünvanda quraşdırılmış qaz sayğacına abonent tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyildir. İddiaçıya ümumilikdə qalıq və aktlar üzrə hesablanmış 3.863,28 manat məbləğinin 1.192,63 manat məbləği qazın sərfiyyatı borcudur.
39. Məhkəmə kollegiyası iddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər üzrə hesablanmış borc ilə əlaqədar hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin qeyd edilən hissəsi üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bununla belə məhkəmə cavabdehə dəymiş zərər olaraq hesablanmış borcun, habelə yaranmış debitor borcunun məbləği ilə əlaqədar mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.
40. Belə ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X5 Agentliyinin Bakı filialının xx.xx.2025-ci il tarixli sorğuya cavabdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı Qulamhüseyn qızına məxsus fərdi yaşayış evində təbii qazdan istifadəyə görə istehlakçı tərəfindən 2025-ci ilin oktyabr ayınadək mütəmadi olaraq odənişdə iştirak edilmədiyindən 4.032,08 manat borc yaranmışdır. Lakin 2022-ci ilin 31 yanvar tarixində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən 1.885,68 manat dəymiş ziyan məbləği hesablanmışdır. Bu halda saldoya əsasən 4.032,08-1.885,68=2.146,40 manat vətəndaşın qaz sərfiyyatı əsasında yaranmış borc hesab edilir və vətəndaş tərəfindən ödənilməlidir.
41. Göründüyü kimi, evə baxış keçirilən zaman sayğaca müdaxilə ilə əlaqədar iddiaçının abonent koduna təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2022-ci ilin 31 yanvar tarixində tərtib olunmuş ******* nömrəli akta əsasən dəymiş zərər 1.885,68 manat həddində hesablanmışdır. Bu halda saldoya əsasən hesablanmış digər məbləğ qaz sərfiyyatı əsasında yaranmış borc hesab edilir. Hazırda iddiaçının yaşadığı evdə qazın verilməsi üzrə xidmətlərdən istifadəsi nəticəsində yaranmış borcun silinməsini tələb etməsi əsassızdır. Belə ki, cavabdeh tərəfindən müvafiq xidmətlərin göstərilməsi istehlakçı tərəfindən göstərilən xidmətlərin müqabilində müqaviləyə əsasən və dövlət tərəfindən müəyyən edilmiş ödəniş tariflərinə uyğun olaraq xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsini şərtləndirir.
42. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin silinməsini tələb etdiyi 3.863,28 manat məbləğindən 2022-ci ilin 31 yanvar tarixində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən 1.885,68 manat məbləğində zərər əsassız hesablanmış və buna görə də həmin məbləğ iddiaçının abonent kodundan silinməlidir.
43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın qiyməti 3.863,28 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
45. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-411/2025 nömrəli, 17 mart 2025ci il tarixli qətnaməsi “akt borcu üzrə tutulmalı olan məbləğ” hissəsində dəyişdirilsin. İddia bu hissədə qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1.885,68 (bir min səkkiz yüz səksən beş manat altmış səkkiz qəpik) manat məbləğində borc **********10000 saylı abunə kodundan silinsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Leyla Əliyeva